Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

12 Noyabr 2010 - 44

 

Mustafa Kamal Atatürk anıldı

Bookmark and Share

Naxçıvan Dövlət Universitetində türk milli qurtuluş mübarizəsinin hərbi və siyasi lideri, Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün vəfatının 72-ci ildönümü münasibəti ilə tədbir keçirildi. Türkiyə Cümhuriyyətinin Naxçıvandakı konsulluğunun nümayəndələrinin və digər rəsmilərin qatıldığı tədbirdə  türk xalqlarının milli müstəqilliyi uğrunda qurban getmiş şəhidlərin xatirəsi anıldı, hər iki ölkənin dövlət himnləri səsləndirildi. 

Türkiyənin Naxçıvandakı Baş konsulu Ayhan Enginar çıxış edərək Türkiyənin qüdrətli dövlət kimi siyasi-iqtisadi tərəqqisində, türkdilli xalqların birliyində Mustafa Kamal Atatürkün misilsiz xidmətlərindən danışdı. Konsul bir millət, iki dövlət olan Türkiyə və Azərbaycanın sarsılmaz birliyinin gələcək zəfərlərin rəhni olmasından söz açdı. Qeyd olundu ki, Naxçıvan Dövlət Universitetinin Türkiyənin bir çox tanınmış universitetləri ilə sıx tərəfdaşlığı türkdilli dövlətlərdə elmin, təhsilin birgə inkişafına ən gözəl örnək sayılmalıdır.

Universitetin rektoru, akademik İsa Həbibbəyli çıxışında vurğuladı ki, Mustafa Kamal paşanın XX əsrin  əvvəllərində başladığı istiqlaliyyət, müstəqillik uğrunda mübarizə əsrin sonlarında bütün türk xalqlarının azadlıq mücadiləsini alovlandırmışdır. Böyük Atatürkün və ümummilli lider Heydər Əliyevin türkçülük, bəşəri humanizm və milli birlik ideyaları bu gün tarixi bəhrələrini verməkdədir. Türk xalqının dahi öndərinə  ümumxalq sevgisi Azərbaycanda ucaldılan möhtəşəm abidədə də öz əksini tapmışdır. Natiq əmin olduğunu bildirdi ki, hər iki dövlət bundan sonra da çiyin-çiyinə, əzmlə irəliləyərək gələcək siyasi uğurlara birgə imza atacaqdır.

Naxçıvan Türk Kurulunun nümayəndəsi  Murad Fındık Mustafa Kamal Atatürkün ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məruzə etdi.

Sonra universitetin müəllimi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovanın rəhbərliyi ilə Tələbə Teatr Studiyasının hazırladığı "Atatürk" ədəbi-bədii kompozisiya böyük maraqla izlənildi.   

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
"Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

12 Noyabr 2010 - 44

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunmuş məktəb kompleksinin açılışında iştirak edib
 
Prezident İlham Əliyev Yevlax rayonunda məcburi köçkün ailələri üçün  salınmış  qəsəbədə məktəb binasının açılışında iştirak edib
 
Akademik Ş.F.Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Peşə təhsili müəssisələri üçün Strateji Planlaşdırma üzrə praktiki təlimat vəsaiti" sənədinin təsdiq olunması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Azərbaycan Respublikasında İlk peşə-ixtisas təhsili üzrə Kurikulum (proqram) və modul hazırlamaq üçün təlimat"  vəsaitinin təsdiq olunması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Almaniyanın Humboldt-Berlin Universitetində Azərbaycan tarixi kafedrası fəaliyyətə başlayıb
 
"İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf" mövzusunda I Beynəlxalq elmi  konfrans
 
Milli qürur simvolu
 
Dövlət Bayrağı günü qeyd edildi
 
Mustafa Kamal Atatürk anıldı
 
"Elmin açarını bəxş edən məkan" mövzusunda tədbir keçirilib
 
Məktəbdə sinifdənxaric işlərə geniş yer verilir
 
Məktəbdaxili qiymətləndirmə üzrə monitorinqin nəticələri nə göstərir
 
Şagirdlərə təbiəti və əməyi sevdirməliyik
 
Alimlə görüş
 
Uzun yolun yolçuları
 
Böyük alim və mütəfəkkir  Mirzə Məhəmmədəli Hacı Qasım oğlu Kazımbəy
 
VDİ üçün testlər mühafizə olunacaq
 
Uşaq turizminə dair beynəlxalq konfrans
 
Kursun dinləyicilərinə vəsiqələr təqdim edilib
 
Təcrübəçi tələbələr üçün ustad dərsi
 
"Qızıl payız"
 
"Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisası üzrə suallar-cavablar və özünü yoxlama testləri"
 
Ümumtəhsil məktəblərində İKT-nin rolu
 
Azərbaycanın Milli Qəhrəmanları
 
İdman xəbərləri
 
Dünya universitetləri: Nyu-York Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov