Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

24 Dekabr 2010 - 50

 

Bağçada "Təbiəti qoruyaq" mövzusunda "açıq məşğələ"

Bookmark and Share

Dekabrın 21-də Bakıdakı 335 nömrəli körpələr evi-uşaq bağçasında "Ekologiya ili"nə həsr olunmuş "açıq məşğələ" keçirildi.  Tərbiyəçilər Fənurə Hacıyeva, Dilbər Rüstəmova, Nigar Bayramova, Şəhla Vəliyeva, Nailə Hacıyeva, Rəhimə  Kazımova və musiqi  rəhbəri Aygün Quliyevanın orta, böyük və məktəbəhazırlıq yaş qruplarının 30-dək uşağı ilə apardıqları "Təbiəti qoruyaq" mövzusunda inteqrativ məşğələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən nümayəndələr, paytaxtın Xətai rayonunda yerləşən bəzi bağçaların rəhbərləri, digər qonaqlar iştirak edirdilər.

Ədəbi-musiqili bayram tədbiri şəklində təqdim olunan məşğələni 335 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Sevda Almuradova açaraq qonaqları salamladı, məşğələnin mövzusu, aparılmış hazırlıq işləri barədə məlumat verdi. Bildirdi ki, möhtərəm Prezidentimizin xüsusi sərəncamı ilə ölkəmizdə elan olunmuş "Ekologiya ili" çərçivəsində bağçada ekologiya mövzusunda silsilə tədbirlər, "açıq məşğələ"lər keçirilib. Hazırda iştirak etdikləri "Təbiəti qoruyaq" mövzusunda inteqrativ "açıq məşğələ" həmin tədbirlərin bir növ yekunudur.

Məşğələyə hazırlıq prosesində tərbiyəçilər və uşaqların iştirakı ilə ölkəmizin ekologiyasına, təbiətinə, qoruqlarına, "Qırmızı kitab"a, təbiəti çirkləndirən amillərə dair məlumatlar toplanıb, stendlər hazırlanıb. Həmin məlumatların, stend və guşələrin əks olunduğu slaydlar tədbir iştirakçılarına nümayiş etdirildi.

Sonra uşaqlar "Payız gəldi" mahnısının melodiyaları altında zala daxil olaraq dairəvi düzülmüş stullarda öz yerlərini tutdular. Onlar xorla Dövlət himnimizi ifa etdikdən sonra məşğələ başlandı. Uşaqlar növbə ilə bir-bir və qrup şəklində irəli çıxaraq ekologiyanın nə olması, ölkəmizdə nə üçün ekologiya ili elan olunması, ekologiyamıza mənfi təsir edən, təbiəti çirkləndirən amillər, ekologiyanı qorumaqla bağlı onların üzərinə düşən vəzifələr və s. haqqında məlumat verdilər. Balaca fidanlar ekologiya mövzusunda, vətənə, təbiətə həsr olunmuş çoxlu şeir, mahnı ifa etdilər, səhnəciklər göstərdilər. Tədbir böyük yaş qrupu uşaqlarının ifasında valsla başa çatdı.

"Açıq məşğələ"nin dinləyicilərindən 257 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Nailə Rəsulova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları Südabə Abdullayeva, Tamilla Useynova, şair Rəşid Təhməzoğlu və b. çıxış edərək inteqrativ "açıq məşğələ"nin yüksək səviyyədə keçdiyini, ekoloji tərbiyə ilə bağlı bağçada uşaqlarla geniş iş aparıldığını, nəticədə onlarda bu sahədə kifayət qədər aydın təsəvvürlər formalaşdığını qeyd etdilər, bağçanın rəhbərliyinə, tədbirin təşkilində əməyi olanlara minnətdarlıqlarını bildirdilər, bəzi tövsiyələr verdilər.

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

24 Dekabr 2010 - 50

Prezident İlham Əliyev "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab edilib
 
Doktorantların  və gənc tədqiqatçıların XV Respublika elmi konfransının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İxtisasartırma təhsilinin Kurikulum Çərçivəsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Akademik Ramiz Mehdiyevin "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabı qazax dilində çapdan çıxıb
 
Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi  təşkilatların Siyahısı"nı təsdiq edib
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tbilisidə xeyriyyə aksiyası keçirilib
 
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"na həsr olunmuş beynəlxalq konfrans
 
Bakı Dövlət Universitetində akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasında xaricdə təhsil alan fəlsəfə doktorlarının üçüncü illik seminarı
 
Azərbaycanda təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlər və ali təhsildə yeni maliyyələşdirmə mexanizminin  tətbiqi ilə bağlı mövcud vəziyyət
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında kimya fənni üzrə nəticələr barədə
 
Qəbələ rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
"Xaricdə təhsil" sərgisi
 
M.Lomonosov adına MDU-nun Bakı filialında "Müasir riyazi təhsilin problemləri" mövzusunda "dəyirmi masa" keçirilib
 
Versal Akademiyasının əməkdaşları AMİ-nin Qazax filialında olublar
 
"Açıq qapı - İnstitut günü"
 
Şərurun yeni və müasir tipli təhsil ocaqları
 
Akademik Abel Məhərrəmov Koreya Respublikasında səfərdə olub
 
İnformasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbə
 
NDU-da beynəlxalq simpozium
 
Əməkdaşlıq müqaviləsi imzalanıb
 
Kamil alim, ustad müəllim, Vətənə bağlı ziyalı
 
Məktəbdə onlayn "Qaynar xətt" xidməti təşkil etmişik
 
Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların siyahısı
 
Şagirdlər İKT biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" kurikulumun tələblərinə cavab verdi
 
Ədəbiyyat dərsliklərimiz
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni kurikulumu (V-XI siniflər)
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Sağlam həyat tərzi-sağlam gələcəyə zəmanətdir"
 
Bağçada "Təbiəti qoruyaq" mövzusunda "açıq məşğələ"
 
Öyrədənlər öyrədilir
 
"Birincilərin" hesabat konserti oldu
 
"Vətənin igidləri"
 
Ədəbi-bədii kompozisiya
 
Cəsur təyyarəçi, vətənpərvər gənc
 
Məktəblilərin idman uğurları
 
Dünya universitetləri: Uorvik Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov