Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 Noyabr 2010 - 45

 

Dayaq məntəqələrinin fəaliyyətinin gücləndirilməsi zamanın tələbidir

Bookmark and Share

Ölkə Prezidentinin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşməsi haqqında" 13 iyun 2000-ci il tarixli 349 saylı Fərmanı müstəqil dövlətin bütün sahələri üzrə təhsil sisteminin təkmilləşməsi, yenidən qurulması üçün hərtərəfli imkanlar yaratmışdır. Bu imkanlardan istifadə etmək, Fərmandan irəli gələn vəzifələri yaradıcılıqla həyata keçirməkdən ötrü təhsil işçilərindən yüksək dərəcədə məsuliyyət və bacarıq tələb olunur.

Respublika Təhsil Nazirliyi tərəfindən ixtisasartırma təhsilinin yenidən qurulması, onun forma və məzmununun təkmilləşdirilməsinə aid bir neçə əmr verilmişdir. Təhsil naziri "Pedaqoji kadrların ixtisasının artırılması prosesinin təkmilləşdirilməsi barədə" 2000-ci il tarixli 163 saylı və "Dayaq məntəqələri mexanizminin tətbiqi" ilə bağlı 17 oktyabr 2000-ci il tarixli 953 saylı əmrlər imzalamışdır.

Pedaqoji işçilərin təkmilləşməsi prosesinin  məzmunlu təşkili üçün dayaq məntəqələrinin düzgün seçilməsi lazımdır. Dayaq məntəqələri təşkil olunduğu məktəblərin müasir binası, zəngin fənn kabinetləri, laboratoriyaları, tədris emalatxanaları, idman qurğuları, kompüter texnologiyası, zəngin kitabxanası olmalıdır. Tədris bazası (proqram, dərslik, dərs vəsaitləri), təhsil göstəriciləri yüksək olmalıdır.  Dayaq məntəqələri respublika miqyasında təhsildə yüksək göstəricilərə malik, şagirdlərinin müvəffəqiyyəti ən azı 70-75 faiz olan təhsil müəssisələrində yaradıla bilər. Dayaq məntəqələrində təkmilləşən müəllim-pedaqoji işçi yenilikləri mənimsəyir və onu öz fəaliyyətində yaradıcılıqla tətbiq etməklə şagirdlərinə yüksək keyfiyyətli bilik vermək bacarığını inkişaf etdirir.

"Öyrədənlərin öyrədilməsi" üçün seçilən qabaqcıl müəllimlərdən başqa yerlərdə gənc, təcrübəsi az olan, təlimdə zəif nəticələrlə işləyən müəllimlərlə iş aparmaq, onların ehtiyaclarını öyrənmək kimi nisbətən mürəkkəb məsələlərin həllində dayaq məntəqələrinin imkanları yetərincədir. Bu sahəni öyrənmək üçün AMİ və onun filiallarının rayon təhsil şöbələri metodmərkəzlərinin işçilərinin üzərinə böyük vəzifələr düşür.

Respublikamızda uğurla həyata keçirilən təhsil islahatı şəraitində digər ümumtəhsil məktəbləri ilə yanaşı, Təhsil Nazirliyinin bilavasitə tabeliyində olan məktəblərdə də fəaliyyət göstərən dayaq məntəqələrində  diqqəti cəlb edən maraqlı işlər az deyildir. Dayaq məntəqələrinin fəaliyyətinə diqqətin artırılması təsadüfi deyildir. Şübhəsiz, məktəbdə təlim-tərbiyə prosesinin keyfiyyəti, ilk növbədə, müəllimlərin metodik hazırlıq səviyyəsindən, yəni bu və ya digər səmərəli üsul və metodları düzgün seçmək və onlardan istifadə etmək qabiliyyəti və bacarığından daha çox asılıdır.

Təhsil Nazirliyinin bilavasitə tabeliyində olan məktəblərdə pedaqoji kadrların ixtisasartırılması və təkmilləşdirilməsi istiqamətində aparılan fəaliyyətləri istiqamətləndirmək, ixtisasartırma təhsilində yeni mexanizmlərin tətbiqi ilə əlaqədar olaraq 2006-2007-ci tədris ilindən etibarən "Gözdən əlil və zəifgörən uşaqlar üçün Respublika internat-məktəbdə tərbiyəçilərin dayaq məntəqəsi fəaliyyət göstərir. Azərbaycan Müəllimlər İnstitutunun rektorunun əmrinə müvafiq olaraq  məktəbdə  "Fəal və interaktiv təlim-tədris üsulları"na dair seminar-treninqlər keçirilmiş, "Fəal və interaktiv təlim-tədris üsulları" başlığı altında xüsusi guşələr yaradılmış, məktəb üzrə əlaqələndiricilər müəyyənləşdirilmiş, "açıq dərs"lərin keçirilməsinə diqqət artırılmışdır. Müəllimlərin ixtisasartırma təhsili sistemində yeni mexanizmlərə keçidlə əlaqədar məktəbdaxili ixtisasartırma təhsilinin təşkilinə diqqət yetirilir.

Yenidən qurulmuş və müasir tələblər baxımından zəngin fənn kabinetləri, maddi-texniki bazaya malik olan yeni tipli təhsil müəssisələrində, o cümlədən internat-məktəblərdə tədrisin keyfiyyətinin artırılması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycan Müəllimlər İnstitutu ilə Gözdən əlil və zəifgörən uşaqlar üçün Respublika internat-məktəbin rəhbərlikləri arasında (dayaq məntəqəsi üzrə koordinator Xalidə Sadıqovadır) yaranmış əməkdaşlığa əsasən məktəbin  pedaqoji kollektivinə əməli metodik köməkliyin göstərilməsi, müəllimlərin ixtisasartırma təhsilinə və təkmilləşmə prosesinə cəlb edilməsi, müasir təlim metodları və texnologiyaların tətbiqi ilə bağlı seminar və treninqlərin keçirilməsi, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə "açıq dərs"lərin təşkilinə köməklik göstərilməsi, respublika tabeliyində olan internat-məktəblərin tərbiyəçiləri üçün dayaq məntəqəsinin  imkanlarından yetərincə istifadə olunur.

Görülmüş işlər öz bəhrəsini verməkdədir. İlk dəfə olaraq məktəbdə "açıq dərs"lərin keçirilməsinə başlanılmış və bu iş uğurla davam etdirilir. Məktəbin biologiya müəllimi Səbirə Sadıqovanın X sinifdə, riyaziyyat müəllimləri Leyla Abdullayevanın V sinifdə, Kifayət Seyidovanın III sinifdə, Azərbaycan dili və ədəbiyyat müəllimləri Firəngiz Hüseynovanın IX sinifdə, Sübhiyyə Musayevanın IV sinifdə, Bülbül Süleymanovanın VI sinifdə, Famil Hacıyevin, Əsəd Hümbətovun VII siniflərdə "açıq dərs"ləri təşkil olunmuş və onlara lazımi metodik köməklik göstərilmişdir.

Dayaq məntəqələrində təkmilləşmə işini səmərəli təşkil etmək üçün AMİ və onun filiallarının nəzdində yaradılmış yüksəkixtisaslı mütəxəssislərdən ibarət ekspert məsləhətçi qrupların fəaliyyəti əsas məsələlərdən biridir. Bu qruplar texniki vəsaitlərin köməkliyi ilə yaradılmış informasiya bankında olan məlumatları zənginləşdirir və müəssisələrə sifarişlər verir.

Dayaq məntəqələrində aparılan işləri bu və ya digər mövzuların müəllimlərə çatdırılması ilə məhdudlaşdırmaq olmaz. Bura gələn müəllimlərin şəxsi təhsilinə kömək edilməli, üzərində işlədiyi problem mövzulara aid məsləhət verilməli, ədəbiyyat göstərilməlidir.

Dayaq məntəqələrində ən faydalı tədbirlərdən biri kollektiv halda dərs dinlənilməsi və onun təhlilinin təşkilidir. Burada müəllimlər geniş fikir mübadiləsi apararaq ümumi bir nəticəyə gəlmək imkanı əldə edirlər.

İsmayıllı şəhər 3 nömrəli orta məktəbdə dayaq məntəqəsi ilk dəfə olaraq ədəbiyyat müəllimi Arifə Ağayevanın təşəbbüsü ilə təşkil edilmişdir. Dayaq məntəqəsinin lazımi avadanlıqlar, əyaniliklər, iş planları  və digər sənədlərlə tam təchiz edilməsi Arifə müəllimin böyük zəhmətinin nəticəsidir. Dayaq məntəqəsində Cülyan, Qalınçaq, Diyallı, şəhər 5 nömrəli orta məktəbin dil - ədəbiyyat müəllimləri iştirak edirdilər. Burada vaxtaşırı onların qabaqcıl iş təcrübələrindən danışılır, pedaqoji iş təcrübəsi ilə bağlı məruzələr dinlənilir, "açıq dərs"lər təşkil edilir,  dərslər təhlil olunur.  Məntəqədə müəllimlərin təkmilləşdirilməsi prosesi ilə yanaşı, onların ehtiyaclarının müəyyənləşdirilməsi, ixtisasartırma təhsilinə cəlbi, müxtəlif seminar və treninqlərdə iştirakı kimi çox vacib məsələlərin həllinə köməklik göstərilir.  

"Öyrədənlərin öyrədəni" statusu almış Arifə Ağayevanın vaxtaşırı olaraq  AMİ-nin ixtisasartırma təhsili dinləyiciləri qarşısında  "Dayaq məntəqəsinin iş mexanizmi haqqında" və praktik olaraq rəhbərlik etdiyi məntəqənin fəaliyyəti ilə bağlı cıxışı dinlənilmişdir.

Dayaq məntəqələrində aparılan pedaqoji işin əlaqələndirilməsi, onlara əməli köməkliyin göstərilməsi üçün AMİ-nin filiallarında və metodmərkəzlərdə xüsusi koordinator qrupunun fəaliyyəti gücləndirilməlidir.  

İradə HƏSƏNOVA,
Azərbaycan Müəllimlər
İnstitutu "Təhsildə innovasiya" kabinetinin metodisti

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

18 Noyabr 2010 - 45

Azərbaycan Dövlət Neft Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Prezident İlham Əliyev Ağdam rayonunda məcburi köçkün ailələri üçün yeni qəsəbədə məktəbin açılışında iştirak edib
 
Bakı Slavyan Universitetində beynəlxalq forum keçirilib
 
İslam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin 5-ci konfransı
 
Bakı məktəblərində bilik yarışı keçirilib
 
Tələbələr üçün yeni yataqxana
 
Gəncə Dövlət Universitetində tələbələr imtahanları kompüterlə verəcəklər
 
ADMİU beynəlxalq əlaqələrini genişləndirir
 
Hüseyn Cavidin xatirəsi anılıb
 
"Həyati bacarıqlara əsaslanan təhsil"lə bağlı seminar
 
 Tələbələrin pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans 
 
Dövlət İdarəçilik Akademiyasında qısamüddətli ixtisasartırma kurslarının açılışı olub
 
"Uşaq hüquqları" aylığı
 
TIMSS və PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatları
 
Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti
 
Dayaq məntəqələrinin fəaliyyətinin gücləndirilməsi zamanın tələbidir
 
Lənkəran təhsili uğurlu inkişaf yollarında
 
"Qaraca qız" hekayəsinin tədrisi təcrübəsindən
 
İnnovativ universitet
 
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov yad edilir
 
Şair tələbələrin qonağı oldu
 
Metodik işlərə geniş yer verilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Nərminin idman uğurları
 
Sumqayıt peşə liseyinin şagirdi ikiqat dünya çempionudur
 
Dünya universitetləri: Pekin Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov