Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Yanvar 2011 - 01

 

BDU-da qış imtahan sessiyası başlayıb

 

BDU-nun rektoru, akademik Abel Məhərrəmovun imzaladığı əmrə əsasən, Bakı Dövlət Universitetinin əyani şöbəsində qış imtahan sessiyası başlayıb. Yanvarın 31-də başa çatacaq imtahanlar 3 növbəli olacaq və bütün fakültələr üzrə elektron və alternativ test, o cümlədən monitorinq üsulu ilə həyata keçiriləcək.

İmtahan başlamazdan öncə fakültə dekanları, koordinator və rəhbər koordinatorların iştirakı ilə rektorun görüşü keçirilib. Akademik Abel Məhərrəmov qış imtahan sessiyası haqqında danışıb, dekanları, koordinator və rəhbər koordinatorları prosesə ciddi nəzarət etməyə, tələbələrin biliyini obyektiv qiymətləndirməyə çağırıb. Rektor bildirib ki, tələbələrə daha ciddi nəzarət etmək, köçürmə hallarının qarşısını almaq üçün bütün auditoriyalarda kameralar quraşdırılıb. Bu işlərə Elektron Tədris Mərkəzi nəzarət edəcək. Rektor mərkəz haqqında danışaraq bildirib ki, qurum BDU-nun 2006-cı ildən etibarən Boloniya prosesinə qoşulması ilə əlaqədar bu prosesin prinsiplərinin həyata keçirilməsinə, universitetdə bakalavriat və magistratura pillələri üzrə tədris prosesinin gedişinə, eyni zamanda imtahan sessiyasının mütəşəkkil keçirilməsinə nəzarət etmək məqsədilə yaradılıb.

Daha sonra çıxış edən tədris işləri üzrə prorektor, professor Vüsət Əfəndiyev bugünkü imtahanların 5 fakültə, 38 auditoriyada aparılacağını bildirib. Prorektor məlumat verərək bildirib ki, monitorinq imtahanlarına 3, testlə keçiriləcək imtahanlara isə 2 saat vaxt veriləcək. Tələbələr qiymətlərini növbəti gün saat 13.00-da dekanlıqlardan öyrənə biləcəklər.

İmtahanlara nəzarət edəcək müəllimlərin bölgüsü başa çatdıqdan sonra rektor imtahan keçirilən auditoriyalarda olub. Fizika fakültəsinin diferensial tənliklər, riyazi-fizika üsulları, praktik astrofizika, biologiya fakültəsinin isə  torpaq eroziyası, entimologiya, fəlsəfə, onurğalılar zoologiyası və mərkəzi sinir sistemi fənlərindən imtahan verən  II, III və IV kurs tələbələri ilə söhbət edib, sualların keçirilmiş mühazirə mətnlərinə uyğun olub-olmaması ilə maraqlanıb. 

Tələbələrə uğurlar arzulayan rektor onları biliklərinin obyektiv qiymətləndiriləcəyinə əmin edib.  

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov