Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

3 Dekabr 2010 - � 47

 

Azərbaycanın Milli Qəhrəmanları

Bookmark and Share

Məmmədov Seymur Qəhrəman oğlu 

1971-ci il sentyabrın 18-də Füzuli rayonunda anadan olmuşdu. 1988-ci ildə  rayonlarındakı 2 nömrəli orta məktəbi bitirmişdi. Elə həmin il Azərbaycan Politexnik İnstitutunun elektrotexnika fakültəsinə daxil olmuşdu. O, qiyabi təhsil almaqla yanaşı, həm də Füzuli şəhər rabitə şöbəsində çalışmışdı. Seymur 1991-ci ildə hərbi xidmətə çağırılaraq Vladimir vilayətinin Kovrov şəhərində artilleriya kursu keçdikdən sonra Almaniyaya göndərilmişdi. Bir müddət sonra isə xidmətini Ukraynanın Çerniqov şəhərində davam etdirmişdi. Hərbi xidmətini başa çatdırdıqdan sonra Vətənə qayıdaraq özünümüdafiə batalyonuna yazılmışdı. Qarabağda erməni işğalçılarına qarşı gedən qanlı döyüşlərdə və çətin əməliyyatlarda fəal iştirak etmişdi.

S.Məmmədov 1992-ci il aprelin 1-də Məlikcanlı kəndinin erməni işğalçılarından təmizlənməsi uğrunda gedən qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 11 avqust 1992-ci il tarixli 131 nömrəli Fərmanı ilə Məmmədov Seymur Qəhrəman oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Təhsil aldığı orta məktəb onun adını daşıyır. 

Məmmədov Səfəralı Qurban oğlu 

1963-cü il oktyabrın 16-da Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdu. 1981-ci ildə doğma kəndlərində orta məktəbi bitirmişdi. Həmin il hərbi xidmətə çağırılmışdı. Minsk şəhərində xidmətini başa çatdırdıqdan sonra ordudan tərxis olunaraq, Krasnodar şəhərinə getmişdi. Burada müəssisədənkənar mühafizə şöbəsində milis nəfəri kimi fəaliyyətə başlamışdı. 1988-ci ildə xidməti nəzərə alınaraq Bakı Xüsusi Orta Milis Məktəbinin qiyabi şöbəsində təhsil almağa göndərilmişdi. 1990-cı ildə məktəbi bitirərək öz istəyi ilə Ağdam rayon DİŞ-də post-patrul xidmətində vzvod komandiri təyin olunmuşdu. Elə ilk günlərdən döyüş meydanında fəallıq göstərən Səfəralı Fərruxda, Ağbulaq fermasında, Qarakənd kəndində xeyli erməni girov götürmüşdü.

S.Məmmədov 1992-ci il fevralın 16-da Xocavənd rayonunun Qaradağlı kəndində gedən döyüşdə düşmənə sarsıdıcı zərbələr endirərkən qəlpələrdən biri  kəmərindəki qumbaraya dəyərək, onun həyatına son qoyub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə Məmmədov Səfəralı Qurban oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Masallı rayonunun Sərçuvar kəndində dəfn olunub. Masallı şəhərindəki küçələrdən biri və vaxtilə təhsil aldığı Sərçuvar kənd orta məktəbi onun adını daşıyır. 

Məmmədov Xanoğlan Sadıq oğlu 

1975-ci il fevralın 13-də Neftçala rayonunun Qaraqaşlı kəndində anadan olmuşdu. Kəndlərindəki məktəbdə səkkizinci sinfi bitirdikdən sonra rayondakı 104 nömrəli texniki peşə məktəbində təhsilini davam etdirmişdi. 1993-cü il aprelin 13-də Neftçala rayon Hərbi Komissarlığı tərəfindən əsgəri xidmətə çağırılmışdı. Xanoğlan topçu kimi əvvəlcə Səngəçalda, sonra isə Çuxanlı, Pirəküşkül və Qaladakı hərbi hissələrdə təcrübə məqsədilə xüsusi xidmət keçmişdi. Daha sonra torpaqlarımızı erməni işğalçılarından müdafiə etmək üçün Murovdağa göndərilmişdi. Düşmənə qarşı gedən döyüşlərdə, keçirilən çətin əməliyyatlarda mətinliyi, şücaəti ilə fərqlənən Xanoğlanın 1995-ci ilin martında dövlət çevrilişinə cəhdin qarşısının alınmasında da müstəsna xidməti olmuşdu.

X.Məmmədov elə həmin ilin mart hadisələri zamanı bir dəstə hakimiyyət hərisinə qarşı aparılan mübarizədə əsl qəhrəmanlıq nümunəsi göstərir. Lakin həmin  silahlı toqquşmada qarşı tərəfdən atılan güllə onun həyatına son qoyur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Məmmədov Xanoğlan Sadıq oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Rayonun Qaraqaşlı kəndində dəfn olunub. Neftçala rayon mədəniyyət evi onun adını daşıyır. 

Mansurov Bəhruz Qəhrəman oğlu 

1975-ci il martın 13-də Yardımlı rayonunun Telavar kəndində anadan olmuşdu. Orta təhsilini doğma kəndlərindəki məktəbdə almışdı. Az sonra Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin sərhəd qoşunları fakültəsinə qəbul olmuşdu. Bəhruz da 1995-ci ilin məlum mart hadisələri zamanı - Azərbaycanın başı üstünü qara buludlar alanda  bir qeyrətli vətən oğlu kimi əlinə silah alaraq vətənin azadlığı uğrunda ayağa qalxmışdı.  Həmin vaxt çağırışa tabe olmayan bu dəstə öz çirkin əməllərini həyata keçirmək üçün silahlı əməliyyata başladı. Bəhruz cinayətkarlara qarşı aparılan əməliyyatda fəal iştirak edir, yaralıların döyüş meydanından çıxarılmasında əsl qəhrəmanlıq nümunəsi göstərirdi.

B.Mansurov dövlət çevrilişinə cəhdin qarşısını alarkən  qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Mansurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Yardımlı rayonunun Telavar kəndində dəfn olunub. Təhsil aldığı orta məktəb onun adını daşıyır. 

Məhərrəmov Asif Yusif oğlu 

1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. 1969-cu ildə Ağdam şəhər 1 nömrəli orta məktəbi bitirmiş, rayondakı Dəzgahqayırma Zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlamışdı. 1971-ci ildə hərbi xidmətə getmişdi. 1991-ci il noyabrın 15-də Ağdamda könüllü özünümüdafiə taboru yaradaraq torpaqlarımızın müdafiəsində yaxından iştirak etmişdi. Asif 1992-ci il martın 7-də 859 nömrəli hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilmişdi. 1992-ci ildə Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhraz, Xramort, Xanabad, Fərrux, Sırxavənd, Canyataq, Gülyataq, Qarakənd kəndləri düşməndən azad edilmişdi. Naxçıvanik uğrunda gedən döyüşdə ağır yaralanan Asif müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıtmışdı.

A.Məhərrəmov 1993-cü ildə Şelli uğrunda gedən döyüşdə iştirak etmiş, səhhəti ağırlaşdığından hərbi hissəni təhvil verərək, müalicə məqsədilə Yalta şəhərinə gedib və 1994-cü il iyulun 1-də dünyasını dəyişib.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 nömrəli Fərmanı ilə Məhərrəmov Asif Yusif oğlu Azərbaycanın  Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı səhərində 2-ci Şəhidlər xiyabanında dəfn olunub. Bakı şəhərində adına küçə var. 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

3 Dekabr 2010 - � 47

 "Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə
 
Berlindəki Humbold Universitetində "Azərbaycan tarixi beynəlxalq araşdırmalarda - müasir vəziyyət və perspektivlər" mövzusunda beynəlxalq elmi konfrans keçirilib
 
Berlində Azərbaycan elm və mədəniyyət həftəsi açılıb
 
Biləsuvar rayonunun İsmətli kəndində yeni məktəb binası istifadəyə verildi 
 
"Təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə magistratura proqramı"
 
"Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət"in təqdimatı olub
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi
 
Turin şəhərində Avropa Təlim Fondunun İdarəetmə Şurasının iclası keçirilib
 
Beynəlxalq konfrans başa çatdı
 
Dövlət İdarəçilik Akademiyasında türkiyəli qonaqların iştirakı ilə "dəyirmi masa" keçirilib
 
BDU-da elmi əməkdaşlıq məsələləri müzakirə olunub
 
Rusiyalı alim Bakı Slavyan Universitetində mühazirə oxuyub
 
2010-cu ilin sonuna qədər Azərbaycanın orta məktəblərinin 22 faizi İnternetə qoşulacaq
 
Azərbaycan Diplomatik Akademiyası ilə Argentinanın Diplomatik Xidmət İnstitutu arasında əməkdaşlıq haqqında  memorandum imzalanıb
 
Dünya Azərbaycanlı Gənclər Konqresi "Xocalıya ədalət" kampaniyasına qoşulub
 
Yeni məktəblərimiz
 
Bakı Dövlət Universitetinin rektoru İranın yeni səfirini qəbul edib
 
Kimsəsiz yeniyetmələr üçün "Avropa gecəsi" adlı mədəni tədbir keçirilib
 
Rusiya Federasiyasında təhsil məsələləri
 
ADU-da almaniyalı professorla görüş
 
Amerikalı qonaqlar Lənkəran Dövlət Universitetində
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri barədə
 
İnformasiya Texnologiyaları İnstitutunda rusiyalı  mütəxəssislərlə İKT-nin tətbiqi məsələləri müzakirə olundu
 
Fəal müəllimlər üçün "Həmkara dəstək" proqramı
 
Gəncədə məktəblilərin fənn olimpiadası keçiriləcək
 
"Nəzəriyyədən praktikaya dövrün tələbidir" mövzusunda elmi-praktik konfrans
 
"Elektron məktəb" layihəsi çərçivəsində videozəng funksiyası tətbiq olunur
 
Azərbaycan müəllimi innovativ müəllimlərin dünya müsabiqəsində iştirak edib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Buta" Yeni il şənliklərinə hazırlaşır
 
Üzeyir Hacıbəylinin 125 illik yubileyi gimnaziyada qeyd olundu
 
Musiqi Kollecində gənc ifaçıların müsabiqəsi keçirilir
 
Məktəblilərin idman uğurları
 
Dünya universitetləri: Münhen Texniki Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov