Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

5 Noyabr 2010 - � 43

 

Uşaqlara hədiyyə

Bookmark and Share

Hələ ötən zamanlardan bəri ömrümüzün bir parçası olan uşaqlıq dünyasını duyub, dərk etmək, həmin dünyanın arzu və istəyini poetik dillə qələmə almaq hər yazara qismət olmayıb.  

Fidan balalarımızın ağ kətan kimi təmiz dünyasını, baldan şirin dilini, onların sadə göründüyü qədər qeyri-adi, ecazkar və mürəkkəb fəlsəfi düşüncələrini poetik sözlə ifadə etmək müəllifindən başqalarına nəsib olmayan xüsusi istedad tələb edir.

Belə yazarlardan biri, öz dəst-xətti ilə poeziyamızda yaxşı tanınan, şair Ələmdar Quluzadənin bu günlərdə işıq üzü görmüş "Ətirşah ətri" (Bakı, "Ozan" nəşriyyatı, 2010. 80 səh., sayı 2000 nüsxə) şeirlər kitabı balaca oxucuların ixtiyarına verilmişdir.

"Öyrədirlər, öyrənirik", "Kim hazırcavab, kim dəymədüşərdir" və "Qulağımla eşidib, gözlərimlə görmüşəm" bölmələrindən ibarət olan kitabda uşaq dünyasından bəhs edən müxtəlif məzmunlu şeirlər toplanmışdır. Nəfis şəkildə çap edilmiş bu topluda yazılanlara uyğun verilmiş rəngli şəkillər şeirlərdəki fikri tamamlamaqla əyani vəsait kimi oxucunun daha aydın dərk etməsinə yardımçı olur.

Kitabı vərəqlədikcə, şeirləri oxuduqca hiss edirsən ki, Ələmdar Quluzadə uşaq dünyasına yaxşı bələddir və fidan balalarımızın arzu və istəklərini, onların qeyri-adi duyğularını, təmiz daxili aləmlərini ürək çırpıntılarıyla elə "öz dillərində" qələmə almağa müyəssər olub. Belə şeirlərdən bir-iki misal gətirmək yerinə düşər:

Fərrux yolçu deyil ki,

Yolla gedən yolçudur.

Yolla gedən nə bilsin,

Fərrux fırıldaqçıdır.

Bundan başqa, şair "Dünyaya uşaq gəlir" şeirində:

Uşaq gəlmir bu qoca

Dünyaya daş atmağa,

Uşaq gəlir bu qoca

Dünyanı yaşatmağa

- deməsi ilə bir tərəfdən bu dünyanın ən ali, bəşəri varlığı olan uşaqların həyatımızın ayrılmaz bir hissəsi olduğunu səmimi bir şəkildə, şirin, poetik dillə oxuculara çatdırırsa, digər tərəfdən onları sevərək qorumağımızı tövsiyə edir.

Ümumiyyətlə, şair Ələmdar Quluzadənin  özünəməxsus duyum tərzi, poetik dünyası vardır. Əminəm ki, şairin balaca fidanlara həsr etdiyi bu kitabı geniş oxucu auditoriyası tərəfindən maraq və məhəbbətlə qarşılanacaqdır. 

Nizami MİRZƏ

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

5 Noyabr 2010 - � 43

Prezident İlham Əliyev Sabirabad rayonunun Mürsəlli kənd orta məktəbinin açılışında iştirak edib
 
Prezident İlham Əliyev İmişli rayonunun Allahmədətli kəndində yeni məktəb binası ilə tanış olub
 
Respublika müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Nüfuzlu "Pakistan Observer" qəzetində Heydər  Əliyev Fondu ilə bağlı geniş məqalə dərc edilib
 
Nobel mükafatının 2010-cu il laureatlarının adları açıqlanıb
 
"Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsi keçirilir
 
Nyu-York Dövlət Universitetinin professoru Xəzər Universitetinə rektor təyin olunub
 
Azərbaycanın yaradıcı və elmi ziyalıları V Beynəlxalq Forumda iştirak edib
 
Tələbə klublarının təqdimatı keçirildi
 
Beynəlxalq qiymətləndirmə təcrübəsi
 
Vətənpərvərlik tərbiyəsi ilə bağlı proqram qəbul olunacaq
 
Paytaxtda müəllimə xalq abidəsi ucaldılıb
 
MDU inkişaf üçün 5 milyard rubl alacaq
 
Müəllimlər də, direktorlar da işə qəbulun yeni mexanizmindən razılıq edirlər
 
Ulan-Ude şəhərindəki 1 nömrəli Peşə Liseyinin iş təcrübəsi ilə tanışlıq
 
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına lisey-məktəbdə istedadlı şagirdlər təhsil alır
 
Sloveniyalı alimin "Lahıca xoş gəlmişsiniz" qısametrajlı film və fotoşəkil sərgisinin təqdimatı olub
 
Dövlət İdarəçilik Akademiyasında yeni təlim kursu başa çatıb
 
Beynəlxalq uşaq bədii rəsm müsabiqəsində fərqləniblər
 
"Bakı" mövzusunda Vətən dərsi
 
Aktyorlar məktəblilərin qonağı oldular
 
Böyük alim və mütəfəkkir Mirzə Məhəmmədəli Hacı Qasım oğlu Kazımbəy
 
Strasburqda keçirilən təlimlərdə Azərbaycan təhsili haqqında qısa təqdimat etdim
 
NDU-nun SİFE komandası dünya çempionatında uğurla çıxış edib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Uşaqlara hədiyyə
 
Tamellanın sənət uğurları
 
Dünya universitetləri: Kopenhagen Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov