Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Yanvar 2011 - �01

 

Azərbaycan ədəbiyyatını əks etdirən mədəniyyət və elm ocağı

 

Ötən əsrdə, 1940-cı ilin 14 mayında Bakıda, qədim Qız qalasına yaxın bir məkanda mütəfəkkir şair Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi münasibətilə ədəbiyyat təmayüllü muzey açıldı.

İllər ötdükcə muzeyin ekspozisiya zallarının sahəsi genişləndirildi. Bir neçə minillik tarixi olan ədəbiyyatımızla bağlı eksponatların sayı artdı. Söz sənətkarlarımızın həyatı, məişəti və yaradıcılığı ilə bağlı məlumatlar, əşyalar, rəsm əsərləri, sənət nümunələrinin ekran, teatr həyatı ilə bağlı fotokadrlar yeni ekspozisiyalar üçün dəyərli materiallara çevrildi.

Müxtəlif zamanlarda ayrı-ayrı yazıçı, şair və dramaturqun yubileyləri ilə bağlı sərgilər təşkil olunmuş muzeydə son illər dünya səviyyəsində təmir və yenidənqurma işləri aparılmışdır; rəsm əsərləri və heykəltəraşlıq nümunələri tamamilə yenidən, zövqlə bərpa edilmiş, çoxlu yeni avadanlıqlar alınmışdır.

Muzeyin ekspozisiya zallarının sayı 19-dan 40-a qədər artırılmışdır.

İndi burada 30 minə yaxın eksponat vardır. İncəsənətin müxtəlif sahələri ilə bağlı materiallar zəngin Azərbaycan folkloru və yazılı ədəbiyyatı haqqında muzeyə gələnlərdə dərin təəssürat yaradır, geniş informasiya çatdırır.

Ən qədim zamanlardan müasir dövrə qədər Azərbaycan ədəbiyyatını əks etdirən mədəniyyət və elm ocağının - Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 2010-cu ildə 70 illik yubileyi keçirildi.

Ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə muzeyin əməkdaşlarına yüksək fəxri adlar verildi, bir qrup işçi "Tərəqqi" medalı ilə təltif olundu.

Yubiley tədbirləri çərçivəsində keçirilən elmi konfransda dinlənilmiş 100-dən çox məruzəni əhatə edən kitab nəşr olundu.

Yaddaqalan tədbirlərdən biri muzeyə xarici ölkələrdən eksponatlar təqdim edilməsi oldu. Belə ki, Almaniyada yaşayan tədqiqatçı Məhəmmədəli Hüseyni mədəni-maarif ocağına Saib Təbrizinin portretini hədiyyə etdi. Həmçinin S.Təbrizinin 400 illiyi münasibətilə Tofiq Quliyevin şairin sözlərinə bəstələdiyi romansın klaviri də muzeyə təqdim olundu.

70 illik zəngin salnaməsi olan muzeydə bu ilin yazında "Xalq oyunları mədəniyyəti: klassik irs və müasirlik" mövzusunda 3 gün davam edəcək konfrans keçirilməsi nəzərdə tutulub. 

Ş.MƏMMƏDOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov