Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

10 Dekabr 2010 - 48

 

Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubileyi qeyd olundu

Bookmark and Share

Dekabrın 7-də Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycanda ilk qəza məktəbinin - Üzeyir bəy Hacıbəyli adına Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubileyi təntənəli şəkildə qeyd olundu.

Yubiley mərasiminin iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini yad edib məzarı üzərinə tər çiçək dəstələri düzdülər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anıldı.

Sonra xalqımızın qəhrəman oğullarının uyuduğu Şəhidlər xiyabanı ziyarət olundu.

Qonaqlar, o cümlədən bir sıra dövlət qurumlarının rəsmiləri, xarici ölkələrin səfirləri teatrın foyesində rəssam Rövşən Bayramovun yağlı boya ilə çəkdiyi Şuşa abidələri və mənzərələrinə həsr olunmuş şəkillərindən, şəhər 1 nömrəli orta məktəbin məzunlarının qızıl və gümüş medallarından, vinetkalarından, bugünkü şagirdlərinin rəsm əsərlərindən, Vətən haqqında inşalarından ibarət sərgiyə maraqla baxdılar.

Rəsmi yubiley tədbiri açıq elan olunduqdan və Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra yubilyar məktəbin keçdiyi tarixi yoldan və bugünkü fəaliyyətindən bəhs edən "Mənim doğma məktəbim" sənədli filmi nümayiş olundu.

Sonra söz təhsil naziri Misir Mərdanova verildi. Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məktəbin kollektivinə ünvanladığı təbrik məktubunu oxudu, yubiley münasibəti ilə tədris ocağının bir qrup müəlliminin mükafatlandırılması ilə bağlı dövlət başçısının 2010-cu il dekabrın 6-da imzaladığı sərəncamlarla mərasim iştirakçılarını tanış etdi. Qeyd edək ki, həmin sərəncamlara əsasən təhsil sahəsində xidmətlərinə görə bir nəfərə "Əməkdar müəllim" fəxri adı verilmiş, iki nəfər "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Məktub və sərəncamlara görə ölkə başçısına minnətdarlığını bildirən təhsil naziri məktəbin kollektivini, mərasim iştirakçılarını yubiley münasibəti ilə təbrik etdi.

Təhsil naziri məktəbin 180 illik yubileyinin keçirilməsini tarixi hadisə adlandıraraq bildirdi ki, hələ 1982-ci ildə bu təhsil ocağının 150 illiyi o vaxt Azərbaycan KP MK-nın birinci katibi işləyən Heydər Əliyevin təşəbbüsü ilə MK bürosunun qərarına əsasən geniş qeyd olunmuşdur. İlk qəza məktəbinin Şuşada açılmasını təhsil naziri tarixi zərurət kimi dəyərləndirərək Şuşanın Azərbaycanın təhsil və mədəniyyət tarixində böyük rol oynadığını vurğuladı.

Təhsil naziri son illər ölkəmizdə təhsilin inkişafı istiqamətində atılmış bəzi addımlara da diqqəti cəlb edərək bildirdi ki, son 7 il ərzində ölkəmizdə 2000 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Onların 300-dən çoxu Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuşdur. Nazir yubiley mərasimi iştirakçılarının diqqətinə çatdırdı ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2011-ci ildə 180 yaşlı Şuşa şəhər 1 nömrəli məktəb üçün paytaxtın görməli yerində yeni binanın tikilməsi nəzərdə tutulub.

Misir Mərdanov çıxışının sonunda Təhsil Nazirliyi tərəfindən yubilyar məktəbin kollektivinə təbrik məktubu ünvanlandığını, onun bir qrup müəlliminin nazirliyin "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı, fəxri fərmanları və təşəkkürnamələri ilə mükafatlandırıldığını bildirib, onların adlarını açıqladı və yubiley tədbirinin hazırlanmasında əməyi olanlara minnətdarlıq etdi.

Yubiley tədbirində Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərovun təntənəli açılışı 1830-cu il dekabrın 30-da olmuş ilk qəza məktəbinin keçdiyi tarixi yoldan, bu günündən, yetirmələrindən bəhs edən məruzəsi dinlənildi.

Məruzəçi qeyd etdi ki, Şuşa qəza məktəbi fəaliyyət göstərdiyi bütün illərdə təhsil-təlim keyfiyyətinə görə birinci olmuşdur. Şagirdlərin sayına görə də bu məktəb bütün Zaqafqaziyada birinci yeri tuturdu. 1865-ci ildə Şuşa qəza məktəbində 240 şagird oxuyurdu. Məktəbdə kitabxana yaradılmışdı. 1845-ci ilin məlumatına görə, Şuşa qəza məktəbinin kitabxanasında 301 adda kitab və tədris vəsaiti olmuşdur. 1868-ci ildən məktəbdə digər fənlərlə yanaşı, fransız dili də tədris olunmuşdur.

1874-cü ildə Şuşa qəza məktəbi şəhər məktəbinə çevrilmiş, onun şəhər məktəbi kimi ilk buraxılışından bir neçə nəfəri 1879-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olmuşdur. Onların arasında məşhur müəllim  Əliş bəy Tahirov, Azərbaycan elmi-pedaqoji fikir tarixində görkəmli ədəbiyyatşünas, pedaqoq kimi yer tutan Firudin bəy Köçərli və tanınmış pedaqoq Səfərəli bəy Vəlibəyov da var idi. Ümumiyyətlə, XIX əsr Azərbaycan ədəbiyyatının bir çox görkəmli nümayəndələri, ziyalılar ilk təhsillərini Şuşa (qəza) şəhər məktəbində almışlar.

Bu baxımdan məruzəçi tanınmış məzunlardan akademiklər Lətif İmanovu, Səttar Əsədovu, Paşa Rüstəmovu, Cəlal Allahverdiyevi, elmlər doktorları Validə Yusifzadəni, Sabir Rüstəmovu, Əbülfət Rüstəmovu, Cəlal Şükürovu, Sayalı Tağıyevanı, Əkbər Ağayevi, Kamran Məmmədovu, Nadir Əlişovu, Sovet İttifaqı Qəhrəmanı Xəlil Məmmədovu, bəstəkarlar Süleyman Ələsgərovu, Əşrəf Abbasovu və başqalarını xatırlatdı.

Məruzədə qeyd olundu ki, Şuşa şəhər məktəbi XX əsrdə də öz fəaliyyətini uğurla davam etdirmiş, xeyli məzun buraxmışdır. Bir çox hallarda rus-tatar və ya digər ibtidai məktəbləri bitirən gənclər şəhər məktəbində hazırlıq keçir və burada ibtidai məktəb müəllimliyinə imtahan verirdilər. Belələrindən biri də Şuşada ibtidai təhsilin təşkilatçılarından olmuş tanınmış müəllim Mirzə Xosrov Axundzadə idi.

Şuşa şəhər məktəbi 1927-1928-ci dərs ilində yeddiillik məktəbə çevrilmiş, 1933-cü ildə nümunə məktəbi adını almışdır.

Şuşa yeddiillik nümunə məktəbi 1937-1938-ci dərs ilindən 1 nömrəli şəhər orta məktəbi kimi fəaliyyətini davam etdirmiş, 1939-1940-cı dərs ilində onun orta təhsil üzrə ilk buraxılışı olmuşdur. 1992-ci ilin mayınadək fasiləsiz fəaliyyət göstərən məktəbin pedaqoji və şagird kollektivi Şuşanın ermənilər tərəfindən işğalından sonra respublikanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmışlar.

Şuşanın digər təhsil ocaqlarından şagirdlər və müəllimlər cəlb olunmaqla yenidən təşkil edilmiş məktəb hazırda paytaxtın Yasamal rayonundakı 38 nömrəli orta məktəbdə yerləşir. Bu gün burada 103 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 21 müəllim məşğul olur.

Məruzəsinin sonunda B.Səfərov vurğuladı ki, ulu öndərimiz tərəfindən əsası qoyulan, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici və daxili siyasəti bəyənən bütün şuşalılar kimi Şuşa şəhər 1 nömrəli orta məktəbin pedaqoji kollektivi də gələcəyə böyük inam və nikbinliklə baxır, məcburi köçkün övladlarını fiziki və mənəvi cəhətdən sağlam, savadlı böyütmək, onları doğma Şuşaya qayıdacağımız günə hazırlamaq kimi şərəfli bir işlə məşğul olurlar. İnanırlar ki, tezliklə ölkə Prezidenti İlham Əliyev cənablarının müdrik siyasəti nəticəsində tarixi yurdları olan doğma Şuşaya qayıdacaq və daha müasir Şuşa şəhər 1 nömrəli orta məktəbin sinif otaqlarında XXI əsrə layiq müasir gənclər yetişdirəcəklər.

Məktəbin direktoru, əməkdar müəllim Sevil Babayeva mərasimdə çıxış edərək təhsil ocağının yubileyinin dövlət səviyyəsində qeyd edildiyi üçün Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi, yubiley tədbirinin keçirilməsində zəhməti olan insanlara təşəkkür etdi.

Məktəbin məzunu, hazırda Moskvada yaşayan fizika-riyaziyyat elmləri namizədi Şünasi  Xəlilov söz alaraq öz sevincini tədbir iştirakçıları ilə bölüşdü.

Yubiley tədbirində çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məktəbin yubileyinin dövlət başçısının sərəncamı ilə qeyd olunduğunu əlamətdar hadisə kimi qiymətləndirdi, müəllim və şagirdləri təbrik etdi. O dedi ki: "Həmişə Şuşanı musiqi və mədəniyyət beşiyi adlandırmışıq. Haqlı olaraq 180 yaşlı məktəbi olan bu yurdu həm də ziyalılar şəhəri adlandıra bilərik". Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində dövlətimizin başçısının mövqeyini xatırlatdı və inamla vurğuladı ki, Qarabağın düşməndən azad edilməsi Şuşadan başlayacaqdır.

Yubiley tədbirinin iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.

Tədbir maraqlı bayram konserti ilə başa çatdı. 

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

10 Dekabr 2010 - 48

Şuşa şəhəri 1 nömrəli orta məktəbin kollektivinə
 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
S.H.Babayevaya "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
U.M.Qasımova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Şəfaət Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ekologiya ili"nə töhfəmiz mövzusunda məktəblilərin respublika ekoloji forumunun keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ətraf  mühiti qoruyaq" məktəblilərin  respublika müsabiqəsinin  keçirilməsi  barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Leyla Əliyeva: Birgə səylərimiz sayəsində RAGT böyük uğurlar qazanmışdır
 
Ulu öndərin xatirəsinə ehtiram
 
Nazirlər Kabineti 2011-ci ildə Novruz, Ramazan və Qurban bayramları haqqında qərar qəbul edib
 
Heydər Əliyev ideyaları müasir təhsil quruculuğunun əsasıdır
 
Milyonların yaddaşlarında yaşayan dahi insan
 
Almaniyada keçirilən Azərbaycan Elm və Mədəniyyət Həftəsi başa çatıb
 
Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubileyi qeyd olundu
 
Təhsil Nazirliyində seminar-müşavirə keçirilib
 
Təhsil Nazirliyinin İnternet saytı "Milli Net-2010" müsabiqəsinin qalibi oldu
 
Təhsil Nazirliyi ilə KNAUF arasında protokol imzalandı
 
Doktorant və gənc tədqiqatçıların XV Respublika elmi konfransı
 
Oktyabr və noyabr aylarında Təhsil Nazirliyinin  "Qaynar xətt" xidmətinə 1854 müraciət daxil olub
 
"Gorus-2010: absurd teatrı mövsümü" kitabı informasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbədir
 
BDU-nun tələbələri ingilis dilindən də dövlət imtahanı verəcəklər
 
İnnovasiya yönümlü iqtisadi inkişafın problemləri və bunların həlli yolları
 
Səfir Polşa universitetlərində Azərbaycan dilinin tədrisinin mümkünlüyündən söz açıb
 
Elmi seminarda fizika və onun tədrisi problemləri müzakirə olundu
 
Məktəblilərin fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin I turu keçirildi
 
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anıldı
 
Bu gün 2010-cu ilin Nobel  mükafatları təqdim olunacaq
 
"Ağ ölüm"lə bağlı "dəyirmi masa"
 
Gənc ifaçıların müsabiqəsi başa çatıb
 
Tələbə elmi cəmiyyətinin altıncı konfransı
 
Sənət adamları məktəblilərin qonağı oldular
 
Açıq respublika birinciliyinə start verilib
 
Dünya universitetləri: Tokio Texnologiya İnstitutu
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov