Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

31 Dekabr 2010 - � 51

 

Sağlam cəmiyyətdə sağlam həyat tərzi

Bookmark and Share

 Ölkə Prezidenti İlham Əliyevin 28 iyun 2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə qarşı, narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı"ndan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Azərbaycan Müəllimlər İnstitutu Tələbə Elmi Cəmiyyətinin xətti ilə "Narkotiklərə yox!" devizi altında  narkomaniyaya qarşı  profilaktik tədbirlər ayı elan olunmuş, dekabrda aylığa yekun vurulmuşdur. Tələbələr narkotik vasitələrin və psixotrop maddələrin zərəri, narkomaniya ilə mübarizə yolları haqqında məqalə və tezislərlə cəmiyyətdə sağlam həyat tərzini nə dərəcədə dəstəklədiklərini və qoruduqlarını tələbə elmi konfransında nümayiş etdirmişlər. 

"Sağlam cəmiyyətdə sağlam həyat tərzi" mövzusunda konfransı giriş sözü ilə institutun rektoru, professor A.Naxçıvanlı açmışdır. Siyasi elmlər doktoru, millət vəkili A.Naxçıvanlı həm özünün ictimai-siyasi fəaliyyətində, həm də rəhbərlik etdiyi təhsil müəssisəsinin həyata keçirdiyi bütün tədbirlərdə gənc nəslin sağlamlığını, intellektual və fiziki inkişafını daim diqqət mərkəzində saxladığını qeyd etmişdir. Tələbələr arasında keçirilən sorğu əsasında onların elmə, idmana maraqlarının genişləndirilməsi üçün gənclərin ictimai fəallıqlarının artırılması vacibdir. Narkomaniyaya qarşı maarifləndirmənin roluna toxunulmuşdur.

Konfransın işində Azərbaycan Respublikası təhsil nazirinin müavini E.Qasımov, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbəri A.Əliquliyev, Bakı şəhər Narkoloji Dispanserin həkimi L.Cəfərova, Azərbaycan Dövlət İqtisad Universitetinin elmi işlər üzrə prorektoru, professor Ə.Bayramov, institutun Sumqayıt filialının tələbələri və professor -müəllim heyəti ilə yanaşı, ixtisasartırma fakültəsinin müdavimləri də iştirak etmişlər.

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbəri A.Əliquliyev narkomaniyaya qarşı mübarizədə ailə və cəmiyyətin hər bir üzvünün məsuliyyət daşıdığı, profilaktik iş apararkən narkotik asılılıqdan qurtarmanın əsas prinsipləri haqqında geniş məruzə etmişdir. Narkoloji dispanserin həkimi L.Cəfərovanın Azərbaycanda narkomanlığın törətdiyi fəsadlar - QİÇS, hepatit xəstəlikləri barədə statistik məlumatları, narkomaniyaya qarşı profilaktika qaydaları və abstensiya haqqında çıxışları konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Psixologiya elmləri doktoru, professor R.Əliyev narkomaniyanın inkişaf etməsi və formalaşmasının psixi və fiziki asılılıqlarını xarakterizə etmişdir.

İnstitutun tələbələrindən İ.Əsgərov, F.Bayramova, AMİ-nin Sumqayıt filialının tələbəsi N.Əsgərova çıxış edərək narkotik maddələr qəbulunun vurduğu bəlalardan danışdılar.

XX yüzilliyin ümumbəşəri bəlasına çevrilmiş, bu gün fiziki mənada insanların genefonduna sarsıdıcı zərbə vuran, qarşısıalınmaz çətinlik və xəstəliklər törədən narkomaniyanın konkret səbəbləri konfransın yekununda ümumiləşdirilmişdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin elmi işlər üzrə prorektoru, professor Ə.Bayramov konfransın gedişində tələbə - müəllim qarşılıqlı əməkdaşlığını ürəkdən bəyəndiyini bildirmiş, psixologiya üzrə fəlsəfə doktoru İ.Quliyevanın "Narkomaniya və sağlamlıq" mövzusunda təqdimatı konfrans iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır.

Konfransın işinə nazir müavini E.Qasımov çıxışı ilə yekun vurmuşdur. 

Nazilə ABDULLAZADƏ,
Azərbaycan Müəllimlər İnstitutunun 
elmi işlər üzrə prorektoru

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

31 Dekabr 2010 - � 51

Dünya azərbaycanlılarına
 
Prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim olundu
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
N.M.Vəlixanlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Heydər Əliyev Fondu "Buta" sarayında uşaqlar üçün bayram şənliyi təşkil edib
 
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində  yeni məktəblə tanış olub, uşaq bağçasının açılışında iştirak edib
 
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində əsaslı təmir və  yenidənqurma işlərindən sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış olub
 
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada və ölkənin 13 regionunda xeyriyyə aksiyaları keçirib
 
"Azərbaycan haqqında nə bilirəm?" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bir yaşını qeyd edib
 
VIII Respublika müsabiqəsinə yekun vuruldu
 
Ali məktəb tələbələri arasında XV Respublika fənn olimpiadası qalibləri mükafatlandırıldı
 
Dekabrın 25-də Təhsil Nazirliyində  Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının İdarə Heyətinin üzvləri və bu təşkilatda fəallıq göstərən bir qrup təhsil işçiləri ilə görüş keçirildi
 
Yeni il təbrikləri
 
Dünya xalqları Yeni ili necə qarşılayırlar?
 
İki özəl ali məktəbin fəaliyyətinə verilmiş lisenziyanın müddəti uzadıldı
 
Müasir texnologiyaların təqdimatı
 
Məktəbin 30 illiyi qeyd edildi
 
Ümumtəhsil fənləri tədrisinin ekoloji aspektləri
 
Milli həmrəyliyimiz milli fəxarətimizdir
 
Yaponiyanın Doşişa Universitetinin professoru ADU-da olub
 
"Azərbaycan, doğma Vətənim mənim!"
 
Böyük həyatın səhifələri
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında biologiya fənni üzrə nəticələr barədə
 
Qobustan rayonunun ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
Elmi-praktik konfrans
 
Sağlam cəmiyyətdə sağlam həyat tərzi
 
"Ekologiya ilinə töhfəmiz"
 
Əhəmiyyətli tədris vəsaiti: "Ekoloji atlas"
 
Məktəbdə yazıçı ilə görüş
 
"Ekologiya məktəblilərin gözü ilə"
 
Qarşılıqlı dərs dinləmə ənənə halını alıb
 
Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" maraqla qarşılandı
 
Təbiəti qoruyaq
 
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
 
2011-ci ildə təhsilimi Almaniyada davam etdirmək istəyirəm
 
Təhsil müəssisələrində bayram tədbirləri keçirildi
 
Yolka ağacı - Yeni ilin atributu
 
Elmini əməllərdə göstərən alim
 
Müsabiqənin qalibi olmaq böyük şərəfdir
 
Uğur və zirvə ili
 
Pedaqoji kollektivin sevinci
 
Balacaların bayram şənliyi
 
İxtiralar, ilk addımlar
 
İlin ən yaxşı şahmatçısı
 
Dünya universitetləri: Alberta Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov