Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Yanvar 2011 - 02

 

İsmayıllı Peşə Tədris Mərkəzinin yaradılması haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

 "İsmayıllı Peşə Tədris Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarını elan edirəm: 

Azərbaycan Respublikasının Nazirlər Kabineti 

QƏRAR N 239 

Bakı şəhəri, 17 dekabr 2010-cu il 

İsmayıllı Peşə Tədris Mərkəzinin yaradılması haqqında 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış təklifini nəzərə alaraq,  turizm və xidmət sahələri üçün ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  

QƏRARA ALIR: 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin İsmayıllı peşə məktəbi ləğv edilsin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin İsmayıllı Peşə Tədris Mərkəzi yaradılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 23 avqust tarixli 116 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Peşə məktəbi və peşə liseyi statusu verilən təhsil müəssisələrinin Siyahısı"nın "Peşə məktəbləri" bölməsinin "Respublikanın rayonları üzrə" hissəsindən "İsmayıllı peşə məktəbi 138" sözləri və rəqəmi çıxarılsın.

3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 

A.RASİZADƏ,
Azərbaycan Respublikasının Baş naziri"
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2010-cu il tarixli 239 ¹-li qərarının icrası ilə əlaqədar 

ƏMR EDİRƏM: 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2010-cu il tarixli 239 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilsin.

2. Ləğv edilmiş İsmayıllı peşə məktəbinin direktoru Rəhimov Vaqif Hənnan oğlu və tədris-istehsalat işləri üzrə direktor müavini Mirzəyev Fikrət Tahir oğlu ilə bağlanmış əmək müqavilələri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndinə əsasən 05.01.2011-ci il tarixdən ləğv edilsin.

3. İsmayıllı peşə məktəbinin ləğv edilməsi ilə əlaqədar olaraq məktəbin Lahıc filialı da ləğv edilsin.

4. İsmayıllı şəhər 2 nömrəli orta məktəbin direktor müavini Muradov Zaur Fazil oğlu İsmayıllı Peşə Tədris Mərkəzinə direktor təyin edilsin.

5.  Aşağıdakı tərkibdə ləğvetmə komissiyası yaradılsın:

          Namiq Məmmədov - Texniki peşə təhsili şöbəsinin müdiri, sədr

          Elmir Həsənov - Hüquq sektorunun müdiri, üzv

          Akif Hacıyev -  İqtisadiyyat şöbəsi, Mühasibat uçotu və hesabat sektorunun baş məsləhətçisi, üzv

          Rüstəm Quliyev - İqtisadiyyat şöbəsi, məsləhətçi, üzv                                  

          Rəsul Əsgərov - Təhsil Problemləri İnstitutunun İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin direktoru, üzv

          Zaur Muradov - İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru

6.  Komissiyaya tapşırılsın:

6.1. Peşə məktəbinin balans hesabında olan bütün əmlakının faktiki inventarlaşdırılmasını aparsın və 01.01.2011-ci il vəziyyətinə balans- uçot göstəriciləri ilə üzləşdirsin. Peşə məktəbinin 05.01.2011-ci il vəziyyətinə balans hesab-uçot qalıqlarının Peşə Tədris Mərkəzinin balansına verilməsini, həmçinin ləğv olunmuş məktəbin maliyyə, uçot, hesabat və təhsil sənədlərinin təhvil-təslim aktlarının hazırlanıb  və bir nüsxənin Təhsil Nazirliyinə təqdim edilməsini;

6.2.         Peşə məktəbinin möhür, ştamp və ciddi hesabat sənədlərinin müəyyən olunmuş qaydada Təhsil Nazirliyinə təhvil verilməsini;

6.3.         Əmək qanunvericiliyinə uyğun işçilərin əmək müqaviləsinin ləğv olunmasını və mövcud qaydada Peşə Tədris Mərkəzinə işə qəbul edilməsini;

6.4.         Şagirdlərin İsmayıllı Peşə Tədris Mərkəzində təhsillərinin davam etdirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsini;

6.5.         Ləğv edilmiş İsmayıllı peşə məktəbinin tədris binasının İsmayıllı Rayon Təhsil Şöbəsinə verilməsi ilə bağlı aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılmasını və qanunvericiliyə uyğun digər tədbirlərin həyata keçirilməsini təmin etsin.

6.6. Görülmüş işlər barədə 10 gün müddətində rəhbərliyə məlumat versin.

7. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) və Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) yeni yaradılmış İsmayıllı Peşə Tədris Mərkəzinin ştat cədvəlində,  şagird kontingentinin sayında dəqiqləşmələr aparsınlar, Peşə Tədris Mərkəzinin normal fəaliyyəti üçün tələb olunan vəsaitin ayrılmasını təmin etsinlər.

8. Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) Təhsil Problemləri  İnstitutu (A.Mehrabov) ilə birlikdə İsmayıllı Peşə Tədris Mərkəzi üçün ixtisas, ümumtexniki və başqa fənlər üzrə çatışmayan dərslik və dərs vəsaitlərinin  siyahısını müəyyənləşdirsinlər və 2011-2012-ci illərdə həmin dərslik və  dərs vəsaitlərinin nəşr olunması üçün konkret tədbirlərin görülməsini, tədris   prosesinin normal təşkilinə dair lazım olan digər tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

9. Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi  (F.Qədirov) Peşə Tədris Mərkəzinin rəhbər mühəndis-pedaqoji kadrlarla möhkəmləndirilməsi, onların ixtisasının artırılması və yenidən hazırlanması sahəsində lazımi tədbirlər görülməsini təmin etsin.

10. İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Z.Muradova tapşırılsın:

10.1.  1 ay müddətinə Peşə Tədris Mərkəzinin Nizamnaməsini   hazırlasın və mövcud qaydalar üzrə qeydiyyatdan keçirilməsini,  möhür və ştamp hazırlanmasını təmin etsin.

10.2. Kadr hazırlanacaq peşələrə uyğun maddi-texniki bazanın yaradılması üçün tədbirlər görsün.

10.3. Peşə Tədris Mərkəzinin yeni struktur və xərclər smetasının layihəsinə əsasən ştat cədvəli hazırlayıb nazirliyə təqdim etsin.

11. İctimaiyyətlə əlaqə şöbəsinin müdiri (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində, "Sənətkar" jurnalında  dərc edilməsini və digər kütləvi informasiya vasitələrində yayılmasını təmin etsin.

12. Əmrin icrasına nəzarət təhsil nazirinin müavini İ.İsgəndərova həvalə edilsin. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
11 yanvar 2011-ci il

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov