Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

31 Dekabr 2010 - 51

 

Müsabiqənin qalibi olmaq böyük şərəfdir

Bookmark and Share

Şəhərin ağsaqqal təhsil işçilərindən biri kimi, ilk növbədə, ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm ki, təhsil işçiləri, təhsil müəssisələri arasında sağlam bir rəqabət yaratmış "Ən yaxşı müəllim" və "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin keçirilməsi üçün xüsusi bir sərəncam imzalamışdır. 2007-ci ilin 4 sentyabrında imzalanmış bu sərəncam təlim-tərbiyənin keyfiyyət baxımından yaxşılaşdırılmasına, qabaqcıl təcrübənin aşkar edilməsinə ciddi bir təkan vermiş, müsbət dəyişikliklərə səbəb olmuşdur. Bu müsabiqənin məsuliyyətini hiss edib öz işini tələb olunan səviyyədə qurmağa çalışan və bu il müsabiqənin qalibi olan 50 məktəbdən biri də rəhbərlik etdiyim Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbdir. Həmçinin "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Şakir Quliyev də məktəbimizin  fəal müəllimlərindəndir. Ölkə Prezidentinin, Təhsil Nazirliyinin əməyimizə verdiyi bu yüksək qiyməti biz Sumqayıt təhsilinə verilən yüksək qiymət kimi qəbul edir və dərin minnətdarlığımızı bildiririk.

Sumqayıt şəhər 25 nömrəli tam orta məktəb Təhsil Nazirliyinin etimadı nəticəsində respublikanın 20 pilot məktəbindən biri olmuş, öz işini tamamilə yenidən qurmuş, yeni təlim texnologiyaları ilə ilk təlimlərə başlamış, treninq və seminarlara cəlb olunaraq bu istiqamətdə peşəkarlaşmışdır.

Təlim-tərbiyənin keyfiyyəti, ilk növbədə, müəssisənin hazırlığından, maddi-texniki  bazasından asılıdır. Pilot məktəbi kimi məktəbimiz tamamilə yenidən qurulmuş, dam örtüyü, istilik sistemi bərpa olunmuş, məktəbin avadanlığı yeniləşdirilmiş, 500 ədəd stul, 250 ədəd parta, 25 ədəd yazı lövhəsi, 38 ədəd kompüter və s. alınmışdır. Belə təminatı sovet imperiyası dövründə arzulasaq da, qeyri-mümkün olmuşdur.

Təhsil ocağına göstərilən bu diqqət və qayğının nəticəsində məktəbin pedaqoji kollektivi interaktiv təlim metodunu özünün gündəlik fəaliyyətinə çevirdi, onun səmərəli və faydalı olduğunu hiss etdi və bunun təbliğatçısı oldu, təhsil naziri cənab Misir Mərdanov başda olmaqla ölkəmizin tanınmış təhsil işçiləri, pilot məktəbinin direktorları, şəhər rəhbərliyi bizim məktəbdə olub dərslərimizi dinlədilər, öz məsləhətlərini verdilər.

Tanınmış təhsil işçilərinin, görkəmli pedaqoqların əməyimizə verdiyi qiymət bizi daha da ruhlandırdı, axtarışlarımızı sürətləndirdi, məktəbimiz şəhər məktəbləri üçün istinad məktəbinə çevrildi. Bütün dərslərimiz "açıq qapı" elan olundu, həmin ildə bütün fənlərdən "açıq dərslər" keçirildi. Bu gün həyata keçirdiyimiz ümumtəhsilin Konsepsiyasına (Milli Kurikuluma) doğru addımlar atdıq. Məktəbin hər bir üzvü gündəlik fəaliyyətindən özü üçün qəbul etdi ki, kurikulumla təlim həyatın, həyata keçirilən təhsil islahatının məntiqi nəticəsidir.

Bu gün ölkədə təhsil islahatı həyata keçirilir. Təlim-tərbiyə müəssisələri müstəqilliyimizin bəhrəsini dadmaqda, yeniləşməkdədir. Vaxtı ilə bizə xəyal kimi görünən bütün məktəblərimiz müasir kompüterlə tam təmin olunmuş, yeni təlim texnologiyaları günün reallığına çevrilmişdir. Məktəblərimizin maddi-texniki bazası yeniləşdiyi kimi şüurlarda da yeniləşmə prosesi gedir. Müəllimlik sənətinin müqəddəsliyini qoruyub saxlayan, öz işinə yaradıcılıqla yanaşan, hər cür yeniliyi izləyən müəllimlərimiz çoxdur. Lakin köhnə metodlardan yaxa qurtara bilməyən, öz vəzifəsinə məsuliyyətsiz yanaşan, dərslərə hazırlıqsız girən müəllimlərimiz də az deyil. Belə müəllimlər unudurlar ki, bu günün şagirdinə dünənin gözü ilə baxmaq olmaz. Çünki bu günün şagirdinin məlumat dairəsi çox genişdir - televizor, kompüter, İnternet və s. onların məlumat mənbəyidir. Deməli, bu gün dərsin idarə olunması müəllimdən xüsusi bacarıq, metodiki ustalıq, yenilik tələb edir. Müəllimin savadı, dünyagörüşü, həyat hadisələrindən baş çıxarması olmasa, onun dərsi həmişə maraqsız və cansıxıcı olacaq. Ulu Zərdüşt vaxtı ilə demişdir: "Pis müəllim şüuru korlayır, ağlın inkişafını ləngidir, təlim-tərbiyəni fəsada çevirir".

Böyük yunan filosofu, alimi Platon müəllimin məsuliyyətini dərk edərək demişdir: "Pinəçinin bir cüt ayaqqabını pis tikməsi bir nəfərə ziyan vurduğu halda, bir müəllimin pis işi cəmiyyətə ziyan gətirir".

53 ildir ki, təlim-tərbiyə ilə məşğulam. Təhsildə bir çox islahatların şahidi olmuşam. Cəldiyim qənaət budur ui, təlim-tərbiyədə əsas sima müəllimdir. Əgər müəllim yerində deyilsə, o, günün tələbinə uyğunlaşa bilmirsə, öz üzərində işləmirsə, onda keçirilən islahatların heç bir nəticəsi olmayacaq. Mən qara yaxmaq istəmirəm, yaxşı müəllimlərimiz də var, ancaq mən sabahımızı nəzərdə tuturam. Təcrübəmdən görürəm ki, yaxşı oxuyanlar, yüksək bilik nümayiş etdirənlər arasında müəllimlik ixtisasını seçənlər azdır. Halbuki şəxsiyyət formalaşdıran, insan tərbiyə edən müəllimlik ixtisasını ən istedadlı, qabiliyyətli, savadlı gənclərimiz seçməlidirlər. Odur ki, peşəyönümünə diqqəti artırmalı, istedadlı şagirdlərimizi bu istiqamətə yönəltməliyik. Bunun üçün də, ilk növbədə, öz peşəmizi sevməli və sevdirməliyik.

Təhsil islahatının uğurla həyata keçirildiyi bir vaxtda çalışırıq ki, maarifləndirmə işini gücləndirək, valideynləri işin mahiyyəti ilə tanış edək, onları düzgün istiqamətləndirək, məktəblə ailənin əlaqəsini yaxşılaşdıraq, müəllimlərin peşəkarlığını artıraq. Bu sahədə işimizi bu gün də davam etdiririk. Apardığımız araşdırmaların, müzakirələrin, təhlillərin məntiqi nəticəsi olaraq "Təlimdə ənənəvilik və müasirlik haqqında pedaqoji düşüncələr" adlı kitab ərsəyə gəlmiş, şagirdlərin, siniflərin, fənlərin və müəllimlərin reytinqini müəyyənləşdirmək üçün çoxsaylı monitorinqlər keçirilmiş, müxtəlif parametrlərlə təhlil edilmiş, istiqamətlər müəyyənləşdirilmişdir.

Təlim-tərbiyə sahəsində, təlimin keyfiyyətində, məzunların ali məktəblərə qəbulunda uğurlarımız var. Məzunlarımızdan 4 nəfər - Fərhad Quliyev, Nailə Qurbanova, Benəzir Fərhadi, Rəsul Rəsulov 600-dən yuxarı bal toplayaraq ən nüfuzlu ali məktəblərə qəbul oldular, Fərhad Quliyev Prezident təqaüdünə layiq görüldü. "Heydər Əliyev məktəblilərin gözü ilə" inşa müsabiqəsinin qalibi Aytən Məmmədli mükafata layiq görüldü. Ukraynada keçirilən dünya çempionatında 2 şagirdimiz - İsmayıl Mikayılov, Elçin Mehdiyev karate-do idman yarışında qalib gəldilər. "Fövqəladə hallar uşaqların gözü ilə" inşa müsabiqəsinin qalibi isə şagirdimiz Pərviz Baxşəliyev oldu.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, torpaqlarının 20 faizi düşmən tapdağı altında olan bir xalqın bütün təlim-tərbiyə müəssisələrində vətənpərvərlik tərbiyəsi öndə dayanmalıdır. Vətənpərvərlik isə geniş məfhumdur. Onu təkcə orduya gedib əsgəri borcunu yerinə yetirmək kimi düşünmək olmaz. Vətənpərvərlik Vətənin torpağını, mənsub olduğu xalqın tarixini, dilini, dinini, adət-ənənəsini sevmək, onu hər şeydən üstün tutmaq, qorumaqdır. Məktəbimizin 7 nəfər məzunu doğma Qarabağımız uğrunda döyüşlərdə şəhid olub. Məktəbin həyətində onların xatirə lövhəsi yaradılıb. Şagirdlər müntəzəm olaraq onların xatirəsini əziz tutur, onlar kimi fədakar olacaqlarına, yarımçıq qalan arzularını yaşadacaqlarına, Vətəni onlar kimi qoruyacaqlarına and içirlər.

Mən yaradıcı adamam, istər məktəbdə, istərsə də digər bölgələrdə təşkil olunan çoxsaylı görüşlərdə vətənpərvərlik tərbiyəsinə xüsusi yer verirəm, çünki tərbiyə olmayan yerdə təlimdən danışmaq yersizdir.

Müstəqilliyimiz bizim əldə etdiyimiz ən böyük nailiyyətdir. Onun sabahı isə bizdən, biz tərbiyəçilərdən asılıdır. Ölkəmizin parlaq sabahını öz çiyinlərində aparacaq, zəngin mənəviyyata malik, elmi cəhətdən hazırlıqlı mütəxəssislər bu gün şagird partası arxasında əyləşənlərdir, ali məktəblərdə təhsil alanlardır. Onlar düzgün tərbiyə olunmalıdır.

Bunun üçün bizə hərtərəfli şərait və imkan yaradılıb. Hər il onlarla təlim-tərbiyə müəssisəsinin tikilib istifadəyə verilməsi, müasir, estetik cəhətdən çox gözəl maddi-texniki baza, informasiya-kommunikasiya texnologiyaları ilə tam təmin olunması, müasir qiymətləndirmə mexanizminin tətbiqi, əsas və orta təhsil üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi və s. hər birimizi ruhlandırmaqla bərabər, məsuliyyətimizi də artırır.

 Ölkə Prezidentinin sərəncamı ilə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin qalibi olmaq, bu sevinci dadmaq böyük şərəfdir. Bu, şərəf olmaqla bərabər, olduqca məsuliyyətli işdir.  Bu qiymətə layiq görülən bütün müsabiqə qalibləri - bu inamı, etimadı, qiyməti özümüz üçün borc hesab edir və onu doğrultmağa söz veririk. 

Əvəz Mahmud LƏLƏDAĞ,
Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbin direktoru

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

31 Dekabr 2010 - 51

Dünya azərbaycanlılarına
 
Prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim olundu
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
N.M.Vəlixanlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Heydər Əliyev Fondu "Buta" sarayında uşaqlar üçün bayram şənliyi təşkil edib
 
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində  yeni məktəblə tanış olub, uşaq bağçasının açılışında iştirak edib
 
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində əsaslı təmir və  yenidənqurma işlərindən sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış olub
 
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada və ölkənin 13 regionunda xeyriyyə aksiyaları keçirib
 
"Azərbaycan haqqında nə bilirəm?" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bir yaşını qeyd edib
 
VIII Respublika müsabiqəsinə yekun vuruldu
 
Ali məktəb tələbələri arasında XV Respublika fənn olimpiadası qalibləri mükafatlandırıldı
 
Dekabrın 25-də Təhsil Nazirliyində  Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının İdarə Heyətinin üzvləri və bu təşkilatda fəallıq göstərən bir qrup təhsil işçiləri ilə görüş keçirildi
 
Yeni il təbrikləri
 
Dünya xalqları Yeni ili necə qarşılayırlar?
 
İki özəl ali məktəbin fəaliyyətinə verilmiş lisenziyanın müddəti uzadıldı
 
Müasir texnologiyaların təqdimatı
 
Məktəbin 30 illiyi qeyd edildi
 
Ümumtəhsil fənləri tədrisinin ekoloji aspektləri
 
Milli həmrəyliyimiz milli fəxarətimizdir
 
Yaponiyanın Doşişa Universitetinin professoru ADU-da olub
 
"Azərbaycan, doğma Vətənim mənim!"
 
Böyük həyatın səhifələri
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında biologiya fənni üzrə nəticələr barədə
 
Qobustan rayonunun ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
Elmi-praktik konfrans
 
Sağlam cəmiyyətdə sağlam həyat tərzi
 
"Ekologiya ilinə töhfəmiz"
 
Əhəmiyyətli tədris vəsaiti: "Ekoloji atlas"
 
Məktəbdə yazıçı ilə görüş
 
"Ekologiya məktəblilərin gözü ilə"
 
Qarşılıqlı dərs dinləmə ənənə halını alıb
 
Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" maraqla qarşılandı
 
Təbiəti qoruyaq
 
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
 
2011-ci ildə təhsilimi Almaniyada davam etdirmək istəyirəm
 
Təhsil müəssisələrində bayram tədbirləri keçirildi
 
Yolka ağacı - Yeni ilin atributu
 
Elmini əməllərdə göstərən alim
 
Müsabiqənin qalibi olmaq böyük şərəfdir
 
Uğur və zirvə ili
 
Pedaqoji kollektivin sevinci
 
Balacaların bayram şənliyi
 
İxtiralar, ilk addımlar
 
İlin ən yaxşı şahmatçısı
 
Dünya universitetləri: Alberta Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov