Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

12 Noyabr 2010 - 44

 

Uzun yolun yolçuları

Bookmark and Share

Hər səhər günəş eyni yerdən üfüqləri yara-yara çıxır, dünyamızı işıqlandırır. Hər səhər bir insan övladı jurnalı qoltuğuna vurub sinfə gedir. Günəşin bayırda gördüyünü sinif otaqlarında o davam etdirir: körpə fidanlara nur paylamağa tələsir. Hər il eyni biliyi elin balalarına öyrətməkdən yorulmur. Biliyini zərrə-zərrə, damla-damla verir. Böyük H.Zərdabi demişkən: "Dayanmadan damcılayan su daşı da dələr".

Böyük çex pedaqoqu Y.A.Komenskidən bu yana çox şey dəyişib. İndi kompüterdə möcüzələr yaradılır. Tək dəyişməyən müəllimdir - onun ağlına, zəkasına hələ də ehtiyac var, zənnimcə bu, həmişə belə olacaq.

Bu gün sizə bir məktəbdən, onun müəllim və şagirdlərindən söz açmaq istəyirəm. Özü də bu məktəb təkcə köçkün rayonların məktəbləri içərisində deyil, hətta respublikanın qabaqcıl təhsil ocaqları sırasında özünə layiqli yer tutur. Vaxtilə Zəngilanda Səməd Behrəngi adına Bartaz dayanacağı orta məktəbi kimi tanınan bu təhsil ocağı rayondakı öncüllüyünü  köçkünlük dövründə də qoruya bilib. Sual yaranır: nədən bir çox məktəblər kimi Zəngilan 4 nömrəli məktəbi qaçqın-köçkün şəraitinə adaptasiya oluna bildi, hətta bu gün qonşuluqdakı şəhər məktəbləri ilə belə rəqabətdən çəkinmir? Öz müşahidələrim əsasında bu kimi sualları cavablandırmağa çalışacağam.

Birincisi, bu təhsil ocağı Bakıda məskunlaşmanın elə ilk günlərində özünün maddi-texniki bazasını yaratmaqla məşğul oldu. Dərnəgül qəsəbəsində yerləşdikləri uyğunlaşdırılmış binada sinif otaqları az vaxt içərisində tədris üçün yararlı vəziyyətə gətirildi. Başqa bir vacib amil isə ondan ibarət idi ki, məktəbin bəzi zəruri ləvazimatlarını yenidən tərtib etmək lazım gəlmədi. Axı camaat qaçhaqaçda ev əşyalarını daşıyanda məktəbin direktoru kitabxanasını, zəruri sənədləri, hətta məktəbin yazı makinasını belə işğal zonasından çıxarıb Bakıya gətirə bilmişdi.

İkinci ən zəruri amil ondan ibarət idi ki, məktəbin rəhbərliyi müəllim kontingentinin dağılmasına imkan vermədi. Demək olar ki, bütün müəllim personalı məktəbə cəlb edilmişdi.

Üçüncüsü və bəlkə də əvvəlki hər iki amillə yarı olan mühüm məsələ ön planda idi: şagirdlərin məktəbə cəlbi uğurla həyata keçirildi. Öz müəllimlərini yaxşı tanıyan valideyn və şagirdlər axtarıb məktəbi tapdılar, əslində onlardan qabaq müəllimlər onları axtarmış, yerlərini nişan vermişdilər.

Və nəhayət, dördüncüsü, məktəb rəhbərliyinin gərgin əməyinin nəticəsində ciddi nizam-intizam yaradıldı. Məktəbin direktoru hətta bəzən sərt tədbirlər görməkdən də çəkinmirdi.

Sonuncu məsələ üzərində bir qədər dayanmaq gərəkdir. Binəqədi rayonu Dərnəgül qəsəbəsində uyğunlaşdırılmış sinif otaqlarında yerləşən 4 nömrəli Zəngilan məktəbinin qonşuluğunda bir neçə köçkün şəhər məktəbi və müxtəlif peşə liseyləri yerləşirdi. Belə bir vəziyyətdə rəqabətə sinə gərən bu təhsil ocağı yalnız yüksək nizam-intizam sayəsində digər məktəblər içərisində uğurlu təlim-tərbiyə nəticələrinə nail ola bildi. Bir neçə  il əvvəl qaçqın məktəbləri arasında keçirilən "Ana dili" respublika müsabiqəsində bu təhsil ocağının şagirdləri birinci yeri tutdular. Məktəb Təhsil Nazirliyinin, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Fəxri fərmanı, dörd şagird isə Ekson mobil şirkətinin qiymətli hədiyyələri  ilə mükafatlandırıldı.

Məktəbin şagirdi Şəlalə Quliyeva Təhsil Nazirliyinin xətti ilə keçirilən "Heydər Əliyev məktəblilərin gözü ilə" respublika inşa yazı müsabiqəsində qaliblər sırasında oldu, xüsusi təltifə layiq görüldü.

Məktəbin şagirdləri respublikanın idman həyatında yaxından iştirak edərək bu təhsil ocağını layiqli şəkildə yarışlarda təmsil etdilər. Bu gün onlardan biri Elvin Əkbərov klassik güləş yarışlarında Zəngilanı, oxuduğu məktəbi, habelə respublikamızı layiqincə təmsil edir. Nəhayət, məktəb köçkün məktəblər içərisində ən yüksək nəticələrdən olan 500 və daha yuxarı balla ali məktəblərə daxil olan şagirdlər yetişdirmək kimi ənənənin də əsasını qoyanlardan oldu.

Bu saydıqlarımızı davam etdirmək də olardı. Biz, sadəcə respublika əhəmiyyətli məsələlərdən söz açdıq. Burada onu vurğulamaq yerinə düşər ki, bu təhsil ocağının uğurları cavabsız qalmayıb. Ötən il Binəqədi rayonunda tikilmiş 260 yerlik müasir tipli məktəb binası Təhsil Nazirliyinin tövsiyəsi ilə 4 nömrəli  Zəngilan orta məktəbinin kollektivinin istifadəsinə verilmişdir. Ölkə Prezidentinin açılışında iştirak etdiyi bu əlamətdar hadisə uzun illər məktəb kollektivinin yaddaşından silinməyəcək.

İndi bu gözəl təhsil ocağında ideal tədris mühiti hökm sürür. Geniş, işıqlı sinif otaqları, zəngin fənn kabinetləri, kompüter otaqları, laboratoriya, kitabxana şagirdlərin və müəllimlərin istifadəsindədir.

Biz sevinir və fəxr edirik ki, bizim əməyimiz ölkə rəhbərliyi, şəxsən cənab Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Bu böyük diqqət və qayğının nəticəsidir ki, belə gözəl məktəb binası ilə təmin olunmuşuq. Məktəbimizin müəllim kollektivi çalışır ki, bu etimada ən yüksək bilik və tərbiyə nəticələri ilə cavab versin. Ötən ildən bəri hər bir müəllim öz qarşısına məqsəd qoyub ki, ölkə rəhbərliyinin məqsədyönlü sülh danışıqları nəticəsində rayonumuz işğaldan azad olunandan sonra məktəbimizin gərgin iş şəraitini orada davam etdirək. Mən buna nail olacağımıza tam əminəm,- deyə məktəbin direktoru Cəbrayıl Şıxəliyev bizə məlumat verir.

- Bilirsiniz, bəlkə də məktəbimiz qaçqın-köçkün məktəbləri içərisində yeganə təhsil ocağıdır ki, bir müəllimimiz əməkdar müəllim adına, iki müəllimimiz isə "Tərəqqi" medalına layiq görülüb. Məncə, bu bizim əməyimizə verilən ən yüksək mükafatdır. Buna görə cənab Prezidentə kollektivimiz adından dərin təşəkkürümü bildirirəm. Onu da əlavə edim ki, mən bu günlərdə Təhsil Nazirliyində "Tərəqqi" medalının təqdimolunma mərasimində iştirak edərkən çıxış etdim, hörmətli nazirimiz cənab Misir Mərdanova diqqət və qayğıya görə təşəkkürümü bildirdim və onu məktəbimizə dəvət etdim. O da bu dəvəti məmnuniyyətlə qəbul etdi. İndi biz cənab naziri yüksək səviyyədə qarşılamağa hazırlaşırıq.

Bəs məktəbin müəllimləri nə düşünürlər? Kimya-biologiya müəllimi, respublikanın əməkdar müəllimi Oktyabr İskəndərovun dediklərindən:

- Bildiyiniz kimi kimya, biologiya fənləri sırf təbiət fənləridir. Düzü, əvvəlki binamızda dərs prosesində şəraitsizlikdən çox sıxılırdım. Laboratoriyanın olmaması bir yana, özümün və şagirdlərimin min əziyyətlə topladığımız təbiət örnəkləri, eləcə də uşaqların əl işləri əl-ayaq altda qalıb tələf olurdu. İndi maşallah hər şəraitimiz var. Geniş sinif otaqları, laboratoriya, kitabxana, təlim avadanlıqları, kompüterlər bizim yeni-yeni uğurlara imza atmağımıza şərait yaradacaq. Təbii ki, ən böyük arzumuz Zəngilana, doğma kənd-kəsəyimizə qayıdıb müəllimlik fəaliyyətimizi orada davam etdirməkdir. Biz o günü həsrət və ümidlə gözləyirik.

Bu gün məktəblərimiz, müəllimlərimiz "uzun, incə" bir yol başlayıb -  təlim-tərbiyə adlı bu yolun yolçularına böyük uğurlar diləyir və onlara yeni-yeni nailiyyətlər arzulayırıq. 

Azad QARADƏRƏLİ,
yazıçı-publisist

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

12 Noyabr 2010 - 44

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunmuş məktəb kompleksinin açılışında iştirak edib
 
Prezident İlham Əliyev Yevlax rayonunda məcburi köçkün ailələri üçün  salınmış  qəsəbədə məktəb binasının açılışında iştirak edib
 
Akademik Ş.F.Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Peşə təhsili müəssisələri üçün Strateji Planlaşdırma üzrə praktiki təlimat vəsaiti" sənədinin təsdiq olunması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Azərbaycan Respublikasında İlk peşə-ixtisas təhsili üzrə Kurikulum (proqram) və modul hazırlamaq üçün təlimat"  vəsaitinin təsdiq olunması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Almaniyanın Humboldt-Berlin Universitetində Azərbaycan tarixi kafedrası fəaliyyətə başlayıb
 
"İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf" mövzusunda I Beynəlxalq elmi  konfrans
 
Milli qürur simvolu
 
Dövlət Bayrağı günü qeyd edildi
 
Mustafa Kamal Atatürk anıldı
 
"Elmin açarını bəxş edən məkan" mövzusunda tədbir keçirilib
 
Məktəbdə sinifdənxaric işlərə geniş yer verilir
 
Məktəbdaxili qiymətləndirmə üzrə monitorinqin nəticələri nə göstərir
 
Şagirdlərə təbiəti və əməyi sevdirməliyik
 
Alimlə görüş
 
Uzun yolun yolçuları
 
Böyük alim və mütəfəkkir  Mirzə Məhəmmədəli Hacı Qasım oğlu Kazımbəy
 
VDİ üçün testlər mühafizə olunacaq
 
Uşaq turizminə dair beynəlxalq konfrans
 
Kursun dinləyicilərinə vəsiqələr təqdim edilib
 
Təcrübəçi tələbələr üçün ustad dərsi
 
"Qızıl payız"
 
"Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisası üzrə suallar-cavablar və özünü yoxlama testləri"
 
Ümumtəhsil məktəblərində İKT-nin rolu
 
Azərbaycanın Milli Qəhrəmanları
 
İdman xəbərləri
 
Dünya universitetləri: Nyu-York Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov