Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

31 Dekabr 2010 - 51

 

Ümumtəhsil fənləri tədrisinin ekoloji aspektləri

Bookmark and Share

Cəmiyyətin inkişafında böyük rol oynayan texnikanın, müxtəlif istehsal sahələrinin təbiətə, insan həyatı üçün mühüm olan ətraf mühitin zənginlik və əsrarəngizliyinə mənfi təsiri artıq bəllidir. İntellekt əsrində bütövlükdə dünyada ətraf mühitin - ekologiyanın mühafizəsi çox böyük əhəmiyyəti olan bir problemə çevrilmişdir. Təkcə mütəxəssisləri deyil, bəşəriyyəti narahat edən bu qlobal problemin həlli bütün insanların birgə səyi nəticəsində mümkün ola bilər. Odur ki, ətraf mühitin mühafizəsi ilə bağlı dövlətlərarası razılaşmalar imzalanmışdır. XX əsrdə, xüsusən İkinci Dünya müharibəsindən sonra bu istiqamətdə beynəlxalq əməkdaşlıq daha da genişlənmiş, 250-dən artıq beynəlxalq müqavilə imzalanmışdır. Kompüter əsrinin fakt və hadisələrinin təhlili göstərir: insanların fəaliyyəti nəticəsində torpaq, su, hava xeyli dərəcədə çirklənmişdir. Bu qlobal problemin həlli bu gün daha böyük həyati bir mahiyyət daşıyır. Dünya iqlim tiplərindən böyük bir qismini özündə birləşdirən Azərbaycanda ekoloji problemlərə böyük diqqət var: ölkədə ayrıca Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Respublikanın Prezidenti İlham Əliyev hələ 2009-cu ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda ekoloji məsələlərə bir daha diqqəti cəlb etmiş, başa vurmaqda olduğumuz ili "Ekologiya ili" elan etməyi məsləhət bilmişdi. Beləliklə, Azərbaycan tarixinə həm də "Ekologiya ili" kimi həkk olunan bu il ərzində müxtəlif miqyaslarda tədbirlər keçirildi, təbiətin qorunması və zənginləşdirilməsi istiqamətli işlər görüldü.

Təbiət, ətraf mühit çirklənmişdir. Bu məsələnin həlli üçün, ilk növbədə, ekoloji maarif işi canlandırılmalı, təhsil sistemində ekoloji biliklər öyrədilməli, gənclikdə ekoloji təfəkkür formalaşdırılmalıdır. Ətraf mühitin - insanın yaşadığı məkanın ekoloji zənginliyinin qorunması, zənginləşdirilməsi indiki gəncliyin üzərinə düşən tarixi vəzifədir. Gənclik təbiətin çirklənmə mənbələrini, tullantıların, nəqliyyat vasitələri vasitəsilə atmosferə keçən 60-dan çox zərərli maddələrin insan orqanizminə vurduğu ziyanı bilməlidir.

Bakı Dövlət Universitetinin "Gənc istedadlar" liseyinin dekabrın 23-də keçirdiyi "Orta ümumtəhsil məktəblərində fənlərin tədrisinin ekoloji aspektləri" mövzusunda elmi-praktik konfrans bu və ya digər məsələlərin şərhi, təbliği və həlli yollarının təhlili baxımından maraqlı oldu.

Konfransı giriş sözü ilə BDU-nun rektoru, Milli Məclisin üzvü, akademik Abel Məhərrəmov açaraq ekoloji məsələlərə aydınlıq gətirdi, dünyada, eləcə də Azərbaycanda bu qlobal problemin həllinə dövlət və hökumət miqyasında böyük əhəmiyyət verildiyini, iş görüldüyünü söylədi. Aydın oldu ki, BDU-da ekologiya fakültəsinin yaradılması qərara alınıb. Ali təhsil - elm ocağının müvafiq kafedralarında yüksək ixtisaslı kadrlar hazırlanmaqla yanaşı, ətraf mühitin mühafizəsi problemlərinə aid elmi-tədqiqat işləri də aparılır.

Tədbirdə təkcə BDU-nun fakültə dekanları və kafedra müdirləri, liseyin müəllim və şagird kollektivlərinin üzvləri deyil, liseyin əməkdaşlıq etdikləri XXI əsr - Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin, "Bağça-məktəb-lisey" kompleksinin  nümayəndələri də iştirak edirdilər. BDU-nun Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyevanın "Kimya dərslərində şagirdlərdə ekoloji dünyagörüşünün formalaşdırılması", ali məktəbin Onurğalılar zoologiyası və bioekologiya kafedrasının müdiri, professor Qara Mustafayevin "Azərbaycan Respublikasının orta ümumtəhsil məktəblərində ekoloji təhsilin vəziyyəti", universitetin Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan istifadə kafedrasının müdiri, professor Şövqü Göyçaylının "Orta məktəblərin coğrafiya dərsliklərində ekoloji biliklərin məzmunu" mövzularında çıxışları  konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı.

XXI əsr - Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin biologiya müəllimi Sevda Abiyevanın "Orta məktəbdə bioekoloji problemlərin öyrədilməsi", "Bağça-məktəb-lisey" kompleksinin coğrafiya müəllimi Təranə Fərzəliyevanın "Coğrafiya fənninin tədrisində şagirdlərin ekoloji tərbiyəsi" və "Gənc istedadlar" liseyinin direktoru, professor Qasım Hüseynovun "Orta məktəbdə üzvi kimyanın tədrisi prosesində ekoloji təhsil" mövzularında çıxışları ayrı-ayrı fənlərin tədrisində ekoloji təhsil və tərbiyə imkanlarının təcrübi baxımdan şərhi ilə əhəmiyyətli oldu.

Gənclik ekoloji problemə biganə deyil, - bu fikir "Gənc istedadlar" liseyinin IX sinif şagirdi Mahirə Səfərəlizadənin "Doğma Bakımızı çirklənmədən qoruyaq" adlı çıxışında ifadəsini tapdı.

Problemin ayrı-ayrı tərəflərinə aydınlıq gətirilən elmi-praktik konfrans "Gənc istedadlar" liseyinin biologiya müəllimi Səbribəyim Əliyevanın rəhbərliyi ilə şagirdlərin ifasında "Biz təbiəti sevirik" kompozisiyası ilə başa çatdı. 

Ş.HƏTƏMOĞLU

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

31 Dekabr 2010 - 51

Dünya azərbaycanlılarına
 
Prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim olundu
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
N.M.Vəlixanlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Heydər Əliyev Fondu "Buta" sarayında uşaqlar üçün bayram şənliyi təşkil edib
 
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində  yeni məktəblə tanış olub, uşaq bağçasının açılışında iştirak edib
 
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində əsaslı təmir və  yenidənqurma işlərindən sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış olub
 
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada və ölkənin 13 regionunda xeyriyyə aksiyaları keçirib
 
"Azərbaycan haqqında nə bilirəm?" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bir yaşını qeyd edib
 
VIII Respublika müsabiqəsinə yekun vuruldu
 
Ali məktəb tələbələri arasında XV Respublika fənn olimpiadası qalibləri mükafatlandırıldı
 
Dekabrın 25-də Təhsil Nazirliyində  Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının İdarə Heyətinin üzvləri və bu təşkilatda fəallıq göstərən bir qrup təhsil işçiləri ilə görüş keçirildi
 
Yeni il təbrikləri
 
Dünya xalqları Yeni ili necə qarşılayırlar?
 
İki özəl ali məktəbin fəaliyyətinə verilmiş lisenziyanın müddəti uzadıldı
 
Müasir texnologiyaların təqdimatı
 
Məktəbin 30 illiyi qeyd edildi
 
Ümumtəhsil fənləri tədrisinin ekoloji aspektləri
 
Milli həmrəyliyimiz milli fəxarətimizdir
 
Yaponiyanın Doşişa Universitetinin professoru ADU-da olub
 
"Azərbaycan, doğma Vətənim mənim!"
 
Böyük həyatın səhifələri
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında biologiya fənni üzrə nəticələr barədə
 
Qobustan rayonunun ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
Elmi-praktik konfrans
 
Sağlam cəmiyyətdə sağlam həyat tərzi
 
"Ekologiya ilinə töhfəmiz"
 
Əhəmiyyətli tədris vəsaiti: "Ekoloji atlas"
 
Məktəbdə yazıçı ilə görüş
 
"Ekologiya məktəblilərin gözü ilə"
 
Qarşılıqlı dərs dinləmə ənənə halını alıb
 
Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" maraqla qarşılandı
 
Təbiəti qoruyaq
 
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
 
2011-ci ildə təhsilimi Almaniyada davam etdirmək istəyirəm
 
Təhsil müəssisələrində bayram tədbirləri keçirildi
 
Yolka ağacı - Yeni ilin atributu
 
Elmini əməllərdə göstərən alim
 
Müsabiqənin qalibi olmaq böyük şərəfdir
 
Uğur və zirvə ili
 
Pedaqoji kollektivin sevinci
 
Balacaların bayram şənliyi
 
İxtiralar, ilk addımlar
 
İlin ən yaxşı şahmatçısı
 
Dünya universitetləri: Alberta Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov