Azərbaycan şahmatçıları Azər Mirzəyev və Fərid
Abbasov İsveçrənin Bazel şəhərində başa çatmış
beynəlxalq şahmat turnirinin mükafatçıları
sırasında olmuşlar.
Şahmatçılarımız Y.Pelletye (İsveçrə),
S.Ovseyeviç (Ukrayna), E.Bakro (Fransa),
A.Xayman (Almaniya), O.Korneyev (Rusiya),
X.Xamduşi (Fransa), M.Stoyanoviç (Serbiya),
V.Malaxatko (Belçika), M.Şerer (Almaniya) və
S.Drajiç (Serbiya) ilə birgə 7 mümkün xaldan 5
xal toplayaraq, 1-12-ci yerləri bölüşmüşlər.
İsveçrə sistemi üzrə keçirilən yarışda 59
şahmatçı mübarizə aparırdı.
AzərTAc |
|