Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Dekabr 2010 - � 49

 

Azərbaycanın Milli Qəhrəmanları

Bookmark and Share

Məhərrəmov Səxavət Ələmdar oğlu 

1973-cü il dekabrın 5-də Qərbi Azərbaycanın Amasiya rayonunun Qaraçanta kəndində anadan olub. Məlum səbəblərdən ailə üzvləri ilə birlikdə Gürcüstana köçüb. Bir müddət orada yaşadıqdan sonra onlar Bakının Lökbatan qəsəbəsinə pənah gətirib. Səxavət 1990-cı ildə qəsəbədəki 106 nömrəli orta məktəbi bitirdikdən sonra 1 nömrəli Təmir- Tikinti İdarəsində əmək fəaliyyətinə başlayıb. 1991-ci ilin noyabrında isə könüllü olaraq əvvəlcə daxili qoşunlarda, sonra yenicə yaranmış Milli Ordu sıralarında hərbi xidmətə başlayıb. O,bir çox döyüşlərdə rəşadət nümayiş etdirib. 1992-ci il iyunun 27-də Ağdərənin Möhrədağ kəndi uğrunda gedən döyüşdə erməni işğalçılarına dağıdıcı zərbələr endirib.

S.Məhərrəmov elə həmin döyüşdə düşmən gülləsinə tuş gələrək, qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə Məhərrəmov Səxavət Ələmdar oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Lökbatan qəsəbəsindəki 106 nömrəli orta məktəb onun adını daşıyır. Məktəbin dəhlizində büstü qoyulub. 

Məcidov Eldar Tofiq oğlu 

1965-ci il avqustun 26-da Bakı şəhərində anadan olub. 1982-ci ildə paytaxtdakı 52 nömrəli orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Rəssamlar İttifaqının Bədii Fondunda işə düzəlib. 1983-cü ildə hərbi xidmətə çağırılıb. Eldar 1985-ci ildə hərbi xidmətini Almaniyada başa çatdıraraq, Vətənə qayıdıb. Bir müddət sonra-1992-ci ildə Qarabağ bölgəsinə cəbhəyə getməyi qərara alıb. O, 776 nömrəli hərbi hissədə PDM-ə komandir təyin edilib. Beləliklə də onun şərəfli döyüş yolu başlanıb.

E.Məcidov 1992-ci il mayın 15-də Şuşanın Zarıslı kəndində erməni işğalçılarına qarşı gedən ağır döyüşlərdə qəhrəmanlıq nümayiş etdirir, sağ ayağından güllə yarası alır, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmur.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 nömrəli Fərmanı ilə Məcidov Eldar Tofiq oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. 

Məcidov Zakir Nüsrət oğlu 

1956-cı il iyunun 26-da Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Orta təhsilini 70 nömrəli məktəbdə alıb. 1974-cü ildə Ryazan vilayətinin Sasovo şəhərinə gedərək Ali Hərbi Aviasiya Məktəbinə daxil olub. Zakir 1977-ci ildə leytenant rütbəsi ilə məktəbi bitirib və Yevlax avia dəstəsində AN-2 təyyarəsinin ikinci pilotu kimi əmək fəaliyyətinə başlayıb. 1980-ci ildə AN-2 təyyarəsinə komandir təyin edilib. 1992-ci ilin fevralında isə 843 nömrəli hərbi hava hissəsində Mİ-24 vertolyotlarından birinə komandir təyin olunub. Elə həmin il Milli Ordu sıralarına qayıdaraq, sərhəd bölgələrinə uçuşlar edib. Kasapet yüksəkliyində gedən ağır döyüşdə işğalçı erməni ordusunun hərbi hissələrinə dəfələrlə sarsıdıcı zərbələr endirib.

Z.Məcidov həmin zonada düşmən atəşinə tuş gələrək, ekipajla birlikdə qəhrəmancasına həlak olub.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 nömrəli Fərmanı ilə Məcidov Zakir Nüsrət oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. 

Mirabov Rəşad Akif oğlu 

1975-ci il mayın 3-də Mingəçevir şəhərində anadan olub. Mingəçevir şəhər 7 nömrəli orta məktəbdə doqquzillik təhsilini başa çatdırdıqdan sonra atasının çalışdığı M. Davudova adına Mingəçevir Dövlət Dram Teatrında dərzi köməkçisi işləməyə başlayıb. 1993-cü il mayın 12-də Milli Ordu sıralarına çağırılaraq, əvvəlcə Nasosnıda,  sonra Səngəçalda və Şubanıda hərbi təlim keçib. Hərbi xidmətdə isə xüsusi təyinatlı hissədə kəşfiyyatçı - minaaxtaran peşəsinin sirlərinə yiyələnib. 1994-cü ildə Tərtər bölgəsinə, oradan da Füzuliyə göndərilib. Atəşkəs elan olunduqdan sonra o, Murova, oradan da Bakıya -vaxtilə xidmət etdiyi sahəyə qayıdıb.

R.Mirabov 1995-ci ildə mart hadisələri zamanı qiyamçılara qarşı aparılan əməliyyatda iştirak edərkən qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Mirabov Rəşad Akif oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Mingəçevir şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Təhsil aldığı 7 nömrəli orta məktəb onun adını daşıyır. Məktəbin qarşısında büstü qoyulub. 

Mirzəyev Yusif Vəli oğlu 

1958-ci il mayın 23-də Babək rayonunun Böyükdüz kəndində anadan olub. 1975-ci ildə İ.Səfərli adına Naxçıvan şəhər orta məktəbini bitirib. 1976-cı ildə Naxçıvan rabitə qovşağında əmək fəaliyyətinə başlayıb. İşləyə-işləyə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda ali təhsil alaraq, Bakıdakı banklardan birində müfəttiş vəzifəsinə təyin olunub.1988-ci ildə xalq hərəkatına qoşulub. 1991-ci ilin sonlarında könüllü olaraq Qarabağa - cəbhə bölgəsinə yollanıb. Yusifin ilk döyüş yolu Ağdərə-Goranboy istiqamətində başlayıb. Ağdərədə 17 kəndin alınmasında onun müstəsna xidmətləri olub.

Y.Mirzəyev 1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşdə yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olub.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli 495 nömrəli Fərmanı ilə Mirzəyev Yusif Vəli oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Naxçıvan şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Naxçıvan şəhərindəki məktəblərdən birinə və Bakının Nəsimi rayonundakı 44 nömrəli orta məktəbə onun adı verilib, məktəbin qarşısında büstü qoyulub. 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
17 Dekabr 2010 - � 49
"Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar"ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR təhsil nazirinə, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirlərinə
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
 Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı mərasim keçirilib
 
Azərbaycanda innovativ müəllimlər müsabiqəsi elan olundu
 
"Bakı və regionlarda təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında valideynlərin iştirakı" layihəsi ilə bağlı mətbuat konfransı 
 
Müsabiqə qaliblərinə mükafatlar təqdim edildi
 
Mədəniyyət və incəsənət ixtisasları ilə bağlı təkliflər müzakirə olunub
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək
 
NDU-da  Heydər Əliyev Universitetinin növbəti məşğələsi
 
Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev liseyində ümummilli liderin adının yazıldığı lövhənin asılması mərasimi keçirilib
 
"İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimi keçirilib
 
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd edilib
 
Bir qrup tədqiqatçıya Təhsil Nazirliyinin sertifikatları verildi
 
Səfir tələbələrin yapon dilini öyrənmələrindən razı qalıb
 
Milli TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans
 
Heydər Əliyevin təhsil strategiyası: Sumqayıt Dövlət Universitetinin dünəni və bu günü
 
Görkəmli alim və yazıçı barədə zəngin biblioqrafik mənbə
 
"Açıq dərs"lər pedaqoji-metodik baxımdan yüksək qiymətləndirildi
 
"Akademik Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin vəhdəti" mövzusunda elmi konfrans
 
Müəllimlər İKT üzrə təlimlərin səviyyəsindən razıdırlar
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında coğrafiya fənni üzrə nəticələr barədə
 
Ağstafa rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət  göstəricilərinə görə təhlili
 
Tələbə elmi konfransı
 
İnklüziv təhsil günün tələbidir
 
Məktəbdə döyüşçü haqqında kitabın təqdimatı olub
 
Ölkəmizin Avropa Təlim Fondu ilə əlaqələrinin möhkəmlənməsinə geniş imkan yaranıb
 
Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri
 
Peşəsinin vurğunu
 
Nanotexnologiyalar və onların texnikada tətbiqi
 
Yetim uşaqlar üçün yaşayış fondu yaradılır
 
Sənətini düzgün seçənlər uğur qazanırlar
 
"Mübarizləri olan Vətən basılmaz"
 
"Vətən mənə oğul desə..."
 
"Milli kurikulum və qiymətləndirmə fəaliyyəti - 2010" mövzusunda beynəlxalq konfrans
 
Şagirdlər fəallığı ilə seçilirdilər
 
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş multimedia dərsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Məktəb "Ekologiya ili"nə "Gəlin dünyamızı qoruyaq" tədbiri ilə yekun vurdu
 
ADU-da "Buta"nın təqdimat mərasimi keçirildi
 
Sumqayıtda kitab bayramı
 
Narkomaniyaya qarşı mübarizə aylığı
 
Heydelberq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov