Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Dekabr 2010 - 49

 

Məktəbdə döyüşçü haqqında kitabın təqdimatı olub

Bookmark and Share

Dekabrın 15-də Bakı şəhəri 177 nömrəli orta məktəbdə yazıçı-publisist Fatma Həsənqızının Qarabağ savaşının ilk könüllülərindən müharibə veteranı Baba Şükürovun həyatı və döyüş yolundan bəhs edən "Döyüşçü fəryadı" kitabının təqdimat mərasimi, əsərin müəllifi və qəhrəmanı ilə şagirdlərin görüşü keçirilib. Məktəbin akt zalında təşkil olunmuş tədbirdə Baba Şükürovun döyüş yoldaşı və komandiri olmuş podpolkovnik Mehman Hüseynov, şairlər Ramiq Muxtar, Kəmalə Ağayeva, Güləmayıl İsayeva, Oqtay Zəngilanlı, AMEA Coğrafiya İnstitutunun əməkdaşı Mahirə Abbasova, Baba Şükürovun həyat yoldaşı Nərminə xanım və digər qonaqlar iştirak edirdilər.

Mərasim iştirakçıları öncə məktəbin foyesində nümayiş olunan "Döyüşçü fəryadı" əsəri şagirdlərin gözü ilə" mövzusunda rəsm sərgisinə tamaşa etdilər. Məktəbin direktoru, əməkdar müəllim Həqiqə Məmmədova sərgi haqqında məlumat verərək bildirdi ki, tədris ocağının şagirdlərinin əksəriyyəti dərin hərbi-vətənpərvərlik ruhlu əsəri oxumuş və ondan aldıqları təəssüratları çəkdikləri rəsmlərdə ifadə etmişlər. Sonra müsabiqə keçirilmiş və ən yaxşı rəsm əsərləri sərgiyə təqdim olunmuşdur.

Qonaqlar habelə, məktəbin istedadlı şagirdi, gənc rəssam Sərxan Əmiraslanovun fərdi sərgisi və təqdimatı keçirilən əsərin müəllifi Fatma Həsənqızının həyat və yaradıcılığından bəhs edən fotostendlə də maraqla tanış oldular.

Təqdimat mərasimini direktor H.Məmmədova açaraq qonaqları salamladı, onları məktəblərində görməkdən məmnunluq duyduqlarını bildirdi. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Arzu Süleymanova, Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Məlikova, tarix müəllimi Təranə Qurbanova və musiqi müəllimi Aytən Muradovanın təşkilatçılığı və yaxından köməyi ilə şagirdlərin təqdimatla bağlı hazırladıqları ədəbi-bədii kompozisiyanın indiyədək tədris ocağında keçirilmiş tədbirlərdən rəngarənglik və keyfiyyət baxımından xeyli fərqləndiyini deyən H.Məmmədova belə tədbirlərin şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə güclü təsir göstərdiyini vurğuladı, onun təşkilində əməyi olanlara minnətdarlıq etdi. Sonra H.Məmmədova təqdimatı keçirilən kitab, onun müəllifi və qəhrəmanından söz açaraq yüksək sənətkarlıqla qələmə alınan, Baba Şükürovun ağrılı-acılı həyat və döyüş yolunu canlı lövhələrlə əks etdirən əsərin onda dərin təəssürat doğurduğunu söylədi.

Şagirdlər Dövlət himnimizi ifa etdilər. Onun ardınca dahi Üzeyir bəyin "Uvertüra"sı səsləndirildi. Sonra səhnə məktəbin istedadlı şagirdlərinin ixtiyarına verildi. Onlar əsərin məzmunu əsasında hazırladıqları ədəbi-bədii kompozisiyanı böyük məharətlə təqdim etdilər. Öncə aparıcılar kitabın müəllifi Fatma Həsənqızı haqqında qısa məlumat verdilər. Sonra şagirdlər Vətənə, doğma Azərbaycanımıza həsr olunmuş şeirlər, mahnılar ifa etdilər, əsərin ayrı-ayrı hissələrindən hazırlanmış döyüş epizodlarından bəhs edən səhnəciklər göstərdilər. Onların çıxışları qonaqlar və şagird yoldaşları tərəfindən alqışlarla qiymətləndirildi. Şəmistan Əlizamanlının uşaqların təqdim etdikləri ayrı-ayrı nömrələrin arasında ifa olunan "Hay ver mənə, cənab leytenant", "İgid əsgər, möhkəm dayan!" və s. kimi vətənpərvərlik ruhlu mahnıları tədbiri daha da rövnəqləndirdi.

Ədəbi-bədii kompozisiya başa çatdıqdan sonra söz qonaqlara verildi. Təqdim olunan kitabın canlı qəhrəmanı Baba Şükürov, onun döyüş yoldaşı,  C.Naxçıvanski adına liseyin məzunu, Əfqanıstan müharibəsinin iştirakçısı, Qarabağ uğrundakı döyüşlərdə könüllülərdən ibarət alayın komandiri olmuş, ehtiyatda olan podpolkovnik Mehman Hüseynov çıxış edərək tədbirin yüksək səviyyədə, təsirli hazırlandığını qeyd etdilər və məktəbin kollektivinə minnətdarlıqlarını bildirdilər.

Yazıçı-publisist Fatma Həsənqızı kitab üzərindəki işindən söz açaraq qəhrəmanının ailəsini yaxından tanıdığını, onun keçdiyi qəhrəmanlıq nümunələri ilə zəngin döyüş yolunun gənclər üçün örnək olduğunu söylədi. Kitabının maraqlı formada təqdimatı və görüş üçün məktəbin rəhbərliyinə təşəkkür etdi.

Oqtay Zəngilanlı, Ramiq Muxtar, Kəmalə Ağayeva və başqaları çıxışlarında tədbirdən çox təsirləndiklərini bildirdilər, kitabın məziyyətlərindən söz açdılar, onun qəhrəmanı ilə əyani görüşün şagirdlərin tərbiyəsinə olduqca müsbət təsir etdiyini söylədilər. 

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
17 Dekabr 2010 - 49
"Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar"ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR təhsil nazirinə, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirlərinə
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
 Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı mərasim keçirilib
 
Azərbaycanda innovativ müəllimlər müsabiqəsi elan olundu
 
"Bakı və regionlarda təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında valideynlərin iştirakı" layihəsi ilə bağlı mətbuat konfransı 
 
Müsabiqə qaliblərinə mükafatlar təqdim edildi
 
Mədəniyyət və incəsənət ixtisasları ilə bağlı təkliflər müzakirə olunub
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək
 
NDU-da  Heydər Əliyev Universitetinin növbəti məşğələsi
 
Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev liseyində ümummilli liderin adının yazıldığı lövhənin asılması mərasimi keçirilib
 
"İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimi keçirilib
 
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd edilib
 
Bir qrup tədqiqatçıya Təhsil Nazirliyinin sertifikatları verildi
 
Səfir tələbələrin yapon dilini öyrənmələrindən razı qalıb
 
Milli TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans
 
Heydər Əliyevin təhsil strategiyası: Sumqayıt Dövlət Universitetinin dünəni və bu günü
 
Görkəmli alim və yazıçı barədə zəngin biblioqrafik mənbə
 
"Açıq dərs"lər pedaqoji-metodik baxımdan yüksək qiymətləndirildi
 
"Akademik Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin vəhdəti" mövzusunda elmi konfrans
 
Müəllimlər İKT üzrə təlimlərin səviyyəsindən razıdırlar
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında coğrafiya fənni üzrə nəticələr barədə
 
Ağstafa rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət  göstəricilərinə görə təhlili
 
Tələbə elmi konfransı
 
İnklüziv təhsil günün tələbidir
 
Məktəbdə döyüşçü haqqında kitabın təqdimatı olub
 
Ölkəmizin Avropa Təlim Fondu ilə əlaqələrinin möhkəmlənməsinə geniş imkan yaranıb
 
Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri
 
Peşəsinin vurğunu
 
Nanotexnologiyalar və onların texnikada tətbiqi
 
Yetim uşaqlar üçün yaşayış fondu yaradılır
 
Sənətini düzgün seçənlər uğur qazanırlar
 
"Mübarizləri olan Vətən basılmaz"
 
"Vətən mənə oğul desə..."
 
"Milli kurikulum və qiymətləndirmə fəaliyyəti - 2010" mövzusunda beynəlxalq konfrans
 
Şagirdlər fəallığı ilə seçilirdilər
 
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş multimedia dərsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Məktəb "Ekologiya ili"nə "Gəlin dünyamızı qoruyaq" tədbiri ilə yekun vurdu
 
ADU-da "Buta"nın təqdimat mərasimi keçirildi
 
Sumqayıtda kitab bayramı
 
Narkomaniyaya qarşı mübarizə aylığı
 
Heydelberq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov