Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

5 Noyabr 2010 - � 43

 

Azərbaycanın Milli Qəhrəmanları

Bookmark and Share

Quliyev Mətləb Kamran oğlu 

1959-cu il yanvarın 9-da Beyləqan rayonunda anadan olmuşdu. Orta təhsilini Sumqayıt şəhərində almış, sonra C.Naxçıvanski adına hərbi məktəbə daxil olmuşdu. Məktəbi bitirdikdən sonra müxtəlif müəssisələrdə fəaliyyət göstərmişdi. Hərbi xidməti Ukraynada yerinə yetirmişdi. Mətləb 1985-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdi. 1992-ci ildə daxili işlər orqanlarında çalışmağa başlamışdı. O, bir zabit kimi Vətəni qorumaq üçün Qarabağa - cəbhə bölgəsinə yollanmışdı.1992-ci il avqustun 31-də Ağdam bölgəsində ağır döyüşlərdə fəal iştirak etmiş, düşməni böyük itkilərə uğradaraq, geri çəkilməyə məcbur etmişdi. Erməni işğalçılarına qarşı davam edən qızğın döyüşdə onun gülləsinin qurtardığını hiss edən düşmən irəliyə doğru hücuma keçmişdi.

M.Quliyev elə həmin döyüşdə qəhrəmancasına həlak olub.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə baş leytenant Quliyev Mətləb Kamran oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Sumqayıt şəhərindəki 3 nömrəli orta məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub, adına bulaq tikilib. 

Quliyev Mirzə Məcid oğlu 

1974-cü il yanvarın 11-də Bərdə rayonunun Saatlı kəndində anadan olmuşdur. 1991-ci ildə  kəndlərindəki orta məktəbi bitirmiş, Mingəçevir şəhərindəki 39 nömrəli texniki peşə məktəbində qaynaqçı peşəsinə yiyələnmişdir. O, 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. Naxçıvan MR-in Sədərək rayonu ərazisində PDM-də tuşlayıcı-atıcı kimi döyüşə başlamış, Batabat ərazisində gedən döyüşlərdə vuruşmuşdur. Mirzə 1993-cü il iyulun 28-də Ağdam bölgəsinə göndərilmiş, erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. Sonra Füzuli, Ağdərə, Tərtər bölgələrində gedən döyüşlərdə PDM-lə düşmənin bir neçə tankını və canlı qüvvəsini məhv etmişdir. M.Quliyev vətənpərvərlik borcunu layiqincə yerinə yetirdiyinə görə "Hərbi xidmətə görə" medalı ilə təltif olunmuşdur. O, 1995-ci ildə Polis Akademiyasının qiyabı şöbəsinə daxil olmuşdur. 1997-ci ildə isə Bakı şəhər Baş Polis İdarəsinin Çevik Polis Alayında polis nəfəri kimi fəaliyyətini davam etdirmişdir. 2003-cü ildə ona leytenant rütbəsi verilmişdir. Paytaxtın Nəsimi rayon 20-ci polis bölməsində müvəkkil vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Quliyev Mirzə Məcid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Ailəlidir. 

Quliyev Nazim Qabil oğlu 

1965-ci il fevralın 7-də Beyləqan rayonunun Örənqala kəndində anadan olmuşdu. 1982-ci ildə kəndlərindəki orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdı. Əsgəri xidmətini başa çatdırdıqdan sonra bir müddət əmək fəaliyyəti ilə məşğul olmuşdu. 1988-ci ildə Qarabağ münaqişəsi başlayanda Nazim də silaha sarılaraq özünümüdafiə dəstələrinin birinə qoşularaq döyüş bölgəsinə yollanmışdı. 1991-ci ilin aprelində Füzuli bölgəsində erməni işğalçılarına qarşı gedən döyüşlərdə fəal iştirak etmişdi. O, eyni zamanda  Cuvarlı, Tuğ, Məlikcan, Arış, Divanallar və digər kəndlər uğrundakı döyüşlərdə də rəşadətlə vuruşmuşdu. 1992-ci ildə Köşbək kəndi ətrafında gedən ağır döyüşdə xüsusi qəhrəmanlıq göstərərək, yaralı döyüşçü yoldaşlarını təhlükəli zonadan çıxartmaqda əsl vətənpərvərlik nümayiş etdirmişdi.

N.Quliyev belə ağır döyüşlərin birində qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Quliyev Nazim Qabil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Füzuli rayonu ərazisində dəfn olunub.  Təhsil aldığı Örənqala kənd orta məktəbi onun adını  daşıyır. 

Quliyev Nofəl Zahid oğlu 

1963-cü il oktyabrın 4-də Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdu. 1981-ci ildə həmin şəhərdə orta məktəbi bitirmiş, 1982-ci ildə hərbi xidmətə çağırılmışdı. Əsgəri xidmətini başa çatdırdıqdan sonra bir müddət Bakı Məişət Kondisionerləri Zavodunda çalışmışdı. Nofəl altı il Tümen vilayətində yaşadıqdan sonra Vətənə qayıtmış, DİN-də polis nəfəri kimi işə qəbul olunmuşdu. 1991-ci ilin dekabrında yoldaşları ilə birlikdə döyüş bölgəsinə yollanaraq, Goranboyun Todan kəndi uğrunda gedən döyüşdə fəal iştirak etmişdi. Həmin vaxt düşmən böyük qüvvə ilə kəndə hücum etmişdi. Düşmən qüvvələrinin çox olmasına baxmayaraq, cəsur döyüşçülərimiz kəndin bir qarış torpağının əldən getməsinə imkan vermirdilər. Bu gərgin döyüşdə düşmən xeyli canlı qüvvə itirsə də, hücumu dayandırmırdı. Erməni işğalçılarının əhatəsində olan Nofəl son nəfəsinə qədər vuruşaraq, yağı düşmənə əsir düşməmək üçün axırıncı gülləsini ürəyinə sıxmışdı.

N.Quliyev 1991-ci il dekabrın 12-də qəhrəmancasına həlak olub.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə Quliyev Nofəl Zahid oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Şirvan şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. Şirvan şəhər 9 nömrəli orta məktəb onun adını daşıyır. 

Qurbanov Novruz Əliyullah oğlu 

1975-ci il iyunun 2-də Ağstafa rayonunun Yuxarı Göycəli kəndində anadan olmuşdu. 1992-ci ildə kəndlərindəki orta məktəbi bitirmişdi. O, 1993-cü ildə Ağstafa rayon Hərbi Komissarlığı tərəfindən əsgəri xidmətə çağırılmışdı. Bir müddət hərbi təlim keçdikdən sonra Azərbaycanın ayrılmaz  bir hissəsi olan Qarabağ torpaqlarının erməni işğalçılarından müdafiəsinə qalxan ordunun  sıralarında vətənpərvər  əsgər kimi xidmət etmişdi. Novruz komandirlərinin bütün döyüş tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə, döyüşçü yoldaşları ilə mehriban davranışına görə hamının dərin hörmət və məhəbbətini qazanmışdı.

1995-ci il martın 13-də Azərbaycanda dövlət çevrilişinə cəhdin qarşısının alınmasında fəal iştirak etmişdi.

N.Qurbanov 1995-ci il martın 17-də məlum hadisələr zamanı həlak olub.

Subay idi.

Azərbaycan          Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli    Fərmanı ilə Qurbanov Novruz Əliyullah oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Anadan olduğu Yuxarı Göycəli kəndində dəfn olunub. Elə həmin kənddə də onun büstü qoyulub. 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

5 Noyabr 2010 - � 43

Prezident İlham Əliyev Sabirabad rayonunun Mürsəlli kənd orta məktəbinin açılışında iştirak edib
 
Prezident İlham Əliyev İmişli rayonunun Allahmədətli kəndində yeni məktəb binası ilə tanış olub
 
Respublika müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Nüfuzlu "Pakistan Observer" qəzetində Heydər  Əliyev Fondu ilə bağlı geniş məqalə dərc edilib
 
Nobel mükafatının 2010-cu il laureatlarının adları açıqlanıb
 
"Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsi keçirilir
 
Nyu-York Dövlət Universitetinin professoru Xəzər Universitetinə rektor təyin olunub
 
Azərbaycanın yaradıcı və elmi ziyalıları V Beynəlxalq Forumda iştirak edib
 
Tələbə klublarının təqdimatı keçirildi
 
Beynəlxalq qiymətləndirmə təcrübəsi
 
Vətənpərvərlik tərbiyəsi ilə bağlı proqram qəbul olunacaq
 
Paytaxtda müəllimə xalq abidəsi ucaldılıb
 
MDU inkişaf üçün 5 milyard rubl alacaq
 
Müəllimlər də, direktorlar da işə qəbulun yeni mexanizmindən razılıq edirlər
 
Ulan-Ude şəhərindəki 1 nömrəli Peşə Liseyinin iş təcrübəsi ilə tanışlıq
 
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına lisey-məktəbdə istedadlı şagirdlər təhsil alır
 
Sloveniyalı alimin "Lahıca xoş gəlmişsiniz" qısametrajlı film və fotoşəkil sərgisinin təqdimatı olub
 
Dövlət İdarəçilik Akademiyasında yeni təlim kursu başa çatıb
 
Beynəlxalq uşaq bədii rəsm müsabiqəsində fərqləniblər
 
"Bakı" mövzusunda Vətən dərsi
 
Aktyorlar məktəblilərin qonağı oldular
 
Böyük alim və mütəfəkkir Mirzə Məhəmmədəli Hacı Qasım oğlu Kazımbəy
 
Strasburqda keçirilən təlimlərdə Azərbaycan təhsili haqqında qısa təqdimat etdim
 
NDU-nun SİFE komandası dünya çempionatında uğurla çıxış edib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Uşaqlara hədiyyə
 
Tamellanın sənət uğurları
 
Dünya universitetləri: Kopenhagen Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov