Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

10 Dekabr 2010 - 48

 

Elmi seminarda fizika və onun tədrisi problemləri müzakirə olundu

Bookmark and Share

Dekabrın 3-də Təhsil Nazirliyinin Elmi-Metodik Şurası fizika bölməsinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsində elmi seminarı keçirildi. Tədbirdə universitetin professor-müəllim heyətinin nümayəndələri ilə birgə orta məktəb müəllimləri, metodistlər və magistrlər də iştirak edirdi. Bir ilə yaxın müddətdə fəaliyyət göstərən seminarda "Fizika və onun tədrisi problemləri" müzakirə olunur.

Seminarı giriş sözü ilə açan ADPU-nun fizika fakültəsinin dekanı, professor Mirzəli Murquzov "XXI əsr fizikası" mövzusunda məruzə ilə çıxış etdi. O, fizika elmində (ümumiyyətlə, təbiətşünaslıqda) XX əsrdə əldə edilmiş nailiyyətlər haqqında məlumat verərək, XXI əsrin fizikasını səciyyələndirən əsas xüsusiyyətləri təhlil etdi. Professor qeyd etdi ki, müasir təbiətşünaslığın əsas istiqamətlərindən biri onun inkişaf haqqında elmə çevrilməsidir. Keçən əsrdə baş vermiş qlobal kəşflər: dünyamızın başlanğıca malik olması, kainatın iyerarxiyalığı və durmadan genişlənməsi, dünyada gedən proseslərin qapalı deyil, açıq tarazlıqdan uzaq və mürəkkəb sistem olması təbiətşünaslığa yenidən baxmağı, yeni metodologiyaya keçilməsini zəruri edir. Bu baxımdan dünyanın yeni sintetik (kibernetika, informatika və sinergetika) təbii elmi mənzərəsi formalaşmaqdadır. Professor M.Murquzov müasir fizikanın (təbiətşünaslığın) əsas xüsusiyyətini qlobal təkamülçülük konsepsiyasının reallaşması, bütün canlı, cansız və sosial materiyaya vahid universal təkamül prosesi kimi baxıldığını qeyd etdi. Bildirildi ki, hazırkı təbiətşünaslıqda ənənəvi baxışdan fərqli olaraq, dünya elmi açıq, mürəkkəb, qeyri-tarazlıqlı, qeyri-davamlı, dönməyən və qeyri-xətti sistemlərin öyrənilməsinə, onun tədqiqinə və tədrisdə  tətbiqinə keçməkdədir. Məruzəçi belə müxtəlif fiziki, kimyəvi, bioloji, sosioloji və s. sistemlərdə quruluşun öz-özünə formalaşması prosesinin baş verdiyini,  bunları nəzərə almaqla elmdə və təhsildə fənlərarası əlaqə yaratmaq iddiasında olan sinergetik yanaşmadan istifadə edilməsinin vacibliyini bildirdi. Qeyd edildi ki, təbii proseslər qeyri-xətti proseslərdir və sistem xarici aləmlə enerji, maddə və informasiya mübadiləsindədir. Professor XXI əsr fizikasında, həmçinin digər təbiət elmlərində riyaziyyatlaşdırmanın gücləndiyini, bu elmlərin abstraktlıq, mürəkkəblik səviyyəsinin yüksəldiyini və bütün bunların riyazi modelləşdirmənin rolunun artırılmasına səbəb olduğunu nəzərə çatdırdı.

Mövzu ətrafında müzakirələr və diskussiya aparıldı.  

Niyazi RƏHİMOV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

10 Dekabr 2010 - 48

Şuşa şəhəri 1 nömrəli orta məktəbin kollektivinə
 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
S.H.Babayevaya "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
U.M.Qasımova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Şəfaət Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ekologiya ili"nə töhfəmiz mövzusunda məktəblilərin respublika ekoloji forumunun keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ətraf  mühiti qoruyaq" məktəblilərin  respublika müsabiqəsinin  keçirilməsi  barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Leyla Əliyeva: Birgə səylərimiz sayəsində RAGT böyük uğurlar qazanmışdır
 
Ulu öndərin xatirəsinə ehtiram
 
Nazirlər Kabineti 2011-ci ildə Novruz, Ramazan və Qurban bayramları haqqında qərar qəbul edib
 
Heydər Əliyev ideyaları müasir təhsil quruculuğunun əsasıdır
 
Milyonların yaddaşlarında yaşayan dahi insan
 
Almaniyada keçirilən Azərbaycan Elm və Mədəniyyət Həftəsi başa çatıb
 
Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubileyi qeyd olundu
 
Təhsil Nazirliyində seminar-müşavirə keçirilib
 
Təhsil Nazirliyinin İnternet saytı "Milli Net-2010" müsabiqəsinin qalibi oldu
 
Təhsil Nazirliyi ilə KNAUF arasında protokol imzalandı
 
Doktorant və gənc tədqiqatçıların XV Respublika elmi konfransı
 
Oktyabr və noyabr aylarında Təhsil Nazirliyinin  "Qaynar xətt" xidmətinə 1854 müraciət daxil olub
 
"Gorus-2010: absurd teatrı mövsümü" kitabı informasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbədir
 
BDU-nun tələbələri ingilis dilindən də dövlət imtahanı verəcəklər
 
İnnovasiya yönümlü iqtisadi inkişafın problemləri və bunların həlli yolları
 
Səfir Polşa universitetlərində Azərbaycan dilinin tədrisinin mümkünlüyündən söz açıb
 
Elmi seminarda fizika və onun tədrisi problemləri müzakirə olundu
 
Məktəblilərin fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin I turu keçirildi
 
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anıldı
 
Bu gün 2010-cu ilin Nobel  mükafatları təqdim olunacaq
 
"Ağ ölüm"lə bağlı "dəyirmi masa"
 
Gənc ifaçıların müsabiqəsi başa çatıb
 
Tələbə elmi cəmiyyətinin altıncı konfransı
 
Sənət adamları məktəblilərin qonağı oldular
 
Açıq respublika birinciliyinə start verilib
 
Dünya universitetləri: Tokio Texnologiya İnstitutu
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov