Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Yanvar 2011 - �01

 

Təhsil Nazirliyində 2010-cu ilə dair illik hesabatlar dinlənildi

 

 Yanvarın 6-da Təhsil Nazirliyində Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi və  Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin 2010-cu ilə dair illik hesabatları dinlənilib.

Qeyd edək ki, hesabat iclasları Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi işinin təşkili barədə "Dövlət qulluğu haqqında" Qanuna uyğun olaraq Təhsil Nazirliyi mərkəzi aparatının əməkdaşlarının 2010-cu il ərzində xidməti fəaliyyətinin qiymətləndirilməsi işinin daha səmərəli təşkili ilə əlaqədar verilən müvafiq əmrə əsasən keçirilir.

Tədbiri giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq bildirib ki, bu gündən başlayaraq nazirliyin bütün şöbələrinin 2010-cu il ərzində gördükləri işlərlə bağlı hesabatları dinləniləcək.

İclasda Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov çıxış edərək rəhbəri olduğu şöbənin əsas vəzifə və funksiyalarından söz açıb. F.Qədirovun verdiyi məlumata görə, ötən il şöbə tərəfindən nazirliyin 3 illik Strateji Planı və 2010-cu il üçün illik fəaliyyət planı hazırlanıb. Şöbə müdiri bildirib ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" sənəd hazırlanıb, bununla əlaqədar Nazirlər Kabineti tərəfindən müvafiq qərar imzalanıb.

Ölkənin ümumtəhsil məktəblərində mövcud vakansiyaların ümumiləşdirildiyini və təhlil olunaraq dövlət sifarişinin hazırlandığını qeyd edən şöbə müdiri əlavə edib ki, ötən il ucqar kənd məktəblərinə həvəsləndirmə tədbirləri tətbiq olunmaqla 800 nəfər pedaqoji kadr göndərilib. Bildirilib ki, 2010-2011-ci tədris ili üçün ölkənin ümumtəhsil məktəblərində 288 vakant müəllim yeri müəyyənləşdirilib və işə qəbulla bağlı reqlament nazirliyin İnternet saytında yerləşdirilib.

Bir sıra proqram və layihələrin icrası istiqamətində görülən işlərdən bəhs edən F.Qədirov, eyni zamanda ixtisasartırma təhsili müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsi məqsədilə ötən il şöbənin nəzdində Əlavə təhsil sektorunun yaradıldığı, bununla bağlı sənədlərin hazırlandığı və müvafiq tədbirlərin həyata keçirildiyi barədə məlumat verib, qarşıda duran vəzifələri nəzərə çatdırıb.

Sonra Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin müdiri Samir Məmmədov illik hesabatında qeyd edib ki, Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı fəaliyyət göstərən bu idarə 3 şöbədən ibarətdir.

S.Məmmədov qeyd edib ki, ölkəmizin 500 təhsil müəssisəsində kompüter sinifləri, müəllim və direktorların otaqlarını əhatə edən lokal şəbəkələr yaradılıb. İdarə müdiri ümumilikdə 1000 təhsil müəssisəsinin İnternet şəbəkəsinə qoşulduğunu diqqətə çatdırıb. Samir Məmmədov hesabatında ümumtəhsil məktəblərində çalışan müəllimlərin İKT bacarıqlarının artırılmasından, müvafiq sahədə aparılan işlərdən və bu istiqamətdə mövcud olan problemlərdən danışıb.

Konfransda hər iki hesabatla əlaqədar  sual və təkliflər səsləndirilib.

Tədbiri yekunlaşdıran təhsil naziri Misir Mərdanov Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin nazirliyin ayrı-ayrı şöbələri ilə daha sıx əlaqəli işləmələrini tövsiyə edib, qarşıda duran vəzifələri  nəzərə çatdrıb. 

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov