Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

12 Noyabr 2010 - � 44

 

Dövlət Bayrağı günü qeyd edildi

Bookmark and Share

Bakıdakı 35 nömrəli orta məktəbdə 9 noyabr Dövlət Bayrağı günü ilə bağlı  tədbir keçirildi. Dövlət himni və "Koroğlu" operasından uvertüra ilə başlanan tədbirə təntənəli şəkildə Dövlət bayrağı gətirildi. 

Qonaqları, müəllimləri və şagirdləri bu gün münasibətilə təbrik edən təhsil ocağının direktoru Rəna Naibova Dövlət bayrağının yaranma tarixi haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.

Şagirdlər musiqi müəllimi Dilqəm Musaoğlunun bəstələdiyi "Heydər babamız"  mahnısını həvəslə qonaqlara təqdim etdilər.

Çıxış edən qonaqlar belə tədbirlərin təhsil ocaqlarında təntənə ilə keçirilməsini müsbət addım kimi qiymətləndirdilər.

Tədbir aşağı sinif şagirdlərinin bayrağa aid söylədikləri  şeirlərlə başa çatdı.

***

Həmin gün Bakıdakı 236 nömrəli orta məktəbdə də üçrəngli bayrağa aid tədbir keçirildi.  Himnin səslənməsi və Dövlət bayrağının səhnəyə gətirilməsi ilə başlanan tədbiri giriş sözü ilə məktəbin direktoru Xanlar İmaməliyev açaraq tədbir iştirakçılarını bayram  münasibətilə təbrik etdi. Bildirildi ki, milli bayraq - mənəvi, siyasi, ideoloji baxımdan bir dövlətin və bir dövləti təşkil edən millətin simvolu olub, onların mövcudluğunu göstərən rəmzdir.

Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rasim İbrahimov da Dövlət bayrağı haqqında tədbir iştirakçılarına geniş məlumat verərək belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi. Bu gün münasibətilə xalqımızı təbrik etdi və doğma Azərbaycanımıza əbədi müstəqillik, işıqlı gələcək arzuladı.

Tədbir şagirdlərin ifasında maraqlı vətənpərvərlik mahnıları və şeirlər ilə unudulmaz xatirəyə çevrildi.

***

Bakıdakı 297 nömrəli orta məktəbdə də Dövlət Bayrağı və 12 noyabr Konstitusiya günü  münasibətilə keçirilən tədbir Dövlət himninin səslənməsi və bayrağın səhnəyə gətirilməsilə başladı. 

Təhsil ocağının direktoru Fazil Məmmədov qonaqları, müəllimləri və şagirdləri  bu iki bayram münasibətilə təbrik etdi. O, Dövlət Bayrağı və Konstitusiya gününün yaranma tarixləri haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Qeyd edildi ki, Dövlət bayrağımız möhtəşəmliyi ilə "Ginnesin rekordları" kitabına düşdü. Hər bir azərbaycanlının borcudur ki, ümummilli liderimizin azərbaycançılıq - vətənpərvərlik  ideyalarına sadiq qalsın, bayrağımızın şərəfini hər yerdə qorusun, dünya arenalarında onun ən yüksək zirvələrdə dalğalanmasına nail olsun.

Çıxış edənlər qeyd etdilər ki, gələcəyimiz sayılan məktəblilər tariximiz, milli dəyərlərimiz, adət-ənənələrimiz haqqında həmişə məlumatlı olmalıdırlar.

Tədbir şagirdlərin ifasında bayraq gününə aid mahnılarla, şeirlərlə başa çatdı. 

RƏŞAD

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

12 Noyabr 2010 - � 44

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunmuş məktəb kompleksinin açılışında iştirak edib
 
Prezident İlham Əliyev Yevlax rayonunda məcburi köçkün ailələri üçün  salınmış  qəsəbədə məktəb binasının açılışında iştirak edib
 
Akademik Ş.F.Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Peşə təhsili müəssisələri üçün Strateji Planlaşdırma üzrə praktiki təlimat vəsaiti" sənədinin təsdiq olunması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Azərbaycan Respublikasında İlk peşə-ixtisas təhsili üzrə Kurikulum (proqram) və modul hazırlamaq üçün təlimat"  vəsaitinin təsdiq olunması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Almaniyanın Humboldt-Berlin Universitetində Azərbaycan tarixi kafedrası fəaliyyətə başlayıb
 
"İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf" mövzusunda I Beynəlxalq elmi  konfrans
 
Milli qürur simvolu
 
Dövlət Bayrağı günü qeyd edildi
 
Mustafa Kamal Atatürk anıldı
 
"Elmin açarını bəxş edən məkan" mövzusunda tədbir keçirilib
 
Məktəbdə sinifdənxaric işlərə geniş yer verilir
 
Məktəbdaxili qiymətləndirmə üzrə monitorinqin nəticələri nə göstərir
 
Şagirdlərə təbiəti və əməyi sevdirməliyik
 
Alimlə görüş
 
Uzun yolun yolçuları
 
Böyük alim və mütəfəkkir  Mirzə Məhəmmədəli Hacı Qasım oğlu Kazımbəy
 
VDİ üçün testlər mühafizə olunacaq
 
Uşaq turizminə dair beynəlxalq konfrans
 
Kursun dinləyicilərinə vəsiqələr təqdim edilib
 
Təcrübəçi tələbələr üçün ustad dərsi
 
"Qızıl payız"
 
"Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisası üzrə suallar-cavablar və özünü yoxlama testləri"
 
Ümumtəhsil məktəblərində İKT-nin rolu
 
Azərbaycanın Milli Qəhrəmanları
 
İdman xəbərləri
 
Dünya universitetləri: Nyu-York Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov