Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Dekabr 2010 - � 49

 

Peşəsinin vurğunu

Bookmark and Share

Elm adlı bir xəzinənin açarını bizə təqdim edən müəllimdir. Müəllim zəka, müəllim ziyadır. Odur bizə  savad, bilik verən. Odur bizi maarifləndirən. Odur insanlara həyatı sevdirən, insanlığı, yaxşını yamandan, düzü əyridən seçməyi öyrədən.  Müəllim adı şərəfli və müqəddəsdir. Gənc nəslin fəal həyata layiqincə hazırlaşması müəllimin şəxsiyyətindən, onun qabaqcıl ictimai əqidəsi, mədəniyyəti, təhsili və pedaqoji ustalığından asılıdır. Müəllim əməyi ona görə qiymətli və gözəldir ki, o, insanı şəxsiyyət kimi müstəqil həyata hazırlaşdırır. Bilik isə gündəlik təcrübənin zərrələrindən əmələ gəlir. Ulu öndər Heydər Əliyev müəllim əməyini belə qiymətləndirmişdir: "Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq".

Haqqında söhbət açacağımız Taisə müəllim də belə insanlardandır. Taisə Sarı qızı Quliyeva 1946-cı ildə Qazax rayonunda müəllim ailəsində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Dillər İnstitutunun İngilis-Azərbaycan dilləri fakültəsinə daxil olaraq,1969-cu ildə ali məktəbi "əla" qiymətlərlə başa vurmuşdur. Elə həmin ildən də Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fəaliyyətə başlamışdır. Hazırda da həmin təhsil ocağının sayılıb-seçilən pedaqoqlarından biridir.

Taisə xanım təvazökar, nizam-intizamı sevən və ən ümdəsi, öz işinə məsuliyyətlə yanaşan bir müəllimdir. Bir çox elmi məqalələrin müəllifidir. Dəfələrlə yaxşı və səmərəli işlərinə görə fəxri fərmanlarla təltif edilmiş, təşəkkürnamələr almışdır. Həyatda hər bir müəllimin məqsədi öyrəndiklərini tələbələrinə çatdırmaqdır, Taisə xanım da bu baxımdan  gənclərə bir nümunə və örnəkdir. Dərs dediyi tələbələri, sözün həqiqi mənasında, onun sayəsində ana qayğısı ilə əhatə olunmuşlar. O, bütün mənəvi rahatlığını, dincliyini öz peşəsində tapır və tələbələrində görür.

Taisə xanım  həmişəki kimi cəld, çevik və enerjilidir. Uzun müddət gənclərlə işlədiyi üçün onun ruhu cavandır. İşlədiyi kollektiv onu zəhmətkeş insan, əsl müəllim kimi həmişə yüksək dəyərləndirir. Tələbələrinin əksəriyyəti bu gün onun özü ilə çiyin-çiyinə çalışan elmi dərəcəli müəllimlərdir. Taisə xanım isə bütün bunlardan qürur və sevinc hissi keçirir. Lakin buna baxmayaraq, vaxtı ilə dərs dediyi, indi isə birgə çalışdığı tələbələri bu gün də bir müəllim kimi Taisə xanımın təcrübəsindən faydalanırlar. Müəllim kimi müqəddəs adı şərəflə daşıyan Taisə xanıma Allahdan uzun ömür və cansağlığı arzulayırıq. 

Fidanə MƏMMƏDOVA,
ADPU-nun biologiya fakültəsinin  IV  kurs tələbəsi

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
17 Dekabr 2010 - � 49
"Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar"ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR təhsil nazirinə, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirlərinə
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
 Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı mərasim keçirilib
 
Azərbaycanda innovativ müəllimlər müsabiqəsi elan olundu
 
"Bakı və regionlarda təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında valideynlərin iştirakı" layihəsi ilə bağlı mətbuat konfransı 
 
Müsabiqə qaliblərinə mükafatlar təqdim edildi
 
Mədəniyyət və incəsənət ixtisasları ilə bağlı təkliflər müzakirə olunub
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək
 
NDU-da  Heydər Əliyev Universitetinin növbəti məşğələsi
 
Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev liseyində ümummilli liderin adının yazıldığı lövhənin asılması mərasimi keçirilib
 
"İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimi keçirilib
 
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd edilib
 
Bir qrup tədqiqatçıya Təhsil Nazirliyinin sertifikatları verildi
 
Səfir tələbələrin yapon dilini öyrənmələrindən razı qalıb
 
Milli TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans
 
Heydər Əliyevin təhsil strategiyası: Sumqayıt Dövlət Universitetinin dünəni və bu günü
 
Görkəmli alim və yazıçı barədə zəngin biblioqrafik mənbə
 
"Açıq dərs"lər pedaqoji-metodik baxımdan yüksək qiymətləndirildi
 
"Akademik Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin vəhdəti" mövzusunda elmi konfrans
 
Müəllimlər İKT üzrə təlimlərin səviyyəsindən razıdırlar
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında coğrafiya fənni üzrə nəticələr barədə
 
Ağstafa rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət  göstəricilərinə görə təhlili
 
Tələbə elmi konfransı
 
İnklüziv təhsil günün tələbidir
 
Məktəbdə döyüşçü haqqında kitabın təqdimatı olub
 
Ölkəmizin Avropa Təlim Fondu ilə əlaqələrinin möhkəmlənməsinə geniş imkan yaranıb
 
Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri
 
Peşəsinin vurğunu
 
Nanotexnologiyalar və onların texnikada tətbiqi
 
Yetim uşaqlar üçün yaşayış fondu yaradılır
 
Sənətini düzgün seçənlər uğur qazanırlar
 
"Mübarizləri olan Vətən basılmaz"
 
"Vətən mənə oğul desə..."
 
"Milli kurikulum və qiymətləndirmə fəaliyyəti - 2010" mövzusunda beynəlxalq konfrans
 
Şagirdlər fəallığı ilə seçilirdilər
 
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş multimedia dərsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Məktəb "Ekologiya ili"nə "Gəlin dünyamızı qoruyaq" tədbiri ilə yekun vurdu
 
ADU-da "Buta"nın təqdimat mərasimi keçirildi
 
Sumqayıtda kitab bayramı
 
Narkomaniyaya qarşı mübarizə aylığı
 
Heydelberq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov