Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

31 Dekabr 2010 - � 51

 

Dünya azərbaycanlılarına

Bookmark and Share

Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Hər birimizdə böyük sevinc və səmimi duyğular oyadan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində sizi ürəkdən salamlayır və ən xoş arzularımı yetirirəm.

Müstəqil Azərbaycan dövlətinin mövcudluğu dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və həmvətənlərimizin təşkilatlanması üçün geniş imkanlar yaradır. Eyni zamanda, xaricdə yaşayan soydaşlarımız da ölkəmizin inkişafına, qarşıya çıxan problemlərin həllinə yaxından kömək göstərməyə çalışırlar. Bu köməyin səmərəli olması məhz həmvətənlərimizin möhkəm birliyi, mütəşəkkilliyi və yaxşı təşkilatlanması sayəsində mümkündür. Ona görə də Azərbaycan dövləti diaspor quruculuğu işinə böyük əhəmiyyət verir və bu prosesə hərtərəfli yardım göstərir. Sevindirici haldır ki, xaricdəki həmvətənlərimiz arasında azərbaycançılıq ideyaları, milli mənəvi dəyərlərimiz getdikcə daha dərin kök salır. Onlar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında mühüm mövqelərə sahib olmaqla yanaşı, həm də Azərbaycanın dünyaya təqdim olunmasına, maddi və mənəvi irsimizin təbliğinə, ölkəmiz əleyhinə yönəlmiş ideoloji təxribatların qarşısının alınmasına öz töhfələrini verirlər. Düşünürəm ki, diaspor qurumlarımız bu sahədəki səylərini bundan sonra da artırmalı, intellektual potensialı ilə maddi resurslarını birləşdirməli, xarici ölkələrdəki diplomatik korpuslarımızla əlaqələrini genişləndirməlidirlər. Gələn il Bakı şəhərində Dünya Azərbaycanlılarının III qurultayı keçiriləcəkdir. Əminəm ki, qurultayda diaspor təşkilatlarının fəaliyyəti dərindən təhlil olunacaq, qəbul edilən qərarlar soydaşlarımızın mütəşəkkilliyinin və təşkilati çevikliyinin gücləndirilməsinə təkan verəcəkdir.

Azərbaycan dövlətinin iqtisadi-siyasi, sosial-mədəni qüdrətinin artması və dinamik inkişafı bütün dünya azərbaycanlılarının arzusudur. Yola salmağa hazırlaşdığımız 2010-cu ildə bütün sahələrdə nəzərdə tutulmuş proqramlar uğurla icra edilmişdir. Ölkəmizdə yaradılmış güclü inkişaf potensialı, səmərəli idarəetmə sistemi dövlətimizin çətin sınaqlardan alnıaçıq çıxmasına imkan verir.

Hazırda respublikamızda sabit və sağlam ictimai-siyasi mühit hökm sürür. Cari ilin noyabrında keçirilmiş parlament seçkiləri ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun təntənəsini və xalqımızın bu kursa inamını, cəmiyyətimizin siyasi yetkinliyini və mütəşəkkilliyini bir daha nümayiş etdirdi.

Qazandığımız uğurlara baxmayaraq, hələ də müharibə şəraitində yaşadığımızı unutmamalıyıq. Hazırda qarşımızda ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdən vacib vəzifə yoxdur. Bu, bizim ümummilli işimizdir. Məhz bu amil bizi dövlətimizin müdafiə qabiliyyətinin artırılmasına, silahlı qüvvələrin gücləndirilməsinə xüsusi diqqət yetirməyə sövq edir. Biz yenidən qan tökülməsinin, dağıntıların və humanitar faciələrin qarşısının alınması üçün hələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışırıq. Lakin Azərbaycanın bu məsələ ilə bağlı prinsipial mövqeyi dəyişməz qalır: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Fəxrlə deyə bilərəm ki, bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bizim gücümüz tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür. Ona görə də harada yaşamağımızdan asılı olmayaraq milli birlik və həmrəylik ideyaları, bizi birləşdirən əsas dəyərlər kimi, hər birimizin düşüncəsinə hakim kəsilməlidir.

Əziz bacı və qardaşlar!

Dünya Azərbaycanlılarının Həmrəylik Günü soydaşlarımızın Vətən sevgisini, xalqımızın tarix və mədəniyyətinə hörmətini, dövlətimizə və azərbaycançılıq ideyalarına sədaqətini əks etdirir. Bu bayram münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edir, hər birinizə xoşbəxtlik, firavanlıq və bütün işlərinizdə uğurlar arzulayıram!  

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 dekabr 2010-cu il

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Rəsmi" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

31 Dekabr 2010 - � 51

Dünya azərbaycanlılarına
 
Prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim olundu
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
N.M.Vəlixanlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Heydər Əliyev Fondu "Buta" sarayında uşaqlar üçün bayram şənliyi təşkil edib
 
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində  yeni məktəblə tanış olub, uşaq bağçasının açılışında iştirak edib
 
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində əsaslı təmir və  yenidənqurma işlərindən sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış olub
 
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada və ölkənin 13 regionunda xeyriyyə aksiyaları keçirib
 
"Azərbaycan haqqında nə bilirəm?" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bir yaşını qeyd edib
 
VIII Respublika müsabiqəsinə yekun vuruldu
 
Ali məktəb tələbələri arasında XV Respublika fənn olimpiadası qalibləri mükafatlandırıldı
 
Dekabrın 25-də Təhsil Nazirliyində  Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının İdarə Heyətinin üzvləri və bu təşkilatda fəallıq göstərən bir qrup təhsil işçiləri ilə görüş keçirildi
 
Yeni il təbrikləri
 
Dünya xalqları Yeni ili necə qarşılayırlar?
 
İki özəl ali məktəbin fəaliyyətinə verilmiş lisenziyanın müddəti uzadıldı
 
Müasir texnologiyaların təqdimatı
 
Məktəbin 30 illiyi qeyd edildi
 
Ümumtəhsil fənləri tədrisinin ekoloji aspektləri
 
Milli həmrəyliyimiz milli fəxarətimizdir
 
Yaponiyanın Doşişa Universitetinin professoru ADU-da olub
 
"Azərbaycan, doğma Vətənim mənim!"
 
Böyük həyatın səhifələri
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında biologiya fənni üzrə nəticələr barədə
 
Qobustan rayonunun ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
Elmi-praktik konfrans
 
Sağlam cəmiyyətdə sağlam həyat tərzi
 
"Ekologiya ilinə töhfəmiz"
 
Əhəmiyyətli tədris vəsaiti: "Ekoloji atlas"
 
Məktəbdə yazıçı ilə görüş
 
"Ekologiya məktəblilərin gözü ilə"
 
Qarşılıqlı dərs dinləmə ənənə halını alıb
 
Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" maraqla qarşılandı
 
Təbiəti qoruyaq
 
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
 
2011-ci ildə təhsilimi Almaniyada davam etdirmək istəyirəm
 
Təhsil müəssisələrində bayram tədbirləri keçirildi
 
Yolka ağacı - Yeni ilin atributu
 
Elmini əməllərdə göstərən alim
 
Müsabiqənin qalibi olmaq böyük şərəfdir
 
Uğur və zirvə ili
 
Pedaqoji kollektivin sevinci
 
Balacaların bayram şənliyi
 
İxtiralar, ilk addımlar
 
İlin ən yaxşı şahmatçısı
 
Dünya universitetləri: Alberta Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov