Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

24 Dekabr 2010 - 50

 

Doktorantların  və gənc tədqiqatçıların XV Respublika elmi konfransının yekunları barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

Bookmark and Share

Təhsil Nazirliyinin 10 mart 2010-cu il tarixli, 288 nömrəli əmrinə əsasən 2010-cu il 9-10 dekabr tarixlərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində Doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransı keçirilmişdir.

Konfransın keçirilməsi məqsədilə təhsil nazirinin sədrliyi ilə Təşkilat Komitəsi, "Ən yaxşı məruzəyə görə" akademik Şəfaət Mehdiyev adına mükafat uğrunda müsabiqənin keçirilməsi üçün münsiflər heyəti yaradılmışdır. Konfransın bölmələrinə rəhbərlik görkəmli alimlərə həvalə edilmişdir.

Elmi konfranslar doktorantların və gənc tədqiqatçıların elmi tədqiqat işinə marağının artırılması, onların elmi səviyyəsinin yüksəldilməsi, aldıqları elmi nəticələrin müzakirə edilməsi və elmi fikir mübadiləsinin aparılması üçün imkan yaradır. Buna dörə də Təhsil Nazirliyinin tədbirləri arasında doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransının xüsusi yeri vardır. Bu konfrans Təhsil Nazirliyi tərəfindən müntəzəm olaraq hər il keçirilir.

Son vaxtlar elmi konfranslara maraq xeyli çoxalmışdır ki, bu da dövlətin elm sahəsinə olan qayğısının artması ilə bağlıdır. 

Doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransının Təşkilat Komitəsinə 20 ali məktəbdən 401 məruzə tezisi təqdim olunmuş və həmin məruzələrin adları proqrama daxil edilmişdir. XIV konfransa nisbətən XV konfransda iştirak etmək istəyənlərin sayı 100 nəfər artmışdır. Bu, gənclərin elmə həvəsinin artması və bu konfransa olan rəğbətin çoxalması kimi qiymətləndirilə bilər.

2010-cu ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı təsdiq edilmişdir. Həmin siyahıya Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən doktorantların və gənc tədqiqatçıların respublika elmi konfranslarının materialları da daxil edilmişdir.

Bunu nəzərə alaraq konfransın səviyyəsinin yüksəldilməsi məqsədilə tədbirlər görülmüş, tezislərə qoyulan tələblər ciddiləşdirilmişdir. Tezislərin həcmi 1 vərəqdən 3 vərəqə qədər artırılmış, mətnin sonunda istifadə edilən ədəbiyyat siyahısının və iki dildə xülasənin verilməsi zəruri sayılmışdır.

Konfransın daha səmərəli keçməsi üçün son illər müəyyən addımlar atılmışdır. Belə ki, gənc tədqiqatçılarda elmə həvəsi stimullaşdırmaq məqsədilə 2008-ci ildən başlayaraq konfransda fəal iştirak edənlərə Təhsil Nazirliyinin sertifikatları verilir, 2009-cu ildə sertifikatlarla yanaşı, konfrans bölmələrinin qərarlarına əsasən 5 tədqiqatçı "Ən yaxşı məruzəyə görə" noutbukla mükafatlandırılmışdır. Konfransın materialları çap olunaraq konfrans iştirakçılarına təmənnasız paylanılmışdır. 

Təşkilat Komitəsinin qərarına əsasən növbəti XV konfransda da fəal iştirak edən tədqiqatçılara Təhsil Nazirliyinin sertifikatlarının təqdim olunması nəzərdə tutulmuşdur. Bundan əlavə, "Akademik Ş.F.Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2010-cu il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası konfransda "Ən yaxşı məruzəyə görə" akademik Şəfaət Mehdiyev adına 3 mükafatın verilməsi barədə birgə qərar qəbul etmişdir. Konfransda fəal iştirak edən tədqiqatçılar bölmə rəhbərləri tərəfindən, mükafata layiq görülən məruzələr isə Təhsil Nazirliyinin yaratdığı Münsiflər heyəti tərəfindən seçilmişdir.

Cari ilin 9-10 dekabr tarixlərində keçirilmiş Doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransının 21 bölməsində 309  məruzə dinlənilmiş və müzakirə edilmişdir. Bölmələrdə öz elmi işinin aktuallığı, yeniliyi və mövzunu auditoriyaya çatdırmaq bacarığı  ilə fərqlənən 57 məruzəçiyə Təhsil Nazirliyinin sertifikatları təqdim edilmişdir. Münsiflər heyətinin qərarına əsasən 3 iştirakçi  "Ən yaxşı məruzəyə görə" akademik Şəfaət Mehdiyev adına mükafata layiq görülmüşlər (Rüstəmova Gülay Mirzəbəy qızı - BDU, Hacıyeva Afaq Zakir qızı - BDU, Yusifova Könül Əbülfəz qızı - BDU).

Təşkilat Komitəsinin qərarına əsasən konfransda dinlənilmiş  və bölmə sədrləri tərəfindən nəşrə layiq görulmuş məruzə tezisləri Doktorantların  və gənc tədqiqatçıların XV Respublika elmi konfransının materiallarına daxil edilərək nəşr olunacaqdır.

Bakı Dövlət Universitetinin rəhbərliyi tərəfindən konfransın keçirilməsi üçün yüksək səviyyədə şərait yaradılmış və lazımi tədbirlər operativ şəkildə həyata keçirilmişdir.

Konfransın təşkilində və keçirilməsində aşağıdakı problemlər qeyd edilməlidir: bəzi ali məktəblərin konfransda iştirak fəallığı aşağıdır, tezislərini təqdim etmiş tədqiqatçıların bir qismi konfransda iştirak etmədi, doktorantların elmi rəhbərləri bölmələrin işində əsasən iştirak etmədi, tədqim olunan bəzi tezislərin ciddi redaktəyə ehtiyacı var və s. 

Qeyd olunanları nəzərə alaraq 

ƏMR EDİRƏM: 

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil edilən və ənənəvi olaraq doktorant və gənc tədqiqatçılar üçün keçirilən respublika elmi konfranslarının yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasına və istedadlı gənclərin aşkar edilməsinə müsbət təsiri qeyd edilsin.

2. Konfransın işində fəal iştirak etmiş tədqiqatçılara Təhsil Nazirliyinin sertifikatlarının verilməsi müsbət hal sayılsın.

3. Doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransının bölmələrinin işinin təşkilində və keçirilməsində səmərəli fəaliyyət göstərdiklərinə görə bölmə rəhbərlərinə (siyahı əlavə olunur) Təhsil Nazirliyinin təşəkkürü elan edilsin.

4. Doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransının  Bakı Dövlət  Universitetində keçirilməsi üçün təşkilati işləri yüksək səviyyədə həyata keçirdiklərinə görə həmin universitetin rektoru, akademik Abel Məhərrəmova və elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyevə Təhsil Nazirliyinin təşəkkürü elan edilsin.

5. Ali təhsil müəssisələrinin rektorlarına tövsiyə edilsin:

5.1. Elmi tədqiqat və dissertasiya işlərinin aktuallığının yüksəldilməsi istiqamətində müntəzəm iş aparılsın;

5.2. Növbəti konfrans keçiriləndə konfransın bölmələrində doktorant və tədqiqatçıların elmi rəhbərlərinin, elmi işlər üzrə prorektorların, müvafiq ixtisaslar üzrə professor-müəllim heyətinin geniş iştirakı təmin edilsin;

5.3. Konfransa təqdim ediləcək məruzə tezisləri kafedralarda müvafiq ekspertizadan keçirilsin və redaktə olunduqdan sonra Təşkilat Komitəsinə təqdim edilsin.

6. Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinə (Ş.Əliyev) tapşırılsın:

6.1. "Ən yaxşı məruzəyə görə" akademik Şəfaət Mehdiyev adına mükafatların qaliblərə təqdim olunması üçün iki mükafatın məbləğinin (hər biri 500 manat) ayrılmasını təmin etsin.

7. Təhsil Nazirliyinin Elm şöbəsinə (G.Hüseynova) tapşırılsın:

7.1. Doktorantların və gənc tədqiqatçıların XVI Respublika elmi konfransının keçirilməsi haqda təkliflər hazırlanıb 15 yanvar  2011-ci il tarixə qədər nazirliyin rəhbərliyinə təqdim etsin.

8. İctimaiyyətlə əlaqə şöbəsinin müdiri (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində, "Təhsil xəbərləri" məcmuəsində dərc edilməsini və nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.

9. Ümumi şöbə (H.Məhərrəmova) əmrin çoxaldılıb ali təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

10. Əmrin icrasına nəzarət təhsil nazirinin müavini İ.Hüseynovaya həvalə edilsin. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
20 dekabr 2010-cu il

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

24 Dekabr 2010 - 50

Prezident İlham Əliyev "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab edilib
 
Doktorantların  və gənc tədqiqatçıların XV Respublika elmi konfransının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İxtisasartırma təhsilinin Kurikulum Çərçivəsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Akademik Ramiz Mehdiyevin "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabı qazax dilində çapdan çıxıb
 
Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi  təşkilatların Siyahısı"nı təsdiq edib
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tbilisidə xeyriyyə aksiyası keçirilib
 
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"na həsr olunmuş beynəlxalq konfrans
 
Bakı Dövlət Universitetində akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasında xaricdə təhsil alan fəlsəfə doktorlarının üçüncü illik seminarı
 
Azərbaycanda təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlər və ali təhsildə yeni maliyyələşdirmə mexanizminin  tətbiqi ilə bağlı mövcud vəziyyət
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında kimya fənni üzrə nəticələr barədə
 
Qəbələ rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
"Xaricdə təhsil" sərgisi
 
M.Lomonosov adına MDU-nun Bakı filialında "Müasir riyazi təhsilin problemləri" mövzusunda "dəyirmi masa" keçirilib
 
Versal Akademiyasının əməkdaşları AMİ-nin Qazax filialında olublar
 
"Açıq qapı - İnstitut günü"
 
Şərurun yeni və müasir tipli təhsil ocaqları
 
Akademik Abel Məhərrəmov Koreya Respublikasında səfərdə olub
 
İnformasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbə
 
NDU-da beynəlxalq simpozium
 
Əməkdaşlıq müqaviləsi imzalanıb
 
Kamil alim, ustad müəllim, Vətənə bağlı ziyalı
 
Məktəbdə onlayn "Qaynar xətt" xidməti təşkil etmişik
 
Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların siyahısı
 
Şagirdlər İKT biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" kurikulumun tələblərinə cavab verdi
 
Ədəbiyyat dərsliklərimiz
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni kurikulumu (V-XI siniflər)
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Sağlam həyat tərzi-sağlam gələcəyə zəmanətdir"
 
Bağçada "Təbiəti qoruyaq" mövzusunda "açıq məşğələ"
 
Öyrədənlər öyrədilir
 
"Birincilərin" hesabat konserti oldu
 
"Vətənin igidləri"
 
Ədəbi-bədii kompozisiya
 
Cəsur təyyarəçi, vətənpərvər gənc
 
Məktəblilərin idman uğurları
 
Dünya universitetləri: Uorvik Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov