Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

31 Dekabr 2010 - 51

 

Böyük həyatın səhifələri

Bookmark and Share

Bəni-bəşərdən insan övladı işıqlı ideallar yolunda seçim edib, öz həyatına, rövnəqli yaradıcılığına çıraq tutan şəxsiyyətləri mənalandırıb, onların şərəf və ləyaqətlə dolu nümunələrindən istifadə yolu ilə öz həyatlarının da təzələnməsinə, yeniləşməsinə əbədi iz salıblar.  Müqtədir ömür-gün sahiblərinin minbir ehtişamdan xəbər verən həyat və yaradıcı məramı insanları daim düşündürmüş, mübarizə və yaşam yolunda onlara mənəvi dəstək olmuşdur.

Zəmanəsinin böyük şəxsiyyətləri harada olursa-olsun, bütün sülhsevən, mətin və iradəli insanlara etalon olmuş, onların qəlbində ən müdrik və əbədiyaşar duyğular oyatmışlar.

Belə tarixi şəxsiyyətlərdən biri də nəsillər üçün əbədiyaşarlıq simvolu olan, təkrarolunmaz və misilsiz şücaəti, ağıl və zəka mədəniyyəti ilə könülləri ehtizaza gətirən, ənənə və müasirlik pearadiqmaları ilə ictimai şüura, mənəvi xislətə milli və ümumbəşəri keyfiyyətlər bəxş edən ulu öndər, milli iftixarımız Heydər Əlirza oğlu Əliyev olmuşdur. Onun dünya ictimai birliyində, öz xalqına olan sonsuz məhəbbətində mətin ideyaları və məğrur əməli addımları ən yaxın silahdaşlarından tutmuş, bütün bəşər övladı üçün yanar məşələ çevrilmişdir.

Milyonlarla insanların qəlbində yaradıcı fütahat sahibi kimi qalan bu yenilməz dövlət və ictimai xadimin milli mənəvi dəyərlərimiz haqqında da xüsusi vurğulamaları gənc nəslin ideya-siyasi və vətəndaşlıq hazırlığında müstəsna əhəmiyyəti olan müdrik tövsiyələr olaraq qalır və qalacaqdır.

Bu müdrik insanın həyat və yaradıcılıq yoluna çıraq tutan, könülləri ehtizaza  gətirən sanballı fikir və mülahizələri çox olmuşdur. Hər kəs öz qəlbindən gələn səmimi və həssas duyğularında onu böyük şəxsiyyət, ulu öndər, milli lider, xalq və Vətən təmsilçisi, müdrik ata, nəcib və qayğıkeş insan kimi səciyyələndirən keyfiyyətlərdən özünə şəxsi ideal nümunəsi əxz edərək, onun mətin yolunun, müqəddəs məramının yolçusuna çevrilməyə çalışmışlar.

Dünya şöhrətli dahi rəhbərimiz olan Heydər  Əlirza oğlu Əliyevin elmdə və həyatda sübut olunmuş şəxsiyyət bütövlüyü, vətənpərvərlik qayəsi, azərbaycançılıq şüuru, təmiz və saf əqidəliliyi,  dövlət və dövlətçilik idealları müstəqil Azərbaycanımız üçün yüksək təminatı olan milli mənəvi dəyərlərlə həmişə vəhdət təşkil etmiş, yaradıcı ömrünün ağıl məşəlinə çevrilmişdir.

Pedaqoji elmlər doktoru, professor, əməkdar müəllim, Ağahüseyn Həsənovun yenicə işıq  üzü görən "Milli-mənəvi dəyərimiz" adlı nəfis tərtibatla yazdığı kitab məhz bu cəhətdən  ulu öndərin həyat səhifələrindən bəhs edən unikal dəyərdə sanballı, qiymətli didaktik mənbə kimi çox əhəmiyyətlidir.

"Milli-mənəvi dəyərimiz" təqdimatı ilə oxucuya təqdim olunan bu sanballı və müasir üslublu populyar kitab milli mənəviyyatımızın mühüm bir qolunu - ən ali insani keyfiyyətlərə qovuşmağın tədqiqi məsələlərinin öyrənilməsi baxımından  da əhəmiyyət kəsb edir. İctimai və sosial proseslər mühitində qazanılmış təcrübədən ümumxalq və ümumdövlət səviyyəsində görkəmli şəxsiyyətlərin həyat və məram nümunələrinin tədqiqi və öyrənilməsi problemi bütün yazarlar tərəfindən  həmişə izlənir, gənc nəslə mənəvi-ideoloji model kimi təqdim olunur. Bu cəhətdən professor Ağahüseyn Həsənovun xüsusi maraq doğuran tədqiqatlar sistemi oxucu üçün həmişə böyük rəğbətə səbəb olmuşdur.

Fundamentallıq və kütləvilik  baxımından fakt və hadisələrin bütöv, tam bir sistemini əhatə edən bu kitab özünün  elmi problematikası, nəzəri səviyyəsi, müəllif mühakiməsi və istinad olunan mənbələrin zənginliyi ilə də diqqəti cəlb edir.

Davamlı inkişafın metodoloji harmoniyasını, təkamül  prosesini milli mənəvi keyfiyyətlər sisteminin qorunması ilə əlaqələndirmək, adətən, çətin və mürəkkəb prosesdir. Lakin müəllif, bütöv bir bənzərsiz ömrün şəxsi kredosunu, ictimai mündəricəsini effektli tədqiqat üsulları ilə arayıb-axtarmaq yolu ilə müxtəlif məqamları orijinal tərzdə, novator baxışlarla təhlil-tərkib etmiş, bu sahədə mövcud olan, ictimai məzmun daşıyan çoxsaylı elmi və kütləvi əsərlərə də istinad etmişdir.

Unudulmaz tarixi şəxsiyyət, müdrik insan Heydər Əlirza oğlu Əliyevin uzun illər ərzində qazandığı dövlətçilik təcrübəsindən bəhs edən müəllifin bu arzularına istinadən, kitabın "Ön söz" dərgahına, "qədəm"  qoyan oxucu üçün aydın və lakonik ifadə üslubu ilə şərh olunan fikirlər bir daha xalqın tarixi yaddaşından süzülüb gələn istək və arzularımızı, milli və mənəvi istəyimizi gücləndirir, ulu öndərin əbədiyaşar prinsiplərinin sadiqkeş yolçusu olmağa hər birimizi səfərbər edir.

Məqalədə deyilir: "Azərbaycanın mənəvi dəyərlərinin dirçəldilməsi, dünyada Azərbaycanın həqiqi obrazının yaradılması sahəsində Heydər Əliyevin həyata keçirdiyi siyasi xətt üzərində düşünərkən bir daha yəqin edirsən ki, o, hələ yetmişinci illərdə bu istiqamətdə fəaliyyəti ilə bunların təməlini qoymuş və peyğəmbərcəsinə uzaqgörənliklə xalqın gələcəyini düşünmüşdür.

1993-cü ildə respublikada həqiqətən dərəbəylik hökm sürürdü. Ölkəni əyalətlərə parçalamaq məqsədi vətəndaş müharibəsinin baş qaldırmasına səbəb olmuşdu. Belə çətin vaxtda Heydər Əliyev Azərbaycana, hakimiyyətə qayıdaraq ölkənin həyatında yaranan çatları bir-bir bərpa edərək müstəqil dövlətimizin atributlarını yaratmaqla inkişafımızın qızıl dövrünün təməlini qoydu".

III fəsil, 60 adda məqalələr silsiləsindən ibarət "Milli-mənəvi dəyərimiz" kitabı böyük şəxsiyyətin ideya-mənəvi irsinin öyrənilməsinə həsr olunmuş ilk didaktik vəsait kimi də əhəmiyyət kəsb edir.

Müəllifin ideya və inam yanaşmaları əsasında qurulan və tərtibatında müasir illüstrativ-dizayn texnologiyalarından istifadə olunan  kitabda müxtəlif dövrlərdə ulu öndərin "həyat fraqmentləri", həmçinin onun ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, forma, mövzu və ideya baxımından çox dəyərlidir.

Qeyd etmək lazımdır ki, xüsusən,  milli mənəvi dəyərlər istiqamətində gənc nəslə örnək olan ümumpedaqoji ideyaların böyük bir təşnəsi olan bu fundamental tədqiqat işində müəllif tərəfindən faktoloji materiallarla yanaşı, həm də xalqın minillik etiqadından və əməniyyətindən süzülüb gələn və ulu öndərin aforistik deyimlərində xoş və səlis avazla səslənən müdrik kəlamlardakı doğmalığı, səmimiliyi yüksək elmi-nəzəri mülahizə və mühakimələrlə öyrənilmiş, həm görkəmli  Heydərşünasların tədqiqatlarındakı memuar xatirələr, elmi problematika, həm də milli mənəviyyatımızın məşhur simasının yaradıcılıq keyfiyyətləri araşdırılmışdır.

Tarixin o üzündən, uzaqlardan gələn milli mənəvi dəyərlərimizin ruhumuza gətirdiyi humanist qayələrin ulu öndərin həyat və yaradıcılıq manerasında əksini tapan bu əzmkar keyfiyyətləri müəllif bir daha kitabın ideya-bədii dəyərində, mövzu və janr özəlliklərində, dil və üslub keyfiyyətlərində, ədəbi-fəlsəfi, mənəvi-pedaqoji mülahizələr kontekstində ümumiləşdirərkən bu görkəmli şəxsiyyətin ömür-gün yolunda əbədi iz salan  tarixi nişanələrini vicdanlı, halal və obyektiv münasibət nümayiş etdirən tədqiqatçı kimi qabardaraq öz fikir və düşüncələrində bariz şəkildə əks etdirmişdir. Bu unikal kitab elmi-məzmununa, lakonik bədii dəyərinə, dərin ictimai-sosial mündəricəsinə və ideya-estetik xüsusiyyətlərinə görə də diqqəti cəlb edir.

Bütövlükdə isə, bütün ictimai əfkarımıza, geniş oxucu auditoriyasına novator ruhlu, dərin fəlsəfi-pedaqoji siqləti olan kitab kimi təqdim olunan bu qiymətli vəsait mənəvi dünyamızı zənginləşdirməyə xidmət edir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi pedaqogika kafedrasının professoru, pedaqoji elmlər doktoru Ağahüseyn Həsənovun "Milli-mənəvi dəyərimiz" kitabı böyük tarixi sima, görkəmli dövlət və ictimai xadim, Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin qorunmasında ömrünü şam kimi əridən, Vətən və xalq yolunda böyük xidmətləri olan Heydər Əlirza oğlu Əliyevin həyat və yaradıcılıq irsinin araşdırılmasına həsr olunmuş tarixi salnamədir.

Kitabın elmi redaktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, məsləhətçisi filologiya elmləri doktoru, professor Vilayət Əliyev, rəyçiləri isə pedaqoji elmlər doktoru, professor Yəhya Kərimov və pedaqoji elmlər doktoru, professor Əmrullah Paşayevdir.

İnanırıq ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf olunan "Milli-mənəvi dəyərimiz" kitabının qayəsi yetişməkdə olan gənc nəslin mənəvi tərbiyəsini azərbaycançılıq, vətənə sədaqət, böyük vətənpərvərlik, xalqa bağlılıq, milli qeyrət... ruhunda inkişaf etdirilməsi ulu öndərimizin parlaq nümunəsi əsasında həyata keçirilməsindən ibarət olub, bundan sonra da gələcək nəsillərin qəlbində mötəbər yer tutacaqdır.

Rüfət HÜSEYNZADƏ,
AMİ-nin Pedaqogika kafedrasının müdiri,
əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor,

Vidadi BƏŞİROV,
ADU-nun Pedaqogika kafedrasının dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

31 Dekabr 2010 - 51

Dünya azərbaycanlılarına
 
Prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim olundu
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
N.M.Vəlixanlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Heydər Əliyev Fondu "Buta" sarayında uşaqlar üçün bayram şənliyi təşkil edib
 
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində  yeni məktəblə tanış olub, uşaq bağçasının açılışında iştirak edib
 
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində əsaslı təmir və  yenidənqurma işlərindən sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış olub
 
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada və ölkənin 13 regionunda xeyriyyə aksiyaları keçirib
 
"Azərbaycan haqqında nə bilirəm?" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bir yaşını qeyd edib
 
VIII Respublika müsabiqəsinə yekun vuruldu
 
Ali məktəb tələbələri arasında XV Respublika fənn olimpiadası qalibləri mükafatlandırıldı
 
Dekabrın 25-də Təhsil Nazirliyində  Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının İdarə Heyətinin üzvləri və bu təşkilatda fəallıq göstərən bir qrup təhsil işçiləri ilə görüş keçirildi
 
Yeni il təbrikləri
 
Dünya xalqları Yeni ili necə qarşılayırlar?
 
İki özəl ali məktəbin fəaliyyətinə verilmiş lisenziyanın müddəti uzadıldı
 
Müasir texnologiyaların təqdimatı
 
Məktəbin 30 illiyi qeyd edildi
 
Ümumtəhsil fənləri tədrisinin ekoloji aspektləri
 
Milli həmrəyliyimiz milli fəxarətimizdir
 
Yaponiyanın Doşişa Universitetinin professoru ADU-da olub
 
"Azərbaycan, doğma Vətənim mənim!"
 
Böyük həyatın səhifələri
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında biologiya fənni üzrə nəticələr barədə
 
Qobustan rayonunun ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
Elmi-praktik konfrans
 
Sağlam cəmiyyətdə sağlam həyat tərzi
 
"Ekologiya ilinə töhfəmiz"
 
Əhəmiyyətli tədris vəsaiti: "Ekoloji atlas"
 
Məktəbdə yazıçı ilə görüş
 
"Ekologiya məktəblilərin gözü ilə"
 
Qarşılıqlı dərs dinləmə ənənə halını alıb
 
Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" maraqla qarşılandı
 
Təbiəti qoruyaq
 
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
 
2011-ci ildə təhsilimi Almaniyada davam etdirmək istəyirəm
 
Təhsil müəssisələrində bayram tədbirləri keçirildi
 
Yolka ağacı - Yeni ilin atributu
 
Elmini əməllərdə göstərən alim
 
Müsabiqənin qalibi olmaq böyük şərəfdir
 
Uğur və zirvə ili
 
Pedaqoji kollektivin sevinci
 
Balacaların bayram şənliyi
 
İxtiralar, ilk addımlar
 
İlin ən yaxşı şahmatçısı
 
Dünya universitetləri: Alberta Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov