Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Yanvar 2011 - �01

 

Azərbaycanın Milli Qəhrəmanları

 

Musayev Aqil Hüseyn oğlu 

1974-cü il noyabrın 3-də Qazax

 rayonunun Aşağı Əskipara kəndində anadan olub. 1991-ci ildə kəndlərindəki orta məktəbi bitirib, sonra isə Qazax şəhərindəki 117 nömrəli texniki peşə məktəbinə daxil olub. Burada sürücülük peşəsinə yiyələnən Aqil 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. Təlim-məşq toplantılarında iştirak edərək 777 nömrəli hərbi hissənin tərkibində cəbhəyə yollanıb. Aqilin ilk döyüş yolu Ağdam bölgəsindən başlanıb. Sonralar o, Füzuli və Tərtər rayonlarının döyüş bölgələrində də erməni işğalçılarına qarşı aparılan çətin əməliyyatlarda bacarıqlı bir Azərbaycan əsgəri kimi fəal iştirak edib. Füzuli istiqamətində gedən ağır döyüşlərdə yaralanıb, bir müddət müalicə olunduqdan sonra yenidən döyüş bölgəsinə qayıdıb.

A.Musayev 1994-cü il Gəncə hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak edərkən qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 nömrəli Fərmanı ilə Musayev Aqil Hüseyn oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qazax rayonunun Əzizbəyli kəndindəki Şəhidlər xiyabanında dəfn olunub. 

Musayev Fəxrəddin Musa oğlu 

1957-ci il iyulun 30-da Türkmənistanın Bayraməli şəhərində anadan olub. 1974-cü ildə orta məktəbi bitirib və Qorki Politexnik İnstitutunun gəmiçilik fakültəsinə qəbul olunub. 1975-ci ildə ordu sıralarına çağırılan Fəxrəddin hərbi xidmətini əvvəlcə Çexoslovakiyadakı Şimal Qrupunda, sonra isə Orenburq vilayətinin Orsk şəhərində yerinə yetirib. Ordudan tərxis olunduqdan sonra Bakı Məişət Kondisionerləri Zavodunda işləyib. 1979-cu ildə Sasovski adına Mülki Aviasiya Məktəbinə daxil olub. 1982-ci ildə məktəbi fərqlənmə diplomu ilə bitirərək Bakıya qayıdıb və Zabrat-2 Aviasiya İdarəsində öz ixtisası üzrə çalışıb. 1987-ci ildə Kremençuq Hava Uçuş Məktəbində vertolyotun idarə olunması ixtisasına yiyələnib. Milli Ordu yarandıqdan sonra o, təhsilini yarımçıq qoyaraq hərbi əməliyyatlarda fəal iştirak etməyə başlayıb.

Baş leytenant F.Musayev 1992-ci il aprelin 11-də Füzuli rayonunda erməni quldurlarına raket zərbələri endirərkən faciəli şəkildə həlak olub.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Musayev Fəxrəddin Musa oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub.Qusar rayonundakı mərkəzi küçələrdən biri onun adını daşıyır. 

Mustafayev Alı Mustafa oğlu 

1952-ci il aprelin 14-də Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. 1969-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirib. 1971-ci ildə hərbi xidmətə çağırılıb, 1973-cü ildə əsgəri xidmətini başa çatdıraraq Bakı Elektrik Maşınqayırma Zavodunda əmək fəaliyyətinə başlayıb. 1976-cı ildə həmkarlar təşkilatının göndərişi ilə BDU-nun jurnalistika fakültəsinə daxil olub. Təhsilini başa vuraraq, 1981-ci ildə Azərbaycan Dövlət Teleradio Şirkətinin "Xəbərlər" proqramında jurnalist kimi fəaliyyətə başlayıb. O, vətənpərvər bir jurnalist kimi dəfələrlə döyüş bölgələrinə gedərək qaynar nöqtələrdən süjetlər hazırlayıb.

A.Mustafayev 1990-cı il noyabrın 20-də Tuğ, Xocavənd, Qaradağlı kəndlərində törədilən faciələrlə tanış olmaq üçün hökumət nümayəndələrini aparan vertolyotun erməni terrorçuları tərəfindən vurulması nəticəsində şəhid olub.

Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 nömrəli Fərmanı ilə Mustafayev Alı Mustafa oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. Bakının Nərimanov rayonundakı 202 nömrəli orta məktəb, 3-cü mikrorayondakı küçələrdən biri onun adını daşıyır. 

Mustafayev Çingiz Fuad oğlu 

1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunda hərbçi ailəsində anadan olub. 1964-cü ildə ailələri ilə birlikdə Bakıya köçüb. 1977-ci ildə paytaxtın Yasamal rayonundakı 167 nömrəli orta məktəbini bitirən Çingiz Azərbaycan Tibb İnstitutuna daxil olub. 1983-cü ildə təhsilini başa çatdıraraq təyinatla Dəvəçi rayonunda üç il həkim işləyib. O, həkim olmasına baxmayaraq, jurnalistikaya böyük həvəs göstərib. 1990-cı il 20 Yanvar hadisələri zamanı sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri lentə alıb. 1991-ci ildən həyatını jurnalistikaya tam bağlayan Çingiz Xocalı faciəsini də öz kamerası ilə lentə almağa nail olub.

Ç.Mustafayev 1992-ci il iyunun 13-də yenidən döyüş bölgəsinə yollanaraq qızğın döyüşləri lentə alarkən cəsur jurnalist kimi qəhrəmancasına həlak olub.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 nömrəli Fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. DİN-in Şüvəlan qəsəbəsindəki istirahət guşəsi, Bakı şəhərində küçə, ANS ÇM radiostansiyası onun adını daşıyır. Yaşadığı binanın önünə barelyefi vurulub, C.Naxçıvanski adına Hərbi Liseydə yaradılmış xatirə kompleksində büstü qoyulub.  

Mürsəlov Vüqar Mirəzbər oğlu 

1963-cü il martın 10-da Cəlilabad rayonunun Prişib qəsəbəsində (Göytəpə şəhəri) anadan olub. 1980-ci ildə 1 nömrəli orta məktəbi bitirdikdən sonra Bakıda texniki peşə məktəbində təhsilini davam etdirib. Bakı Politexnik Texnikumunu "əla" qiymətlərlə bitirdikdən sonra Belarusun Brest şəhərində hərbi xidmətə göndərilib. O, ordudan qvardiya baş çavuşu, tankçı kimi tərxis olunub. Göytəpə Avtomobil Zavodunda öz ixtisası üzrə əmək fəaliyyətinə başlayıb. 1991-ci ildə xüsusi təyinatlı polis dəstəsinə yazılaraq, torpaqlarımızın müdafiəsinə qalxıb. Füzuli, Ağdam, Xanlar, Laçın, Şuşa, Goranboy, Ağdərə istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə fəal mübarizə aparıb.

V.Mürsəlov 1992-ci il iyunun 9-da Tərtər rayonunun Cəmilli kəndi istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Mürsəlov Vüqar Mirəzbər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Göytəpə şəhərində təhsil aldığı məktəbə adı verilib, şəhərin mərkəzində büstü qoyulub. Tərtər, Göytəpə, Cəlilabad şəhərlərində adına küçə var. 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov