Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

3 Dekabr 2010 - � 47

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin
19 noyabr  2010-cu il tarixli,  1486 nömrəli əmri ilə
təsdiq edilmişdir

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Bookmark and Share

I. Ümumi müddəalar 

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)" sənədinin 3.6-cı bəndinə əsasən hazırlanmışdır.

1.2. Pedaqoji Şura ümumi təhsil müəssisələrində  ali idarəetmə orqanı hesab olunur, öz fəaliyyətində bu Əsasnaməni rəhbər tutur.

1.3. Ümumi təhsil müəssisəsində Pedaqoji Şura pedaqoji kollektivin hər bir üzvünü müəssisənin idarəolunmasına fəal cəlb etməklə demokratik şəraitdə qarşıda duran aktual məsələləri müzakirə edib kollegial qərarlar qəbul etmək məqsədilə yaradılır.

1.4. Pedaqoji Şura ən azı 3 nəfərdən ibarət pedaqoji kollektivi olan ümumi təhsil müəssisəsində təşkil olunur. 

II. Pedaqoji Şuranın tərkibi və fəaliyyətinin təşkili 

2.1. Pedaqoji Şuranın tərkibinə "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 31.0.2-ci bəndində müəyyən olunmuş aidiyyəti pedaqoji işçilər, müəssisənin həkimi və ictimai əsaslarla fəaliyyət göstərən VMA-nın (valideyn komitəsinin) sədri daxil edilirlər.

2.2. Müəssisənin direktoru Pedaqoji Şuranın sədri olur. Şuranın katibi hər dərs ili üçün ilk şura iclasında onun üzvləri arasından seçilir.

2.3. Pedaqoji Şuranın illik fəaliyyət planı şuranın ilk iclasında müzakirə olunduqdan sonra müəssisənin illik ümumi Fəaliyyət planının tərkibində təsdiq edilir.

2.4. Müzakirə olunan məsələlərlə bağlı zərurət yarandığı hallarda Pedaqoji Şura iclaslarında müəssisə rəhbərinin  dəvəti ilə bilavasitə müəssisədə yaradılmış ictimai əsaslarla fəaliyyət göstərən digər özünüidarə orqanlarının (məktəb şurası, qəyyumlar və himayəçilər şuraları, uşaq parlamenti), habelə  valideynlərin nümayəndələri məşvərətçi səs hüququnda iştirak edə bilərlər.

2.5. Dərs ili ərzində müəssisədə keçirilən Pedaqoji Şura iclaslarının sayına məhdudiyyət qoyulmur. Şura iclaslarının keçirilməsi zərurəti  müzakirəyə çıxarılan aktual məsələlərdən, pedaqoji kollektivin üzvlərinin, habelə özünüidarə orqanlarının təkliflərindən, qaldırılan məsələlərdən asılı olaraq müəssisənin direktoru tərəfindən müəyyən edilir.

2.6. Üzvlərinin üçdə ikisi iştirak etdikdə Pedaqoji Şura səlahiyyətli hesab olunur. Şura qərarları adi səs çoxluğu ilə qəbul edilir.

2.7. Pedaqoji Şura qərarlarının icrasına nəzarət bilavasitə müəssisənin direktoru tərəfindən həyata keçirilir.

2.8. Pedaqoji Şuranın qərarları məktəb direktorunun müvafiq əmrləri ilə rəsmiləşdirilir. 

III. Pedaqoji Şuranın vəzifələri 

3.1. Pedaqoji Şuranın vəzifələrinə daxildir:

3.1.1. Ümumi təhsillə bağlı Azərbaycan dövləti və hökumətinin qərar və sərəncamlarının, Təhsil Nazirliyinin kollegiya qərarlarının, əmr, sərəncam və təlimatlarının, habelə digər aidiyyəti normativ-hüquqi sənədlərin məzmunu və mahiyyəti  ilə kollektiv üzvlərini tanış etmək, müəssisənin fəaliyyətinin dövlət siyasətinin tələbləri əsasında qurulması üçün  səmərəli iş sistemi yaradılmasına hərtərəfli köməklik göstərmək.

3.1.2. Aşağıdakı məsələlər ətrafında müzakirələr keçirib müvafiq qərarlar qəbul etmək:

3.1.2.1. Müəssisənin illik və perspektiv Fəaliyyət planlarının təsdiqi.

3.1.2.2. İllik və yarımillik hesabatların dinlənilməsi*.

3.1.2.3. Fənlərin tədrisi vəziyyətinin öyrənilməsinə dair monitorinqlərin nəticələri.

3.1.2.4. Pedaqoji innovasiyaların, qabaqcıl pedaqoji təcrübə nümunələrinin tətbiqi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması və müəssisənin idarəolunmasının təkmilləşdirilməsi.

3.1.2.5. İstedadlı şagirdlərlə işin təşkili istiqamətləri.

3.1.2.6. Dərs bölgüsünün təsdiqi, dərsdənkənar məşğələlərin təşkili, dərnək, klub, studiya, "Kiçik akademiya" və digər bu kimi şagird birliklərinin fəaliyyəti.

3.1.2.7. Şagird kontingentinin sabit saxlanması, icbari təhsilin yerinə yetirilməsi vəziyyəti.

3.1.2.8. Metodik şuranın və onun nəzdindəki fənn komissiyalarının fəaliyyəti.

3.1.2.9. Müəssisənin iş rejiminin təkmilləşdirilməsi.

3.1.2.10. Şagirdlərin sinifdən-sinfə keçirilməsi, imtahanlara buraxılması, təkrar sinifdə, habelə payız imtahanlarına saxlanması, yay tədris tapşırığı alması.

3.1.2.11. Buraxılış imtahanlarının nəticələri, məzunlara təhsil sənədlərinin verilməsi və s.

3.1.3. Pedaqoji Şura iclaslarında bunlarla yanaşı, zəruri hesab edilən digər məsələlər də müzakirə oluna bilər. 

IV. Pedaqoji Şuranın hüquqları 

4.1. Pedaqoji Şura aşağıdakı məsələləri müzakirə edib müvafiq qərar qəbul etmək hüququna malikdir:

4.1.1. Yerli şəraitə uyğun olaraq, müəssisənin iş rejimini müəyyənləşdirmək.

4.1.2. Tapşırılmış iş sahəsində səmərəli fəaliyyəti ilə fərqlənən işçiləri, habelə təlimdə uğurlu nəticələr qazanmış şagirdləri təltifə təqdim etmək, rəğbətləndirmək və mükafatlandırmaq.

4.1.3. Müəssisədaxili intizam qaydalarına və əmək funksiyalarına əməl etməyən işçilər barəsində mövcud qanunvericiliyə uyğun tədbirlər görmək.

4.1.4. İbtidai təhsil səviyyəsində mövcud tədris proqramlarını mənimsəməyən şagirdləri psixoloji-tibbi-pedaqoji müayinəyə göndərmək.

4.1.5. Zəruri hallarda müəssisənin tipini dəyişdirmək, müəssisədə istedadlı şagirdlər üçün təmayüllü siniflər yaratmaq üçün vəsatət qaldırmaq.

4.1.6. Ciddi tərbiyə şəraitinə ehtiyacı olan oğlan şagirdlərin müvafiq təhsil müəssisəsinə göndərilməsi ilə bağlı aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq.

4.1.7. Qanunvericiliklə müəyyən olunmuş digər qərarlar qəbul etmək və s. 

V. Pedaqoji Şuranın kargüzarlığı 

5.1. Pedaqoji Şuranın hər bir iclası müəyyən edilmiş kitabda protokollaşdırılır. Müzakirə edilən məsələlərlə bağlı hazırlanan məruzə və hesabatlar ayrıca saxlanılır.

5.2. Pedaqoji Şuranın protokolları kitabı rəsmi məktəb sənədi kimi nömrələnir, qaytanlanır və tabe olduğu yuxarı orqanın rəhbəri və ya aidiyyəti qurum (səlahiyyətli şəxs) tərəfindən təsdiq olunur.

5.3. Pedaqoji Şuranın protokolları kitabı müəssisədə daimi saxlanılır. 

* Müəssisənin direktoru və müavinlərinin, həkimi, kitabxanaçısı və uşaq birliyi rəhbərinin, metodik şuranın və fənn komissiyası sədrlərinin, VMA (valideyn komitəsi) sədrinin və digərlərinin hesabatları nəzərdə tutulur.

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

3 Dekabr 2010 - � 47

 "Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə
 
Berlindəki Humbold Universitetində "Azərbaycan tarixi beynəlxalq araşdırmalarda - müasir vəziyyət və perspektivlər" mövzusunda beynəlxalq elmi konfrans keçirilib
 
Berlində Azərbaycan elm və mədəniyyət həftəsi açılıb
 
Biləsuvar rayonunun İsmətli kəndində yeni məktəb binası istifadəyə verildi 
 
"Təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə magistratura proqramı"
 
"Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət"in təqdimatı olub
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi
 
Turin şəhərində Avropa Təlim Fondunun İdarəetmə Şurasının iclası keçirilib
 
Beynəlxalq konfrans başa çatdı
 
Dövlət İdarəçilik Akademiyasında türkiyəli qonaqların iştirakı ilə "dəyirmi masa" keçirilib
 
BDU-da elmi əməkdaşlıq məsələləri müzakirə olunub
 
Rusiyalı alim Bakı Slavyan Universitetində mühazirə oxuyub
 
2010-cu ilin sonuna qədər Azərbaycanın orta məktəblərinin 22 faizi İnternetə qoşulacaq
 
Azərbaycan Diplomatik Akademiyası ilə Argentinanın Diplomatik Xidmət İnstitutu arasında əməkdaşlıq haqqında  memorandum imzalanıb
 
Dünya Azərbaycanlı Gənclər Konqresi "Xocalıya ədalət" kampaniyasına qoşulub
 
Yeni məktəblərimiz
 
Bakı Dövlət Universitetinin rektoru İranın yeni səfirini qəbul edib
 
Kimsəsiz yeniyetmələr üçün "Avropa gecəsi" adlı mədəni tədbir keçirilib
 
Rusiya Federasiyasında təhsil məsələləri
 
ADU-da almaniyalı professorla görüş
 
Amerikalı qonaqlar Lənkəran Dövlət Universitetində
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri barədə
 
İnformasiya Texnologiyaları İnstitutunda rusiyalı  mütəxəssislərlə İKT-nin tətbiqi məsələləri müzakirə olundu
 
Fəal müəllimlər üçün "Həmkara dəstək" proqramı
 
Gəncədə məktəblilərin fənn olimpiadası keçiriləcək
 
"Nəzəriyyədən praktikaya dövrün tələbidir" mövzusunda elmi-praktik konfrans
 
"Elektron məktəb" layihəsi çərçivəsində videozəng funksiyası tətbiq olunur
 
Azərbaycan müəllimi innovativ müəllimlərin dünya müsabiqəsində iştirak edib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Buta" Yeni il şənliklərinə hazırlaşır
 
Üzeyir Hacıbəylinin 125 illik yubileyi gimnaziyada qeyd olundu
 
Musiqi Kollecində gənc ifaçıların müsabiqəsi keçirilir
 
Məktəblilərin idman uğurları
 
Dünya universitetləri: Münhen Texniki Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov