"İnsan hüquqları XXI əsr - Azərbaycan" Fondu
icrasına başladığı "Kimsəsiz yeniyetmələr üçün
sosial inteqrasiya imkanları yaradaq" layihəsi
çərçivəsində Mərdəkandakı 2 nömrəli
internat-məktəbdə "Avropa gecəsi" adlı mədəni
tədbir keçirmişdir.
Fonddan AzərTAc-a bildirmişlər ki, Avropa
Gənclər Fondunun (AGF) maliyyə dəstəyi ilə
reallaşdırılan tədbirin məqsədi AGF-nin
gənclərlə bağlı müxtəlif proqramları, Avropa
Şurasının ümumi məqsəd və məramları barədə
məlumat verməkdir.
Gecədə çıxış edən "İnsan hüquqları XXI əsr
-Azərbaycan" Fondunun sədri Şahin Camalov,
AGF-nin eksperti Asanasios Krezios layihənin
məqsədi, məramı, Avropa gənclərinin həyat tərzi,
gənclərin asudə vaxtlarının təşkili, Avropa
dövlətlərinin gənclər siyasəti, gənclərlə iş
prinsipləri barədə ətraflı məlumat vermişlər.
Sonda kimsəsiz yeniyetmələrə hədiyyələr təqdim
olunmuşdur. |