Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Yanvar 2011 - 01

 

Naxçıvan memarlığı Ukraynada təbliğ olunur

 

NDU-nun Elmi Kitabxanasında universitetin Memarlıq kafedrasının müdiri, memarlıq namizədi Qadir Əliyevin "Memar Əcəmi Naxçıvani yaradıcılığında ahəngdarlıq" kitabının təqdimatı keçirildi.  Xatırladaq ki, 2007-ci ildə Azərbaycan dilində nəşr olunan, Ukraynada yenicə işıq üzü görmüş kitab rusdilli elmi ictimaiyyət tərəfindən də böyük maraqla qarşılanmışdır. Sevastopol Milli Universitetinin professoru, tarix elmləri doktoru D.Q.Sidorukun rəyi ilə çap olunan nəşr Ukraynada da tədris vəsaiti kimi geniş yayılmışdır.

Təqdimat mərasimini giriş sözü ilə akademik, rektor İsa Həbibbəyli açaraq universitet kitabxanasında yeni elmi, kütləvi və bədii nəşrlərin təbliği istiqamətində görülən təqdirəlayiq işlərdən danışdı. Qadir Əliyevin elmi-pedaqoji fəaliyyətindən söz açan natiq yeni nəşri Azərbaycan memarşünaslıq elminin ən yüksək nailiyyətlərindən biri kimi dəyərləndirdi. Millət vəkili qeyd etdi ki, əsər Azərbaycan-Ukrayna elmi əlaqələrinin inkişafı, Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanın qədim tarixinin, şəhərsalma mədəniyyətinin, milli mənəviyyatımızın dünyada təsdiqi baxımından da qiymətlidir.

Memarlıq kafedrasının baş müəllimi, memarlıq elmləri üzrə fəlsəfə doktoru Gülnarə Qənbərova kitabın Naxçıvanın nadir memarlıq abidələrinin harmoniya və mütənasiblik problemlərinin təhlili, həndəsi mütənasiblik prinsiplərinin izahı, memarlıq formalarının, həndəsi fiqurların qrafiki analizlərinin verilməsi baxımından qiymətli elmi mənbə olduğunu bidirdi.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə əsərdə ilk dəfə olaraq Azərbaycan orta əsr memarlıq nümunələrinin səlcuq-türk-İslam mədəniyyətinin sintezi kimi tədqiqata cəlb olunduğunu, yaradılışın fəlsəfəsinin, Əcəmi düşüncə tərzinin açıldığını vurğuladı.

Azərbaycan-Qobustan radiosunun yaradıcısı Həbib Əliyev Azərbaycan-Ukrayna elmi-ədəbi əlaqələrinin inkişafından, mənfur ermənilərin əsassız Naxçıvan iddialarını rədd etmək üçün bu cür elmi nəşrlərin dünyada yayılmasının əhəmiyyətindən danışdı.

Xarici tələbələrlə iş üzrə dekan, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli müəllifi həmkarları adından təbrik edərək kitabda həndəsi harmoniya ilə orta əsr fəlsəfəsi və poeziyasının üzvi bağlılığı haqqında da maraqlı nüanslara rast gəlindiyini xatırlatdı. 

Sonda müəllif tədbirin təşkilatçılarına minnətdarlıq etdi. Ümummilli lider Heydər Əliyevin Azərbaycan incəsənətinin inkişafındakı xidmətlərindən danışan Qadir Əliyev gənclərə tövsiyələrini çatdırdı. Müəllif kitabın araya-ərsəyə gəlməsində akademik İsa Həbibbəylinin, AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin, mərhum memarşünas alimlər - Əbülfəz Hüseyninin və Tağı Qasımoğlunun müstəsna rolunu qeyd etdi.

Tədbirdə memarşünas alimin həyat və fəaliyyətindən bəhs edən sərgi və slayd da nümayiş etdirildi.                

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov