Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 Noyabr 2010 - 45

 

Bakı məktəblərində bilik yarışı keçirilib

Bookmark and Share

Noyabrın 13-də "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 27 oktyabr 275 nömrəli əmrinə əsasən Bakıdakı ümumtəhsil məktəblərində V-XI sinif şagirdləri arasında 9  fənn üzrə bilik yarışı keçirildi.

Bilik yarışını müşahidə etmək üçün həmin gün Xətai rayonunda yerləşən 261 nömrəli məktəb-liseydə və 17 nömrəli orta məktəbdə olduq.

261 nömrəli məktəb-liseydə bilik yarışı açılış mərasimi ilə başladı. Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru Abuzər Əsədov yarış iştirakçılarına uğurlar arzuladı. O, belə yarışların keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirərək istedadlı şagirdlərin aşkar olunmasını və onlardan maksimum dərəcədə istifadə edilməsinin vacibliyini vurğuladı. Bildirildi ki, bilik yarışında 200-dən çox şagird iştirak edir və suallar bütün siniflər üzrə 2 variantda hazırlanmış, metodbirləşmələrdə müzakirə olunaraq  təsdiq edilmişdir. A.Əsədov yarışın nəzarətçi müəllimlərdən (qeyri-ixtisas) və yoxlayıcı komissiyadan ibarət təşkilat komitəsi tərəfindən keçirildiyini vurğuladı.

İştirakçılar siniflərə daxil olduqdan sonra bilik yarışına start verildi.

Sözügeden tədbirlə bağlı 17 nömrəli məktəbdə də iştirak edərək yarışın gedişini izlədik. Müxtəlif fənlər üzrə müəyyən olunmuş yarışın tam obyektiv şəkildə aparılmasının şahidi olduq. Məktəbin direktoru Bədəl Bədəlov yarışda 520 şagirdin iştirak etdiyini və şagirdlərin bu yarışa böyük maraqla qatıldığını bildirdi. B.Bədəlov yarışın aparılması üçün məktəbdə 10 nəfərdən ibarət təşkilat komitəsinin yaradıldığını və nəticələrin pedaqoji şurada müzakirə olunacağını qeyd etdi. Müxtəlif fənlər üzrə I yerə layiq görüləcək şagirdlərin rayon turunda iştirak edəcəkləri, rəğbətləndirilmə və həvəsləndirilmə məqsədilə diplom və mükafatlar alacaqları bildirildi. 

Niyazi RƏHİMOV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

18 Noyabr 2010 - 45

Azərbaycan Dövlət Neft Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Prezident İlham Əliyev Ağdam rayonunda məcburi köçkün ailələri üçün yeni qəsəbədə məktəbin açılışında iştirak edib
 
Bakı Slavyan Universitetində beynəlxalq forum keçirilib
 
İslam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin 5-ci konfransı
 
Bakı məktəblərində bilik yarışı keçirilib
 
Tələbələr üçün yeni yataqxana
 
Gəncə Dövlət Universitetində tələbələr imtahanları kompüterlə verəcəklər
 
ADMİU beynəlxalq əlaqələrini genişləndirir
 
Hüseyn Cavidin xatirəsi anılıb
 
"Həyati bacarıqlara əsaslanan təhsil"lə bağlı seminar
 
 Tələbələrin pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans 
 
Dövlət İdarəçilik Akademiyasında qısamüddətli ixtisasartırma kurslarının açılışı olub
 
"Uşaq hüquqları" aylığı
 
TIMSS və PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatları
 
Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti
 
Dayaq məntəqələrinin fəaliyyətinin gücləndirilməsi zamanın tələbidir
 
Lənkəran təhsili uğurlu inkişaf yollarında
 
"Qaraca qız" hekayəsinin tədrisi təcrübəsindən
 
İnnovativ universitet
 
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov yad edilir
 
Şair tələbələrin qonağı oldu
 
Metodik işlərə geniş yer verilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Nərminin idman uğurları
 
Sumqayıt peşə liseyinin şagirdi ikiqat dünya çempionudur
 
Dünya universitetləri: Pekin Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov