Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Dekabr 2010 - � 49

 

"Milli kurikulum və qiymətləndirmə fəaliyyəti - 2010" mövzusunda beynəlxalq konfrans

Bookmark and Share

Bu günlərdə Tbilisi şəhərində Gürcüstanın  Elm və Təhsil Nazirliyi  tərəfindən "Milli kurikulum və qiymətləndirmə fəaliyyəti - 2010"  mövzusunda beynəlxalq konfrans keçirilib.

Gürcüstanın elm və təhsil  naziri Dmitri Şaşkin  konfrans iştirakçılarını salamladı və konfransın işinə uğurlar arzuladı. Gürcüstan Milli Kurikulum və Qiymətləndirmə Mərkəzinin direktoru Natiya Cokadze rəhbərlik etdiyi təşkilatın strukturu və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verdi. Bildirildi ki, Milli Kurikulum və Qiymətləndirmə Mərkəzi Elm və Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən altı böyük mərkəzdən biridir. Mərkəzin fəaliyyət dairəsinə kurikulumların hazırlanması, sınaqdan keçirilməsi və tətbiqi, eləcə də ümumtəhsil məktəblərində tədris-təlimin qiymətləndirilməsi sisteminin yaradılması, tətbiqi, milli və digər səviyyələrdə qiymətləndirmələrin həyata keçirilməsi daxildir. 

Natiya Cokadze "Milli kurikulumun hazırlanması, sınaqdan keçirilməsi, tətbiqinin dəstəklənməsi və fasiləsiz inkişaf" mövzusunda geniş hesabat da  təqdim etdi. O, orta ümumi təhsil pilləsində tədris edilən fənlər, onlara ayrılmış saatlar, ayrı-ayrı fənlərin tədrisinin keyfiyyətinin yüksəldilməsi üçün görülmüş işlər haqqında ətraflı məlumat verdi. N.Cokadze məktəbəqədər tərbiyə və inklüziv təhsil üzrə aparılmış işlər haqqında da danışdı, xarici ölkələrdə yaşayan və təhsil alan, öz xalqının tarixi, mədəniyyəti haqqında kifayət qədər məlumatı olmayan və öz ana dilində sərbəst danışa bilməyən uşaqlar üçün nəzərdə tutulmuş  "Şənbə məktəbləri"nin fəaliyyəti haqqında ətraflı məlumat verildi. Dərsliklərin tərtibinə verilən yeni tələblər və müəllim hazırlığı istiqamətində görülmüş işlər də konfrans iştirakçılarının diqqətinə çatdırıldı.

Sonra Milli Kurikulum və Qiymətləndirmə Mərkəzinin direktor müavini Zea Paiçatdze Gürcüstanda orta ümumi təhsil səviyyəsində tədris edilən yeni fənlər haqqında məlumat verdi. "Milli Kurikulum və Qiymətləndirmə Mərkəzində layihələr və proqramlar" mövzusunda məruzəsində natiq göstərdi ki, Orta Mülki müdafiə və təhlükəsizlik,  İnformasiya və kommunikasiya texnologiyaları, Dünya mədəniyyəti və Rəqs dərsi kimi fənlərin tədrisini uşaqların hərtərəfli formalaşmasında əhəmiyyətli hesab edirlər. Müqayisə üçün bildirək ki, İnformasiya və kommunikasiya texnologiyaları fənni Azərbaycanda da ümumtəhsil səviyyəsində birinci sinifdən başlayaraq müstəqil fənn kimi tədris edilir. Mülki müdafiə və təhlükəsizlik fənnində əhatə edilən məsələlərin tədrisi   isə Azərbaycanda Həyat bilgisi fənn kurikulumunda "Sağlamlıq və təhlükəsizlik" məzmun xəttində  nəzərdə tutulmuşdur. Bununla yanaşı təbiət fənlərinin tədrisi imkanları daha da genişləndirilmiş, fiziki tərbiyə fənni idman fənni ilə əvəz edilmiş, ingilis dili fənni  birinci sinifdən başlayaraq  tədris edilmişdir.

Dünya mədəniyyəti fənni üzrə tədrisi nəzərdə tutulan məsələlər dünyada qloballaşma getdiyi bir zamanda cəmiyyətin və öyrənənin ehtiyaclarının təmin olunması baxımından çox əhəmiyyətlidir.

Riyaziyyat, elm və texnologiyalar şöbəsinin  müdiri Yekaterina Slavinskaya "Riyaziyyat, təbiət fənləri və İKT-nin məzmununda dəyişikliklər", Humanitar və ictimai elmlər şöbəsinin müdiri Tamar Cakeli "Çoxdilli təhsil" mövzularında  məruzə etdilər.

Konfransda milli qiymətləndirmə  və onun həyata keçirilməsi istiqamətində görülmüş işlər müzakirə olundu.

Gürcüstan Milli Kurikulum və Qiymətləndirmə Mərkəzinin direktoru Natiya Cokadze "Milli qiymətləndirmə (məsələyə ümumi baxış)", Milli qiymətləndirmənin keçirilməsi  üzrə beynəlxalq məsləhətçi, Niderlandın təhsilin qiymətləndirilməsi üzrə CİTO Beynəlxalq İnstitutunun rəhbəri Henk Moelands "Milli qiymətləndirmə və kurikulum, Milli qiymətləndirmə nümunə kimi", həmin institutun əməkdaşı Frans Kleyntces isə "Gürcüstan Milli Kurikulum və Qiymətləndirmə Mərkəzi və Niderlandın CİTO qrupu" mövzularında təqdimat etdilər. 

Konfransda Gürcüstan Milli Kurikulum və Qiymətləndirmə Mərkəzinin şöbə  müdirləri ana dili və ədəbiyyat, riyaziyyat, təbiət fənləri üzrə milli qiymətləndirmənin nəticələri haqqında ətraflı məlumat verdilər.

Sonda əldə edilən nəticələr ətrafında  müzakirələr aparıldı və konfrans öz işini yekunlaşdırdı.

Konfrans başa çatdıqdan sonra Gürcüstan televiziyasına müsahibə verdim. Gürcüstanlı həmkarlarımızın kurikulum islahatı sahəsində əldə etdikləri təcrübəni bu şəkildə dost ölkələrin təhsil işçiləri ilə   mübadilə etmələrini yüksək dəyərləndirdiyimizi və  bu baxımdan keçirilən beynəlxalq konfransın böyük əhəmiyyət daşıdığını bildirdim.

 Gürcüstan Milli Kurikulum və Qiymətləndirmə Mərkəzinin direktoru Natiya Cokadze azərbaycanlı həmkarları ilə yaxından əməkdaşlıq etmək arzusunda olduğunu bildirdi.  

A.SÜLEYMANOVA,
Təhsil Nazirliyinin Kənd rayonları üzrə
ümumi təhsil şöbəsinin aparıcı məsləhətçisi

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
17 Dekabr 2010 - � 49
"Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar"ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR təhsil nazirinə, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirlərinə
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
 Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı mərasim keçirilib
 
Azərbaycanda innovativ müəllimlər müsabiqəsi elan olundu
 
"Bakı və regionlarda təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında valideynlərin iştirakı" layihəsi ilə bağlı mətbuat konfransı 
 
Müsabiqə qaliblərinə mükafatlar təqdim edildi
 
Mədəniyyət və incəsənət ixtisasları ilə bağlı təkliflər müzakirə olunub
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək
 
NDU-da  Heydər Əliyev Universitetinin növbəti məşğələsi
 
Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev liseyində ümummilli liderin adının yazıldığı lövhənin asılması mərasimi keçirilib
 
"İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimi keçirilib
 
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd edilib
 
Bir qrup tədqiqatçıya Təhsil Nazirliyinin sertifikatları verildi
 
Səfir tələbələrin yapon dilini öyrənmələrindən razı qalıb
 
Milli TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans
 
Heydər Əliyevin təhsil strategiyası: Sumqayıt Dövlət Universitetinin dünəni və bu günü
 
Görkəmli alim və yazıçı barədə zəngin biblioqrafik mənbə
 
"Açıq dərs"lər pedaqoji-metodik baxımdan yüksək qiymətləndirildi
 
"Akademik Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin vəhdəti" mövzusunda elmi konfrans
 
Müəllimlər İKT üzrə təlimlərin səviyyəsindən razıdırlar
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında coğrafiya fənni üzrə nəticələr barədə
 
Ağstafa rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət  göstəricilərinə görə təhlili
 
Tələbə elmi konfransı
 
İnklüziv təhsil günün tələbidir
 
Məktəbdə döyüşçü haqqında kitabın təqdimatı olub
 
Ölkəmizin Avropa Təlim Fondu ilə əlaqələrinin möhkəmlənməsinə geniş imkan yaranıb
 
Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri
 
Peşəsinin vurğunu
 
Nanotexnologiyalar və onların texnikada tətbiqi
 
Yetim uşaqlar üçün yaşayış fondu yaradılır
 
Sənətini düzgün seçənlər uğur qazanırlar
 
"Mübarizləri olan Vətən basılmaz"
 
"Vətən mənə oğul desə..."
 
"Milli kurikulum və qiymətləndirmə fəaliyyəti - 2010" mövzusunda beynəlxalq konfrans
 
Şagirdlər fəallığı ilə seçilirdilər
 
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş multimedia dərsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Məktəb "Ekologiya ili"nə "Gəlin dünyamızı qoruyaq" tədbiri ilə yekun vurdu
 
ADU-da "Buta"nın təqdimat mərasimi keçirildi
 
Sumqayıtda kitab bayramı
 
Narkomaniyaya qarşı mübarizə aylığı
 
Heydelberq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov