Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Dekabr 2010 - 49

 

 Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı mərasim keçirilib

Bookmark and Share

Azərbaycanın birinci xanımı, xoşməramlı səfir Mehriban Əliyeva tədbirdə iştirak edib.

 Dekabrın 14-də Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı yubiley mərasimi keçirilmişdir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva tədbirdə iştirak etmək üçün qurumun Parisdəki mənzil-qərargahına gəldi.

Mehriban xanım Əliyeva əvvəlcə YUNESKO-nun Yunanıstandan olan xoşməramlı səfiri Marianna Vardinoyannisin "Qadın fərdiliyi ilə bağlı problemlərin istiqamətində səylər" kitabının təqdimat mərasimində iştirak etdi.

YUNESKO-nun xoşməramlı səfirlərinin də qatıldıqları tədbirdə təşkilatın baş direktoru İrina Bokova Azərbaycanın birinci xanımı, qurumun xoşməramlı səfiri Mehriban Əliyeva ilə görüşdü.

Sonra mərasim iştirakçıları birlikdə nahar etdilər. YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva naharda iştirak etdi.

Marianna Vardinoyannisin "Qadın fərdiliyi ilə bağlı problemlərin istiqamətində səylər" kitabının təqdimat mərasimində çıxış edən YUNESKO-nun baş direktoru İrina Bokova bütün qonaqları və xoşməramlı səfirləri salamladı. Azərbaycanın birinci xanımı, xoşməramlı səfir Mehriban Əliyevanın da iştirak etdiyi mərasimdə İrina Bokova bu kitabın məhz YUNESKO ailəsinin üzvü olan bir şəxs tərəfindən yazılmasını yüksək dəyərləndirdi. Bildirdi ki, qadınların cəmiyyətin həyatındakı roluna həsr olunan kitab YUNESKO dəyərlərinin təbliği baxımından da mühüm addımdır.

YUNESKO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis mərasimə gəldiklərinə görə hamıya təşəkkürlərini bildirdi. O dedi ki, qadınlar bəşər sivilizasiyasının inkişafında hər zaman mühüm rol oynayıblar və bu kitab da sivilizasiyanın yaranmasında, inkişafında zərif məxluqların iştirakına və əməyinə həsr olunmuşdur.

Qeyd olundu ki, qədim dövrlərdən bu günə qədər qadınların cəmiyyətdəki sosiomədəni fəaliyyətinin araşdırıldığı bu kitab YUNESKO irsinə dəyərli töhfədir.

***

Daha sonra YUNESKO-nun 65 illiyinə həsr olunan yubiley mərasimi keçirildi. Mərasim YUNESKO-nun fəaliyyətinə həsr olunan videofilmin nümayişi ilə başladı. Filmdə qurumun keçdiyi yola nəzər salındı, YUNESKO-nun həyatında baş verən hadisələr illər üzrə fotoşəkillər vasitəsilə diqqətə çatdırıldı.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin fortepianoda ifası mərasim iştirakçıları tərəfindən maraqla qarşılandı.

Tədbirin aparıcısı qonaqları və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı salamladı. Digər aparıcı, Rusiyanın populyar müğənnisi Alsu da təbriklərə qoşuldu, mərasimdə keçmiş baş direktorlardan bəzilərinin iştirak etmələrindən məmnun olduğunu dedi.

BMT-nin baş katibi Pan Gi Mun YUNESKO-nun 65 illiyi münasibətilə təbriklərini çatdırdı. O dedi ki, dünyada sülhün yaranmasına töhfə verən YUNESKO bu gün də öz ənənəsinə  sadiq  qalır, sivilizasiyalararası  və  mədəniyyətlərarası dialoqun  əldə  olunmasında   yaxından   iştirak   edir.

Tədbirə Tailanddan qatılan sənətçi öz rəqsi ilə təbriklərə qoşuldu.

Sonra 1974-1987-ci illərdə YUNESKO-nun baş direktoru vəzifəsində çalışmış Amadou-Mahtar Mbou çıxış etdi. O, YUNESKO-nun kollektivini və bu təşkilatın dəyərlərinin həyatda təsdiqini tapması uğrunda yorulmadan fəaliyyət göstərən hər bir kəsi təbrik etdi. Keçmiş baş direktor dünyada elm, təhsil və mədəniyyət məsələlərinin həllində iştirak edərək planetimizdə sülhün əldə olunmasına yardım göstərən YUNESKO-nun öz missiyasını bu gün də uğurla davam etdirdiyini bildirdi.

Sonra Kamerundan olan sənətçilər YUNESKO-nun yubiley mərasimində çıxış etdilər.

1987-1999-cu illərdə qurumun baş direktoru işləmiş Federiko Mayor da mürəkkəb dünyamızda YUNESKO dəyərlərinin hər zaman aktual olduğunu dedi. Bildirdi ki, dünyada sülhün əldə olunmasına böyük töhfələr verən YUNESKO yarandığı gündən bu ali məqsəd uğrunda çalışmışdır.

Mərasimə Boliviyadan dəvət alan müğənni də öz maraqlı ifası ilə təbriklərə qoşuldu.

1999-2009-cu illərdə YUNESKO-nun baş direktoru olmuş Koişiro Matsuura çıxış edərək dedi ki, II Dünya müharibəsindən sonra yer üzündə sülhün əldə olunması üçün belə bir təşkilatın yaradılmasına ehtiyac var idi. YUNESKO-nun yaradılması ilə bu sahədə mövcud olan boşluq dolduruldu və onun fəaliyyəti bütün dövrlərdə sülh məqsədlərinə xidmət etdi. Koişiro Matsuura XXI əsrdə də YUNESKO-nun bu missiyasının davam etdiyini bildirdi.

Türkiyə, Yunanıstan və Kanadadan gələn musiqiçilərin də ifası maraqla qarşılandı.

"65 ildə YUNESKO bizim dünyanın bir parçasına çevrilmişdir", - deyən YUNESKO-nun baş konfransının sədri Devidson Həpbörn qurumun fəaliyyətində humanizm ideyalarının hər zaman hakim olacağını vurğuladı.

YUNESKO-nun icra şurasının sədri Eleanora Mitrofanova təşkilatın həyata keçirdiyi proqramlar sırasında əsas diqqəti təhsillə bağlı layihələrin icrasına yönəltdi.

Mərakeş və Livandan dəvət olunan musiqiçilər ərəb ritmləri ilə salona xüsusi ovqat gətirdilər.

Sonra YUNESKO-nun XXI əsrdəki fəaliyyətində prioritet elan etdiyi sahələrdən bəhs edən filmin nümayişi oldu.

Yubiley mərasiminə YUNESKO-nun baş direktoru İrina Bokova yekun vurdu. Baş direktor dedi ki, YUNESKO dünyanın yaddaşıdır, bəşəriyyətin maddi mədəni irsini qoruyan ən mötəbər təşkilatdır. Bu təşkilatın fəaliyyəti dünyada sülhün qorunmasının təməl prinsiplərini təşkil edir. YUNESKO-nun tarixinin böyük ideallara söykəndiyini deyən İrina Bokova bu dəyərlərin yaranmasında YUNESKO ailəsinin mühüm səylər göstərdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, dünyada təhsilin, elmin, mədəniyyətin qorunmasında və inkişafında yaxından iştirak edən YUNESKO bu yüzillikdə də həmin prinsiplərinə sadiq qalacaq, müxtəlif ölkələrdə və regionlarda mədəni irsin təbliğinə mühüm töhfələr verəcəkdir. Sonda baş direktor  bir  daha  yubiley  münasibətilə  təbriklərini  çatdırdı.

Qeyd edək ki, YUNESKO 1945-ci ilin noyabrında yaradılmışdır. Mərkəzi qərargahı Parisdə yerləşən təşkilata dünyanın müxtəlif bölgələrində yerləşən 67 büro və altbölmələr daxildir. Hazırda 191 ölkə bu təşkilatın üzvüdür. YUNESKO-nun əsas məqsədi irqindən, dilindən və dinindən asılı olmayaraq xalqların təhsil, elm və mədəniyyət sahələri üzrə əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə yardım etməkdir. YUNESKO bu məqsədlərini təşkilata üzv ölkələrdə qurulan Milli Komissiyalar vasitəsilə reallaşdırır.

Azərbaycan da BMT-nin ən mötəbər qurumlarından olan YUNESKO-nun fəal üzvlərindəndir. Azərbaycan-YUNESKO əməkdaşlığında ölkəmizin birinci xanımı Mehriban Əliyevanın böyük əməyi vardır. Məhz Mehriban xanımın xidmətləri sayəsində 2003-cü ildə muğam YUNESKO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri" siyahısına daxil edilmişdir. Bakıda Beynəlxalq Muğam Mərkəzi yaradılmışdır. 2004-cü ildən YUNESKO-nun xoşməramlı səfiri olan Mehriban Əliyevanın YUNESKO dəyərlərinə sadiqliyinin nəticəsidir ki, bu gün ölkəmizin bir çox mədəniyyət abidələri bu qurumun maddi mədəni irs siyahısına daxil edilmişdir. Müxtəlif vaxtlarda YUNESKO-nun baş direktorları ölkəmizə gəlmiş və Azərbaycanın tarixi, mədəniyyəti, milli dəyərləri ilə tanış olmaq imkanı qazanmışlar. Bir sözlə, Azərbaycan-YUNESKO əməkdaşlığı hazırda özünün inkişaf dövrünü yaşayır.

AzərTAc

 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

24 Dekabr 2010 - 50

Prezident İlham Əliyev "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab edilib
 
Doktorantların  və gənc tədqiqatçıların XV Respublika elmi konfransının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İxtisasartırma təhsilinin Kurikulum Çərçivəsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Akademik Ramiz Mehdiyevin "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabı qazax dilində çapdan çıxıb
 
Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi  təşkilatların Siyahısı"nı təsdiq edib
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tbilisidə xeyriyyə aksiyası keçirilib
 
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"na həsr olunmuş beynəlxalq konfrans
 
Bakı Dövlət Universitetində akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasında xaricdə təhsil alan fəlsəfə doktorlarının üçüncü illik seminarı
 
Azərbaycanda təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlər və ali təhsildə yeni maliyyələşdirmə mexanizminin  tətbiqi ilə bağlı mövcud vəziyyət
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında kimya fənni üzrə nəticələr barədə
 
"Xaricdə təhsil" sərgisi
 
M.Lomonosov adına MDU-nun Bakı filialında "Müasir riyazi təhsilin problemləri" mövzusunda "dəyirmi masa" keçirilib
 
Versal Akademiyasının əməkdaşları AMİ-nin Qazax filialında olublar
 
"Açıq qapı - İnstitut günü"
 
Şərurun yeni və müasir tipli təhsil ocaqları
 
Azərbaycanda təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlər və ali təhsildə yeni maliyyələşdirmə mexanizminin  tətbiqi ilə bağlı mövcud vəziyyət
 
Akademik Abel Məhərrəmov Koreya Respublikasında səfərdə olub
 
İnformasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbə
 
NDU-da beynəlxalq simpozium
 
Əməkdaşlıq müqaviləsi imzalanıb
 
Kamil alim, ustad müəllim, Vətənə bağlı ziyalı
 
Məktəbdə onlayn "Qaynar xətt" xidməti təşkil etmişik
 
Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların siyahısı
 
Şagirdlər İKT biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" kurikulumun tələblərinə cavab verdi
 
Ədəbiyyat dərsliklərimiz
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni kurikulumu (V-XI siniflər)
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Sağlam həyat tərzi-sağlam gələcəyə zəmanətdir"
 
Bağçada "Təbiəti qoruyaq" mövzusunda "açıq məşğələ"
 
Öyrədənlər öyrədilir
 
"Birincilərin" hesabat konserti oldu
 
"Vətənin igidləri"
 
Ədəbi-bədii kompozisiya
 
Cəsur təyyarəçi, vətənpərvər gənc
 
Məktəblilərin idman uğurları
 
Dünya universitetləri: Uorvik Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov