Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

12 Noyabr 2010 - � 44

 

Məktəbdaxili qiymətləndirmə üzrə monitorinqin nəticələri nə göstərir

Bookmark and Share

Ümumi təhsil müəssisələrinin I-III siniflərində yeni qiymətləndirmə mexanizmlərindən istifadənin vəziyyətini, nailiyyətləri və çatışmazlıqları müəyyən etmək məqsədi ilə Təhsil Nazirliyinin tabeliyində olan 6 nömrəli məktəb-liseydə, 132-134 nömrəli Beynəlxalq təhsil kompleksində , "Ankara məktəbi" məktəb-liseyində və Bakı şəhərinin 11 rayonu əhatə olunmaqla həm mərkəzdə, həm də ucqarda yerləşən 5, 20, 23, 29, 82, 87, 96, 102, 129, 162, 166, 222, 235 nömrəli məktəblərdə və 287 nömrəli "Zəkalar" liseyində monitorinq aparılmışdır. Təqdirəlayiq haldır ki, Bakı şəhərinin ucqar ərazilərində yerləşən 87, 156, 222, 235 nömrəli məktəblərində qiymətləndirmə sahəsində aparılan işlər səviyyəcə heç də mərkəzdə yerləşən məktəblərdən geridə qalmır.

Məlumdur ki, kurikulum tətbiq olunan siniflərdə dərs aparan müəllimlər Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif səviyyəli treninqlərdə iştirak etmiş, fəal təlim üsullarını, qiymətləndirmə mexanizmini öyrənmiş və dərslərdə informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək bacarıqlarına yiyələnərək müvafiq sertifikatlar almışlar.

Qeyd edək ki, apardığımız  monitorinqin əsas məqsədi məktəblərimizdə  yeni qiymətləndirmə mexanizminin düzgün tətbiq edilib-edilməməsini, məktəbdaxili qiymətləndirmənin bütün  növlərinin müəyyənləşdirilmiş prinsip və standartlara uyğun şəkildə aparılıb-aparılmamasını, qiymətləndirmə vasitələrinin düzgün tətbiqini müşahidə etmək idi.

14 iş günü ərzində aparılan müşahidələr göstərdi ki, I-III siniflərdə dərs deyən müəllimlər treninqlər və azmüddətli təcrübə nəticəsində yeni qiymətləndirmə və onun növləri haqqında müəyyən biliklərə yiyələniblər və  öyrəndikləri  nəzəri biliklərdən təcrübədə bu və ya digər səviyyədə istifadə edirlər. Qeyd edək ki, müəllimlər şagirdlərin qiymətləndirilməsinin həyata keçirilməsi üçün diaqnostik, formativ və summativ qiymətləndirmə nümunələrindən istifadə etsələr də, tədris prosesində təcrübəsizlikdən doğan bir sıra çətinliklərlə üzləşirlər.

Təqdirəlayiq haldır ki, əksər müəllimlərimiz yeni qiymətləndirməyə yaradıcı şəkildə yanaşaraq formativ qiymətləndirmə jurnalları tərtib etmişlər. Həmin jurnallarda şagirdlər haqqında məlumat, qiymətləndirmə standartları və bu standartlar üzrə şagirdlərin fəaliyyəti öz əksini tapıb. Müşahidələr göstərdi ki, monitorinqə cəlb olunan məktəblərin əksəriyyətində qiymətləndirmə prosesi tələb olunan səviyyədə təşkil edilib, fəal təlim üsullarından istifadə geniş yayılıb.

Monitorinqin nəticələrini aşağıdakı kimi qruplaşdırmaq olar: 

Müsbət cəhətlər:

a) dərs prosesində şagirdlərin fəaliyyətinin qruplar üzrə təşkil olunması;

b) tədris prosesində açıq suallardan istifadə olunması;

c) şagirdlərin özünü və yoldaşlarını qiymətləndirməsi;

d) qiymətləndirmənin standart  və meyarlar əsasında aparılması;

e) formativ qiymətləndirmə jurnalında şagirdin fəaliyyətinin daimi izlənilməsi;

f) sözlə (təsviri) qiymətləndirmə formalarından istifadə olunması;

g) müəllimlər tərəfindən formativ qiymətləndirmə vasitələrinin hazırlanması. 

Çatışmayan cəhətlər:

a) bəzi məktəblərdə hələ də ənənəvi qiymətləndirmə üsul və vasitələrindən istifadə olunması;

b) formativ qiymətləndirmənin rəqəmlə aparılması;

c) zərurət olmasına baxmayaraq, informasiya-kommunikasiya texnologiyalarından  istifadə olunmaması;

d) qiymətləndirmə vasitələrinin tərtibində nailiyyət səviyyələrinin nəzərə alınmaması.

Məktəblərdə əksər hallarda qiymətləndirmənin aparılması üçün Təhsil Nazirliyi tərəfindən hazırlanmış və tövsiyə edilmiş qiymətləndirmə vasitələrindən istifadə olunur. Lakin bəzi fənlər, xüsusilə texnologiya, fiziki tərbiyə, musiqi və s. fənlər üzrə qiymətləndirmə vasitələrinin hazırlanmasına ehtiyac duyulur. Təəssüfləndirici haldır ki, bir sıra məktəblərdə Təhsil Nazirliyinin təsdiq etdiyi qiymətləndirmə vasitələrindən deyil, kriteriya və standartlara əsaslanmayan, mütəxəssislər tərəfindən müzakirə edilməmiş test tapşırıqlarından istifadə olunur. Məktəblərdə müəllimlər tərəfindən tərtib edilmiş kiçik summativ və böyük summativ qiymətləndirmə tapşırıqlarının standartların ölçülməsinə uyğun hazırlanması da çox ciddi məsələdir. Bu zaman səhlənkarlığa yol verilməsi şagird nailiyyətlərinin qiymətləndirilməsində subyektivliyə  gətirib çıxara bilər.

Monitorinqin nəticələri göstərdi ki, ibtidai təhsilin I-III siniflərində yeni qiymətləndirmə sisteminin mahiyyətinə uyğun şəkildə aparılmasını təmin etmək üçün öyrədici kursların, treninqlərin keçirilməsi mütləqdir və bu məqsədlə noyabr ayının ikinci yarısında və dekabr ayında Təhsil Nazirliyi tərəfindən treninqlərin təşkil edilməsi nəzərdə tutulur.  

Təhsil Nazirliyinin Monitorinq
və qiymətləndirmə şöbəsi

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

12 Noyabr 2010 - � 44

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunmuş məktəb kompleksinin açılışında iştirak edib
 
Prezident İlham Əliyev Yevlax rayonunda məcburi köçkün ailələri üçün  salınmış  qəsəbədə məktəb binasının açılışında iştirak edib
 
Akademik Ş.F.Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Peşə təhsili müəssisələri üçün Strateji Planlaşdırma üzrə praktiki təlimat vəsaiti" sənədinin təsdiq olunması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Azərbaycan Respublikasında İlk peşə-ixtisas təhsili üzrə Kurikulum (proqram) və modul hazırlamaq üçün təlimat"  vəsaitinin təsdiq olunması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Almaniyanın Humboldt-Berlin Universitetində Azərbaycan tarixi kafedrası fəaliyyətə başlayıb
 
"İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf" mövzusunda I Beynəlxalq elmi  konfrans
 
Milli qürur simvolu
 
Dövlət Bayrağı günü qeyd edildi
 
Mustafa Kamal Atatürk anıldı
 
"Elmin açarını bəxş edən məkan" mövzusunda tədbir keçirilib
 
Məktəbdə sinifdənxaric işlərə geniş yer verilir
 
Məktəbdaxili qiymətləndirmə üzrə monitorinqin nəticələri nə göstərir
 
Şagirdlərə təbiəti və əməyi sevdirməliyik
 
Alimlə görüş
 
Uzun yolun yolçuları
 
Böyük alim və mütəfəkkir  Mirzə Məhəmmədəli Hacı Qasım oğlu Kazımbəy
 
VDİ üçün testlər mühafizə olunacaq
 
Uşaq turizminə dair beynəlxalq konfrans
 
Kursun dinləyicilərinə vəsiqələr təqdim edilib
 
Təcrübəçi tələbələr üçün ustad dərsi
 
"Qızıl payız"
 
"Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisası üzrə suallar-cavablar və özünü yoxlama testləri"
 
Ümumtəhsil məktəblərində İKT-nin rolu
 
Azərbaycanın Milli Qəhrəmanları
 
İdman xəbərləri
 
Dünya universitetləri: Nyu-York Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov