Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

31 Dekabr 2010 - 51

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində əsaslı təmir və
yenidənqurma işlərindən sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış olub

Bookmark and Share

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva dekabrın 24-də Abşeron rayonunun Saray qəsəbəsində əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış olmuşdur.

İnternat evinə gələn Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya uşaqlar gül dəstəsi təqdim etdilər.

Mehriban xanıma məlumat verildi ki, Heydər Əliyev Fondu və Xəzər Beynəlxalq İnvestisiya şirkətinin birgə layihəsi əsasında burada əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. İnternat evi kompleksinə 2 mərtəbəli inzibati bina, 4 mərtəbəli yataq korpusu, idman korpusu, yeməkxana, mətbəx, çamaşırxana və digər tikililər daxildir. Təmirdən sonra internat evi müasir inventar və avadanlıqla təmin olunmuş, uşaqların normal yaşamaları üçün hər cür şərait yaradılmışdır.

Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində yenidən qurulan internat evində xüsusi qayğıya ehtiyacı olan uşaqlar yaşayırlar. İnternat evinin ümumi ərazisi 2 hektardır. Burada 4 yaşdan 18 yaşadək xüsusi qayğıya ehtiyacı olan uşaqlar yaşayırlar. Hazırda burada yaşayan 140 uşaq yaşına, cinsinə və xəstəlik dərəcələrinə görə ayrı-ayrı qruplarda yerləşdirilmişdir. Hər bir qrupun ayrıca yataq və oyun otaqları vardır.

Uşaq internat evi ilə tanış olan Fondun prezidenti əvvəlcə kompleksin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendə baxdı.

Əsas korpusun birinci mərtəbəsinin foyesində ulu öndər Heydər Əliyevin uşaqlarla görüşlərini əks etdirən fotostend quraşdırılmışdır. Burada inzibati otaqlarla yanaşı, valideynlərlə uşaqların görüş otaqları vardır. Bildirildi ki, internat evində 95 nəfər işçi çalışır.

Korpusun 2-ci mərtəbəsində Mehriban xanım Əliyeva 30 nəfərlik müşavirə zalına baxdı. İkinci mərtəbədə Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotostendlər vardır. Fondun prezidenti günərzi qayğı mərkəzində oldu. Burada xüsusi qayğıya ehtiyacı olan uşaqlarla məşğələlər aparılır. Mehriban Əliyeva uşaqlarla səmimi söhbət etdi. "Bacarıqlı əllər" otağında internat evinin sakinləri rəsm və toxuma işləri ilə məşğul olurlar. Heydər Əliyev Fondunun prezidenti uşaqların əl işlərinə baxdı. Uşaqların hazırladığı Heydər Əliyev Fondunun loqosunu əks etdirən hədiyyə Azərbaycanın birinci xanımına təqdim olundu.

Reabilitasiya otağı ilə tanış olan Mehriban xanım Əliyevaya məlumat verildi ki, dayaq-hərəkət sistemi pozulan uşaqların müəyyən oyunlar vasitəsilə bərpası burada aparılır. Mətbəxdə isə gənclər yemək hazırlamağı öyrənirlər. Mətbəxdə şirniyyat hazırlayan qızlarla görüşən Mehriban xanım Əliyeva onların Vətən və Prezident haqqında söylədikləri şeirləri dinlədi, onlarla xatirə şəkli çəkdirdi.

İnternat evində gənclərin fiziki sağlamlığını möhkəmləndirmək üçün müxtəlif idman avadanlığı ilə təchiz edilmiş trenajor və idman zalları vardır. Hovuzda isə hərəkət qabiliyyəti məhdud uşaqların su prosedurları ilə müalicəsi aparılacaqdır.

Müəssisədə uşaqların əl işlərindən ibarət sərgi zalı da yaradılmışdır. Tədris otağında xüsusi qayğıya ehtiyacı olan uşaqlara yüngülləşdirilmiş proqramla ibtidai təhsil veriləcəkdir. Musiqi zalında gənclər musiqi alətlərində bacarıqlarını sınayacaqlar. İnternat evində fizioterapiya otağı da fəaliyyət göstərir. Bu otaq yüksəktezlikli aparat, inqalyasiya, solyuks, qalvanizator kimi yeni tibb avadanlığı ilə təchiz edilmişdir. Həmin aparatlardan sümük ağrılarında, xroniki xəstəliklərin müalicəsində istifadə olunur.

Mehriban xanım internat evində 80 nəfərlik yeməkxanaya, müasir avadanlıqla təchiz edilmiş mətbəxdə yaradılmış şəraitə də baxdı.

İnternat evinin həyətində abadlaşdırma və yaşıllaşdırma işləri aparılmış, müxtəlif gül kolları əkilmişdir. Parkda rahat oturacaqlar, fəvvarə və attraksionlar quraşdırılmışdır.

Görülmüş işlərdən razılığını bildirən Mehriban xanım Əliyeva internat evinin kollektivinə uğurlar arzuladı.

AzərTAc

 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

31 Dekabr 2010 - 51

Dünya azərbaycanlılarına
 
Prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim olundu
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
N.M.Vəlixanlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Heydər Əliyev Fondu "Buta" sarayında uşaqlar üçün bayram şənliyi təşkil edib
 
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində  yeni məktəblə tanış olub, uşaq bağçasının açılışında iştirak edib
 
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində əsaslı təmir və  yenidənqurma işlərindən sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış olub
 
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada və ölkənin 13 regionunda xeyriyyə aksiyaları keçirib
 
"Azərbaycan haqqında nə bilirəm?" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bir yaşını qeyd edib
 
VIII Respublika müsabiqəsinə yekun vuruldu
 
Ali məktəb tələbələri arasında XV Respublika fənn olimpiadası qalibləri mükafatlandırıldı
 
Dekabrın 25-də Təhsil Nazirliyində  Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının İdarə Heyətinin üzvləri və bu təşkilatda fəallıq göstərən bir qrup təhsil işçiləri ilə görüş keçirildi
 
Yeni il təbrikləri
 
Dünya xalqları Yeni ili necə qarşılayırlar?
 
İki özəl ali məktəbin fəaliyyətinə verilmiş lisenziyanın müddəti uzadıldı
 
Müasir texnologiyaların təqdimatı
 
Məktəbin 30 illiyi qeyd edildi
 
Ümumtəhsil fənləri tədrisinin ekoloji aspektləri
 
Milli həmrəyliyimiz milli fəxarətimizdir
 
Yaponiyanın Doşişa Universitetinin professoru ADU-da olub
 
"Azərbaycan, doğma Vətənim mənim!"
 
Böyük həyatın səhifələri
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında biologiya fənni üzrə nəticələr barədə
 
Qobustan rayonunun ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
Elmi-praktik konfrans
 
Sağlam cəmiyyətdə sağlam həyat tərzi
 
"Ekologiya ilinə töhfəmiz"
 
Əhəmiyyətli tədris vəsaiti: "Ekoloji atlas"
 
Məktəbdə yazıçı ilə görüş
 
"Ekologiya məktəblilərin gözü ilə"
 
Qarşılıqlı dərs dinləmə ənənə halını alıb
 
Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" maraqla qarşılandı
 
Təbiəti qoruyaq
 
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
 
2011-ci ildə təhsilimi Almaniyada davam etdirmək istəyirəm
 
Təhsil müəssisələrində bayram tədbirləri keçirildi
 
Yolka ağacı - Yeni ilin atributu
 
Elmini əməllərdə göstərən alim
 
Müsabiqənin qalibi olmaq böyük şərəfdir
 
Uğur və zirvə ili
 
Pedaqoji kollektivin sevinci
 
Balacaların bayram şənliyi
 
İxtiralar, ilk addımlar
 
İlin ən yaxşı şahmatçısı
 
Dünya universitetləri: Alberta Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov