Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Dekabr 2010 - � 49

 

Heydər Əliyevin təhsil strategiyası: Sumqayıt Dövlət Universitetinin dünəni və bu günü

Bookmark and Share

XXI əsr elm, təhsil və qlobal düşüncə, Azərbaycan təhsilinin dünyaya inteqrasiyası dövrü kimi səciyyələnir, zaman və məkan müstəvisi baxımından yeni təfəkkürün formalaşması, sivilizasiyanın yeni mərhələsi kimi tarixə yazılır, əbədiləşir. Bu zaman kəsiyinin ən böyük əlamətdar tarixi hadisəsi yüz ildən bir, bəlkə də min ildən bir adını tarixin şanlı səhifələrinə yazmağı bacaran nadir şəxsiyyətlərdən biri Heydər Əliyevin adı ilə bağlı olub, onun müdrikliyi, uzaqgörən siyasəti ilə ölçülür. Dərin zəkası, zəngin biliyi, maraq dairəsinin genişliyi, qətiyyəti, ciddiliyi, daxili və xarici siyasətdəki uğurları, Azərbaycanın müstəqilliyi və bütövlüyünü qorumaq məharəti, elm, mədəniyyət, incəsənət və təhsilə göstərdiyi diqqət, qayğı Heydər Əliyevi ictimai xadim, müdrik bir şəxsiyyət kimi ürəklərdə yaşadır, dövlətçiliyimiz, həyatımız onun işıqlı ömründən nur alır.

XX əsrlə XXI əsrin qovuşuğunun fenomeni olan Heydər Əliyevin milli təhsil quruculuğu strategiyası Prezident İlham Əliyev tərəfindən ölkənin sosial-iqtisadi inkişafı strategiyasına, tərəqqi və inkişafına, müstəqillik və dövlətçilik ənənələrinin möhkəmlənməsinə, milli mənəvi və bəşəri dəyərlərin qorunmasına, təhsildə köklü islahatlar aparılmasına zəmin yaratdı.

Ulu öndər Heydər Əliyevin təhsilə verdiyi böyük qiymət Azərbaycanda demokratiyanın yaranması, formalaşması və çiçəklənməsi dövrünün inkişafında ən mühüm hadisəyə çevrildi. Elm və təhsilə böyük önəm verilməsi, bir-birinin ardınca yeni proqram və layihələrin, təhsil islahatlarının həyata keçirilməsi ölkənin elmi, mədəni və sosial-iqtisadi həyatında dönüş yaratdı. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin dediyi kimi, "Bugünkü Azərbaycan Heydər Əliyevin şah əsəridir".

"Təhsil və informasiya əsri" elan edilən XXI yüzillikdə insan kapitalının ahəngdar inkişafında, ölkənin iqtisadiyyatının möhkəmləndirilməsində, ictimai-siyasi həyatda qlobal dəyişikliklərin aparılmasında, bazar iqtisadiyyatına keçid mərhələsində təhsilə böyük önəm verilməsi, infrastrukturun yeniləşdirilməsi, yeni texnologiyalardan, innovasiyalardan istifadə edilməsinə şəraitin yaradılması indiki qədər geniş vüsət almamış, beynəlxalq arenada dəstəklənməmişdir.

Ulu öndər həmişə qloballaşan cəmiyyət yaratmaqla bağlı qeyd edirdi ki, buna yalnız elm, təhsil və yeni təfəkkürlə nail olmaq mümkündür. Bu gün dahi Heydər Əliyevin zəngin maarifçilik ideyalarını Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva əzmlə, uğurla həyata keçirirlər. Dövlət başçısı İlham Əliyevin böyük uzaqgörənliklə söylədiyi "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir", - konseptual müddəasının əsası da məhz həmin maarifçilik ideyalarından bəhrələnir. Bu konseptual müddəanın həlli respublikamızın digər təhsil və elm ocaqları ilə yanaşı Sumqayıt Dövlət Universitetində də uğurla həyata keçirilir.

1962-ci ildən Azərbaycan Neft və Kimya İnstitutunun tədris məntəqəsi kimi fəaliyyətə başlamış bu tədris ocağı 1992-ci ildən müstəqil Azərbaycan Sənaye İnstitutuna çevrilmişdir. Bu təhsil müəssisəsinin yaradılmasında əsas məqsəd Sumqayıtın iqtisadiyyatı və sənayesinin inkişafına kömək edən texniki sahələr üzrə kadrların hazırlanmasına, ekoloji cəhətdən təhlükəli olan şəhərin sağlam bir bölgəyə çevrilməsinə, elm, təhsil və mədəniyyəti dünyada tanıtmağa istiqamətlənmişdir. 1993-cü ildən etibarən Sumqayıt şəhərinin bütün sahələrində böyük inkişaf və tərəqqinin geniş vüsət alması nəinki sənaye müəssisələri üçün, hətta digər sahələrdə də mütəxəssis hazırlığının aparılmasını vacib məsələ kimi qarşıya qoymuşdu. Belə bir dövrdə Sumqayıt şəhər əhalisinin problemləri də getdikcə artır, ayrı-ayrı sahələr üzrə kadrlara böyük ehtiyac duyulurdu. Bu problemləri aradan qaldırmaq üçün 13 iyun 2000-ci il tarixdə Prezident Heydər Əliyevin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universitetinin yaradılması tarixi bir hadisəyə çevrildi, şəhərin sosial-iqtisadi və mədəni həyatını yaxşılaşdırmaq üçün kadr hazırlığına başlandı. Az bir müddət ərzində  universitetin elm, təhsil və maddi-texniki təchizi sahəsində dönüşün yaradılması Heydər Əliyevin dəstəyindən, milli təhsilimizə göstərdiyi qayğıdan sonra yüksək sürətlə inkişaf etməyə başladı, uğurlu nəticələr əldə edildi. Danılmaz faktdır ki, universitetin bugünkü inkişafı əvvəlki illərdən xeyli fərqlənir, həm maddi-texniki bazanın yeniləşdirilməsi, həm də kadr potensialı baxımından inkişafı diqqəti cəlb edir. O cümlədən tələbələrin, magistrant və doktorantların təhsilinin müasir tələblərə uyğun davam etdirilməsinə hər cür imkan yaradılmışdır. İdarəetmə sistemində dönüş yaradılması təhsilin, elmin inkişafına, demokratik prinsiplərin əməli işə tətbiqinə zəmin yaratdı.

Ali təhsil sistemində islahatların aparılması, təlim praktikasında innovasiyaların tətbiqi ali məktəblərdə təhsil və elmi işlərin yüksək səviyyədə aparılmasına, elmi potensialın gücündən səmərəli istifadə olunmasına müsbət təsir göstərdi. Ölkə Prezidenti İlham Əliyevin 4 may 2009-cu il tarixli Sərəncamı ilə təsdiq etdiyi "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nda da elmi işlər qarşısında ciddi tələblərin qoyulması  Sumqayıt Dövlət Universitetində də əsas fəaliyyət sahəsinə çevrildi, Azərbaycan elminin, təhsilinin dünya məkanına inteqrasiyası daha da sürətləndi.

SDU-nun böyük elmi-pedaqoji potensialı var. Universitetdə AMEA-nın 6 nəfər həqiqi və müxbir üzvü, 49 nəfər elmlər doktoru, professor, 160 nəfər elmlər namizədi, dosent, 180 nəfər  baş müəllim və assistent çalışır.

  Universitetdə 7 fakültə, əcnəbi tələbələrin hazırlıq mərkəzi, 45 kafedra və 5 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Bu fakültələrdə 4000-dən artıq, o cümlədən 100 əcnəbi tələbə bakalavr pilləsində və 50 ixtisas üzrə 270 nəfər magistratura mərhələsində təhsilini davam etdirir. 25 doktorant və 60 dissertant elmin müxtəlif sahələri üzrə elmi-tədqiqat işləri yerinə yetirirlər.

Sumqayıt Dövlət Universitetində 9 elmi istiqamət üzrə 46 mövzunu əhatə edən elmi-tədqiqat işləri yerinə yetirilir.

Son on ildə universitet əməkdaşlarından 11 nəfər elmlər doktoru, 56 nəfər elmlər namizədi alimlik dərəcəsinə, 7 nəfər professor, 62 nəfər dosent elmi adlarına layiq görülmüşlər.

Bu dövr ərzində universitet əməkdaşları tərəfindən 48 monoqrafiya, 106 dərslik və dərs vəsaiti, 400 metodik iş və fənn proqramı, 1940 elmi məqalə (o cümlədən 450-si xarici jurnallarda), 1100 tezis (o cümlədən 200 tezis beynəlxalq konfranslarda) çap olunmuşdur. 80 patent alınmışdır, bunlardan 2-si "AvroAsiya" patentidir. Bu müddətdə universitetdə 12 beynəlxalq, 35 respublika və 50 universitetdaxili elmi konfrans keçirilmişdir. 2 bölmə - "Təbiət və texniki" və "Humanitar-sosial" elmlər bölmələri üzrə SDU-nun "Elmi xəbərləri" nəşr edilir.

Magistrantların respublika elmi konfransı hər il SDU-da keçirilir. Tələbə elmi cəmiyyəti xətti ilə təşkil olunan tələbələrin konfransları da maraqla qarşılanır. Universitet tələbələri ali məktəblərarası fənn olimpiadalarında da fəal iştirak edirlər.

SDU-nun beynəlxalq əlaqələri getdikcə artır. TEMPUS layihəsi çərçivəsində universitet üç uğurlu layihənin iştirakçısı olmuş və qalib seçilmişdir. Universitet eyni zamanda 2002-2004-cü illərdə Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti, Hollandiyanın Heerlen Tətbiqi Elmlər Universiteti, Azərbaycanın Texniki Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və Mingəçevir Politexnik İnstitutu ilə birlikdə "Müasir mühəndis hazırlığı" layihəsinin iştirakçısı olmuşdur. Avropa standartlarına uyğun "avtomatlaşdırma və informatika texnikası", "elektroenergetika" ixtisasları üzrə bakalavr və "ətraf mühitin mühafizəsi"  ixtisası üzrə magistr hazırlığını uğurla başa çatdırıb və bu proses indi də davam etdirilir. Bu günə kimi həmin ixtisaslar üzrə 75 bakalavr və magistr hazırlanmışdır.

2006-2009-cu illərdə Sumqayıt Dövlət Universiteti Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti, Polşanın Varşava Texniki Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası ilə birgə neft və kimya sənayesində "enerji menecmenti" ixtisası üzrə magistr hazırlığını həyata keçirib və indi də davam etdirir.

Bu iki layihə çərçivəsində Avropadan alınmış müasir cihaz və avadanlıqlarla təchiz olunmuş Avropa standartlarına uyğun 5 müasir tədris laboratoriyası yaradılmışdır. Universitetin 10 əməkdaşı müxtəlif müddətlərdə həmin xarici ölkə universitetlərində keçirilən seminarlarda iştirak etmiş və əldə etdikləri təcrübəni tələbələrə öyrətmişdir.

2010-2012-ci illərdə universitet yeni bir TEMPUS layihəsinin-Rusiyanın Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti, Tümen Dövlət Neft və Qaz Universiteti, Ufa Dövlət Neft Texnologiya Universiteti, Uxta Dövlət Texniki Universiteti, Ukraynanın Poltava Texniki Universiteti, İvanovo-Frankovsk Milli Texniki Universiteti, Belarusun Belarus Milli Texniki Universiteti, Polotsk Dövlət Universiteti, Böyük Britaniyanın Varvik Universiteti, Polşanın Krakov Universiteti, İsveçin Kral Texnologiya Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası ilə birlikdə iştirakçısı və qalibi olmuşdur. Bu layihə çərçivəsində Universitetlərarası innovasiya şəbəkəsinin yaradılması prosesinə başlanmışdır.

Hazırda kanalizasiya çöküntülərinin piroliz texnologiyasına görə Almaniyanın BASF şirkəti ilə birlikdə NATO-nun təhlükəsizlik layihəsinin birinci mərhələsi udulmuş və bu layihə Sumqayıt şəhərinin kanalizasiya sistemində yaranan çöküntülərin zərərsizləşdirilməsi və onlardan alternativ enerji növlərinin alınmasına yönəldilmişdir.

Bütün bu məsələlər Sumqayıt Dövlət Universitetində görülən işlərin müəyyən bir hissəsini təşkil edir. Nailiyyətlərimiz, əldə edilmiş elmi nəticələr, şübhəsiz, universitetin rektoru, professor N.F.Qəhrəmanovun bacarıqlı rəhbər kimi, elmə, təhsilə göstərdiyi qayğı və diqqəti ilə, ulu öndərə məhəbbəti və dövlətçiliyə sədaqəti ilə bağlıdır. Universitetə yüksək səviyyəli professor-müəllim kadrlarının işə cəlb olunması, gənclərin yetişməsinə lazımi şəraitin yaradılması, yeni düşüncəyə, əxlaqi-mənəvi dəyərlərə yiyələnmiş yüksək ixtisaslı kadrlar hazırlığı rektorluğun diqqət mərkəzindədir. Ölkə Prezidenti İlham Əliyevin Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə universitetin rektoru, professor Nadir Qəhrəmanovun "Şöhrət" ordeni ilə təltif olunması barədə sərəncamı kollektivin əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir. Bu təltifə görə kollektivimiz möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlıq edir. Universitetin 50 illik yubileyinə hazırlaşdığımız bir zamanda bu sərəncamın verilməsi məsuliyyətimizi daha da artırır, elmi-pedaqoji fəaliyyətimizdə böyük uğurlar əldə etməyə zəmin yaradır.  

Yadigar HÜSEYNOV,
 SDU-nun elmi işlər üzrə prorektoru, professor

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
17 Dekabr 2010 - � 49
"Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar"ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR təhsil nazirinə, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirlərinə
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
 Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı mərasim keçirilib
 
Azərbaycanda innovativ müəllimlər müsabiqəsi elan olundu
 
"Bakı və regionlarda təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında valideynlərin iştirakı" layihəsi ilə bağlı mətbuat konfransı 
 
Müsabiqə qaliblərinə mükafatlar təqdim edildi
 
Mədəniyyət və incəsənət ixtisasları ilə bağlı təkliflər müzakirə olunub
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək
 
NDU-da  Heydər Əliyev Universitetinin növbəti məşğələsi
 
Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev liseyində ümummilli liderin adının yazıldığı lövhənin asılması mərasimi keçirilib
 
"İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimi keçirilib
 
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd edilib
 
Bir qrup tədqiqatçıya Təhsil Nazirliyinin sertifikatları verildi
 
Səfir tələbələrin yapon dilini öyrənmələrindən razı qalıb
 
Milli TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans
 
Heydər Əliyevin təhsil strategiyası: Sumqayıt Dövlət Universitetinin dünəni və bu günü
 
Görkəmli alim və yazıçı barədə zəngin biblioqrafik mənbə
 
"Açıq dərs"lər pedaqoji-metodik baxımdan yüksək qiymətləndirildi
 
"Akademik Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin vəhdəti" mövzusunda elmi konfrans
 
Müəllimlər İKT üzrə təlimlərin səviyyəsindən razıdırlar
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında coğrafiya fənni üzrə nəticələr barədə
 
Ağstafa rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət  göstəricilərinə görə təhlili
 
Tələbə elmi konfransı
 
İnklüziv təhsil günün tələbidir
 
Məktəbdə döyüşçü haqqında kitabın təqdimatı olub
 
Ölkəmizin Avropa Təlim Fondu ilə əlaqələrinin möhkəmlənməsinə geniş imkan yaranıb
 
Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri
 
Peşəsinin vurğunu
 
Nanotexnologiyalar və onların texnikada tətbiqi
 
Yetim uşaqlar üçün yaşayış fondu yaradılır
 
Sənətini düzgün seçənlər uğur qazanırlar
 
"Mübarizləri olan Vətən basılmaz"
 
"Vətən mənə oğul desə..."
 
"Milli kurikulum və qiymətləndirmə fəaliyyəti - 2010" mövzusunda beynəlxalq konfrans
 
Şagirdlər fəallığı ilə seçilirdilər
 
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş multimedia dərsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Məktəb "Ekologiya ili"nə "Gəlin dünyamızı qoruyaq" tədbiri ilə yekun vurdu
 
ADU-da "Buta"nın təqdimat mərasimi keçirildi
 
Sumqayıtda kitab bayramı
 
Narkomaniyaya qarşı mübarizə aylığı
 
Heydelberq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov