Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

10 Dekabr 2010 - 48

 

Oktyabr və noyabr aylarında Təhsil Nazirliyinin  "Qaynar xətt" xidmətinə 1854 müraciət daxil olub

Bookmark and Share

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefonlar:   496-34-82; 496-37-61; e-mail ünvanı: [email protected]) cari ilin oktyabr və noyabr aylarında 1854 müraciət daxil olub. Həmin müraciətlərdən 1535-i telefonla, 319-u isə elektron poçt vasitəsilə qəbul edilib.

Qeyd edək ki, bu aylar ərzində sorğu xarakterli müraciətlərin çoxu məktəbəqədər, ümumtəhsil, texniki peşə, orta ixtisas və ali məktəblərə dair məsələlərlə bağlı olub. Müraciətlərin digər qismi isə məktəbli  forması, dərs bölgüsü, xaricdə təhsil, özəl ali məktəblər və s. məsələlərə aid problemləri əhatə edib.  Ümumtəhsil məktəbləri ilə əlaqədar müraciətlərin 207-si Bakıdan, 11-i Yardımlıdan, 10-u Sumqayıtdan, hər birindən 5-8 olmaqla Cəlilabad, Quba, Goranboy, Göygöl və Mingəçevirdən, hər birindən 3 olmaqla Lerik, Daşkəsən, Ağsu, Şamaxı və Samuxdan qəbul olunub.

Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu, ödəniş haqqı, iş rejiminə dair və s. sorğular "Qaynar xətt" xidmətinin növbətçiləri tərəfindən cavablandırılıb. Ümumtəhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, dərs bölgüsü, dərsliklərin şagirdlərə çatdırılması, habelə ali təhsil müəssisələrinə tələbələrin köçürülmə və bərpası, təhsil haqqının ödənilməsi, bakalavr və magistr pillələrində ixtisaslaşma, təhsil sənədlərinin tanınması və s. ilə bağlı çoxsaylı sorğulara xidmət əməkdaşları və Təhsil Nazirliyinin müvafiq struktur bölmələri tərəfindən aydınlıq gətirilib.

Ötən iki ay ərzində Azərbaycan Beynəlxalq Universiteti ilə əlaqədar daha çox müraciət qəbul olunub. Bu təhsil müəssisəsinin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziya) qüvvədə olma müddətinin uzadılmaması barədə Təhsil Nazirliyinin 01.09.2010-cu il tarixli 1200 nömrəli əmrinin icrası ilə əlaqədar daxil olan bütün sorğular müvafiq sənədlərə uyğun cavablandırılıb.

"Qaynar xətt" xidmətinə daxil olan şikayət xarakterli müraciətlər diqqətlə araşdırılıb və onları törədən amillərin aşkar olunub aradan qaldırılması istiqamətində konkret tədbirlər həyata keçirilib. Bütün  müraciətlərin təxminən 10 faizdən çoxunu təşkil edən bu şikayətlər Təhsil Nazirliyinin mərkəzi və yerli struktur bölmələri tərəfindən araşdırılıb. Bir çox hallarda həmin şikayətlərin müəllifləri anonim olub, bir qisim müraciət müəllifləri şikayətlərini geri götürdüklərinə dair yazılı izahat verib, digər müraciətlərdə günahı olanlara qarşı müəyyən tədbirlər görülüb.

İki ay ərzində Abşeron rayon ümumtəhsil məktəblərindən daxil olan müraciətlər digər rayonlardan qəbul edilmiş müraciətlərdən daha çox olub və onların sayı 30-a yaxındır. Müraciətlərin əksəriyyətində Abşeron rayon məktəblərində bir neçə dəfə məcburi qaydada məktəbli formasının satışının təşkil edildiyi bildirilib. Qeyd olunan məsələ ilə əlaqədar araşdırma aparıldıqdan sonra Təhsil Nazirliyində müzakirə keçirilib və Abşeron Rayon Təhsil Şöbəsinin müdirinə yaranmış problemin qısa müddətdə aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

"Qaynar xətt" xidmətinə daxil olan müraciətlər əsasında işində nöqsanı olanlar tənbeh edilib, onlara irad bildirilib və töhmət verilib, eləcə də digər inzibati cəzalar tətbiq olunub. Belə ki, Xətai rayonundakı 257 nömrəli məktəbin riyaziyyat müəlliminə dərs zamanı pedaqoji prinsipləri pozduğuna, müəllim-şagird münasibətində ifrata vardığına və şagirdlərlə kobud davranışına görə axırıncı xəbərdarlıqla şiddətli töhmət verilib. Abşeron rayonu Xırdalan şəhərindəki 1 nömrəli orta məktəbin müəllimi isə məktəbli formasının satışında təlimata zidd olaraq iştirakına görə işdən azad edilib.  

Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

10 Dekabr 2010 - 48

Şuşa şəhəri 1 nömrəli orta məktəbin kollektivinə
 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
S.H.Babayevaya "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
U.M.Qasımova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Şəfaət Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ekologiya ili"nə töhfəmiz mövzusunda məktəblilərin respublika ekoloji forumunun keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ətraf  mühiti qoruyaq" məktəblilərin  respublika müsabiqəsinin  keçirilməsi  barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Leyla Əliyeva: Birgə səylərimiz sayəsində RAGT böyük uğurlar qazanmışdır
 
Ulu öndərin xatirəsinə ehtiram
 
Nazirlər Kabineti 2011-ci ildə Novruz, Ramazan və Qurban bayramları haqqında qərar qəbul edib
 
Heydər Əliyev ideyaları müasir təhsil quruculuğunun əsasıdır
 
Milyonların yaddaşlarında yaşayan dahi insan
 
Almaniyada keçirilən Azərbaycan Elm və Mədəniyyət Həftəsi başa çatıb
 
Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubileyi qeyd olundu
 
Təhsil Nazirliyində seminar-müşavirə keçirilib
 
Təhsil Nazirliyinin İnternet saytı "Milli Net-2010" müsabiqəsinin qalibi oldu
 
Təhsil Nazirliyi ilə KNAUF arasında protokol imzalandı
 
Doktorant və gənc tədqiqatçıların XV Respublika elmi konfransı
 
Oktyabr və noyabr aylarında Təhsil Nazirliyinin  "Qaynar xətt" xidmətinə 1854 müraciət daxil olub
 
"Gorus-2010: absurd teatrı mövsümü" kitabı informasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbədir
 
BDU-nun tələbələri ingilis dilindən də dövlət imtahanı verəcəklər
 
İnnovasiya yönümlü iqtisadi inkişafın problemləri və bunların həlli yolları
 
Səfir Polşa universitetlərində Azərbaycan dilinin tədrisinin mümkünlüyündən söz açıb
 
Elmi seminarda fizika və onun tədrisi problemləri müzakirə olundu
 
Məktəblilərin fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin I turu keçirildi
 
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anıldı
 
Bu gün 2010-cu ilin Nobel  mükafatları təqdim olunacaq
 
"Ağ ölüm"lə bağlı "dəyirmi masa"
 
Gənc ifaçıların müsabiqəsi başa çatıb
 
Tələbə elmi cəmiyyətinin altıncı konfransı
 
Sənət adamları məktəblilərin qonağı oldular
 
Açıq respublika birinciliyinə start verilib
 
Dünya universitetləri: Tokio Texnologiya İnstitutu
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov