Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

3 Dekabr 2010 - � 47

 

İnformasiya Texnologiyaları İnstitutunda rusiyalı  mütəxəssislərlə İKT-nin tətbiqi məsələləri müzakirə olundu

Bookmark and Share

Son illər ölkəmizdə milli ənənələri qorumaqla Avropa təhsil məkanına inteqrasiya prosesinin sürətləndirilməsi, inkişaf etmiş dövlətlərin bu sahədəki təcrübəsinin öyrənilərək yayılması, orta ümumtəhsil məktəblərində, ali təhsil müəssisələrində informasiya- kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Sevindirici haldır ki, ölkəmiz İKT sektorunun inkişaf etdirilməsi üzrə regionda lider dövlətə çevrilmişdir. Bu liderliyi qoruyub saxlamaq, inkişaf etdirmək üçün informatikanın öyrənilməsi, həmin  sahəyə diqqətin artırılması zəruridir. Yaşadığımız dövrün vacib şərtlərindən biri də məhz insanlarda məntiqi və alqoritmik təfəkkür tərzini, məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə qabiliyyətini formalaşdırmaq, həmçinin onların gündəlik qarşılaşdıqları problemlərin həlli  ilə bağlı tələb olunan zəruri informasiyaları kompüter vasitəsilə ala bilmələri üçün texniki bacarıq və vərdişlərin aşılanmasıdır.

İnformatika zehnin inkişafına kömək edir, məntiqi təfəkkürün formalaşmasında, mühakimə və dərketmə qabiliyyətinin yüksəldilməsində, elmi, praktik biliklərin genişlənməsində, yeni ixtisaslara yiyələnməsində əhəmiyyətli rol oynayır. Dəqiq və humanitar elm sahələrinin inkişafında, texnika,  müasir texnologiyaların təkmilləşdirilməsi prosesində ortaya çıxan problemlərin həllində insanların yaxın köməkçisinə çevrilir. Bu baxımdan əksər dünya ölkələrinin təhsil sistemində informatikanın ən mühüm və vacib fənlərdən biri kimi öyrənilməsinə xüsusi diqqət yetirilir.

Elə bu günlərdə AMEA-nın  İnformasiya Texnologiyaları İnstitutunda Rusiya Federasiyası Prezidenti mükafatı laureatı, professor Vladimir Kiryuxin və İnformatika üzrə Rusiya Olimpiada Mərkəzinin direktoru, pedaqoji elmlər namizədi Marina Svetkova ilə keçirilən görüşdə də məhz həmin  məsələlər ətrafında fikir mübadiləsi aparıldı, informatika üzrə beynəlxalq olimpiadalarda uğurların əldə olunması  üçün hazırlıq mərhələləri, yüksək səviyyəli kadr hazırlığı ilə bağlı bir sıra təkliflər dinlənildi, bu sahədə beynəlxalq təcrübədən bəhrələnməyin zəruriliyi qeyd edildi.

Tədbirdə Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat  sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov, Bakı Dövlət Universitetinin dosenti, fizika-riyaziyyat elmləri namizədi Ramin Mahmudzadə, tanınmış alim və mütəxəssislər, bir sıra ümumtəhsil  müəssisələrinin informatika müəllimləri, ötən il informatika üzrə keçirilən beynəlxalq olimpiadada ölkəmizi təmsil edən məktəblilər iştirak edirdilər.

Görüşdən əvvəl rusiyalı qonaqlar yaxınlarda institutda  istifadəyə veriləcək ən son texnologiyalarla təchiz olunan yeni Tədris-İnnovasiya Mərkəzinə baş çəkdilər. Burada distant təhsilin, xüsusi proqramların reallaşdırılması üçün yaradılan şəraitlə, tədrisin keyfiyyətinə nəzarət sistemləri, informatika fənni üzrə ümumrespublika olimpiadalarının, elmi konfrans və seminarların, "dəyirmi masa"ların keçiriləcəyi otaqlarla tanış oldular.

Tədbiri İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev açaraq Azərbaycanda informasiya cəmiyyəti quruculuğunun dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini bildirdi.

Direktor rəhbərlik etdiyi institutda  fasiləsiz keyfiyyətli təhsilin təmin edilməsində informasiyalaşdırma, İnternet mühitində sosial şəbəkələr və müstəqil təhsildə onların rolu, proqram mühəndisliyi, informasiya cəmiyyətində təhsil hüququ, informasiya mədəniyyəti, İT ixtisasları üzrə mütəxəssis hazırlığı, distant təhsil nəzəriyyələri və digər istiqamətlərdə aparılan elmi araşdırmalar haqqında ətraflı məlumat verdi. İnstitutun fəaliyyəti və inkişaf perspektivlərindən söz açan R.Əliquliyev "Elektron Azərbaycan" Dövlət Proqramı və "Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)" çərçivəsində innovasiya texnologiyalarının inkişafı, intellektual resurslarının artırılması, İKT-nin müxtəlif problemlərinin tədqiqi, informasiya cəmiyyətinin elmi-nəzəri əsaslarının araşdırılması, regionlarda orta ümumtəhsil məktəblərində informatika fənninin tədrisi  və s. istiqamətlərdə həyata keçirilən tədbirlərdən, o cümlədən İTİ-nin Tədris-İnnovasiya Mərkəzində görüləcək işlərdən danışdı.

"Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)"nın əsas məqsədinin təhsilin bütün pillələrində müasir İKT-nin səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması, əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi, habelə ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunması üçün şərait yaratmaq olduğu vurğulandı. Elektron təlim texnologiyalarından istifadə bacarığının mütləq şərtlərdən biri kimi dəyərləndirildiyini bildirən Rasim Əliquliyev yüksək texniki biliklərə malik pedaqoji kadrların hazırlanmasının bu gün Azərbaycan təhsil sisteminin qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edildiyini qeyd etdi. O daha sonra təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirləri görüş iştirakçılarının diqqətinə çatdırdı.

Çıxışında vahid informasiya mühitinin yaradılması üçün təhsil müəssisələrinin İnternetə çıxışının təmin edilməsi, distant təhsil kurslarının təşkili, milli elektron resurslarının  yaradılması, virtual pedaqoji cəmiyyətlərin fəaliyyət göstərməsi, telekonfransların, forumların təşkilinin vacib şərt olduğunu vurğulayan direktor keyfiyyətli təhsil sisteminin təmin edilməsi üçün İKT-nin imkanlarından səmərəli istifadənin zəruriliyindən danışdı, bu istiqamətdə  informatika üzrə olimpiadaların keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini söylədi.

Məlumat üçün bildirildi ki, ilk dəfə informatika üzrə beynəlxalq olimpiada YUNESKO-nun təşkilatçılığı ilə 1989-cu ilin mayında Bolqarıstanın Pravets şəhərində keçirilmişdir. O zamandan etibarən hər il məktəblilər arasında informatika üzrə keçirilən beynəlxalq olimpiada (İOİ) dünyada kompüter texnologiyaları üzrə ən nüfuzlu müsabiqə hesab edilir. Bu  mötəbər bilik yarışmasında dünyanın 80-dən çox ölkəsi təmsil olunur. Hər bir ölkədən yalnız 4 məktəblinin qatıldığı olimpiadada iştirakçılar alqoritmik məsələlərin həlli, proqramlaşdırma sahəsində öz biliklərini nümayiş etdirirlər. Müsabiqənin qalibinə "Dünyanın ən qabaqcıl kompüter alimi" titulu verilir.1994-cü ildən ölkəmiz də  bu olimpiadada iştirak etməyə başlamış, müxtəlif illərdə gümüş və bürünc mükafatlar qazanılmışdır. Qeyd olundu ki, ölkəmizdə beynəlxalq standartlara uyğun informatika üzrə ümumrespublika olimpiadaları isə hər il Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.   

Çıxış üçün söz alan BDU-nun  dosenti Ramin Mahmudzadə gənclərin İKT biliklərinin təkmilləşdirilməsi, informatika, proqramlaşdırma sahəsində istedadlı tələbə və məktəblilərin aşkara çıxarılması, onlara dəstək məqsədi daşıyan informatika üzrə olimpiadaların müasir dövrdə böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Bu sahədə bilik və təcrübəsini azərbaycanlı həmkarları ilə bölüşmək üçün ölkəmizə gələn rusiyalı həmkarlarına gələcək fəaliyyətlərində uğurlar arzuladı.

İnformatika üzrə Rusiya Olimpiada Mərkəzinin direktoru, pedaqoji elmlər namizədi Marina Svetkova elm və texnologiyanın inkişafının, qabaqcıl innovasiya sisteminin nəzəri, metodoloji və tətbiqinin elmi əsaslar üzərində formalaşdırılmasının vacibliyini qeyd etdi. "E-Rusiya" Dövlət Proqramı çərçivəsində vahid e-təhsil sisteminin rəqəmsal məktəblərin inkişafı istiqamətində 2007-2010-cu illərdə həyata keçirilən layihələr haqqında məlumat verən çıxışçı innovasiya texnologiyalarının dinamik inkişafının yeni məzun modelinin hazırlanmasını zəruriləşdirdiyini dedi.

Rusiyada son 5 ildə məktəblərdəki İKT resursları vasitəsilə informatika sahəsində distant təhsilin həyata keçirildiyini görüş iştirakçılarının diqqətinə çatdıran qonaq müasir tələblərə müvafiq olaraq informasiya mühitinin formalaşdığını, şəbəkə müsabiqə və olimpiadalarının reallaşdırıldığını  söylədi. Qeyd olundu ki, müxtəlif profilli siniflərin mövcud olduğu informatika təmayüllü məktəblərdə informasiya mərkəzinin təşkilinə xüsusi önəm verilir, region məktəblərində şəbəkə profilli biliklərin formalaşmasına, məktəb saytlarında olimpiada bölməsinin yer almasına diqqət yetirilir. Ölkəmizdə İKT sahəsində əldə olunan müvəffəqiyyətlərin onları sevindirdiyini deyən Marina Svetkova  bura gəlişlərinin əsas səbəbinin respublikamızın qabaqcıl elm və təhsil müəssisələri ilə əməkdaşlıqlarının genişləndirilməsi və öz təcrübələri ilə azərbaycanlı həmkarlarını tanış etmək olduğunu bildirdi.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində yaradılan innovativ mühitin müzakirə edilən problemlərin həlli istiqamətində əhəmiyyətli rolu olduğunu qeyd edən professor Vladimir Kiryuxin institutda elmlə təhsilin vəhdəti istiqamətində görülən işləri yüksək qiymətləndirdi.

O, Rusiyanın  orta ümumtəhsil məktəblərində informatikanın tədrisi metodiki sisteminin əsas komponentlərinin və onların tədris prosesində qarşılıqlı əlaqəsinin öyrənildiyini deyərək İKT-nin tətbiqi ilə bağlı hazırlanmış proqram və dərsliklərdən söz açdı. İnformatika üzrə olimpiadaların istedadlı tələbə və məktəblilərin aşkara çıxarılması, onlara dəstək verməsindən əlavə beynəlxalq yarışların qaliblərinin ali məktəblərə imtahansız qəbulu baxımdan da əhəmiyyətli olduğunu bildirdi. Beynəlxalq olimpiadalarda qalib olmaq üçün mərhələli şəkildə mükəmməl hazırlıq keçməyin vacibliyini diqqətə çatdıran professor V.Kiryuxin bununla bağlı 20 illik təcrübəsindən danışdı, beynəlxalq yarışlara həsr etdiyi  kitablar haqqında maraqlı açıqlamalar verdi.

Görüşdə həmçinin informatika fənninin fundamental  anlayışları, informatika dərslərinin inteqrasiyası prosesində şagirdlər tərəfindən dərsin əsas mahiyyətinin qavranılması, tədris prosesində adıçəkilən fənnə diqqətin artırılması, kadr hazırlığı istiqamətində mövcud problemlər və s. mövzular ətrafında geniş  fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.  

Samirə KƏRİMOVA

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

3 Dekabr 2010 - � 47

 "Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə
 
Berlindəki Humbold Universitetində "Azərbaycan tarixi beynəlxalq araşdırmalarda - müasir vəziyyət və perspektivlər" mövzusunda beynəlxalq elmi konfrans keçirilib
 
Berlində Azərbaycan elm və mədəniyyət həftəsi açılıb
 
Biləsuvar rayonunun İsmətli kəndində yeni məktəb binası istifadəyə verildi 
 
"Təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə magistratura proqramı"
 
"Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət"in təqdimatı olub
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi
 
Turin şəhərində Avropa Təlim Fondunun İdarəetmə Şurasının iclası keçirilib
 
Beynəlxalq konfrans başa çatdı
 
Dövlət İdarəçilik Akademiyasında türkiyəli qonaqların iştirakı ilə "dəyirmi masa" keçirilib
 
BDU-da elmi əməkdaşlıq məsələləri müzakirə olunub
 
Rusiyalı alim Bakı Slavyan Universitetində mühazirə oxuyub
 
2010-cu ilin sonuna qədər Azərbaycanın orta məktəblərinin 22 faizi İnternetə qoşulacaq
 
Azərbaycan Diplomatik Akademiyası ilə Argentinanın Diplomatik Xidmət İnstitutu arasında əməkdaşlıq haqqında  memorandum imzalanıb
 
Dünya Azərbaycanlı Gənclər Konqresi "Xocalıya ədalət" kampaniyasına qoşulub
 
Yeni məktəblərimiz
 
Bakı Dövlət Universitetinin rektoru İranın yeni səfirini qəbul edib
 
Kimsəsiz yeniyetmələr üçün "Avropa gecəsi" adlı mədəni tədbir keçirilib
 
Rusiya Federasiyasında təhsil məsələləri
 
ADU-da almaniyalı professorla görüş
 
Amerikalı qonaqlar Lənkəran Dövlət Universitetində
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri barədə
 
İnformasiya Texnologiyaları İnstitutunda rusiyalı  mütəxəssislərlə İKT-nin tətbiqi məsələləri müzakirə olundu
 
Fəal müəllimlər üçün "Həmkara dəstək" proqramı
 
Gəncədə məktəblilərin fənn olimpiadası keçiriləcək
 
"Nəzəriyyədən praktikaya dövrün tələbidir" mövzusunda elmi-praktik konfrans
 
"Elektron məktəb" layihəsi çərçivəsində videozəng funksiyası tətbiq olunur
 
Azərbaycan müəllimi innovativ müəllimlərin dünya müsabiqəsində iştirak edib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Buta" Yeni il şənliklərinə hazırlaşır
 
Üzeyir Hacıbəylinin 125 illik yubileyi gimnaziyada qeyd olundu
 
Musiqi Kollecində gənc ifaçıların müsabiqəsi keçirilir
 
Məktəblilərin idman uğurları
 
Dünya universitetləri: Münhen Texniki Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov