Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

24 Dekabr 2010 - 50

 

Azərbaycanda təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlər və ali təhsildə yeni maliyyələşdirmə mexanizminin
 tətbiqi ilə bağlı mövcud vəziyyət

Bookmark and Share

 

İqtisadi durum, dövlətin təhsilə qayğısı  

2010-cu hesabat ili dünya iqtisadiyyatında baş vermiş qlobal maliyyə böhranının mənfi nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi,  əksər ölkələrdə iqtisadi geriləmənin, əhalinin maddi gəlirlərinin azalmasının, sosial sahədə vəziyyətin pisləşməsinin, işsizlik səviyyəsinin yüksəlməsinin davam etməsi ilə  yadda qaldı. Lakin böhran dövründə iqtisadi inkişaf tempini qoruyub saxlaya bilən, son illərdə ümumi daxili məhsulun əhəmiyyətli həcmdə artımını təmin edən, əhalisinin maddi gəlirlərinin artımına və beləliklə də ümumi rifah halının yüksəlməsinə nail olmuş  ölkələrdən biri olan Azərbaycan Respublikası 2010-cu ildə də iqtisadi inkişaf tempinə görə dünyada qabaqcıl ölkələrin siyahısına daxil oldu. Bu, ölkəmizdə iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik və reallıqlara əsaslandığını, ən xırda detallarına qədər uzaqgörənliklə düşünüldüyünü bir daha göstərir.

Belə ki, iqtisadi sferada ölkə rəhbərliyi tərəfindən həyata keçirilən son dərəcə dəqiqliklə düşünülmüş siyasətin nəticəsidir ki, digər dünya ölkələrində fəsadları hələ də davam edən qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatı üçün demək olar ki, təsirsiz  ötüşmüşdür.

Ölkə başçısı möhtərəm Prezident cənab İlham Əliyev bununla bağlı demişdir:

"Son 7 il ərzində Azərbaycanda maaşlar və pensiyalar orta hesabla 5-6 dəfə artmışdır.Yoxsulluq 4 dəfə azalmışdır, 900 minə qədər yeni iş yeri açılmışdır. Büdcə xərcləri 12 dəfə, hərbi xərclər təxminən 20 dəfə, valyuta ehtiyatları 18 dəfə artmışdır. Bütün sosial proqramlar uğurla icra edilir. Azərbaycanın uğurlu iqtisadi inkişafı üçün bütün lazımi tədbirlər görülür. Bu statistik göstəricilər özlüyündə görülmüş işlərin əyani sübutudur".

Qeyd etmək lazımdır ki, bu gün ən prioritet sahə hesab edilən təhsilə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir və bu sferaya ayrılan xərclər ildən-ilə əhəmiyyətli dərəcədə artır. Bütün bunlar isə möhtərəm Prezidentimizin səsləndirdiyi "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik" devizinin real həyatda öz əksini tapmasına bariz nümunədir.  

Dövlət büdcəsindən təhsilə ayrılan xərclərin artım tempi

 

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən və daim təkmilləşən idarəetmə modelinin tətbiqi nəticəsində dövlət büdcəsinin, həmçinin dövlət büdcəsindən təhsilə ayrılan xərclərin həcmi dinamik şəkildə artır. Bu dinamik inkişafı aşağıdakı diaqramdan və cədvəldən  daha aydın görmək olar:    

Dövlət büdcəsinin xərcləri və təhsilə ayrılan xərclər, milyon manatla  

 

  

 

illər

dövlət büdcəsinin xərcləri,
mln.manatla
təhsil xərcləri artım %-lə
2003 1234.0 234.9 -
2004 1501.0 294.1 25.2
2005 2140.7 372.5 26.7
2006 3789.7 479.1 28.6
2007 6059.5 723.0 51.0
2008 10774.2 979.7 35.5
2009 10503.9 1147.9 17.2
2010 (proqnoz) 12275.3 1276.9 11.1
 

 Cədvəldən göründüyü kimi, son 8 il ərzində dövlət büdcəsindən təhsilə ayrılan xərclər təxminən 6 dəfə artmışdır. Qeyd olunan artım təhsilin bütün pillə və səviyyələrini əhatə etmişdir. Belə ki, təhsil işçilərinin əməkhaqları, tələbə və şagirdlərin təqaüdləri artırılmış, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş və təhsilin məzmununda mühüm irəliləyişlər əldə edilmişdir.

Təhsil işçilərinin orta aylıq nominal əməkhaqqı son 8 ildə 6,2 dəfə artmışdır. Bu isə təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına dövlətin daim yüksək diqqət və qayğı göstərməsinin təzahürüdür.

Son 8 il ərzində təhsil işçilərinin orta aylıq nominal  əməkhaqlarının artım tempini və məbləğlərini aşağıdakı diaqram və cədvəldən daha əyani şəkildə  görmək olar:  

Təhsil işçilərinin orta aylıq nominal əməkhaqlarının artım tempi, manatla  

 

 
illər orta aylıq nominal əməkhaqqı,
manatla
artım %-lə
2003 42.3  
2004 51.3 21.3
2005 66.0 28.7
2006 87.0 31.8
2007 145.4 67.1
2008 214.4 47.5
2009 260.0 21.3
2010 265.2

2

 

Təhsilə ayrılan vəsaitlərin artımı həmçinin təhsilin bütün səviyyələrində bir təhsilalana düşən illik xərclərin də artmasına birbaşa təsirini göstərmişdir. Bu artım son 3 ilin timsalında aşağıdakı kimi olmuşdur:

 

 
təhsilin  pillə və səviyyələri bir təhsilalana düşən illik xərclər, manatla
2008-ci il 2009-cu il 2010-cu il
məktəbəqədər təhsil 703 810 816
ümumi təhsil 420 545 550
ilk peşə-ixtisas təhsili 943 1108 1133
orta ixtisas təhsili 566 741 750
ali təhsil 986 1358 1548
 

Təhsil sahəsində həyata keçirilən dövlət proqramları üzrə ayrılan vəsaitlər

 

Dövlət büdcəsindən təhsilə ayrılan vəsaitlərin artmasına rəğmən birbaşa Təhsil Nazirliyinə ayrılan vəsaitlərin də həcmi aşağıdakı diaqramdan göründüyü kimi son 8 ildə 15,6 dəfə artmışdır.     

Dövlət büdcəsindən təhsilə ayrılan xərclərin tərkibində birbaşa Təhsil Nazirliyinə ayrılan vəsaitlərin artım tempi, min manatla

  

Birbaşa Təhsil Nazirilyinə ayrılan vəsaitlərin həcminin kəskin artması həmçinin son illərdə təhsil sahəsində həyata keçirilən dövlət proqramları ilə də əlaqədardır.

Qeyd etməliyik ki, möhtərəm Prezident İlham Əliyevin  rəhbərliyi ilə hazırda Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində əldə olunan uğurlarda dövlət proqramlarının rolu mühüm və danılmazdır. Sirr deyil ki, məhz təhsildə son illərdə əldə olunan uğurların əsas hissəsi bu sahədə həyata keçirilən müxtəlif dövlət proqramlarının nəticəsidir. Belə ki, hazırda təhsil sahəsində dövlətin maliyyə təminatı sayəsində  16 dövlət proqramı uğurla icra edilir. Qeyd olunan dövlət proqramlarının, həmçinin bir sıra xüsusi əhəmiyyətli tədbirlərin adını və bu məqsədlə ayrılan vəsaitlərin həcmini aşağıdakı cədvəldən görə bilərik:  

  (Cədvəli yülə)

Qeyd olunan dövlət proqramları hazırda ugurla icra edilir və təhsilin keyfiyyətində müsbət dəyişiklikərin əldə olunmasında mühüm rol oynayır.    

2011-ci ilə dövlət büdcəsi və təhsil xərcləri  

Məlum olduğu kimi, "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli 1093-IIIQ nömrəli Qanunu qüvvəyə minmişdir. Qeyd olunan Qanuna əsasən Azərbaycan Respublikasının   2011-ci il dövlət büdcəsinin gəlirləri 12061000,0  min manat, xərcləri  12748000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 11613 958,2 min manat, yerli gəlirləri 447041,8  min manat və mərkəzləşdirilmiş xərcləri 11439980,0 min manat, yerli xərcləri 1308020,0 min manat) məbləğində təsdiq edilmişdir.

 Beləliklə, 2011-ci ildə dövlət büdcəsinin xərcləri 12.748,0 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2010-cu ilin müvafiq göstəricisindən 472.7 milyon manat və ya 3,9% çoxdur.

2011-ci ildə Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 40.197,3 milyon manat proqnozlaşdırılır ki, bu da 2010-cu ilin müvafiq göstəricisindən 2.185,2 milyon manat və ya 3,9% çoxdur.  

Növbəti ilin  dövlət büdcəsində xərclərin istiqamətləri və bu xərclərin dövlət büdcəsinin ümumi xərclərində xüsusi payı aşağıdakı kimi olmuşdur:  

2011-ci ilin dövlət büdcəsində xərclərin istiqamətləri və bu xərclərin dövlət büdcəsinin ümumi xərclərində xüsusu payı, %lə 

 Böyütmək üçün seçin 

2011-ci ilin dövlət büdcəsinin gəlirlərinin hesablanmasında 1 barrel neftin qiyməti 60 ABŞ dolları ilə nəzərə alınmışdır. 2011-ci ildə inflyasiyanın orta illik səviyyəsinin isə cari ildə olduğu kimi 5% olacağı proqnozlaşdırılır.

Yuxarıda göstərilən diaqramdan məlum olduğu kimi, 2011-ci ilin dövlət büdcəsində təhsil xərclərinin xüsusi payı 10,5 % olmaqla 1338163,1 min manat nəzərdə tutulmuşdur ki, bu da 2010-cu illə müqayisədə 61308,1 min manat və ya 4,8% çoxdur.

2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulan təhsil xərclərinin strukturu aşağıdakı kimidir:

 

 
xərclərin strukturu xərclərin məbləği, manatla təhsil xərclərində xüsusi payı, %-lə

məktəbəqədər və ibtidai təhsil

95 345 539,0 7,1
natamam və orta təhsil 758 312 224,0 56,7
internat və xüsusi məktəblər 49 611 690,0 3,7
texniki peşə məktəbləri və liseylər 72 771 884,0 5,5
ali təhsil 125 279 476,0 9,4
təhsil sahəsində tətbiqi tədqiqatlar 5 019 912,0 0,3
təhsil sahəsində digər xidmətlər 231 822 357,0 17,3
 

 Qeyd etmək lazımdır ki, növbəti ilin büdcəsində nəzərdə tutulan təhsil xərclərinin əsas hissəsi əvvəlki illərdə olduğu kimi əməyin ödənişi ilə bağlı olacaqdır. Bunu aşağıdakı diaqramdan daha aydın görmək olar. 

2011-ci ilin dövlət büdcəsində iqtisadi təsnifat üzrə xərclərin strukturu 

Böyütmək üçün seçin 

2011-ci ildə birbaşa  Təhsil Nazirliyinə "Təhsil" bölməsi üzrə 426.718,0 min manat  vəsaitin ayrılması nəzərdə tutulmuşdur ki, bu da  təhsil xərclərinin 33,5%-ni təşkil etməklə, 2010-cu ilə nisbətən 24.678,6 min manat və ya 6,1 % çoxdur.

Tabelikdə olan və mərkəzləşmiş xərclərdən maliyyələşən təşkilatların saxlanılması,  həmçinin dövlət proqramlarının icrası və s. ilə bağlı Təhsil Nazirliyinə 2011-ci ildə ayrılması nəzərdə tutulmuş 426.718,0 min manat vəsaitin:

- 271.105,4 min manatını və ya 63,5%-ni təhsil işçilərinin əməkhaqqı, əməkhaqqına üstəliklər və əməyin ödənişi ilə bağlı digər xərclər;

- 4.905,0  min manatını və ya  1,2 %-ini cari və əsaslı təmir xərcləri;

- 55.971,5 min manatını və ya 13,1 %-ini təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilən xərclər;

- 13.851,3 min manatını və ya 3,3 %-ini kommunal xərclər;

- 20.546,7 min manatını və ya 4,8 %-ini təqaüd xərcləri  və digər sosial müavinətlər;

- 21.403, 5 min manatını və ya 5 %-ini  ərzaq məhsullarının alınması xərcləri; 

- 38.934,6 min manatını və ya 9,1%-ini  sair cari xərclər  (dərmanların, sarğı ləvazimatlarının, dəftərxana və təsərrüfat mallarının   alınması,  mətbəə, mühafizə,  ezamiyyə, yanacaq, nəqliyyat xidməti, bank xərcləri və sair xərclər) təşkil edir.

Təhsil sahəsində həyata keçirilən bir sıra dövlət proqramlarının və xüsusi əhəmiyyətli tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin  2011-ci ilə proqnozlaşdırılmış büdcəsinin 11,1%-i həcmində və yaxud  47.392,3 min manat məbləğində  vəsait  nəzərdə tutulmuşdur.

Həmin proqramların icrası və tədbirlərin həyata keçirilməsi ilə bağlı 2011-ci ilə nəzərdə tutulan vəsaitlər üzrə proqnoz göstəriciləri aşağıdakı kimidir:

- 8.070,0 min manat respublikanın ümumi təhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması üçün;

- 16.350,0 min manat Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli 2856 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın icrası üçün;

- 257,0 min  manat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı (2005-2009-cu illər)"na əsasən nəzərdə tutulan tədbirlər üçün;

- 704,0 "Sos Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyası üzrə tədbirlərin icrası üçün ;

- 1.555,0 min manat Azərbaycan Respublikası Prezidentinin 29 mart 2006-cı il tarixli 1386 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın icrası  üçün;

- 300,0 min manat yeni dərslik və dərs vəsaitlərinin hazırlanması üçün;

- 9.174,0 min manat  "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı"nın icrası üçün;

- 2.150,0 min manat məktəb kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir informasiya texnologiyaları ilə təchizatına dair tədbirlər üçün;

- 1.698,0 min manat Azərbaycan Respublikası Prezidentinin 03 iyul 2007-ci il tarixli 2282 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Texniki peşə təhsilinin İnkişaf Proqramı (2007-2012-ci illər)"nın icrası üçün;

- 176,5 min manat Respublika Prezidentinin müvafiq sərəncam və fərmanlarına əsasən gənc istedadlara xüsusi təqaüdlərin ödənilməsi üçün;

- 1.000,0 min manat ilin ən yaxşı ümumi təhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının ödənilməsi üçün;

- 2.500,0 min manat ümumi təhsil məktəblərinə tədris laboratoriya (fizika, kimya, biologiya) avadanlıqlarının alınması üçün;

- 1.560,0 min manat "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın icrası üçün;

- 1.900,0 min manat "2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı"nın icrası üçün. 

Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqinin mövcud vəziyyəti 

Məlum olduğu kimi, ölkə Prezidentinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il tarixli Fərmanına  əsasən 2010-2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmənin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsinə başlanılmışdır.

Belə ki, Respublika Maliyyə Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində I kurs bakalavriat və magistratura səviyyələri üçün dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşmənin dövlət sifarişi əsasında həyata keçirilməsi məqsədilə cari ilin sonunadək əlavə tələb olunan vəsaitin (2010-cu ilin sentyabr-dekabr ayları üçün, illik məbləğin 3-dən biri həcmində) bölgüsü"nə əsasən Təhsil Nazirliyi tərəfindən müvafiq məbləğlərdə vəsaitlər dövlət sifarişi üzrə tələbə qəbul etmiş  ali məktəblərin hesabına köçürülmüş və bu vəsaitlərin təyinatı üzrə xərclənilməsi ilə əlaqədar həmin ali məktəblərə tapşırıqlar verilmişdir.

Hesab edirik ki, yeni maliyyələşdirmə mexanizminin tətbiq edilməsi Azərbaycanın ali təhsil sistemində yeni bir mərhələnin başlanğıcıdır və əlbəttə ki, bu istiqamətdə həyata keçirilən bütün tədbirlər ali təhsildə keyfiyyətin yüksəldilməsinə yönəldilməlidir. Bu səbəbdən qarşıya çıxan, həmçinin gözlənilən problemlərin vaxtaşırı təhlil edilməsi və aradan qaldırılması ən vacib şərtlərdən biridir.   

Bu baxımdan 22 oktyabr 2010-cu il tarixdə Təhsil Nazirliyində təhsil, maliyyə, iqtisadi inkişaf nazirlərinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin, Respublika Nazirlər Kabinetinin şöbə müdirinin, dövlət sifarişinin yerinə yetirilməsində iştirak etmiş ali məktəb rektorlarının və digər aidiyyəti şəxslərin   iştirakı ilə  "Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, təkliflər və qarşıda duran vəzifələr" haqqında keçirilmiş kollegiya iclasının mühüm əhəmiyyəti olmuş və  iclasda mövcud problemlərin aradan qaldırılması ilə bağlı aşağıdakı təkliflər geniş şəkildə müzakirə olunmuşdur:

- Dövlət sifarişi əsasında təhsil alanlar üçün müəyyənləşdirilmiş xərc məbləğinin  artırılması;

- Paytaxtdan kənarda yerləşən ali məktəblər üçün dövlət sifarişi ilə müsabiqə balının ayrıca müəyyənləşdirilməsi;

- Dövlət əhəmiyyətli ixtisaslara dövlət sifarişi ilə qəbul zamanı müsabiqə ballarının müəyyənləşdirilməsinə fərdi yanaşılması;

- Ayrı-ayrı ali məktəblərə qəbul planı müəyyənləşdirilərkən əvvəlki ilin qəbulunun nəticələrinin nəzərə alınması;

- Ali məktəblərin ayrı-ayrı ixtisaslarına ödənişli əsaslarla qəbul olunan tələbələrin təhsil haqqı məbləğinin  həmin ixtisasa dövlət sifarişi üzrə təsdiq olunmuş xərc məbləğinin 60%-dən az olmayaraq müəyyənləşdirilməsi;

- Ali məktəblərin bəzi ixtisaslarına olan inhisarçılığın aradan qaldırılması;

- Ödənişli əsaslarla qəbul olan məcburi köçkün və qaçqın statuslu tələbələrin təhsil haqlarının  müvafiq qaydada kompensasiya edilməsi;

- Dövlət sifarişi üzrə qəbulda müsabiqə ballarının ixtisas qrupları üzrə deyil, eyni yönümlü ixtisaslar üzrə müəyyənləşdirilməsi (məsələn, kənd təsərrüfatı, texnologiya, neft, aviasiya və s.);

- Özəl ali məktəblərin dövlət sifarişində iştirakının stimullaşdırılması;

- Büdcədənkənar vəsaitlərin 4 xərc maddəsi üzrə, gələcəkdə isə ümumi məbləğ səviyyəsində planlaşdırılması, ilin sonuna qalan vəsaitlərin növbəti ilə keçirilməsi və bu vəsaitlərin xərclənilməsində ali məktəblərin səlahiyyətlərinin artırılması.

Ödənişli əsaslarla qəbul olunan və Prezidentin müvafiq Sərəncamı əsasında təhsil haqlarından azad olunan  məcburi köçkün və qaçqın statuslu tələbələrin təhsil xərclərinin kompensasiya olunması ilə bağlı kollegiyada müzakirə olunan təkilfə Respublika Maliyyə Nazirliyi tərəfindən müsbət yanaşılmış və bu xərclərin büdcədən əlavə olaraq ödənilməsi qərara alınmışdır. Bununla bağlı Respublika Maliyyə Nazirliyinin rəsmi müraciətinə əsasən hər bir dövlət ali məktəb üzrə məlumatlar Respublika Maliyyə  Nazirliyinə təqdim olunmuşdur. Bu problemin həlli ali məktəblərin maliyyə cəhətdən vəziyyətinin qismən də olsa yaxşılaşmasına səbəb olacaqdır. 

Bundan əlavə, kollegiya iclasında müzakirə olunmuş təkliflərin əsaslandırılmış şəkildə hökumətə təqdim edilməsi ilə əlaqədar Təhsil, Maliyyə, İqtisadi İnkişaf nazirliklərinin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mütəxəssislərindən ibarət işçi qrupunun yaradılması qərara alınmışdır və bununla bağlı hazırda təşkilati işlər görülür.

Bundan əlavə, cari ilin dekabrın 3-də Təhsil və Maliyyə nazirliklərinin məsul əməkdaşlarının iştirakı ilə "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi, qarşıya çıxan problemlər, onların həlli yolları və təkliflər" mövzusunda 2010-2011-ci tədris  ilində dövlət sifarişinin yerinə yetirilməsində iştirak etmiş ali məktəblərin baş mühasiblərinin  seminar-müşavirəsi keçirilmişdir.

Seminar-müşavirədə ölkə Prezidentinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il tarixli Fərmanına əsasən Respublika Maliyyə Nazirliyinin bilavasitə dəstəyi ilə görülən konkret işlər barədə məlumatlar təqdim olunmuş,"Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli, 120 nömrəli Qərarı ilə təsdiq olunmuş bir sıra qaydaların və sənədlərin tələblərinin baş mühasiblər tərəfindən öyrənilməsinin zəruriliyi diqqətə çatdırılmış, Respublika Maliyyə Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində I kurs bakalavriat və magistratura səviyyələri üçün dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşmənin dövlət sifarişi əsasında həyata keçirilməsi məqsədilə cari ilin sonunadək əlavə tələb olunan vəsaitin (2010-cu ilin sentyabr-dekabr ayları üçün, illik məbləğin 3-dən biri həcmində) bölgüsü"nə əsasən Təhsil Nazirliyi tərəfindən müvafiq məbləğlərdə ali məktəblərin hesablarına köçürülmüş vəsaitlərin təyinatı üzrə xərclənilməsi ilə əlaqədar baş mühasiblərin qarşısında duran vəzifələrdən söz açılmış və onlara bir sıra tapşırıq və tövsiyələr verilmişdir.

Seminar-müşavirədə ali məktəblərə dövlət sifarişi üzrə kadr hazırlığı ilə əlaqədar köçürülmüş vəsaitlərdən daha səmərəli istifadəni təmin etmək məqsədilə bu vəsaitlərin ilin sonunda büdcəyə silinməməsi ilə bağlı  təkliflər müzakirə edilmiş və  bu məsələ artıq Maliyyə Nazirliyi tərəfindən müsbət həll edilmişdir. 

Bütün qeyd edilənlər və ölkəmizdə hazırda  baş verən sürətli və davamlı sosial-iqtisadi inkişaf Azərbaycanın seçdiyi və əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş  iqtisadi inkişaf yolunun kifayət qədər düzgün müəyyən olunmasını və bu yolun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilməsini bir daha sübut edir və qarşıdakı dövr ərzində də ölkəmizin həm təhsil, həm də digər sahələrdə yeni uğurlar qazanacağını qətiyyətlə deməyə əsas verir. 

Şahrza ƏLİYEV,
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri,
iqtisad elmləri üzrə fəlsəfə doktoru

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

24 Dekabr 2010 - 50

Prezident İlham Əliyev "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab edilib
 
Doktorantların  və gənc tədqiqatçıların XV Respublika elmi konfransının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İxtisasartırma təhsilinin Kurikulum Çərçivəsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Akademik Ramiz Mehdiyevin "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabı qazax dilində çapdan çıxıb
 
Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi  təşkilatların Siyahısı"nı təsdiq edib
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tbilisidə xeyriyyə aksiyası keçirilib
 
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"na həsr olunmuş beynəlxalq konfrans
 
Bakı Dövlət Universitetində akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasında xaricdə təhsil alan fəlsəfə doktorlarının üçüncü illik seminarı
 
Azərbaycanda təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlər və ali təhsildə yeni maliyyələşdirmə mexanizminin  tətbiqi ilə bağlı mövcud vəziyyət
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında kimya fənni üzrə nəticələr barədə
 
Qəbələ rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
"Xaricdə təhsil" sərgisi
 
M.Lomonosov adına MDU-nun Bakı filialında "Müasir riyazi təhsilin problemləri" mövzusunda "dəyirmi masa" keçirilib
 
Versal Akademiyasının əməkdaşları AMİ-nin Qazax filialında olublar
 
"Açıq qapı - İnstitut günü"
 
Şərurun yeni və müasir tipli təhsil ocaqları
 
Akademik Abel Məhərrəmov Koreya Respublikasında səfərdə olub
 
İnformasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbə
 
NDU-da beynəlxalq simpozium
 
Əməkdaşlıq müqaviləsi imzalanıb
 
Kamil alim, ustad müəllim, Vətənə bağlı ziyalı
 
Məktəbdə onlayn "Qaynar xətt" xidməti təşkil etmişik
 
Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların siyahısı
 
Şagirdlər İKT biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" kurikulumun tələblərinə cavab verdi
 
Ədəbiyyat dərsliklərimiz
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni kurikulumu (V-XI siniflər)
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Sağlam həyat tərzi-sağlam gələcəyə zəmanətdir"
 
Bağçada "Təbiəti qoruyaq" mövzusunda "açıq məşğələ"
 
Öyrədənlər öyrədilir
 
"Birincilərin" hesabat konserti oldu
 
"Vətənin igidləri"
 
Ədəbi-bədii kompozisiya
 
Cəsur təyyarəçi, vətənpərvər gənc
 
Məktəblilərin idman uğurları
 
Dünya universitetləri: Uorvik Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov