Dekabrın 4-də Bakıdakı 151 nömrəli orta
ümumtəhsil məktəbində xalq artistləri Rafiq
Əzimov, Firəngiz Mütəllibova, Rəfael Dadaşov,
Azərbaycan Dövlət Dram Teatrının ədəbi
hissəsinin müdiri, teatrşünas Atababa
Hacıbabayev və teatrın direktor müavini Azər
Mirzəyevlə görüş keçirildi.
Tədbiri giriş sözü ilə məktəbin direktoru
Kifayət Tanrıverdiyeva açaraq şagirdlərin sənət
adamları ilə görüşünü əlamətdar hadisə kimi
qiymətləndirdi. Qonaqlara pedaqoji kollektiv
adından minnətdarlığını bildirərək qeyd etdi ki,
məktəbdə belə görüşlərin gələcəkdə tez-tez
keçirilməsi nəzərdə tutulub.
Tədbirin aparıcıları sənət adamları barədə
iştirakçılara geniş məlumat verdilər. Sonra
onların həyat və yaradıcılığı haqqında film
nümayiş olundu.
Şagirdlər sənət adamlarının ifa etdikləri
rollardan səhnəciklər göstərdilər. Aktyorlar
həyat və yaradıcılıqları barədə suallara cavab
verdilər.
Məktəbin 10-cu sinif şagirdi Fatimə
Şirəliyevanın ifasında bir-birindən maraqlı
mahnılar tədbir iştirakçıları tərəfindən
rəğbətlə qarşılandı.
Şagirdlərdən Fərhad və Növrəstənin təqdimatında
Hüseyn Cavidin "Qız məktəbi" şeirindən bir parça
səsləndirildi.
Tədbirin sonunda şagirdlər sənət adamları ilə
birlikdə xatirə şəkli çəkdirdilər.
Rəşad ZİYADOV |