Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

12 Noyabr 2010 - � 44

 

Təcrübəçi tələbələr üçün ustad dərsi

Bookmark and Share

Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksində davamlı olaraq tədbirlərlə yanaşı "açıq dərs"lər də keçilir. Oktyabr ayına planlaşdırılmış "açıq dərs"lər 2009-2010 və 2010-2011-ci dərs illərində "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri tərəfindən aparıldı. "Açıq dərs"lərin keçilməsində məqsəd Məktəb-Lisey Kompleksində təcrübədə olan Bakı Slavyan Universiteti tələbələrinin gələcəkdə daha hazırlıqlı pedaqoq kimi  yetişmələrinə, yeni təlim texnologiyaları və metodlarına yiyələnməkdə onlara kömək göstərməkdən ibarət idi. Ənənəyə sadiq qalaraq "açıq dərs"lərdən birini də biologiya müəllimi Gülnar Rüstəmova VI sinifdə "Kökün şəkildəyişmələri" mövzusunda keçdi. Dərs təməl sualla başlandı və məzmunla bağlı suallarla davam etdirildi.

Müasir metodların tələblərinə cavab verən dərsdə İKT vasitələrindən istifadə olundu və BLUM texnologiyasının (şagirdlərdə yüksək səviyyəli düşüncə qabiliyyətinin inkişaf etdirilməsi) bütün mərhələləri gözlənildi. İnteraktiv metodlardan istifadə nəticəsində şagirdlər dərs prosesində fəal iştirak etdilər və keçilən mövzunu mükəmməl şəkildə  qavradılar. Dərsdə digər fənlərlə inteqrasiya da müşahidə olundu. Belə ki, nağıl nümunəsinin verilməsi nəticəsində ədəbiyyat fənni də dərs prosesinə inteqrasiya olundu.

Dərsdə mövzuya uyğun videomaterial (sənədli film) nümayiş etdirildi və bunun nəticəsində şagirdlər canlı olaraq bölünmə zona hüceyrələrinin mitoz yolla çoxalması prosesini müşahidə etdilər. Dərs qruplarla aparıldı və uşaqlar qabaqcadan hazırlanmış işçi vərəqlərdə işləməklə nəticələrini hər bir qrupa aid olan lövhədə yerləşdirdilər. Yeni mövzu izah olunarkən onun sxem şəklində nümunəsi şagirdlərin hər birinə paylandı. İzahatdan sonra şagirdlərlə birgə dərsin nəticələri və dərsdə istifadə olunan resurslar haqqında hesabat aparıldı. Dərsin yekun hissəsində uşaqlarla refleksiya həyata keçirildi və şagirdlər dərsə öz münasibətlərini xüsusi hazırlanmış kartlar vasitəsilə bildirdilər. Sonra şagirdlər müəllim tərəfindən qiymətləndirildi. Şagirdlərə ev tapşırığı verildi və sonda qruplar musiqi sədaları altında bir-birlərinin işini alqışladılar. Dərs uğurla başa çatdı.

Dərs bitdikdən sonra iştirakçı müəllimlər və təcrübəçi tələbələr arasında müzakirə aparıldı, dərslə bağlı fikirlər irəli sürüldü.  

Leyla ƏMİRASLANOVA,
BSU Jurnalistika şöbəsinin III kurs tələbəsi

 
"Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

12 Noyabr 2010 - � 44

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunmuş məktəb kompleksinin açılışında iştirak edib
 
Prezident İlham Əliyev Yevlax rayonunda məcburi köçkün ailələri üçün  salınmış  qəsəbədə məktəb binasının açılışında iştirak edib
 
Akademik Ş.F.Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Peşə təhsili müəssisələri üçün Strateji Planlaşdırma üzrə praktiki təlimat vəsaiti" sənədinin təsdiq olunması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Azərbaycan Respublikasında İlk peşə-ixtisas təhsili üzrə Kurikulum (proqram) və modul hazırlamaq üçün təlimat"  vəsaitinin təsdiq olunması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Almaniyanın Humboldt-Berlin Universitetində Azərbaycan tarixi kafedrası fəaliyyətə başlayıb
 
"İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf" mövzusunda I Beynəlxalq elmi  konfrans
 
Milli qürur simvolu
 
Dövlət Bayrağı günü qeyd edildi
 
Mustafa Kamal Atatürk anıldı
 
"Elmin açarını bəxş edən məkan" mövzusunda tədbir keçirilib
 
Məktəbdə sinifdənxaric işlərə geniş yer verilir
 
Məktəbdaxili qiymətləndirmə üzrə monitorinqin nəticələri nə göstərir
 
Şagirdlərə təbiəti və əməyi sevdirməliyik
 
Alimlə görüş
 
Uzun yolun yolçuları
 
Böyük alim və mütəfəkkir  Mirzə Məhəmmədəli Hacı Qasım oğlu Kazımbəy
 
VDİ üçün testlər mühafizə olunacaq
 
Uşaq turizminə dair beynəlxalq konfrans
 
Kursun dinləyicilərinə vəsiqələr təqdim edilib
 
Təcrübəçi tələbələr üçün ustad dərsi
 
"Qızıl payız"
 
"Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisası üzrə suallar-cavablar və özünü yoxlama testləri"
 
Ümumtəhsil məktəblərində İKT-nin rolu
 
Azərbaycanın Milli Qəhrəmanları
 
İdman xəbərləri
 
Dünya universitetləri: Nyu-York Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov