Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

10 Dekabr 2010 - 48

 

Doktorant və gənc tədqiqatçıların XV Respublika elmi konfransı

Bookmark and Share

Dekabrın 9-da Bakı Dövlət Universitetində doktorant və gənc tədqiqatçıların XV Respublika elmi konfransının açılış mərasimi keçirildi. Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, ali məktəb rektorları, professor - müəllim heyətlərinin nümayəndələri, tələbələr və KİV işçiləri iştirak edirdilər.

Konfransı giriş sözü ilə  təhsil naziri Misir Mərdanov açaraq  tədbir iştirakçılarını salamladı.Bildirdi ki,  bu gün biz doktorantların və gənc  tədqiqatçıların növbəti XV Respublika elmi konfransını keçirmək üçün   toplaşmışıq. Artıq 15 ildir ki, ənənəvi olaraq belə bir  konfrans keçiririk və zaman keçdikcə bu konfransa maraq göstərən iştirakçıların sayı çoxalır. Bu da gənclərin elmə həvəsinin artması və bu konfransa olan rəğbətinin çoxalması kimi qiymətləndirilə bilər.

Ölkəmizdə təhsil islahatının uğurla həyata  keçirilməsindən söz açan nazir Misir Mərdanov qeyd etdi ki, iki gün davam edəcək konfransın işi  müxtəlif elm sahələrini əhatə edən 21 bölmədə təşkil olunub və 20 ali məktəbdən 401 tezis təqdim edilib.

Bildirildi ki, BDU-ya uzun müddət  rəhbərlik etmiş akademik Şəfaət  Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2010-cu il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası  "Ən yaxşı məruzəyə görə" akademik Şəfaət Mehdiyev adına 3 mükafatın verilməsi barədə birgə qərar da  qəbul ediblər.

Plenar iclasdan sonra bölmələrin işində fəal iştirak edən tədqiqatçılara  sertifikatların verilməsindən söz açan Misir Mərdanov bu cür konfransların  Azərbaycan elminin inkişafı yolunda öz töhfələrini verəcəyindən də  ətraflı danışdı.

Sonra təhsil  nazirinin müavini İradə Hüseynova, BDU-nun rektoru, akademik Abel Məhərrəmov, BDU-nun doktorantı Ziya Əmrahov  və başqaları da    çıxış etdilər.

Konfrans öz işini bölmələr üzrə davam etdirdi. 

Şakir CƏFƏROV

 
"Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

10 Dekabr 2010 - 48

Şuşa şəhəri 1 nömrəli orta məktəbin kollektivinə
 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
S.H.Babayevaya "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
U.M.Qasımova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Şəfaət Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ekologiya ili"nə töhfəmiz mövzusunda məktəblilərin respublika ekoloji forumunun keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ətraf  mühiti qoruyaq" məktəblilərin  respublika müsabiqəsinin  keçirilməsi  barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Leyla Əliyeva: Birgə səylərimiz sayəsində RAGT böyük uğurlar qazanmışdır
 
Ulu öndərin xatirəsinə ehtiram
 
Nazirlər Kabineti 2011-ci ildə Novruz, Ramazan və Qurban bayramları haqqında qərar qəbul edib
 
Heydər Əliyev ideyaları müasir təhsil quruculuğunun əsasıdır
 
Milyonların yaddaşlarında yaşayan dahi insan
 
Almaniyada keçirilən Azərbaycan Elm və Mədəniyyət Həftəsi başa çatıb
 
Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubileyi qeyd olundu
 
Təhsil Nazirliyində seminar-müşavirə keçirilib
 
Təhsil Nazirliyinin İnternet saytı "Milli Net-2010" müsabiqəsinin qalibi oldu
 
Təhsil Nazirliyi ilə KNAUF arasında protokol imzalandı
 
Doktorant və gənc tədqiqatçıların XV Respublika elmi konfransı
 
Oktyabr və noyabr aylarında Təhsil Nazirliyinin  "Qaynar xətt" xidmətinə 1854 müraciət daxil olub
 
"Gorus-2010: absurd teatrı mövsümü" kitabı informasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbədir
 
BDU-nun tələbələri ingilis dilindən də dövlət imtahanı verəcəklər
 
İnnovasiya yönümlü iqtisadi inkişafın problemləri və bunların həlli yolları
 
Səfir Polşa universitetlərində Azərbaycan dilinin tədrisinin mümkünlüyündən söz açıb
 
Elmi seminarda fizika və onun tədrisi problemləri müzakirə olundu
 
Məktəblilərin fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin I turu keçirildi
 
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anıldı
 
Bu gün 2010-cu ilin Nobel  mükafatları təqdim olunacaq
 
"Ağ ölüm"lə bağlı "dəyirmi masa"
 
Gənc ifaçıların müsabiqəsi başa çatıb
 
Tələbə elmi cəmiyyətinin altıncı konfransı
 
Sənət adamları məktəblilərin qonağı oldular
 
Açıq respublika birinciliyinə start verilib
 
Dünya universitetləri: Tokio Texnologiya İnstitutu
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov