Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

31 Dekabr 2010 - � 51

 

Uğur və zirvə ili

Bookmark and Share

2010-cu il mənim həyatımda uğur və zirvə ili oldu! Həm bu ildə, həm də həyatım boyu əldə etdiyim bütün uğur və nailiyyətlərimə görə öncə valideynlərimə, müəllimlərimə və sonra da məni əhatə edən yaxşı insanlara çox minnətdaram. Pedaqoji fəaliyyətimə 1996-cı ildə Xətai rayonundakı 204 nömrəli orta məktəbdə biologiya müəllimi kimi başladım. Hazırda da bu məktəbdə çalışıram. 2008-2009-cu tədris ilində "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi oldum. Pedaqoji fəaliyyətimdə çox nailiyyətlərim olub, ancaq 2010-cu ildə mənim bu fəaliyyətlərimin sırasına yeniləri də əlavə olundu: Biologiya fənn proqramının müəlliflərindən biri oldum, Biologiya fənn kurikulumunun hazırlanması və dərsliklərin qiymətləndirilməsi işçi qrupunun üzvü,  Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin məsləhətçisi, Kurikulum Portalının veb-masteri. 2010-2011-ci tədris ilinin 10 və 11-ci siniflər üçün "Ümumi biologiya" dərsliyinin həmmüəllifi olmaq şərəfinə də nail oldum. Dəfələrlə müxtəlif yerli və xarici ölkələrin konfrans, seminar və "dəyirmi masa"larında iştirak edərək yenə də müxtəlif diplom və sertifikatlara layiq görüldüm.  2010-cu  ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Moskva Pedaqoji Universiteti ilə birlikdə təşkil etdiyi uzaqdan təhsil yoluyla ixtisasartırma kursunu bitirdim.

Onu da qeyd edim ki,  mənim həyatımda 2010-cu ilin ən yaddaqalan  və ən önəmli hadisələrindən biri Beynəlxalq Müəllim Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup təhsil işçisinə verilən "Əməkdar müəllim" fəxri adı ilə təltif olunanların siyahısında mənim də adımın olması idi. Mən və mənim ailəm  bu xəbəri eşitcək çox şad olduq. Anam və atam da bu sevincimə şərik olub, mənim üzərimdə çəkdikləri zəhmətlərinin hədər getmədiyini və mənimlə fəxr etdiklərini bildirdilər. Biz ailəvi olaraq bunu ölkə başçısının təhsilə, təhsil işçilərinə davamlı olaraq göstərdiyi diqqət və qayğının yeni nümunəsi kimi qarşılayıb, müəllim əməyinə verilən yüksək qiymət kimi dəyərləndiririk.

Əməyimə, çoxillik fəaliyyətimə verilən böyük dəyərə görə möhtərəm Prezidentimiz İlham Əliyevə, hər zaman dəstəyini, köməyini hiss etdiyim təhsil naziri Misir Mərdanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevaya, işlədiyim məktəbin dəyərli kollektivinə, direktorumuz Ziba Rzayevaya öz dərin minnətdarlığımı bildirirəm.  Bu adın çox böyük məsuliyyəti var - bu adı layiqincə öz üzərində daşımaq məsuliyyəti! Mən bu məsuliyyəti öz üzərimdə hiss edir və bu adı  daha uca və yüksək zirvədə saxlamaqdan ötrü bütün imkanlarımı səfərbər edərək təhsil islahatımızı nəinki respublikamızda, hətta xarici ölkələrdə də layiqincə təmsil edəcəyəm.  Necə ki, bunu davamlı olaraq edirəm.

Bütün həmkarlarımı qarşıdan gələn yeni 2011-ci il münasibətilə ürəkdən təbrik edirəm. Əziz müəllimlər, qoy bu yeni ildə sizin ürəyinizdə olan yaşayıb-yaratmaq odu, öyrətmək eşqi heç vaxt sönməsin. Bir daha sizləri təbrik edir, sizlərə uzun ömür, cansağlığı və pedaqoji fəaliyyətinizdə yeni-yeni yaradıcılıq uğurları arzulayıram!  Müəllim bir ziyadır! Elə həmin ziyadan bol-bol içən pöhrələr də bu gün qol-budaq atıb, onun xoşbəxt müəllim  əməyinin bəhrəsini görən insan kimi şöhrət tapmasına səbəb olur! 2011-ci il həmişəki kimi UĞUR ilimiz olsun! 

Almaz HƏSRƏT

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

31 Dekabr 2010 - � 51

Dünya azərbaycanlılarına
 
Prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim olundu
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
N.M.Vəlixanlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Heydər Əliyev Fondu "Buta" sarayında uşaqlar üçün bayram şənliyi təşkil edib
 
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində  yeni məktəblə tanış olub, uşaq bağçasının açılışında iştirak edib
 
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində əsaslı təmir və  yenidənqurma işlərindən sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış olub
 
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada və ölkənin 13 regionunda xeyriyyə aksiyaları keçirib
 
"Azərbaycan haqqında nə bilirəm?" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bir yaşını qeyd edib
 
VIII Respublika müsabiqəsinə yekun vuruldu
 
Ali məktəb tələbələri arasında XV Respublika fənn olimpiadası qalibləri mükafatlandırıldı
 
Dekabrın 25-də Təhsil Nazirliyində  Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının İdarə Heyətinin üzvləri və bu təşkilatda fəallıq göstərən bir qrup təhsil işçiləri ilə görüş keçirildi
 
Yeni il təbrikləri
 
Dünya xalqları Yeni ili necə qarşılayırlar?
 
İki özəl ali məktəbin fəaliyyətinə verilmiş lisenziyanın müddəti uzadıldı
 
Müasir texnologiyaların təqdimatı
 
Məktəbin 30 illiyi qeyd edildi
 
Ümumtəhsil fənləri tədrisinin ekoloji aspektləri
 
Milli həmrəyliyimiz milli fəxarətimizdir
 
Yaponiyanın Doşişa Universitetinin professoru ADU-da olub
 
"Azərbaycan, doğma Vətənim mənim!"
 
Böyük həyatın səhifələri
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında biologiya fənni üzrə nəticələr barədə
 
Qobustan rayonunun ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
Elmi-praktik konfrans
 
Sağlam cəmiyyətdə sağlam həyat tərzi
 
"Ekologiya ilinə töhfəmiz"
 
Əhəmiyyətli tədris vəsaiti: "Ekoloji atlas"
 
Məktəbdə yazıçı ilə görüş
 
"Ekologiya məktəblilərin gözü ilə"
 
Qarşılıqlı dərs dinləmə ənənə halını alıb
 
Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" maraqla qarşılandı
 
Təbiəti qoruyaq
 
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
 
2011-ci ildə təhsilimi Almaniyada davam etdirmək istəyirəm
 
Təhsil müəssisələrində bayram tədbirləri keçirildi
 
Yolka ağacı - Yeni ilin atributu
 
Elmini əməllərdə göstərən alim
 
Müsabiqənin qalibi olmaq böyük şərəfdir
 
Uğur və zirvə ili
 
Pedaqoji kollektivin sevinci
 
Balacaların bayram şənliyi
 
İxtiralar, ilk addımlar
 
İlin ən yaxşı şahmatçısı
 
Dünya universitetləri: Alberta Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov