Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Dekabr 2010 - 49

 

Ölkəmizin Avropa Təlim Fondu ilə əlaqələrinin möhkəmlənməsinə geniş imkan yaranıb

Bookmark and Share

Xəbər verildiyi kimi, noyabrın 23-24-də İtaliyanın Turin şəhərində Avropa Təlim Fondu İdarəetmə Şurasının iclası keçirilib.  İclasa Avropa Birliyi ölkələri ilə yanaşı, Avropa Qonşuluq Siyasəti üzrə Müşahidəçi Şuraya üzv seçilmiş 3 ölkə - Azərbaycan, Türkiyə və İordaniyanın nümayəndələri də dəvət edilmişlər. Ölkəmizi bu mötəbər tədbirdə Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov təmsil edib. Əməkdaşımızın səfərlə bağlı N.Məmmədovla müsahibəsini qəzetimizin oxucularına təqdim edirik.

- Namiq müəllim, istərdik ki, ilk öncə Avropa Təlim Fondu haqqında məlumat verəsiniz...

- Avropa Təlim Fondu Avropa İttifaqının təhsil siyasətini həyata keçirən bir təşkilatdır. 1990-cı ildə Avropa İttifaqının təşəbbüsü ilə yaradılmış Avropa Təlim Fondu 1994-cü ildən rəsmi fəaliyyətə başlamışdır. Bu quruma Avropa Birliyinin üzvü olan, o cümlədən Avropa sərhədlərinin yaxınlığında yerləşən  və Aİ-nin önəm verdiyi ölkələr daxildir. Qeyd edək ki, keçmiş sovet respublikalarının, demək olar ki, hamısının ATF ilə əlaqələri mövcuddur.

Qətnamə İtaliyanın Turin şəhərində qəbul olunduğuna görə daimi qərargahın burada yerləşməsi qərara alınmışdır. Avropa İttifaqının maliyyələşdirdiyi bu təşkilatın 130-a yaxın rəsmi əməkdaşı fəaliyyət göstərir. Təşkilatın rəhbəri təxminən 5 ildən bir keçirilən seçki yolu ilə təyin edilir və həmin şəxs Avropa Birliyinin təqdim etdiyi namizədlərin arasından seçilir. Hazırda Avropa Təlim Fondunun icraçı direktoru rumıniyalı Madlen Serbandır. O, uzun müddət Avropa İttifaqının Rumıniyada həyata keçirdiyi layihələrə rəhbərlik edib və bu vəzifəni 2008-ci ildən icra edir.

Avropa Təlim Fondunun ayrı-ayrı ölkələrdə bir sıra aktual məsələlərə həsr olunmuş tədbirləri, konfrans və seminarları təşkil edilir. Maliyyə və digər vacib məsələlərin müzakirə olunduğu belə yığıncaqlar isə yalnız daimi qərargahda keçirilir.

- Məlumdur ki, Azərbaycan postsovet məkanından Avropa Qonşuluq Siyasəti üzrə Müşahidəçi Şuraya üzv seçilmiş yeganə ölkədir və yəqin ki, bunu adi təsadüflə bağlamaq sadəlövhlük olardı. Bu barədə nə deyə bilərsiniz?

- Niyə məhz Azərbaycanın üzv seçilməsi orada da çox böyük maraq doğurdu. Əslində isə, bu gözlənilməz olmadı. Çünki Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Avropa İttifaqı arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Belə ki, bu müddət ərzində təhsilin ayrı-ayrı pillələri, o cümlədən texniki peşə təhsili sahəsinə dair birgə seminarlar, iclaslar keçirilib. Avropa Təlim Fondunun dəstəyi və mütəxəssislərinin iştirakı ilə Azərbaycanda peşə təhsili sahəsində qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atılıb.

Biz bu təşkilatla əlaqələrimizi daha da genişləndirməyə çalışır, qarşılıqlı əməkdaşlıq şəraitində bir sıra  tədbirlər həyata keçirir, onların bütün tədbirlərində fəal iştirak edir və öz fikrimizi bildiririk. Yəqin ki, bu aktiv fəaliyyət qurum tərəfindən nəzərə alınıb.

Bundan əlavə, ölkəmizdə son illər aparılan təhsil islahatı, baş verən demokratik dəyişikliklər, həyata keçirilən sosial-iqtisadi siyasət, ümumilikdə, Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində görülən işlər də Avropa İttifaqının diqqət mərkəzindədir. Yeri gəlmişkən, qeyd edim ki, bu məsələ ölkəmizin Brüsseldəki səfirliyində və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində də çox əhəmiyyətli bir fakt kimi dəyərləndirildi.

- Səfər çərçivəsində hansı tədbirlərdə iştirak etdiniz? Və ümumiyyətlə, səfər təəssüratlarınızı bilmək istərdik...

- Avropa Təlim Fondunun İdarəetmə Şurasının bu iclası 2010-cu ilin yekunlarına həsr olunmuşdu. İclasda həmçinin 2011-ci il üçün fəaliyyət planı təsdiq edildi və büdcənin ilkin təsdiqi oldu. Məlumat üçün qeyd edim ki, ilkin təsdiqdən sonra həmin sənəd Avropa Parlamentinin müzakirəsinə çıxarılır.

Səfər müddətində İdarəetmə Şurasının iclasından əlavə, tədbir çərçivəsində  təhsildə sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi və təhsil prosesində işqurma qabiliyyətlərinin yaradılması mövzusunda 2 günlük seminarda da iştirak etdik. Bu seminarda təhsilin çox aktual problemlərindən bəhs edən 10-a yaxın təqdimat dinlənildi və müzakirə olundu. Tədbir çox yüksək səviyyədə təşkil edilmişdi, iştirakçıların öz vaxtlarını maraqlı keçirmələri və mədəni istirahətləri üçün hər cür şərait yaradılmışdı. Bu isə ayrı-ayrı ölkələrdən gəlmiş nümayəndələr arasında səmimi dostluq münasibətlərinin qurulmasına səbəb olurdu.

- Təqdimatlarda daha çox hansı məsələlərə toxunulurdu?

- Təqdimatlardan aydın oldu ki, bu gün bir çox ölkələrin təhsil müəssisələrində dinləyicilərə nəzəri biliklərdən daha çox praktik biliklərin aşılanmasına ehtiyac vardır. Onlar bilavasitə istehsal, xidmət, iş prosesi ilə yaxından tanış olmalıdırlar.

Təhsil müəssisələri mütləq əmək bazarı ilə, işəgötürən təşkilatlarla qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməlidir. Onların tələbatlarını öyrənməmiş kurikulumların hazırlanması, ixtisasların planlaşdırılması təhsilin nəticəsizliyinə aparır. Sahibkarlıq subyektləri təkcə tədris prosesinin formalaşmasında deyil, təhsil müəssisəsinin gələcək fəaliyyətinin müəyyən edilməsində də birbaşa iştirak etməlidir.

Bu gün bir çox Avropa Birliyi, eləcə də Avropaya inteqrasiya edən ölkələrdə tədris olunan ixtisaslar, öyrədilən peşələrlə onların tələbyönümlülüyü arasında uyğunsuzluğun mövcud olması problemi var. Əmək bazarında hər hansı bir  peşənin kəmiyyət və keyfiyyət göstəriciləri təhlil olunmur.

Təqdimatların sonunda həmin ölkələrdə tədris prosesində bu kimi məsələlərə xüsusi diqqət yetirilməsinin, ali, orta ixtisas və peşə təhsili müəssisələrinin sahibkarlıq subyektləri ilə əlaqələrinin möhkəmlənməsinin zəruriliyi vurğulandı. Qeyd olundu ki, yaradılmış standartlar, kurikulumlar əmək bazarına istiqamətlənməli, praktik vərdiş və bacarıqlar aşılanmalıdır.

Təqdimatlarda toxunulan digər bir maraqlı məsələ də diqqəti cəlb edirdi. Hazırda Avropada və bütün dünyada belə bir tendensiya formalaşıb: Təhsil müəssisələrində elə praktik biliklər aşılanmalıdır ki, sonda müəyyən bir məhsulun hazırlanmasına və iş qurmağa imkan yaratsın. Məsələn, Serbiyanın Tibb Universitetinin təqdimatında son illər bu müəssisənin fəaliyyətində baş verən dəyişikliklərdən bəhs olundu. Verilən məlumata görə, həkimlərə öz sahələri üzrə praktik bacarıqlarla yanaşı, marketinq, sahibkarlığın əsasları, tibbin yeni sahələri, əczaçılıq biznesi, təhsil müəssisələrinin idarə edilməsi və s. əlavə ixtisaslar da öyrədilir.

Əsas məsələ burasındadır ki, reşə təhsili müəssisələrini bitirən şəxslər elə bilik, bacarıq və təcrübəyə malik olsunlar ki, məzun olduqları təqdirdə təkcə iş axtarmasınlar, həmçinin özləri də iş qurmağı bacarsınlar.

- Namiq müəllim, siz Azərbaycanın Avropa Qonşuluq Siyasəti üzrə Müşahidəçi Şuraya üzv seçilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirdiniz. Bu, özünü daha çox nədə büruzə verəcək?

- Ölkəmizin Müşahidəçi Şuraya üzv seçilməsi Avropa Təlim Fondu ilə əlaqələrin möhkəmlənməsi üçün geniş imkanlar açır. Bu təşkilatın rəsmiləri 2011-ci ildən başlayaraq Azərbaycanda, xüsusən, peşə təhsili sahəsində milli ixtisas çərçivəsinin hazırlanması, birgə layihələrin icra edilməsi, ekspert dəstəyinin göstərilməsi istiqamətdə fəaliyyət göstərəcəklər. Artıq bu sahədə qanunverici bazanın təkmilləşdirilməsi ilə bağlı bir sıra mühum addımlar atılıb.

ATF-in direktoru Madlen Serbanla görüşdə o, Azərbaycanda həyata keçirilən təhsil islahatını çox diqqətlə izlədiyini söylədi. Qeyd etdi ki, məhz resrublikamızın Müşahidəçi Şuraya üzv kimi seçilməsinə Təhsil Nazirliyinin beynəlxalq və yerli qeyri-hökumət təşkilatları ilə birgə səmərəli əlaqələrə malik olması da böyük təsir göstərmişdir. Bundan əlavə, xanım Madlen Serban ölkəmizə səfər edərək bu əlaqələrin genişlənməsinə çalışacağını bildirdi. 

 Sonda onu qeyd edim ki, Müşahidəçi Şuranın üzvü kimi biz bu qurumun gördüyü bütün işlərdə birbaşa iştirak edəcəyik və  təkliflərimizlə onların fəaliyyətinə təsir göstərmək imkanımız olacaq.

 - Maraqlı müsahibə üçün sağ olun. 

Hicran ƏKBƏROVA

 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
17 Dekabr 2010 - 49
"Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar"ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR təhsil nazirinə, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirlərinə
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
 Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı mərasim keçirilib
 
Azərbaycanda innovativ müəllimlər müsabiqəsi elan olundu
 
"Bakı və regionlarda təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında valideynlərin iştirakı" layihəsi ilə bağlı mətbuat konfransı 
 
Müsabiqə qaliblərinə mükafatlar təqdim edildi
 
Mədəniyyət və incəsənət ixtisasları ilə bağlı təkliflər müzakirə olunub
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək
 
NDU-da  Heydər Əliyev Universitetinin növbəti məşğələsi
 
Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev liseyində ümummilli liderin adının yazıldığı lövhənin asılması mərasimi keçirilib
 
"İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimi keçirilib
 
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd edilib
 
Bir qrup tədqiqatçıya Təhsil Nazirliyinin sertifikatları verildi
 
Səfir tələbələrin yapon dilini öyrənmələrindən razı qalıb
 
Milli TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans
 
Heydər Əliyevin təhsil strategiyası: Sumqayıt Dövlət Universitetinin dünəni və bu günü
 
Görkəmli alim və yazıçı barədə zəngin biblioqrafik mənbə
 
"Açıq dərs"lər pedaqoji-metodik baxımdan yüksək qiymətləndirildi
 
"Akademik Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin vəhdəti" mövzusunda elmi konfrans
 
Müəllimlər İKT üzrə təlimlərin səviyyəsindən razıdırlar
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında coğrafiya fənni üzrə nəticələr barədə
 
Ağstafa rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət  göstəricilərinə görə təhlili
 
Tələbə elmi konfransı
 
İnklüziv təhsil günün tələbidir
 
Məktəbdə döyüşçü haqqında kitabın təqdimatı olub
 
Ölkəmizin Avropa Təlim Fondu ilə əlaqələrinin möhkəmlənməsinə geniş imkan yaranıb
 
Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri
 
Peşəsinin vurğunu
 
Nanotexnologiyalar və onların texnikada tətbiqi
 
Yetim uşaqlar üçün yaşayış fondu yaradılır
 
Sənətini düzgün seçənlər uğur qazanırlar
 
"Mübarizləri olan Vətən basılmaz"
 
"Vətən mənə oğul desə..."
 
"Milli kurikulum və qiymətləndirmə fəaliyyəti - 2010" mövzusunda beynəlxalq konfrans
 
Şagirdlər fəallığı ilə seçilirdilər
 
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş multimedia dərsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Məktəb "Ekologiya ili"nə "Gəlin dünyamızı qoruyaq" tədbiri ilə yekun vurdu
 
ADU-da "Buta"nın təqdimat mərasimi keçirildi
 
Sumqayıtda kitab bayramı
 
Narkomaniyaya qarşı mübarizə aylığı
 
Heydelberq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov