Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Dekabr 2010 - 49

 

Müsabiqə qaliblərinə mükafatlar təqdim edildi

Bookmark and Share

Dekabrın 14-də Təhsil Nazirliyində orta məktəblərin IX-XI sinif şagirdləri və tələbələr arasında keçirilmiş "Gələcək nəsillərlə üz-üzə" III Ümumrespublika inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi oldu.

Qeyd edək ki, inşa müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və "Minilliyin Layihəsi"nin Azərbaycan Bölməsi - Azərbaycan Futuroloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

Mərasimdə adıçəkilən qurumların rəhbərləri, "Qlobal Minillik Prizi" beynəlxalq müsabiqəsinin təsisçisi və prezidenti, "Minilliyin Layihəsi"nin Meksika üzrə bölməsinin rəhbəri Konsepsion Olavarrieta, millət vəkilləri, Təhsil Nazirliyinin məsul şəxsləri, ali məktəblərin rektorları, tanınmış alim və ziyalılar, məktəb direktorları, müəllimlər, valideynlər və KİV təmsilçiləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov iştirakçıları salamladı və bu layihənin həyata keçirilməsində bir neçə dövlət qurumunun, ictimai təşkilatın xüsusi rolu olduğunu qeyd edərək onlara öz təşəkkürünü bildirdi.

"Gələcək nəsillərlə üz-üzə" III Ümumrespublika inşa müsabiqəsi ilə bağlı məlumat verən təhsil naziri diqqətə çatdırdı ki, ötən illərdən fərqli olaraq  bu il müsabiqədə orta məktəblərin IX-XI sinif şagirdləri ilə yanaşı, tələbələr də iştirak edib. Müsabiqəyə təqdim edilən inşa yazıları "Minilliyin Layihəsi"nin 15 Qlobal Çağırışına uyğun olaraq 15 mövzunu əhatə etmiş və bu mövzuların seçimi sərbəst olmuşdur.

İnşa yazıların münsiflər heyəti tərəfindən qiymətləndirilməsi nəticəsində bu il 657 şagird və 423 tələbə mükafata layiq yerlər uğrunda mübarizə aparmış, onların arasından 37 nəfəri şagird, 21 nəfəri isə tələbə olmaqla cəmi 58 finalçı seçilmişdir.

Müsabiqədə paytaxtla yanaşı, ölkəmizin ayrı-ayrı bölgələrində təhsil alan şagird və tələbələrin iştirakını fərəhləndirici hal kimi dəyərləndirən Misir Mərdanov bildirdi ki, Bakı şəhərindən 10, Sumqayıtdan 5, İsmayıllıdan 4, Zərdab, Ağdam və Hacıqabuldan 2, Quba, Tərtər, Qax, Zaqatala, Neftçala, Lənkəran, Ağcabədi, İmişli, Kürdəmir və Şamaxıdan 1 nəfər şagird qaliblər sırasında yer tutub.

Tələbə finalçılardan Azərbaycan Dövlət İqtisad Universitetindən 5, Bakı Slavyan Universitetindən 3, Azərbaycan Dillər Universitetindən 2, Azərbaycan Müəllimlər İnstitutu, onun Qazax və Ağcabədi filialları, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Tibb Universiteti, Milli Aviasiya Akademiyası, Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Xəzər Universitetindən isə 1 iştirakçı qalib adını qazanmışdır.

Təhsil naziri çıxışının sonunda müsabiqə qaliblərini təbrik edərək onlara gələcəkdə yeni-yeni uğurlar arzuladı.

Sonra çıxış üçün söz Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynovaya verildi. Öncə rəhbərlik etdiyi qurum haqqında məlumat verən R.Hüseynova bildirdi ki, Azərbaycan Futuroloqlar Cəmiyyəti "Minilliyin Layihəsi"nin 2006-cı ildə ölkəmiz üzrə açılmış 29-cu bölməsidir. Ötən 4 il ərzində bu beynəlxalq təşkilatın dünya üzrə daha 10 bölməsi fəaliyyətə başlamışdır. Daha sonra "Gələcək nəsillərlə üz-üzə" inşa müsabiqəsi haqqında danışan natiq qeyd etdi ki, bu "Minilliyin Layihəsi"nin 15 Qlobal Çağırışı üzrə hər il Meksikada keçirilən "Qlobal Minillik Prizi" beynəlxalq müsabiqəsinin milli mərhələsidir. Ümumrespublika mərhələsinin finalçıları və qalibləri beynəlxalq mərhələyə getmək imkanı qazanırlar.

15 Qlobal Çağırış üzrə təşkil edilən inşa müsabiqəsinin əsas məqsədi qlobal dəyişikliklərdən irəli gələn tələblərə uyğunlaşmaqla sağlam və münaqişəsiz gələcəyin qorunub saxlanması və daha da yaxşılaşdırılması üçün gənclərin müvafiq tərzdə tərbiyə edilməsi, qloballaşma şəraitində inkişaf edən Azərbaycan gənclərinin dünyada baş verən müxtəlif proseslərin bir-biri ilə əlaqəli olduğunu və bunun özlərinin gələcəyinə təsir edəcəyini başa düşməsidir.

R.Hüseynova hərtərəfli dəstək üçün müvafiq dövlət qurumlarına təşəkkürünü bildirərək azərbaycanlı gəncləri belə tədbirlərdə daha fəal iştirak etməyə səslədi.

Sonra ötən illərdə Meksikada keçirilmiş təntənəli mükafatlandırma mərasimlərindən hazırlanmış videosüjet nümayiş etdirildi.

Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, "Qlobal Minillik Prizi" beynəlxalq müsabiqəsinin təsisçisi və prezidenti, "Minilliyin Layihəsi"nin Meksika üzrə bölməsinin rəhbəri Konsepsion Olavarrieta belə müsabiqələrin yüksək intellektə malik gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsində önəmli rolundan söz açdılar.

Mərasimin sonunda müsabiqə qaliblərinə diplom və hədiyyələr təqdim olundu. Qaliblər adından çıxış edənlər ölkəmizdə gənclərə göstərilən xüsusi diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər. 

Hicran ƏKBƏROVA

 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
17 Dekabr 2010 - 49
"Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar"ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR təhsil nazirinə, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirlərinə
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
 Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı mərasim keçirilib
 
Azərbaycanda innovativ müəllimlər müsabiqəsi elan olundu
 
"Bakı və regionlarda təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında valideynlərin iştirakı" layihəsi ilə bağlı mətbuat konfransı 
 
Müsabiqə qaliblərinə mükafatlar təqdim edildi
 
Mədəniyyət və incəsənət ixtisasları ilə bağlı təkliflər müzakirə olunub
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək
 
NDU-da  Heydər Əliyev Universitetinin növbəti məşğələsi
 
Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev liseyində ümummilli liderin adının yazıldığı lövhənin asılması mərasimi keçirilib
 
"İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimi keçirilib
 
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd edilib
 
Bir qrup tədqiqatçıya Təhsil Nazirliyinin sertifikatları verildi
 
Səfir tələbələrin yapon dilini öyrənmələrindən razı qalıb
 
Milli TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans
 
Heydər Əliyevin təhsil strategiyası: Sumqayıt Dövlət Universitetinin dünəni və bu günü
 
Görkəmli alim və yazıçı barədə zəngin biblioqrafik mənbə
 
"Açıq dərs"lər pedaqoji-metodik baxımdan yüksək qiymətləndirildi
 
"Akademik Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin vəhdəti" mövzusunda elmi konfrans
 
Müəllimlər İKT üzrə təlimlərin səviyyəsindən razıdırlar
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında coğrafiya fənni üzrə nəticələr barədə
 
Ağstafa rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət  göstəricilərinə görə təhlili
 
Tələbə elmi konfransı
 
İnklüziv təhsil günün tələbidir
 
Məktəbdə döyüşçü haqqında kitabın təqdimatı olub
 
Ölkəmizin Avropa Təlim Fondu ilə əlaqələrinin möhkəmlənməsinə geniş imkan yaranıb
 
Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri
 
Peşəsinin vurğunu
 
Nanotexnologiyalar və onların texnikada tətbiqi
 
Yetim uşaqlar üçün yaşayış fondu yaradılır
 
Sənətini düzgün seçənlər uğur qazanırlar
 
"Mübarizləri olan Vətən basılmaz"
 
"Vətən mənə oğul desə..."
 
"Milli kurikulum və qiymətləndirmə fəaliyyəti - 2010" mövzusunda beynəlxalq konfrans
 
Şagirdlər fəallığı ilə seçilirdilər
 
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş multimedia dərsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Məktəb "Ekologiya ili"nə "Gəlin dünyamızı qoruyaq" tədbiri ilə yekun vurdu
 
ADU-da "Buta"nın təqdimat mərasimi keçirildi
 
Sumqayıtda kitab bayramı
 
Narkomaniyaya qarşı mübarizə aylığı
 
Heydelberq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov