Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

10 Dekabr 2010 - 48

 

Bu gün 2010-cu ilin Nobel  mükafatları təqdim olunacaq

Bookmark and Share

Nobel mükafatı haqqında ümumi məlumat 

Bütün dünyada məşhur olan Nobel mükafatı dəyərli elmi tədqiqatlara, ixtiralara, mədəniyyətə və cəmiyyətin inkişafına edilən xidmətlərə görə verilən beynəlxalq mükafatdır. Mükafat qadın və kişi fərqi qoyulmadan təqdim olunur. Bu mükafat 1895-ci ildə Stokholmda Alfred Nobelin vəsiyyətnaməsi ilə qurulan fond tərəfindən təsis edilib. Əslində Nobel mükafatının mənbəyi dinamitdir. Belə ki, Alfred Nobel dinamiti kəşf etdikdən sonra onu Avropada müharibə aparan ölkələrə sataraq milyonlar əldə etmiş və vəsiyyəti ilə bu pulu insanların xeyrinə istifadə etmək qərarına gəlmişdir. Əlavə olaraq qeyd etməliyik ki, fondun maliyyə təminatı "Nobel Qardaşları" şirkətinin səhmindən əldə edilən gəlirlərin də payına düşür. Mükafat 1901-ci ildən Alfred Nobelin sərvətinin illik gəlirinin bərabər hissələrə bölünməsi ilə mütəmadi olaraq verilir. Nobel mükafatına  1901-2010-cu illər ərzində 817 laureat və 23 təşkilat layiq görülüb. İqtisadiyyat elmləri üzrə isə 67 laureat mükafatlandırılıb. Ümumi fərdlərdən və təşkilatlardan çox az sayda iştirakçı bir dəfədən artıq Nobel mükafatı ilə təltif edilib. Ümumiyyətlə, 813 fərd və 20 təşkilat bu mükafatı ala bilib. Nobel mükafatları 3 və daha çox laureat arasında bölünə bilər. Laureatlar hər il oktyabrın ortalarında www.nobelprizes.org saytında elan olunur, daha sonra Alfred Nobelin anma günündə, yəni dekabrın 10-da mükafatlar təntənəli mərasimlə təqdim edilir. Verilən mükafatlar bunlardır: kimya,  fizika, tibb və  fiziologiya,  ədəbiyyat   və sülh üzrə Nobel mükafatları.

İlk vaxtlar mükafat yalnız sadalanan sahələr üzrə verilsə də, 1968-ci ildən başlayaraq iqtisadiyyat üzrə Svoriges Riksbank bankı tərəfindən Nobel mükafatının qurucusu Alfred Nobelin şərəfinə Svoriges Riksbank mükafatı verilməyə başlanıb, bununla da Nobel iqtisadiyyat mükafatı təsis edilib. 

Nobel mükafatı üçün sənədlərin təqdim olunma qaydaları 

Nobel mükafatçısı olmaq üçün Nobel Komitəsinə  hər il minlərlə müraciət   daxil olur. 50 il ərzində müraciətlərin kimliyi ilə bağlı məlumatlar məxfi saxlanılır. Bildiyimiz kimi, hər sahənin fərqli normaları var, eyni zamanda mükafatlar fərqli təşkilatlar tərəfindən verilir. Bu səbəbdən də hər sahə üzrə namizədliyin irəli sürülməsində və seçimində müəyyən fərqlər mövcuddur. Belə ki, laureatları seçənlər bu mövzularda ixtisaslı olmalıdırlar, bu da hər sahəyə görə dəyişir. Seçicilər, adətən, səsvermə hüququ olan beş nəfərdən ibarətdir. Seçicilər iştirakçı olduqları istiqamət üzrə yetərincə məlumatlı olmalı, ixtisaslaşmış institut və təşkilatlarda, Nobel Komissiyasında işləməli, yaxud da əvvəlki nominasiyalar üzrə laureat seçilməlidirlər.

Ümumilikdə, namizədliyin qeydə alınması altı mərhələdən ibarətdir. Bu mərhələlər aylara müvafiq olaraq paylaşdırılıb. Sentyabr ayından dekabra qədər davam edən proses öz gərginliyi ilə yadda qalır. İlk olaraq namizədlər sentyabrda oz namizədliklərini irəli sürmək üçün Nobel Komitəsinə məktubla müraciət edirlər. Fevralın ilk günü müraciət üçün son tarixdir. Fevral və mart aylarında daxil olmuş məktublardan qısa siyahı hazırlanır. Siyahıdakı müraciətlərə məsləhətçilərin baxışı və nəzərdən keçirməsi  mart-avqust aylarında yekunlaşır. Oktyabrın ortalarında isə artıq Nobel laureatlarının adları məlum olur və bu, dünya ictimaiyyətinin nəzərinə çatdırılır. Nəhayət, dekabrın 10-cu günündə mükafatlar öz sahiblərinə təqdim olunur. Ötən illərdən fərqli olaraq, bu il ən çox müraciət (237) Nobel sülh mükafatı üçün daxil olub. Maraqlısı budur ki, digər istiqamətlərdən fərqli olaraq, Nobel sülh mükafatının fəaliyyəti digərlərinə nisbətən məhduddur. Bu da seçimlərdə müəyyən çətinlik yaradır.  

Nobel medalı və diplomu 

Laureatlara verilən mükafata medal, şəxsi diplom və böyük həcmdə  (10 milyon İsveç kronu- təxminən 1,5 mln. ABŞ dolları) pul mükafatı daxildir. Kimya, fizika, ədəbiyyat, tibb və fiziologiya üzrə Nobel mükafatlarının medalları Erik Lindberq, Nobel sülh mükafatının medalı Qustav Vigeland və Alfred Nobelin şərəfinə verilən İqtisadiyyat üzrə Svoriges Riksbank mükafatının medalı isə Qunver Svensson Lundqvist tərəfindən dizayn edilib. Dekabrın 10-da İsveçdə təşkil olunan mərasimdə laureatlara mükafatı İsveç kralı özü şəxsən təqdim edir, eyni gündə Norveçdə keçirilən tədbirdə isə Norveç kralının iştirakı ilə Nobel sülh mükafatını Norveç Nobel Komitəsinin direktoru təqdim edir. Diplomlar hər laureat üçün fərdi  olaraq  tərtib  edilir, diplomun bir hissəsi hər hansı bir təsvir, digər hissəsi isə yazı ilə tamamlanır. 

Laureatların seçiminə məsul təşkilatlar 

Fizika və kimya üzrə Nobel mükafatlarını,  iqtisadiyyat üzrə Riksbank Nobel mükafatını laureatlara İsveç Kral Elmlər Akademiyası təqdim edir. Cəmiyyətə güclü təsir göstərən və müxtəlif elmlər üzrə irəli sürülmüş nəticələri obyektiv qiymətləndirən İsveç Kral Elmlər Akademiyası 1739-cu ildə müstəqil təşkilat kimi yaradılıb. Akademiya riyaziyyat və təbii elmlərə görə xüsusi məsuliyyət daşıyır, bununla belə onları müxtəlif sahələr üzrə  fikir mübadiləsini irəli sürməyə sövq edir.

Nobel sülh mükafatı Norveç Nobel Komitəsi tərəfindən verilir. Nobel sülh mükafatı "xalqlar arasında qardaşlığın təbliği, daimi qoşunların azaldılması, yaxud tamamilə aradan qaldırılması və ya sülh konqreslərinin keçirilməsinin irəli sürülməsi və həvəsləndirilməsi sahəsində görülmüş ən yaxşı işlərə görə " verilir. Ümumilikdə 95 fərd və 23 təşkilat Nobel sülh mükafatına layiq görülüb. Mükafatın təntənəli təqdimetmə mərasimi Alfred Nobelin anma günündə, yəni dekabrın 10-da Oslonun Mərkəzi (Şəhər) Zalında təşkil edilir.

İsveçin Karolinski İnstitutunun Nobel Assambleyası fiziologiya və tibb sahəsində Nobel laureatlarının seçilməsinə görə cavabdehdir. Stokholmda yerləşən Nobel Assambleyasının tibb sahəsində mütəxəssis və səsvermə hüququ olan 5 professoru var. Bu təşkilatın əsas işçi orqanı Nobel Komitəsidir, onun üzvləri hər üç ildən bir seçilir.  

Mükafat verilməyən illər 

1901-2010-cu illər arasında dünya üzrə 543 dəfə Nobel mükafatları təqdim edilib. Yalnız I və II dünya müharibələri dövründə qısa bir müddət üçün Nobel mükafatlarının verilməsi dayandırılıb. Bununla belə, Nobel Fondunun rəsmiləri qeyd edirdilər ki, bu, mükafatın dayandırılması demək deyil. Fonddan bildirilib ki, növbəti illərdə hətta indiki namizədlərin də mükafatları veriləcək, çünki onların mükafatları həmişə öz adlarına xüsusi hesabda mühafizə olunur.   

Nobel mükafatının verilmədiyi illər haqqında məlumat

 
Nobel mükafatı Nobel mükafatının verilmədiyi illər
Fizika 1916, 1931, 1934, 1940, 1941, 1942
Kimya 1916, 1917, 1919, 1924, 1933, 1940, 1941, 1942
Tibb 1915, 1916, 1917, 1918, 1921, 1925, 1940, 1941, 1942
Ədəbiyyat 1914, 1918, 1935, 1940, 1941, 1942, 1943
Sülh 1914, 1915, 1916, 1917, 1918, 1923, 1924, 1928, 1932, 1939, 1940, 1941, 1942, 1943, 1948, 1955, 1956, 1966, 1967, 1972
İqtisadiyyat -
 

109 il ərzində 41 mükafat qadınlara və 776 mükafat isə kişilərə verilib. Həmin laureatlardan çox az hissəsi bir dəfədən artıq bu mükafata layiq görülüb, onlardan cəmi 40 qadın və 773 kişi Nobel mükafatı alıb. 

Nobel laureatları haqqında maraqlı məlumatlar 

Nobel laureatlarından bir neçəsi barədə danışası olsaq, bunlardan biri Laurens Braggdır. O, Nobel tarixində mükafata layiq görülən ən gənc laureatdır. Atası ilə birlikdə fizika üzrə Nobel mükafatı alarkən onun cəmi 25 yaşı olub və bu hadisə 1915-ci ildə baş verib. Bunun əksinə olaraq, dünyanın ən yaşlı nobelçisi Leonid Hurvikzdir. 90 yaşlı Leonid 2007-ci ildə iqtisad elmləri üzrə mükafata layiq görülüb. Dünyanın ən uzunömürlü Nobel laureatçısı isə 1986-cı ildə fiziologiya və tibb elmi üzrə mükafata layiq görülən  Rita Levi-Montalcinidir. Bu xanım  2010-cu il 22 aprel tarixində 101 yaşını qeyd etdi.        

Nobel mükafatları tarixi də bir sıra maraqlı məqamlarla zəngindir. Dünya tarixində iki Nobel laureatı özü şəxsən bu mükafatdan imtina edib. Onlardan biri   Jan-Paul Sartredir. J.Sartre 1964-cü ildə ona təqdim edilən Nobel ədəbiyyat mükafatından imtina edib, bunun səbəbi isə onun bütün rəsmi təltiflərdən xoşlanmamasıdır. Digər görkəmli insan Le Duc Thodur. O, 1973-cü ildə Nobel sülh mükafatına layiq görülsə də, Vyetnamda mövcud olan müharibə vəziyyətinə görə ondan imtina edib. Lakin Nobel mükafatlarından imtina bununla bitmir. 4 Nobel laureatı da onlara təqdim edilən mükafatlardan imtina edib, ancaq bu dəfə səbəb tamam başqa idi. Belə ki, faşist lideri Adolf Hitler öz qəribəliyini burada da göstərib. A.Hitler 3 alman nobelçisini - kimya üzrə Nobel laureatları Richard Kuhnu (1938), Adolf Butenandtı (1939), fiziologiya və tibb üzrə laureat Gerhard Domagkı  layiq görüldükləri mükafatlardan imtinaya məcbur edib. Sonradan onların bəzisi Nobel mükafatının diplomu və medalını əldə etsələr də, mükafatdakı  məbləği ala bilməyiblər. 1958-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Boris Pasternakı isə bu mükafatdan imtinaya vətəndaşı olduğu Sovetlər  Birliyi məcbur edib.

Bütün bunlara baxmayaraq, bəzi laureatlar bir neçə dəfə, yaxud da bir neçə sahə üzrə Nobel mükafatına layiq görülüblər. Bunlardan Qırmızı Xaç Komitəsi Nobel sülh mükafatını  üç dəfə əldə edib. Amerikalı alim J. Bardeen (1956 və 1972)  fizika üzrə Nobel mükafatını, ingilis mütəxəssisi F. Sanger (1958 və 1980) kimya üzrə Nobeli,  BMT-nin Qaçqınlar üzrə Ali Komissiyası (UNHCR) Nobel sülh mükafatını iki dəfə qazanıb. Milliyyətcə polyak olan M.Küri 1903-cü ildə fizika və 1911-ci ildə kimya üzrə Nobel mükafatlarını əldə edib. Amerikalı alim L.Pauling də iki fərqli sahə üzrə mükafatla qiymətləndirilib. Lakin Linus Pauling yeganə insandır ki, iki tamamilə fərqli, aidiyyəti olmayan sahə üzrə - kimya (1954) və sülh (1962) Nobel mükafatlarına layiq görülüb.

Qeyd etməliyik ki, bəzi "ailəvi Nobel laureatları" da var. Mariya Küri, Villiam Bragg, Artur Kornberg, Jan Tinbergen buna misal ola bilər.

2010-cu ilin laureatları 

Nəhayət, Osloda və Stokholmda  bu gün, 2010-cu il 10 dekabr tarixində  Nobel mükafatları sahiblərinə təqdim ediləcək. Ümumiyyətlə götürdükdə, Nobel mərasimi yalnız bu gündən ibarət deyil, Nobel həftəsi deyilən ənənəvi həftə ərzində mətbuat konfransları, konsertlər keçirilir, hadisələrin gedişinə uyğun eksklüziv proqramlar tərtib olunur. Nobel mühazirələri gecəsi, banketlər və ziyafətlər təşkil edilir. Laureatlar, bir qayda olaraq, ənənəvi Nobel mühazirələrini səsləndirirlər. Bütün bu hadisələr laureatlara təntənəli mərasimlə Nobel mükafatlarının verilməsi gününə, yəni dekabrın 10-na qədər davam edir.  Laureatlar artıq səbirsizliklə mükafatın təqdimedilmə anını gözləyirlər. Məlum nominasiyalar üzrə builki qaliblərlə tanış olaq.

2010-cu il Nobel fizika mükafatı elektronikada "tranzistor hadisəsi" adlanan kəşfə görə, iki rus aliminə bu yüksək mükafat "karbonun güclü və ötürücü forması üzərindəki eksperimentlərə" görə verilib. Andrey Geym və Konstantin Novoselov karbonun  şəffaf və tək atom qalınlığında olan qrafen üzərində tədqiqatlar aparıb. İsveç Kral Elmlər Akademiyasının bildirdiyinə görə, bu tədqiqatlar innovativ elektroniklərin hazırlanmasına yardım edəcək. Qrafenlər şəffaf ekranlar və işıq panellərinin istehsalına yol aça bilər. Onların hər ikisi Hollandiyada doktorluq dərəcələrini alıb. 51 yaşlı Andrey Geym və onun tələbəsi 36 yaşlı Konstantin Novoselov 2004-cü ildə Mançester Universitetində işlədikləri vaxt bu mövzuda yazdıqları məqalə ilə fizika sahəsində böyük səs-küy yaratmışdılar. Andrey Geym, İngiltərədə işləyən Hollandiya vətəndaşıdır. Konstantin Novoselov  isə Rusiya ilə yanaşı,  İngiltərə vətəndaşıdır. Bu alimlərin hər ikisi uzun müddət bir yerdə çalışıblar və Mançester Universitetində elmi tədqiqatlarla məşğul olublar. Məlumat üçün qeyd edək ki, fizika üzrə ilk Nobel laureatı alman alimi Vilhelm Konrad Rentgendir.

2010-cu il Nobel kimya mükafatı İsveç Kral Elmlər Akademiyası tərəfindən üç alimə anti-şişmə dərmanlarından tutmuş nazik ekranların istehsal edilməsinə imkan verən karbon birləşməsi prosesini inkişaf etdirdiklərinə görə verilib.  Onların ixtira etdiyi "palladium katalizli çarpaz qruplaşdırma" adlanan inqilabi prosedur üzvi kimyada istifadə olunan mürəkkəb metodologiya kimi tanınır.  İsveç Kral Elmlər Akademiyasının rəsmiləri bildiriblər ki, hazırda işlədilən dərmanların 25 faizi məhz bu üç alimin ixtira etdiyi metoda əsaslanır.  Amerika Kimya Cəmiyyətinin prezidenti Dr. Jozef  Fransisko deyib ki, alimlərin fəaliyyəti atomların birləşməsini o dərəcədə sadələşdirib ki, indi bu metod sənaye miqyaslı istehsalda tətbiq olunur. Onlar ABŞ vətəndaşı, Delavare Universitetinin professoru Riçard F.Heck, Yaponiya vətəndaşı olan, Çində dünyaya gələn və hazırda ABŞ-ın nüfuzlu universitetlərindən birinin professoru Ey-İçi Negişi və nəhayət, Yaponiya vətəndaşı, ölkəsinin Hokkaydo Universitetində işləyən Akira Suzukidir. İlk Nobel kimya laureatı Cakobs Henriks Vant Hoffdur. Nobel kimya mükafatı 1901-2010-cu illər arasında 160 Nobel laureatına verilib. Frederik Sanger yeganə laureatdır ki, kimya üzrə Nobel mükafatını iki dəfə - 1958 və 1980-ci illərdə alıb.

İsveç Kral Elmlər Akademiyasının seçimi ilə Alfred Nobelin şərəfinə hazırlanmış Riksbank iqtisadiyyat mükafatı "axtarış müqavimətli bazarın təhlili" sahəsində uğurlarına görə ABŞ vətəndaşı, 1940-cı il təvəllüdlü Massaçusets Texnologiya İnstitutunun sosial təminat, təqaüdlər və vergi üzrə mütəxəssisi, professor Piter A. Daymonda (hazırda ABŞ prezidenti Barak Obama onu Federal Ehtiyatlar idarəsinin müdirlər şurasına təyin edib), daha sonra ABŞ vətəndaşı, 1939-cu il təvəllüdlü İllinoys ştatının Şimal-Qərb Universitetində çalışan Deyl T. Mortensenə və nəhayət,  1948-ci il təvəllüdlü Britaniya və Kipr vətəndaşı, İngiltərə İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin professoru Kristofer A. Pisaraydsa təqdim olunacaq. Alimlərin nəzəriyyəsinə uyğun olaraq, işsizliyin azaldılması ilə yeni açılmış iş yerlərinin qarşılıqlı tənzimlənməsi sahəsində irəliyə doğru addımların atılacağı gözlənilir. Belə ki, onların nəzəriyyəsi analitiklərə "Nəyə görə eyni vaxtda həm işsizlərin, həm də yeni iş yerlərinin sayında artıma rast gəlinir? Biz işsizliyə əks-təsir edəcək  iqtisadi siyasəti necə həyata keçirə bilərik?" kimi  suallara cavab tapmaqda, eyni zamanda nizamlamaların və iqtisadi siyasətin işsizliyə, boş iş yerlərinə və maaşlara göstərdiyi təsiri müəyyən etməkdə yardım göstərir. Beləliklə, onların qarşılıqlı işbirliklərindən doğan hökumət siyasətinin işsizliyə təsiri barədə inkişaf etdirdikləri tədqiqat nəzəriyyəsi bazar, ictimai, maliyyə, regional və ailə iqtisadiyyatında istifadə olunur. Bu mükafat 1969-2010-cu illər arasında 67 laureata təqdim edilib. Onun ilk qalibləri isə Ragnar Friç və Jan Tinbergendir.

2010-cu il Nobel ədəbiyyat mükafatının sahibi yazıçı Mario Varqas Llosadır. O bu mükafata əsərlərindəki "hakimiyyət orqanlarının strukturu, fərdin qiyam, inqilab və məğlubiyyətinin təsviri"nə görə layiq görülüb. Bütün dünyada məşhur olan yazıçı 1936-cı il martın 28-də Peruda dünyaya gəlib, lakin ailə məsələləri ilə əlaqədar olaraq Boliviyada böyüyüb. Həyatının müxtəlif illərində dünyanın bir çox ölkələrində yaşayıb, bütün bunlara baxmayaraq, ölkəsinin fəal həyatından geridə qalmayıb. O, hətta prezident seçkilərinə də qatılıb, ancaq uğura nail ola bilməyib. ABŞ-da, Avropada və Asiyada əsərləri fransız, ispan, ingilis, alman, isveç dillərinə tərcümə olunan yazıçı, jurnalist və esse yazarı kimi tanınır. Onun ən məşhur əsərlərinə nümunə olaraq "Kasedralda söhbətlər", "Dünyanın sonunun müharibəsi" və "Keçinin ziyafəti"ni misal çəkmək olar. Dünyada ilk Nobel ədəbiyyatı mükafatı 1901-ci ildə fransız şairi və filosofu Sulli Prudhommeyə verilib. O vaxtdan bu günə qədər 107 Nobel laureatına bu mükafat verilib.

Karolinski İnstitutunun Nobel Assambleyası bu il tibb və fiziologiya üzrə Nobel mükafatına britaniyalı alimi "vitro-mayalanmanı inkişaf etdirdiyinə" görə layiq görüb.  İsveçdəki Mükafat Komitəsi bildirir ki, Robert Edvards milyonlarla ailəyə övladsızlıq problemlərində yardım edərək inqilabi dəyişikliyin əsasını qoyub.  85 yaşlı Edvardsın inkişaf etdirdiyi prosedur yumurtalıq hüceyrələrinin bədəndən kənarda mayalanmasına imkan yaradır ki, sonradan o, uşaqlıqda yerləşdirilir.  O öz fəaliyyətinə 1950-ci illərdə başlayıb və  bu prosesi  həmkarı Patrik Steptoy ilə bərabər kamilləşdirib.  Nobel Komitəsi bildirir ki, 1978-ci ildən bəri 4 milyon test-borusu uşağı adlanan uşaqlar dünyaya gəlib. İlk Nobel tibb və fiziologiya laureatçısı Emil Adolf Von Behringdir. Bu mükafat 1901-2010-cu illər arasında 196 laureata təqdim olunub.

2010-cu il Nobel sülh mükafatına həbsdə olan çinli dissident Liu Şiaobo "Çində fundamental insan haqları uğrunda uzun və qeyri-zorakı mübarizəsinə" görə layiq görülüb.  Liu ötən ilin dekabrında "dövlət hakimiyyətinə qarşı itaətsizliyi alovlandırmaqda" ittiham olunaraq 11 il həbs cəzasına məhkum edilib. O, Çində siyasi islahatlara çağıran manifestə müəlliflik edib və onu imzalayıb.  Nobel Komitəsi bildirir ki, ağır cəza almasına baxmayaraq Liu Çində insan haqları uğrunda cərəyan edən çoxşaxəli mücadilənin simvoluna çevrilib.  Çin hökuməti isə Liunu "kriminal" adlandıraraq Nobel Sülh Komitəsinin onu mükafatlandırmaqla öz prinsiplərinə zidd çıxdığını bəyan edib. 109 illik tarixi boyu Komitə ilk dəfə təqdimat mərasiminin baş tutmayacağını bildirir. Bundan əvvəl də üç laureat mərasimdə iştirak edə bilməyib. Lakin onları yaxınları, yaxud nümayəndələri təmsil edib. Bu dəfə isə builki mükafatın qalibi olan Liu Şiaobonun heç bir qohumu Osloya gələrək  mükafatı ala bilməyəcək, çünki çinli dissident məhkum edilib, həyat yoldaşının isə evdən bayıra çıxması məhdudlaşdırılıb.  Bu illər ərzində Nobel sülh mükafatı 121 laureata təqdim olunub. Bu mükafata ilk dəfə Jean Henry Dunant və Frederic Passy layiq görülüb. Mükafat Norveç Komitəsinin seçdiyi 5 komitə üzvü tərəfindən verilir.

İnanırıq ki, tezliklə Nobel mükafatı laureatları arasında azərbaycanlı alimlərin də adlarına rast gəlinəcək.

2010-cu ilin Nobel mükafatı laureatları 

 

Ey-İçi Negişi
Kimya üzrə Nobel mükafatı laureatı

Akira Suzuki
Kimya üzrə Nobel mükafatı laureatı

 
     
 
Richard Heck
Kimya üzrə Nobel mükafatı laureatı

Andrey Geym
Fizika üzrə Nobel mükafatı laureatı

 
     
 
Konstantin Novoselov
Fizika üzrə Nobel mükafatı laureatı

Robert Edvards
Tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı

 
     
 
Piter Daymond  
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı

Kristofer Pisarayds
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı

 
     
 
Deyl Mortensen
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı

Mario Llosa
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı

 
     
   
 

Liu Şiaobo
Sülh üzrə Nobel mükafatı laureatı

 
     
 

Tərtib etdi: Eyvazzadə Ceyran
Təhsil Nazirliyi İctimaiyyətlə əlaqə şöbəsinin məsləhətçisi

 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

10 Dekabr 2010 - 48

Şuşa şəhəri 1 nömrəli orta məktəbin kollektivinə
 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
S.H.Babayevaya "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
U.M.Qasımova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Şəfaət Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ekologiya ili"nə töhfəmiz mövzusunda məktəblilərin respublika ekoloji forumunun keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ətraf  mühiti qoruyaq" məktəblilərin  respublika müsabiqəsinin  keçirilməsi  barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Leyla Əliyeva: Birgə səylərimiz sayəsində RAGT böyük uğurlar qazanmışdır
 
Ulu öndərin xatirəsinə ehtiram
 
Nazirlər Kabineti 2011-ci ildə Novruz, Ramazan və Qurban bayramları haqqında qərar qəbul edib
 
Heydər Əliyev ideyaları müasir təhsil quruculuğunun əsasıdır
 
Milyonların yaddaşlarında yaşayan dahi insan
 
Almaniyada keçirilən Azərbaycan Elm və Mədəniyyət Həftəsi başa çatıb
 
Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubileyi qeyd olundu
 
Təhsil Nazirliyində seminar-müşavirə keçirilib
 
Təhsil Nazirliyinin İnternet saytı "Milli Net-2010" müsabiqəsinin qalibi oldu
 
Təhsil Nazirliyi ilə KNAUF arasında protokol imzalandı
 
Doktorant və gənc tədqiqatçıların XV Respublika elmi konfransı
 
Oktyabr və noyabr aylarında Təhsil Nazirliyinin  "Qaynar xətt" xidmətinə 1854 müraciət daxil olub
 
"Gorus-2010: absurd teatrı mövsümü" kitabı informasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbədir
 
BDU-nun tələbələri ingilis dilindən də dövlət imtahanı verəcəklər
 
İnnovasiya yönümlü iqtisadi inkişafın problemləri və bunların həlli yolları
 
Səfir Polşa universitetlərində Azərbaycan dilinin tədrisinin mümkünlüyündən söz açıb
 
Elmi seminarda fizika və onun tədrisi problemləri müzakirə olundu
 
Məktəblilərin fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin I turu keçirildi
 
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anıldı
 
Bu gün 2010-cu ilin Nobel  mükafatları təqdim olunacaq
 
"Ağ ölüm"lə bağlı "dəyirmi masa"
 
Gənc ifaçıların müsabiqəsi başa çatıb
 
Tələbə elmi cəmiyyətinin altıncı konfransı
 
Sənət adamları məktəblilərin qonağı oldular
 
Açıq respublika birinciliyinə start verilib
 
Dünya universitetləri: Tokio Texnologiya İnstitutu
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov