Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Yanvar 2011 - �01

 

Kollecdə yüksək intellektli kadrlar hazırlanır

 

Ölkəmizin bütün sahələrində olduğu kimi, təhsil sahəsində də aparılan məqsədyönlü islahatlar bu gün öz bəhrəsini verməkdədir. Gənclərimizin hərtərəfli inkişafını prioritet istiqamət kimi qəbul edən orta və ali təhsil ocaqları bu sahədə ardıcıl və məqsədyönlü iş aparmaqla bir çox uğurlara imza atıblar. Belə təhsil müəssisələrindən biri də Bakı Dövlət Sosial İqtisad Kollecidir. Kollecin direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Mübariz Mahmudovla söhbətimiz də bu təhsil ocağının tarixi, fəaliyyəti və uğurları ilə bağlıdır.

- Mübariz müəllim, təhsil ocağının tarixi və bu günü haqqında məlumat verməyinizi xahiş edirik.

- Kollecimiz 1966-cı ildə cəmi 150 tələbə və 11 müəllimlə texnikum kimi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 nömrəli qərarı ilə Bakı Plan İqtisad Texnikumunun bazasında Bakı Dövlət Sosial İqtisad Kolleci yaradılmışdır. Hazırda məktəbimizdə 1412 tələbə təhsil alır. Onlardan 943 nəfəri əyani, 469 nəfəri isə qiyabi şöbədə oxuyur. Onların təlim-tərbiyəsi ilə məşğul olan 128 müəllim işinin öhdəsindən layiqincə gəlir.

Bildiyimiz kimi, 2010-cu il yanvarın 13-də Nazirlər Kabineti "2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı" haqqında qərar qəbul edib. Qərarda ölkəmizdə orta ixtisas təhsili sisteminin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi, ölkə iqtisadiyyatının inkişafı istiqamətlərinə əsasən əmək bazarının tələbatına uyğun istehsal və xidmət sahələrinin yüksək keyfiyyətli orta ixtisas təhsilli kadrlarla təmin olunması nəzərdə tutulur. Həmin qərar kollektivin Pedaqoji Şurasında geniş müzakirə olunmuş və əməli işimizdə konkret fəaliyyət proqramı kimi qəbul edilmişdir.

Son illər kollecin maddi-texniki bazasının yaxşılaşdırılmasında xeyli iş görülmüş, tədrisdə istifadə olunan avadanlıqlar müəyyən qədər təzələnmiş, iki ixtisaslaşmış kompüter kabineti yaradılmış, kabinetlərdən biri sürətli İnternetə qoşulmuş, istilik sistemi bərpa olunmuş, dam örtüyü dəyişdirilmiş, köhnə pəncərələr yenisi ilə əvəz olunmuşdur. Kollecin binasının əsaslı təmirinə başlanmışdır.

- Mübariz müəllim, rəhbərlik etdiyiniz kollec hansı ali təhsil ocaqları ilə əlaqə saxlayır?

- Orta ixtisas təhsili fasiləsiz təhsil sisteminin tərkib hissəsidir və nəticə etibarilə  bir-biri ilə üzvi surətdə bağlı olan iki əsas məsələni həll edir. Yəni yeniyetmələr müxtəlif peşələrə yiyələnməklə yanaşı, eyni zamanda ümumi icbari təhsil də alırlar.

Bütün ölkədə olduğu kimi bizim kollecdə də təhsil məzmununda dəyişikliklər aparılmış, kadr hazırlığı aparılan ixtisaslar və istiqamətlər üzrə orta ixtisas təhsilinin standartları və buna müvafiq yeni tədris planları və proqramları hazırlanmışdır.

Kollecimizdə bütün ixtisaslar üzrə 100 ballıq sistemə keçilmişdir. Xüsusi qeyd etməliyəm ki, bu sistemə keçid tələbələrin məsuliyyətini xeyli artırmışdır.

Kollecimiz bir sıra ali təhsil müəssisələri ilə, o cümlədən Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universiteti ilə sıx əlaqə saxlayır. Elə bunun nəticəsidir ki, hər il məzunlarımızın 10-15 faizi ali məktəblərə qəbul olunur. Onlardan bəziləri hətta 550, 580, 600 balla Bakı Dövlət Universitetinə və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olublar.

Yeri gəlmişkən, qeyd edim ki, məzunlarımızdan Kamran Əlizadə bu təhsil ocağını bitirdikdən sonra təhsilini BDU-da davam etdirib və hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifədə çalışır. Fərid Quliyev də bizim məktəbi bitirdikdən sonra ADİU-da təhsilini davam etdirib, hazırda bank işində yüksək vəzifədə işləyir. 2009-cu ildə isə məzunlarımızdan Zümrüd Hüseynova 625 balla BDU-nun filologiya fakültəsinə qəbul olub. Fəxrlə deyə bilərəm ki, hazırda respublikanın müxtəlif elm və istehsalat sahələrində layiqincə çalışan məzunlarımız vardır.

- Təhsil ocağında hansı ixtisaslar üzrə kadrlar hazırlanır?

- Kollecimizdə iqtisadiyyat təmayüllü ixtisaslar üzrə mühasibat uçotu və audit (təftişçi), maliyyə işi, bank işi, menecment və gömrük işi, hüquq təmayüllü ixtisaslar üzrə isə hüquq, hüquq-mühafizə fəaliyyəti, Dövlət Yol Polisinin inzibati hüquq fəaliyyəti və informatika müəllimi ixtisasları üzrə kadrlar hazırlanır.

- Torpaqlarımızın bir qisminin işğal altında olduğu zamanda kollecinizdə tələbələrin vətənpərvərlik ruhunda tərbiyəsinə necə diqqət yetirilir?

- Məktəbimizdə mütəmadi olaraq ümummilli lider Heydər Əliyevin siyasi kursu, azərbaycançılıq ideyaları təbliğ olunur. "Vətənin hər qarış torpağı uğrunda ölməyə hazırıq" devizi altında bir sıra diskussiyalar aparılır. Müharibə veteranları, şəhid ailələri, digər ziyalılarla görüşlər keçirilir, şəhidlər xiyabanlarına, tarixi yerlərə ekskursiyalar təşkil edilir. Kollecimizin məzunlarından Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Araz Pirimovun, Mübariz Sahibovun, Zaur Ələkbərovun xatirəsini əbədiləşdirən guşə yaradılmışdır. Məktəbimizdə həmçinin bu il böyük şücaət göstərərək Vətən uğrunda canından keçən Milli Qəhrəman Mübariz İbrahimovun da xatirəsinə xüsusi guşə yaradılmış və qəhrəman haqqında tələbələrə ətraflı məlumat verilmiş, doğulub boya-başa çatdığı Biləsuvar rayonuna və Bakıdakı iki nömrəli fəxri və şəhidlər xiyabanına - məzarı üstünə ziyarət təşkil edilmişdir.

Kollecimizdə tələbələrin fiziki tərbiyəsinə də xüsusi diqqət yetirilir. Təhsil ocağında fəaliyyət göstərən idman zalı, voleybol və futbol meydançaları gənclərin ixtiyarına verilib. İdmanı tədris edən müəllimlər tələbələrin sağlamlığının  təminatçısı kimi çalışır və bu yolda əllərindən gələni əsirgəmirlər. Təsadüfi deyil ki, 2008 və 2009-cu illərdə kolleclər arasında keçirilən basketbol və voleybol yarışlarında məktəbimizin qızlar və oğlanlar komandaları I yeri tutmuşlar.

2010-cu ildə Şən və Hazırcavablar Klubunun təşkil etdiyi məktəblərarası yarışlarda kollecimizin komandası I yeri tutub.

Tələbələrimizin ictimai mühitdə tutduqları mövqe, əldə etdikləri nailiyyətlər deməyə əsas verir ki, kollecimizdə yüksək intellektli kadrlar hazırlanır.

- Təhsil müəssisələrinin nailiyyətləri müəllimlərinin fəaliyyəti ilə ölçülür. Siz necə, müəllimlərinizin işindən razısınızmı?

- Bu gün kollecimizin bütün müəllimləri işini günün tələbi səviyyəsində qurmağa səy göstərir və buna nail olurlar. Onların arasında elmlər doktoru və elmlər namizədləri elmi dərəcələri olanlar vardır. Kollecimizdə vaxtaşırı keçirilən müşavirələrdə, Pedaqoji Şuralarda müəllimlərin əməyi qiymətləndirilir, tədrisin yüksək səviyyədə aparılmasına dair addımlar atılır, yaranmış problemlərin aradan qaldırılması üçün təcili tədbirlər görülür. Müəllimlərimizdən Fikrət Əhmədovun, Qələndər Muxtarovun, Rəfail Əhmədovun, Seyidağa Rzayevin, Nigar Umarovanın, Hüseyn Qələndərovun və başqalarının yaxşı işindən danışmağa dəyər.

- Sonda həmkarlarınıza və gənclərə tövsiyəniz.

- Ümummilli liderimiz Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycan Respublikamızı göz bəbəyimiz kimi qorumağı, torpaqlarımızın hər qarışı uğrunda canımızdan keçməyə hazır olmağı tövsiyə edirəm.

- Müsahibəyə görə çox sağ olun.  

Nizami MİRZƏ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov