Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

10 Dekabr 2010 - 48

 

Təhsil Nazirliyinin İnternet saytı "Milli Net-2010" müsabiqəsinin qalibi oldu

Bookmark and Share

Dekabrın 4-də "Ambassador" otelində Milli Net - Milli İnternet Mükafatlarının təqdimetmə mərasimi keçirilib. Təqdimat mərasimində Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz Milli Net Təşkilat Komitəsinin adından çıxış edərək müsabiqənin keçirilməsi ilə bağlı görülmüş işlər haqqında iştirakçılara məlumat verib və bu işin gələcəkdə daha da təkmilləşdirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. Milli Net müsabiqəsinin obyektiv və ədalətli keçirilməsi üçün müvafiq addımlar atıldığını bildirən Osman Gündüz yekun nəticələrdən razılığını ifadə edib.

AİF prezidenti milli İnternet resurslarının yaradılmasında mühüm əhəmiyyət kəsb edən bu müsabiqəyə dəstək verən "Azercell Telekom" MMC, Delta Telekom və HP şirkətlərinə təşəkkürünü bildirib.

Təqdimat mərasimində 14 nominasiya üzrə qaliblərin adları açıqlanıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi İnternet saytı (www.edu.gov.az) "Dövlət və bələdiyyə saytları" nominasiyası üzrə "Milli Net-2010" müsabiqəsinin qalibi olub. Bu nominasiya üzrə II yerə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin  (www.customs.gov.az),  III  yerə  isə  Azərbaycan  Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (www.diaspora.gov.az)  İnternet  saytları layiq  görülüb. Azərbaycan  Respublikası  Dövlət Sosial Müdafiə  Fondunun (www.sspf.gov.az), Naxçıvan Muxtar Respublikasının (www.nakhchivan.az), Azərbaycan Ağır Atletika Federasiyasının (www.aaaf.az) saytları müsabiqənin nominantları elan edilib.

"Azercell Telekom" MMC-nin əməkdaşı Fəxri Abbasov mərasimdə çıxış edərək bu kimi tədbirlərə dəstək verməyə hazır olduqlarını bildirib, Milli Net müsabiqəsinin  azərbaycandilli resursların və bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib.

Sonra 14 nominasiya üzrə qalib gələnlərə "Milli Net-2010" müsabiqəsinin tuncdan hazırlanmış xüsusi mükafatı - hörümçək toru əks olunan buta və diplom təqdim olunub.

Təqdimat mərasimində  Milli Məclis Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdir müavini Yaşar Əməşov, Dövlət Sosial Müdafiə Fondunun İnformasiya texnologiyaları şöbəsinin müdiri Qurbanəli Əsədov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir  Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid,  tanınmış jurnalist, professor Qulu Məhərrəmli, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Elm və təhsil departamentinin rəhbəri Cəsarət Valehov, Azərbaycan İnternet Forumunun üzvü Azər Həsrət, İREX təşkilatının əməkdaşı Ələsgər Məmmədli,  eləcə də digər dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edənlər bu müsabiqənin Azərbaycanda internetin inkişafında mühüm əhəmiyyəti olacağını qeyd ediblər. 

Milli Net-Milli İnternet Mükafatı haqqında 

Milli Net-Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar İnternet mükafatıdır. Bu mükafat hər il  sosial, mədəni, elmi,  iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan  milli İnternet resurslarına, İnternet layihələrinə təqdim edilir. Milli İnternet Mükafatının əsas məqsədləri Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin,  informasiya mübadiləsinin yeni bir sahəsi olan İnternetin inkişafına və genişləndirilməsinə xidmət etmək, ən yaxşı milli İnternet resurslarının ölkəmizdə və dünyada geniş istifadəçi auditoriyasında təbliğini aparmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək, eləcə də Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir. Qeyd edək ki, istənilən hüquqi və ya fiziki şəxs bu mükafatı almaq üçün öz sayt və layihəsini Milli Net müsabiqəsinə təqdim edə bilər. Müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə verilir. İnternet istifadəçiləri səsvermə prosesində iştirak etmir, onlar ancaq qeydiyyatdan keçən saytlara şərh yazırlar. Müsabiqəyə təqdim edilmiş saytların qiymətləndirmə prosesi Müsabiqə Komissiyası tərəfindən aparılır. 15 nəfərdən ibarət olan Müsabiqə Komissiyası Azərbaycan İnternet Forumu tərəfindən formalaşdırılır. Komissiyaya  İnternet sahəsi üzrə peşəkar mütəxəssislər, İnternet jurnalist və redaktorları, veb-masterlər daxil edilir. Müsabiqə Komissiyası saytların qiymətləndirmə prosesində məzmun (informasiya tutumu), dizayn (vizual görünüş) və funksionallıq (naviqasiya funksiyaları) meyarlarını rəhbər tutur. Komissiya üzvlərinin hər biri ayrılıqda  müxtəlif müsabiqə nominasiyaları üzrə təqdim olunan saytlara baxaraq xüsusi qiymət normalarına uyğun qiymətləndirməni həyata keçirirlər. Səsvermə Müsabiqə Komissiyası tərəfindən iki mərhələdə aparılır.

Bu il 14 nominasiya üzrə keçirilmiş  müsabiqəyə 437 sayt təqdim olunub. Onlardan 309-u müsabiqəyə buraxılıb, 128 sayt isə şərtlərə uyğun gəlmədiyi üçün qəbul olunmayıb. 

Təhsil Nazirliyinin İnternet saytı haqqında 

 Azərbaycan Respublikası Təhsil Nazirliyinin yeni İnternet saytı ötən ilin noyabrında istifadəyə verilib. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Məzmun, dizayn və funksionallıq baxımından müvafiq tələblərə cavab verir. Saytda dövlətin təhsil siyasətinə uyğun olaraq, təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə görülən işləri əks etdirən məlumatlar verilir. İnternet saytında Təhsil Nazirliyi rəhbərliyinin qəbul günləri, nazirlik sistemində fəaliyyət göstərən 4 "Qaynar xətt" xidməti, nazirliyin struktur rəhbərlərinin əlaqə telefonları və elektron poçt ünvanları qeyd olunub. Qanunvericilik bölməsində Azərbaycan Respublikasının Konstitusiyası, ölkə Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, əsasnamə, əmr, təlimat və qaydalar, təhsil sahəsinə dair normativ-hüquqi sənədlər geniş yer alıb. Ümumi təhsilin məzmunu, monitorinq və qiymətləndirmə, dərslik siyasəti, peşə təhsili müəssisələri və ixtisasları, ali və orta ixtisas təhsili, bu sahədə aparılan yeniliklər barədə saytdan ətraflı məlumat almaq mümkündür. Saytda beynəlxalq  əməkdaşlıq, strateji təhlil və kadrların idarəolunması, təhsil sistemində elm, akkreditasiya və nostrifikasiya qaydaları, məktəbdənkənar təlim və tərbiyə, təhsilin iqtisadiyyatı, dövlət proqramları, layihələr, təhsilin idarəolunmasının məlumat sistemləri,  məktəbəqədər təhsil və digər bölmələr verilib.

Saytla tanış olan istifadəçilər ümummilli liderimiz Heydər Əliyevin (www.heydar-aliyev.org), Azərbaycan Respublikasının Prezidenti cənab İlham  Əliyevin  (www.president.az)  geniş  fəaliyyətinin  və  Heydər  Əliyev Fondunun gördüyü mühüm işlərin  əks olunduğu (www.heydaraliyevfoundation.org) İnternet saytlarına keçid edə bilərlər. Saytda "Azərbaycan Prezidentinin məktəblilər üçün internet səhifəsi" (www.mektebli.president.az), "Xaricdə təhsil" (www.xaricdetehsil.edu.gov.az),  "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı" (www.vet.edu.gov.az) və digər banerlər yerləşdirilib. Sayt istifadəçiləri "Kurikulum" (www.kurikulum.az) və "Təhsil" (www.portal.edu.az) portallarının banerlərindən də bəhrələnə bilərlər. Bu banerlər vasitəsilə  ölkəmizdə təhsilin müxtəlif sahələrinə dair ətraflı məlumatlar almaq mümkündür. Bundan əlavə, saytda yeni tikilən məktəblərə və yeni dərsliklərə aid fotoqalereya öz əksini tapıb. "Elektron kitabxana" bölməsində "Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı (2003-2008-ci illər)" kitabı, "Açıq dərs" bölməsində isə nümunəvi müəllimlərin kurikulum üzrə tədris etdikləri elektron dərslər yerləşdirilib. Onu da qeyd edək ki, saytda istifadə rahatlığı baxımından ən çox müraciət olunan bölmələr ana səhifədə cəmləşdirilib.

Saytda orta ümumtəhsil məktəblərinin buraxılış sinifləri üzrə mərkəzləşdirilmiş qaydada keçirilən imtahanların, "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsində  ümumtəhsil məktəblərində vakant yerlərə qəbulun  nəticələri yerləşdirilir. Nəticələrin elan olunduğu zamanlar gün ərzində 50 mindən çox istifadəçi sayta daxil olaraq heç bir məhdudiyyətsiz məlumat əldə edə bilir.

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

10 Dekabr 2010 - 48

Şuşa şəhəri 1 nömrəli orta məktəbin kollektivinə
 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
S.H.Babayevaya "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
U.M.Qasımova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Şəfaət Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ekologiya ili"nə töhfəmiz mövzusunda məktəblilərin respublika ekoloji forumunun keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ətraf  mühiti qoruyaq" məktəblilərin  respublika müsabiqəsinin  keçirilməsi  barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Leyla Əliyeva: Birgə səylərimiz sayəsində RAGT böyük uğurlar qazanmışdır
 
Ulu öndərin xatirəsinə ehtiram
 
Nazirlər Kabineti 2011-ci ildə Novruz, Ramazan və Qurban bayramları haqqında qərar qəbul edib
 
Heydər Əliyev ideyaları müasir təhsil quruculuğunun əsasıdır
 
Milyonların yaddaşlarında yaşayan dahi insan
 
Almaniyada keçirilən Azərbaycan Elm və Mədəniyyət Həftəsi başa çatıb
 
Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubileyi qeyd olundu
 
Təhsil Nazirliyində seminar-müşavirə keçirilib
 
Təhsil Nazirliyinin İnternet saytı "Milli Net-2010" müsabiqəsinin qalibi oldu
 
Təhsil Nazirliyi ilə KNAUF arasında protokol imzalandı
 
Doktorant və gənc tədqiqatçıların XV Respublika elmi konfransı
 
Oktyabr və noyabr aylarında Təhsil Nazirliyinin  "Qaynar xətt" xidmətinə 1854 müraciət daxil olub
 
"Gorus-2010: absurd teatrı mövsümü" kitabı informasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbədir
 
BDU-nun tələbələri ingilis dilindən də dövlət imtahanı verəcəklər
 
İnnovasiya yönümlü iqtisadi inkişafın problemləri və bunların həlli yolları
 
Səfir Polşa universitetlərində Azərbaycan dilinin tədrisinin mümkünlüyündən söz açıb
 
Elmi seminarda fizika və onun tədrisi problemləri müzakirə olundu
 
Məktəblilərin fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin I turu keçirildi
 
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anıldı
 
Bu gün 2010-cu ilin Nobel  mükafatları təqdim olunacaq
 
"Ağ ölüm"lə bağlı "dəyirmi masa"
 
Gənc ifaçıların müsabiqəsi başa çatıb
 
Tələbə elmi cəmiyyətinin altıncı konfransı
 
Sənət adamları məktəblilərin qonağı oldular
 
Açıq respublika birinciliyinə start verilib
 
Dünya universitetləri: Tokio Texnologiya İnstitutu
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov