Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Dekabr 2010 - � 49

 

"Akademik Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin vəhdəti" mövzusunda elmi konfrans

Bookmark and Share

Naxçıvan Dövlət Universitetində görkəmli alim, akademik Şəfaət Mehdiyevin 100 illik yubileyi münasibətilə elmi konfrans keçirilmişdir.

"Akademik Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin vəhdəti" mövzusunda keçirilən konfransda iştirak etmək üçün Naxçıvanda səfərdə olan Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev və sədr müavini, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Vəli Hüseynov, bir qrup nümayəndə öncə universitet ərazisini gəzmiş, İncəsənət fakültəsində konsert proqramını izləmiş, universitetin idman muzeyində sərgilənən bu sahədəki möhtəşəm nailiyyətlərlə tanış olmuş, olimpiya tipli idman kompleksində keçirilən ağırlıqqaldırma yarışına azarkeşlik etmişlər. Qonaqlar memarlıq və mühəndislik fakültəsində tələbələrin texniki yaradıcılıq sərgisini, memarlıq  və incəsənət tarixi muzeyində dünya və Azərbaycan memarlığı ilə bağlı stendləri, milli dekorativ-tətbiqi sənət nümunələrini, memar və rəssam tələbələrin əl işlərini maraqla izləmiş, tədris prosesinə qatılmışlar. Respublikada analoqu olmayan,  tamamlanmaqda olan  son tikintilər - tələbə sosial xidmət mərkəzi, qonaq evi və tələbə yataqxanası ilə tanışlıq xoş təəssürat yaratmışdır.

Sonra konfrans öz işinə başlamışdır. Muxtar respublika rəhbərliyinin təmsilçisinin, təhsil nazirinin, Naxçıvandakı əksər təhsil müəssisələrinin nümayəndələrinin  də qatıldığı konfransı giriş sözü ilə rektor, akademik İsa Həbibbəyli açmışdır. Rektor əməkdar elm xadimi, dövlət mükafatı laureatı, akademik Şəfaət Mehdiyevin Azərbaycan elmi-ictimai fikir tarixindəki rolundan, elmi-pedaqoji fəaliyyətinin, bədii-publisistik yaradıcılığının əhəmiyyətindən, ali insani məziyyətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyev akademik Şəfaət Mehdiyevi böyük alim, böyük ziyalı və şəxsiyyət kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında" 8 noyabr 2010-cu il tarixli sərəncamı isə bütövlükdə Azərbaycan elminə, elm xadimlərinə verilən yüksək qiymət kimi dəyərləndirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinin birinci müavini, Ali Məclisinin deputatı Azər Zeynalov konfrans iştirakçılarını muxtar respublika rəhbərliyi adından salamlamış,  Şəfaət Mehdiyevin elmin və təhsilin, Azərbaycan geologiyasının, neft-qaz sənayesinin inkişafındakı xidmətlərindən bəhs etmişdir. Natiq  muxtar respublika miqyasında nəzərdə tutulan yubiley tədbirlərindən söz açmış, görkəmli akademikin yüz illiyinin dövlət səviyyəsində keçirilməsinin eyni zamanda ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamı olduğunu vurğulamışdır.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev "Akademik Şəfaət Mehdiyev ali məktəb və elm təşkilatçısı kimi" məruzəsində görkəmli elm xadiminin Bakı Dövlət Universitetinə, Akademiyanın Geologiya İnstitutundakı müvafiq şöbəyə, Azərbaycan Neft-Kimya İnstitutunda Qaz yataqlarının kəşfiyyatı kafedrasına rəhbərlik etdiyi illərdə alim-redaqoq kimi gördüyü mühüm işlərdən, sanballı dərslik və monoqrafiyalar yazmasından bəhs etmişdir.

Tədris işləri üzrə prorektor, əməkdar elm xadimi, filologiya elmləri namizədi, dosent Hüseyn Həşimli akademikin ədəbi və publisistik irsi ilə bağlı, Coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri namizədi, dosent Nazim Bababəyli "Geologiya elminin inkişafında akademik Şəfaət Mehdiyevin rolu" adlı məruzə ilə çıxış etmişlər.

Yubilyarın oğlu, akademik Arif Mehdiyev tədbirin təşkilatçılarına minnətdarlığını bildirmiş, atası ilə bağlı xatirələrini paylaşmışdır. Akademik Arif Mehdiyev Naxçıvanda elmi kadr potensialının hazırlanmasından, Naxçıvan Dövlət Universitetində elmin, təhsilin inkişafı istiqamətində əldə olunan mühüm nailiyyətlərdən razılıqla söz açmışdır.

Sonda Ali Attestasiya Komissiyasının sədri  elmi ad alan bir qrup alimə dirlomlar təqdim etmişdir.  Akademik Şəfaət Mehdiyevin əsərləri və onun haqqında çıxan kitablar konfrans iştirakçılarına hədiyyə olunmuşdur.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
17 Dekabr 2010 - � 49
"Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar"ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR təhsil nazirinə, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirlərinə
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
 Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı mərasim keçirilib
 
Azərbaycanda innovativ müəllimlər müsabiqəsi elan olundu
 
"Bakı və regionlarda təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında valideynlərin iştirakı" layihəsi ilə bağlı mətbuat konfransı 
 
Müsabiqə qaliblərinə mükafatlar təqdim edildi
 
Mədəniyyət və incəsənət ixtisasları ilə bağlı təkliflər müzakirə olunub
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək
 
NDU-da  Heydər Əliyev Universitetinin növbəti məşğələsi
 
Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev liseyində ümummilli liderin adının yazıldığı lövhənin asılması mərasimi keçirilib
 
"İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimi keçirilib
 
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd edilib
 
Bir qrup tədqiqatçıya Təhsil Nazirliyinin sertifikatları verildi
 
Səfir tələbələrin yapon dilini öyrənmələrindən razı qalıb
 
Milli TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans
 
Heydər Əliyevin təhsil strategiyası: Sumqayıt Dövlət Universitetinin dünəni və bu günü
 
Görkəmli alim və yazıçı barədə zəngin biblioqrafik mənbə
 
"Açıq dərs"lər pedaqoji-metodik baxımdan yüksək qiymətləndirildi
 
"Akademik Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin vəhdəti" mövzusunda elmi konfrans
 
Müəllimlər İKT üzrə təlimlərin səviyyəsindən razıdırlar
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında coğrafiya fənni üzrə nəticələr barədə
 
Ağstafa rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət  göstəricilərinə görə təhlili
 
Tələbə elmi konfransı
 
İnklüziv təhsil günün tələbidir
 
Məktəbdə döyüşçü haqqında kitabın təqdimatı olub
 
Ölkəmizin Avropa Təlim Fondu ilə əlaqələrinin möhkəmlənməsinə geniş imkan yaranıb
 
Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri
 
Peşəsinin vurğunu
 
Nanotexnologiyalar və onların texnikada tətbiqi
 
Yetim uşaqlar üçün yaşayış fondu yaradılır
 
Sənətini düzgün seçənlər uğur qazanırlar
 
"Mübarizləri olan Vətən basılmaz"
 
"Vətən mənə oğul desə..."
 
"Milli kurikulum və qiymətləndirmə fəaliyyəti - 2010" mövzusunda beynəlxalq konfrans
 
Şagirdlər fəallığı ilə seçilirdilər
 
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş multimedia dərsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Məktəb "Ekologiya ili"nə "Gəlin dünyamızı qoruyaq" tədbiri ilə yekun vurdu
 
ADU-da "Buta"nın təqdimat mərasimi keçirildi
 
Sumqayıtda kitab bayramı
 
Narkomaniyaya qarşı mübarizə aylığı
 
Heydelberq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov