Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Dekabr 2010 - � 49

 

Milli TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans

Bookmark and Share

Dekabrın 15-də  Azərbaycan Dillər Universitetində Milli TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans keçirildi. Avropa Birliyinin TEMPUS proqramının Bakı ofisinin və ADU-nin təşkilatçılığı ilə keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov,  ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov, təhsil nazirinin müavini Elmar Qasımov, Avropa Birliyinin Bakıdakı xüsusi nümayəndəsi səfir Rolan Kobia, Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (Eacea) rəsmisi, TEMPUS proqramı üzrə məsul şəxs  Franz Steidele, eləcə də  ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan professor Səməd Seyidov konfrans iştirakçılarını salamlayaraq TEMPUS proqramının təhsil sahəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirdi və ADU-nun Avropa ölkələrinin qabaqcıl universitetləri ilə yalnız TEMPUS proqramı çərçivəsində deyil, uzun illərdən bəri səmərəli əməkdaşlığa malik olduğunu qeyd etdi. S.Seyidov TEMPUS proqramı çərçivəsində Azərbaycandan olan universitetin Avropa Birliyi layihəsində ilk idarəçiliyi və Avropa universitetlərinin Azərbaycan tərəfindən ilk koordinasiyasını aparmasını Azərbaycan təhsilinin böyük uğuru kimi qiymətləndirdi. O, bu layihənin Azərbaycanın təhsil idarəçiliyində zəngin beynəlxalq təcrübə əldə edilməsinə və təhsil sahəsində islahatların daha da inkişafına təkan verəcəyinə əminliyini ifadə etdi. Bildirildi ki, layihənin büdcəsi 1 milyon 100 min avro təşkil edir.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Avropa İttifaqının TEMPUS proqramında ölkəmizin iştirakından danışdı.  TEMPUS proqramının fəaliyyət tarixinə toxunan təhsil naziri  bildirdi ki, Azərbaycan bu proqrama 1995-ci ildən qoşulub və 22 layihədə iştirak edib.  Misir Mərdanov ADU-nun TEMPUS proqramının layihə koordinatoru seçilməsini yüksək qiymətləndirdi. " İndiyədək həyata keçirilən 22 layihənin idarəçiliyini Avropa universitetləri həyata keçiriblər. ADU-nun layihənin koordinatoru seçilməsi Azərbaycan təhsilinin uğurudur. Bu, bir daha onu göstərir ki, Azərbaycan Dillər Universiteti  Avropaya inteqrasiyada, eləcə də digər məsələlərdə ölkənin aparıcı ali təhsil ocağıdır".  Təhsi naziri həyata keçirilən layihənin  Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına təkan verəcəyini dedi.  Misir Mərdanov Avropa İttifaqının Təhsil Komissarlığı ilə birbaşa təmasların qurulmasının vacibliyini də bildirdi.

Sonra çıxış edən Avropa İttifaqının Bakıdakı xüsusi nümayəndəsi səfir Rolan Kobia  Azərbaycanla təmsil etdiyi qurumun əlaqələrindən söhbət açdı. Proqramın əhəmiyyətindən danışan R.Kobia Azərbaycanın bu layihədə iştirakını yüksək dəyərləndirdi.  Onun sözlərinə görə, proqram Azərbaycan və Avropa təhsil müəssisələri arasında mövcud əlaqələrin daha da inkişaf etməsinə təkan verəcəkdir.

Tədbirdə Milli TEMPUS Ofisinin rəhbəri Pərviz Bağırovun "Azərbaycanda TEMPUS və Milli TEMPUS Ofisinin rolu" və "Avropa Birliyinin digər proqramlarında Azərbaycan universitetləri üçün imkanlar" mövzularında məruzələri dinlənildi.  

2010-cu ildə TEMPUS IV-nün xüsusiyyətləri və III təkliflərin nəticələri, eləcə də "TEMPUS proqramına müraciət etmək üçün yeni elektron qaydaları"  haqqında  TEMPUS proqramı üzrə məsul şəxs, Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (Eacea) rəsmisi Franz Steidele  konfrans iştirakçılarına məlumat verdi. 

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova isə çıxışında "Azərbaycan Dillər Universitetində TEMPUS layihələri"ndən danışdı. O bildirdi ki, layihə 3 il müddətində həyata keçiriləcəkdir. Prorektor  Azərbaycan Respublikası  Təhsil Nazirliyi,  Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Azərbaycan Müəllimlər İnstitutunun layihədə iştirak etdiklərini konfrans iştirakçılarının nəzərinə çatdırdı.

Konfrans dinlənilən məruzələr ətrafında müzakirələrlə yekunlaşdı.  

Şakir CƏFƏROV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
17 Dekabr 2010 - � 49
"Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar"ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR təhsil nazirinə, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirlərinə
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
 Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı mərasim keçirilib
 
Azərbaycanda innovativ müəllimlər müsabiqəsi elan olundu
 
"Bakı və regionlarda təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında valideynlərin iştirakı" layihəsi ilə bağlı mətbuat konfransı 
 
Müsabiqə qaliblərinə mükafatlar təqdim edildi
 
Mədəniyyət və incəsənət ixtisasları ilə bağlı təkliflər müzakirə olunub
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək
 
NDU-da  Heydər Əliyev Universitetinin növbəti məşğələsi
 
Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev liseyində ümummilli liderin adının yazıldığı lövhənin asılması mərasimi keçirilib
 
"İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimi keçirilib
 
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd edilib
 
Bir qrup tədqiqatçıya Təhsil Nazirliyinin sertifikatları verildi
 
Səfir tələbələrin yapon dilini öyrənmələrindən razı qalıb
 
Milli TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans
 
Heydər Əliyevin təhsil strategiyası: Sumqayıt Dövlət Universitetinin dünəni və bu günü
 
Görkəmli alim və yazıçı barədə zəngin biblioqrafik mənbə
 
"Açıq dərs"lər pedaqoji-metodik baxımdan yüksək qiymətləndirildi
 
"Akademik Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin vəhdəti" mövzusunda elmi konfrans
 
Müəllimlər İKT üzrə təlimlərin səviyyəsindən razıdırlar
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında coğrafiya fənni üzrə nəticələr barədə
 
Ağstafa rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət  göstəricilərinə görə təhlili
 
Tələbə elmi konfransı
 
İnklüziv təhsil günün tələbidir
 
Məktəbdə döyüşçü haqqında kitabın təqdimatı olub
 
Ölkəmizin Avropa Təlim Fondu ilə əlaqələrinin möhkəmlənməsinə geniş imkan yaranıb
 
Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri
 
Peşəsinin vurğunu
 
Nanotexnologiyalar və onların texnikada tətbiqi
 
Yetim uşaqlar üçün yaşayış fondu yaradılır
 
Sənətini düzgün seçənlər uğur qazanırlar
 
"Mübarizləri olan Vətən basılmaz"
 
"Vətən mənə oğul desə..."
 
"Milli kurikulum və qiymətləndirmə fəaliyyəti - 2010" mövzusunda beynəlxalq konfrans
 
Şagirdlər fəallığı ilə seçilirdilər
 
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş multimedia dərsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Məktəb "Ekologiya ili"nə "Gəlin dünyamızı qoruyaq" tədbiri ilə yekun vurdu
 
ADU-da "Buta"nın təqdimat mərasimi keçirildi
 
Sumqayıtda kitab bayramı
 
Narkomaniyaya qarşı mübarizə aylığı
 
Heydelberq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov