Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Yanvar 2011 - 01

 

Dünya universitetlər

 

Leyden Universiteti

 
  Yerləşir: Niderland Krallığı, Leyden şəhəri  
Yaranma tarixi: 1575-ci il
Tipi: Dövlət 
İşçi heyətinin ümumi sayı: 3926 nəfər
Tələbələrin ümumi sayı: 18778 nəfər 
İllik gəlirləri: 477800000 avro
İllik xərcləri:  462800000 avro
Rəsmi saytı: www.leiden.edu

Leyden Universiteti (Leiden University) Niderlandın Leyden şəhərində yerləşir və ölkənin ən qədim ali təhsil ocaqlarından biridir.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Leyden Universiteti 100 ən yaxşı ali məktəb arasında 60-cı yerdə olub. 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında Leyden Universiteti "Times Higher Education World University Rankings"in apardığı araşdırmaya əsasən, 124-cü, "QS World University Rankings"in açıqlamasına görə isə 82-ci yeri tutub. 

Tarixi 

1575-ci ilə qədər Hollandiyanın şimalında hələ də universitet yox idi. Burada yeganə universitet Leuven şəhərində yerləşirdi, lakin ona nəzarəti ispanlar ələ keçirmişdilər. Elmi Renessans ərəfəsində ispanların hücumlarına qarşı müdafiəsinə görə Leyden şəhərinə şahzadə Villiam tərəfindən mükafat verilir. Həmin mükafat  ilk holland universitetinin bu şəhərdə yaradılması olur. Deyilənə görə, Leyden vətəndaşlarına universitet yaradılması və ya müəyyən vergilərdən azad olunması arasında seçim təklif edilib. Lakin vətəndaşlar bildiriblər ki, vergilərdən azad  edilmək haqqında qanun dəyişir, Avropanın böyük universitetləri isə əsrlər boyu yaşayır.

Leyden Tibb MərkəziƏvvəllər Müqəddəs Barbara kilsəsində yerləşən universitet 1581-ci ildə Ağ Rahibələr kilsəsinə köçürülür. 1616-cı ildə universitetin əvvəlki binasının  tamamilə dağıdılmasına baxmayaraq, bu ali məktəb hazırda həmin ərazidə yeni binada yerləşir.

Yarım əsr ərzində universitetin filoloq və humanist Yustus Lipsius, ilahiyyatçılar Josef Skaliger, Fransiskus Gomarus və Yacobus Arminius, hüquqşünas Hugo Qrotius, filoloqlar Daniel Heinsius və Gerhard Yohann Vossius kimi alimləri olublar. Filoloq-klassik Yacobus Gronovius, botanik və həkim Herman Burhaave, tənqidçi-filoloq Tiberius Hemsterhuis və filoloq-klassik David Ruhnkenin nüfuzu və təlimi sayəsində Leyden Universitetinin adı Avropanın nüfuzlu universitetləri arasında çəkilməyə başlanılır və bu, XVIII əsrin sonunadək davam edir.

XIX əsrin sonlarına doğru Leyden Universiteti yenidən Avropanın aparıcı universitetlərindən biri olur. Dünyada ilk dəfə universitetin professoru Hayke Kamerlinq  Onnes aşağı laboratoriya temperaturunda tam sıfrdan yalnız bir dərəcə yuxarı temperatur - 273 dərəcə Selsi əldə edir. 1913-cü ildə Kamerlinq Onnes Nobel mükafatına layiq görülür. Sonradan Nobel mükafatı laureatları arasında universitetin professorları, fiziklər Hendrik Antoon Lourens, Piter Zeeman, Albert Eynşteyn, Paul Erenfest, həkim və fizioloq Villem Eynthoven, ərəbşünas və İslam dini üzrə ekspert Xristian Snuk Hurqronye və digərləri olurlar. 2005-ci ildə Leyden Universitetinin kitabxanalarının birində A.Eynşteynin təkatomlu ideal qazın kvant nəzəriyyəsinə aid əlyazması aşkar edilib.  

Büdcəsi və təhsil haqqı 

Leyden Universitetinin keçmiş botanika laboratoriyası 2009-2010-cu tədris ilində Leyden Universitetinin illik gəlirləri 477800000 avro, illik xərcləri isə 462800000 avro təşkil edib.

2010-2011-ci tədris ili üzrə Leyden Universitetində tələbələrin təhsil haqqı bakalavr pilləsində Niderland, İsveç, Surinam və Avropa Birliyi ölkələrini təmsil edən tələbələr üçün 1672 avro, Arxeologiya, Humanitar, İctimai elmlər fakültələrində 5120 avro, Dəqiq elmlər və Tibb fakültələrində, universitetin Haaqa Kollecində 9300 avro, digər əcnəbi tələbələrin təhsil haqqı isə 2300 avro, Dəqiq elmlər və Tibb fakültələrində 9300-9600 avro, Arxeologiya, Humanitar, İctimai elmlər fakültələrində 5120-5280 avrodur. Leyden Universitetinin Haaqa Kollecində tələbələr təhsil haqqından başqa 1830 avro əlavə məbləğ ödəməlidirlər. Həmin tədris ilində magistratura pilləsində Niderland, İsveç, Surinam və Avropa Birliyi ölkələrini təmsil edən tələbələr üçün təhsil haqqı 1742 avro təşkil edir, əcnəbi tələbələr üçün isə fakültə və proqramdan asılı olaraq bu məbləğ 14200 (Arxeologiya, Humanitar, İctimai elmlər) - 19100 (Tibb) avro arasında dəyişir.

Leyden Universitetində oxuyan tələbələrə Niderland dövləti və universitet tərəfindən müxtəlif məbləğdə təqaüdlər təklif olunur. Təqaüd almaq istəyən tələbələr ərizə ilə universitetə müraciət etməlidirlər. 

Universitet bu gün 

Leyden tibb fakültəsinin tələbələriLeyden Qədim Reyn çayının sahilində, Haaqa şəhərindən 20 km cənubda və Amsterdam şəhərindən 40 km şimalda yerləşən qədim və gözəl şəhərdir. Şəhərin şimal-şərqində Kaaq gölləri mövcuddur. 329000 nəfər sakini olan Leyden şəhərinin insanları çox mehriban və qonaqpərvərdirlər. Qədim şəhərin saysız-hesabsız tarixi abidələri, Muzey və qalereyaları (Morsport şəhər qapıları, Rapenbürx kanalı, Milli Etnologiya muzeyi, çoxmərtəbəli külək dəyirmanı - Molen De Valk muzeyi, "Hortus Botanicus"  botanika bağı, qədim kilsələr və s.) buraya çoxlu sayda turist cəlb edir. Həmçinin Leyden elm və təhsil şəhəri kimi tanınır. Bu şəhərdə rəssam Rembrandt, hüquqşünas Huqo Qrotius, riyaziyyatçı Rene Dekart, kondensatoru kəşf etmiş fizik Piter van Müshenbruk, məşhur professor Kamerlinq-Onnes, dahi Eynşteyn yaşayıb və yaradıblar. Leyden şəhəri işığın sınması, elektrik kondensator,  termodinamikanın molekulyar əsası, elektron nəzəriyyə, yüksək keçiricilik, Qalaktikanın strukturu və kometaların mənşəyi, elektro-kardioqrafiya və s. kəşflərin vətənidir.

Leyden şəhərində ölkənin ən qədim ali təhsil ocağı olan Leyden Universiteti yerləşir. Bu şəhərdə universitetin xüsusi kampusu mövcud deyil. Ali məktəbin binaları şəhərin müxtəlif hissələrindədir. Binaların əksəriyyəti çox qədimdir və müxtəlif memarlıq üslublarına aiddir, bəziləri isə (Lipsius, Gorlaeus və s.) müasir tikililərdir.

Leyden Universitetində 50-dən çox bakalavr və 100-dən çox magistr və doktorluq proqramları təklif edən 6 fakültə fəaliyyət göstərir.

Universitetin kitabxanasıLeyden Universitetinin Arxeologiya fakültəsi Niderlandda bu sahəyə aid yeganə fakültədir. Fakültə insanın yaranması, insan sümüyü tədqiqatları, ekoloji, mədəni tədqiqatlar, arxeoloji irsin idarəolunması, tarixi arxeologiya, Şimal-Qərbi Avropa, Aralıq dənizi, Yaxın Şərq arxeologiyası, Mesoamerika və And mədəniyyəti, Karib dənizi və Amazoniya üzrə tədqiqatlar həyata keçirir.

Humanitar elmlər fakültəsi Afrika, Çin, holland, Misir, italyan, ingilis, fransız, alman, ibrani (yəhudi) və aramey, Latın Amerikası, ispan, Koreya, Yaponiya, Cənub-Şərqi Asiya və Okeaniya  dilləri və mədəniyyətləri, arxeologiya, ərəb, fars və türk dilləri və mədəniyyətləri, Holland tədqiqatları, Rus tədqiqatları, Hindu-Amerika Tədqiqatları, Yaxın Şərq, İncəsənətin tarixi, Assuriyalogiya, Astronomiya, Klassika, Tarix, Müqayisəli Hind-Avropa dilçiliyi, Dilçilik, Fəlsəfə, İlahiyyat, İslam, Dünya dinləri tədqiqatları və s. üzrə bakalavr və magistr proqramlarını, Ölkəşünaslıq (Asiya və Yaxın Şərq), Dilçilik, Tarix, Fəlsəfə, İlahiyyat və s. üzrə doktorluq proqramlarını təklif edir. Fakültə çərçivəsində Yaradıcılıq və İfaçılıq Akademiyası, Linqvistika Mərkəzi, Ölkəşünaslıq, Mədəni İntizamlar, Tarix, Fəlsəfə, İlahiyyat üzrə Humanitar Təhsil institutları fəaliyyət göstərir.

Hüquq fakültəsi universitetin ən qədim fakültələrindən biridir və Avropa hüququ, beynəlxalq ictimai hüquq, hava və kosmik hüquq, beynəlxalq vergi hüququ, beynəlxalq cinayət hüququ, sülh, ədalət və inkişaf və s. üzrə tədqiqatlar aparır. Fakültəyə İctimai Hüquq, Cinayət Hüququ və Kriminologiya, Hüquq Fənlərarası Tədqiqatlar, Dəqiq elmlər fakültəsində Leyden Kimya, Fizika, Biologiya, Perspektiv Kompüter Elmləri, Riyaziyyat, Ətraf Mühit institutları, Leyden-Amsterdam Narkotik Tədqiqatları Mərkəzi, Lourens Mərkəzi, Leyden rəsədxanası, Niderland milli herbarisi, Botanika bağı fəaliyyət göstərir.

Universitetin dəqiq elmlər fakültəsinin binasıİctimai və əxlaq elmləri fakültəsi Mədəni Antropologiya və Sosiologiyanın İnkişafı, Təhsil və Uşaq Tədqiqatları, Siyasi Elmlər, Psixologiya, Dövlət qulluğu institutlarından ibarətdir.

Tibb fakültəsi Leyden Universitetinin nəzdində fəaliyyət göstərən böyük tibb mərkəzidir. 7000-dən çox əməkdaşı olan mərkəzdə xəstələrə qulluqla yanaşı, tibbin bütün sahələri üzrə tədqiqat aparılır və yeni mütəxəssislər hazırlanır. Burada həkim, pasiyent, müəllim və tələbələrin birgə əməkdaşlığı nəticəsində yeni müalicə metodları aşkar edilir və tədqiqatlar həyata keçirilir.

Leyden Universitetinin kitabxana sisteminə müxtəlif binalarda yerləşən yeddi kitabxana daxildir. Bunlar Humanitar, arxeologiya və xüsusi kolleksiyalar və ya Universitet, Humanitar: Şərqi Asiya, Hüquq, Leyden Tibb Mərkəzi: Valaeus, İctimai və əxlaq elmləri, Dəqiq elmlər: Gorlaeus, Dəqiq elmlər: Riyaziyyat və kompüter elmləri kitabxanalarıdır. Universitet kitabxanlarının kolleksiyasına ümumilikdə 3 milyondan çox kitab, 16000 elektron jurnal, yüzlərlə verilənlər bazası, elektron kitabça, rəqəmsal mətn və qrafik material, əlyazma, qədim qravüra, şəkil, xəritə və s. daxildir.

Kitabxananın Qərbi əlyazma kolleksiyasına 2500 orta əsrlərə aid, 25000 müasir əlyazma, 300000 məktub və sənəd, Qərbi çap kolleksiyaya isə 1801-ci ilədək çap edilmiş, həmçinin 700 inkunabula (kitab çapı icadının ilk dövründə yığma hərflərlə çap olunmuş ilk kitab) və 1801-ci ildən sonrakı illərə təsadüf edən nadir kitablar aiddir. Bu kolleksiya 4 əsr müddətində alim və imkanlı şəxslərin universitetə vəsiyyət etdikləri materiallar (mülk) əsasında toplanıb.

Universitetin yataqxanasıLeyden Universiteti kitabxanasının Şərq kolleksiyası "Leqatum Varnerianum" ("Varnerin mirası") adlanır və 30000 əlyazmadan, arxeologiya, zərdüştlük və digər dövrlərə aid, ərəb, zulu (Cənubi Afrikada xalq) və s. dillərdə 200000 çap edilmiş kitabdan ibarətdir. Levinus Varner Hollandiyanın Konstantinopoldakı (İstanbul) səfiri olub və 100-dən çox Şərq əlyazmasını universitetə hədiyyə edib. Leyden Universiteti kitabxanasının yaranma tarixi 1575-ci ildə şahzadə Vilhelm Oranskinin universitetə Poliqlot İncilin nüsxəsini bağışladığı vaxta təsadüf edir.

Leyden Universitetinin rektoru, professor Pol van der Heydendir. Universitetin idarəetmə orqanlarına İdarəçilər Şurası, İcraedici Şura aiddir.  Hər bir fakültənin də ayrılıqda dekanın sədrliyi ilə şurası mövcuddur. Universitetdə ümumilikdə 3926 nəfər  işçi  çalışır.  Onların  1121 nəfərini  akademik,  1093  nəfərini  idarəetmə,  qalanlarını  isə inzibati  heyət  təşkil  edir.

Leyden Universitetində ümumilikdə 18778 nəfər təhsil alır. Onların 12588 nəfərini bakalavr, 6190 nəfərini isə magistrant və doktorantlar təşkil edirlər.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Leyden Universitetinin magistratura pilləsində Avropa və beynəlxalq biznes hüququ ixtisası üzrə Araz Elxan oğlu Ələsgərov təhsil alır, Vüsal Abbas oğlu Qafarov isə beynəlxalq vergi hüququ ixtisası üzrə məzun olub.

Universitetin ictimai və əxlaq elmləri fakültəsinin binasıLeyden Universitetində tələbələrin yataqxanalarla təmin olunması məsələsi ilə universitetin Mənzil idarəsi məşğul olur. İdarə yalnız bakalavrda oxuyan tələbələrin deyil, magistrant və doktorantların da mənzillərdə yerləşdirilməsinə təminat verir. Mənzillərin maksimal kirayə müddəti 1 ildir. 1 ildən sonra tələbə qaldığı yeri yeni qəbul olunmuş tələbə üçün azad etməli və özünə yeni mənzil axtarmalıdır. Magistrantlar üçün bu müddət 2 ilədək uzadıla bilər. Hər bir fakültə də ayrılıqda tələbələrə yaşayış yeri təklif edir. Mənzillərin daha ucuz başa gəlməsi üçün tələbələr növbəyə yazılmalıdırlar. Mənzil idarəsində əvvəlcədən növbəyə yazılmaq üçün 100 avro ödəmək lazımdır. Gözləmək üçün minimal müddət 2 ildir. Universitetin təklif etdiyi tək və bir neçə nəfərlik otaqlardan ibarət yataqxanalar Leyden şəhərinin mərkəzində yerləşən Herenqraxt 33-35 və Kaarsenmakersstraat 7-121, Oegstgeest rayonundakı Oranjelaan 2, şəhər mərkəzi və Oegstgeest rayonu arasında yerləşən Rijnfront, əcnəbi tələbələrin məskunlaşdığı Huqo de Grootstrat 32-Horizon Evidir. Bu yataqxanalarda otaqların qiyməti 300-700 avro arasında dəyişir. Həmçinin universitet tələbələrə mənzillərdən ibarət Hooigracht/Kloosterpoort, Smaragdlaan, Huqo de Grootstrat 32-Horizon Evi yataqxanaları təklif edir. Bu yataqxanalarda ayrıca mətbəxi, vanna otağı, balkonu olan birotaqlı mənzillər mövcuddur. Belə mənzillərin qiyməti 530-820 avro təşkil edir. Tələbələr müstəqil surətdə də özlərinə mənzil tapa bilərlər. Xüsusi evlərdə qiymətlər otağın şəraitindən asılı olaraq 250-1000 avro arasında dəyişir.

Leyden Universitetində hər bir tələbəyə akademik və şəxsi həyatında xüsusi diqqət ayrılır, onlara məsləhət, informasiya, tibb, idman, mədəni xidmətlər göstərilir. Leyden Universiteti Avropanın qədim ali təhsil ocağı olaraq hazırda da dünyaya yeni-yeni kəşflər və nailiyyətlər verməkdə davam edir.

Universitetin məşhur məzunları 

  Vilgelmina Beatriks Niderland kraliçası  
  Şahzadə Marqrit  kraliça Beatriksin kiçik bacısı  
  Şahzadə Konstantin kraliça Beatriksin üçüncü oğlu  
  Melani Şults van Haegen Niderlandın infrastruktur və əraf mühit üzrə naziri  
  Nikolas Pirson Niderlandın sabiq baş naziri  
  Con Kuinsi Adams ABŞ-ın 6-cı prezidenti  
  Con Styuart Böyük Britaniyanın sabiq baş naziri  
  Məhəmməd Hatta  İndoneziyanın ilk vitse-prezidenti  
  Ayan Hirsi Əli  yazıçı, siyasətçi  

 

Universitetin Nobel mükafatı laureatları 

  Albert Eynşteyn fizika üzrə Nobel mükafatı laureatı  
  Paul Erenfest fizika üzrə Nobel mükafatı laureatı  
  Hendrik Antoon Lourens fizika üzrə Nobel mükafatı laureatı  
  Piter Zeeman fizika üzrə Nobel mükafatı laureatı  
  Yohannes Diderik van der Vaals fizika üzrə Nobel mükafatı laureatı  
  Hayke Kamerlinq-Onnes fizika üzrə Nobel mükafatı laureatı  
  Enriko Fermi fizika üzrə Nobel mükafatı laureatı  
  Nikolas Blombergen fizika üzrə Nobel mükafatı laureatı  
  Yakob Henrik van St Hoff  kimya üzrə Nobel mükafatı laureatı  
  Tobias Asser sülh üzrə Nobel mükafatı laureatı  
  Xristian Snuk Hurqronye sülh üzrə Nobel mükafatı laureatı  
  Villem Eynthoven tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Niko Tinbergen tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Yan Tinbergen iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  
  Tjallinq Kupmans iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov