Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 Noyabr 2010 - 45

 

Sumqayıt peşə liseyinin şagirdi ikiqat dünya çempionudur

Bookmark and Share

Məmmədov Camal Muxtar oğlu 1992-ci ildə Sumqayıt şəhərində dünyaya göz açıb. 2008-ci ildə Sumqayıt şəhər 33 nömrəli orta məktəbin IX sinfini bitirdikdən sonra Sumqayıt 1 nömrəli Peşə Liseyinə qəbul olub. Hazırda həmin təhsil ocağının kompüter avadanlığının istismarı üzrə operatoru qrupunun III kursunda təhsilini davam etdirir. Yaxşı oxuması, nümunəvi davranışı ilə müəllimlərinin və şagird yoldaşlarının dərin hörmətini qazanan Camal təhsil aldığı peşə liseyinin idman yarışlarında iştirak etməklə yanaşı, idman ustası Natiq Qasımovun fəaliyyət göstərdiyi cəmiyyətdə mütəmadi olaraq kikboksinq idman növü üzrə məşqlərini davam etdirir.

Hələ uşaqlıqdan idmanın bu növünə böyük maraq göstərən Camal erkən yaşlarından bu yolda uğurlar qazana bilib. Belə ki, bir neçə dəfə respublika birinciliyinin qalibi olub.

Camal tanınmış idmançı olmağı, mötəbər turnirlərdə qələbə qazanaraq təmsil etdiyi müstəqil Azərbaycan Respublikasının bayrağını qaldırmağı qarşısına məqsəd qoymuşdur. Bu arzusuna çatan Camal Məmmədov 2006-cı ildə Yunanıstanda dünya kuboku uğrunda yeniyetmələr arasında keçirilən çempionatda uğurla iştirak edib və doğma şəhəri Sumqayıta qızıl medalla qayıdıb. 2008-ci ildə Gürcüstanda keçirilən yarışlarda yüksək nəticələr göstərən Camal Azərbaycana 2 qızıl kəmər, 2 qızıl və 2 gümüş medal gətirib.

2010-cu il sentyabrın 20-dən 27-dək Serbiyanın Belqrad şəhərində yeniyetmələr arasında keçirilən dünya kuboku uğrunda yarışlar Camal üçün daha əlamətdar olub. Bu çempionatda 65 ölkənin idmançıları təmsil olunurdu. 2002-ci ildən kikboksinq idman növü ilə həvəslə məşğul olan Camal həmin çempionatda öz sözünü qətiyyətlə deyə bilib. Belə ki, rəqibləri olan erməni, özbək, macar və rus idmançılarına qalib gələrək ikiqat dünya çempionu titulunu qazanmış və gənclik şəhəri Sumqayıta qızıl medalla qayıtmışdır.

Dünya çempionunu Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov qəbul edərək onu təbrik etmiş və qiymətli hədiyyə ilə mükafatlandırmışdır.

Həmçinin təhsil aldığı Sumqayıt 1 nömrəli Peşə Liseyinin pedaqoji-mühəndis kollektivi Camal Məmmədovu hərarətlə qarşılamış və əminliklə bildirmişlər ki, bu tədris ilini o, uğurla başa vuraraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi kimi təhsilini davam etdirəcək.

Nizami MİRZƏ

 
Səhifənin başına qalx "İdman" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

18 Noyabr 2010 - 45

Azərbaycan Dövlət Neft Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Prezident İlham Əliyev Ağdam rayonunda məcburi köçkün ailələri üçün yeni qəsəbədə məktəbin açılışında iştirak edib
 
Bakı Slavyan Universitetində beynəlxalq forum keçirilib
 
İslam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin 5-ci konfransı
 
Bakı məktəblərində bilik yarışı keçirilib
 
Tələbələr üçün yeni yataqxana
 
Gəncə Dövlət Universitetində tələbələr imtahanları kompüterlə verəcəklər
 
ADMİU beynəlxalq əlaqələrini genişləndirir
 
Hüseyn Cavidin xatirəsi anılıb
 
"Həyati bacarıqlara əsaslanan təhsil"lə bağlı seminar
 
 Tələbələrin pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans 
 
Dövlət İdarəçilik Akademiyasında qısamüddətli ixtisasartırma kurslarının açılışı olub
 
"Uşaq hüquqları" aylığı
 
TIMSS və PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatları
 
Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti
 
Dayaq məntəqələrinin fəaliyyətinin gücləndirilməsi zamanın tələbidir
 
Lənkəran təhsili uğurlu inkişaf yollarında
 
"Qaraca qız" hekayəsinin tədrisi təcrübəsindən
 
İnnovativ universitet
 
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov yad edilir
 
Şair tələbələrin qonağı oldu
 
Metodik işlərə geniş yer verilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Nərminin idman uğurları
 
Sumqayıt peşə liseyinin şagirdi ikiqat dünya çempionudur
 
Dünya universitetləri: Pekin Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov